ilə satır. Bu qiymətlər arasındakı fərq faktiki olaraq kreditin ödənilməsi üçün banka
verilən haqqdır.
Bank veksellərinin buraxılması yolu ilə vəsaitlərinin cəlb olunması
əməliyyatları da son illərin geniş yayılmış əməliyyatlarındandır. Veksel depozit və
əmanət sertifikatlarından fərqli olaraq hesablaşma vasitəsi kimi istifadə oluna
bildiyindən daha əlverişlidir. Bundan başqa veksellər üzrə, digər qiymətli kağızlar
kimi qeydiyyat aparılmır ki, bu da bankın bu sahədə fəaliyyətini asanlaşdırır və
onların geniş tətbiqinə imkan yaratmış olur. Lakin buna baxmayaraq, müvafiq
normativə əsasən veksellərin kommersiya bankları tərəfindən buraxılışı
tənzimlənir.
Bank iki növ veksellər buraxır:
- Faizli;
- Diskont.
Faizli veksellərin xüsusiyyəti ondan ibarətdir ki, bu veksellərin fiziki və
hüquqi şəxslərə satışı və buraxılışı nominal dəyərə vekselin məbləğinə növbəti
əlavələrlə baş verir.
Diskont vekselinin xüsusiyyəti ondan ibarətdir ki, onun buraxılışı və satışı
nominaldan aşağı qiymətlə, bağlanması isə nominal qiymətlə müəyyənləşir.
Bağlanması və alış qiyməti arasındakı fərq veksel saxlayanın gəliri hesab olunur.
Avro valyuta borcları – müəyyən dövlətin kommersiya bankında
saxlanılan, xarici valyutada tərənnüm olunan əmanət prinsipi əsasında fəaliyyət
göstərən passiv əməliyyatların idarə olunmasının maliyyə alətidir.
Banklararası və ya mərkəzləşdirilmiş kreditlərin cəlb olunması ilə baş verən
passiv əməliyyatlar, həmçinin qeyri-investisiya qiymətli kağızlarının emissiyası
bankın öz təşəbbüsü ilə aparılır və iri maliyyə vəsaitlərinin tez bir zamanda cəlb
olunmasının effektiv üsullarından hesab olunur. Lakin, bu əməliyyatlar pul
bazarında həyata keçirildiyindən bu cür resursların cəlb olunmasının dəyəri eyni
müddətli depozitdən yüksək olur. Buna görə də kommersiya bankları bu cür
vasitələrə maliyyə çətinliyinə düşdükləri zaman, ancaq vacib olan hallarda əl
atırlar.
4. Kommersiya banklarının aktiv əməliyyatları
Kommersiya banklarının aktiv əməliyyatları öz adından cəlb olunan və
xüsusi vəsaitlərin uyğun gəlirin əldə edilməsi üçün istifadə olunmasıdır.
Kommersiya banklarının aktiv əməliyyatlarının əsas növləri aşağıdakılardır:
- Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin
verilməsi;
- Öz adından, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması;
- İnvestisiyalaşdırma;
- REPO əməliyyatları;
- Valyuta dilinq əməliyyatları;
- Kommersiya banklarının qeyri-ənənəvi əməliyyatları.
Kommersiya bankları tərəfindən aktiv əməliyyatlar eyni zamanda bankın
lazımi likvidliyinin qorunması və risklərinin ayrı-ayrı əməliyyat növləri arasında
KitabYurdu.az
200
optimal bölüşdürülməsi əsas götürülməklə, gəlir əldə etmək məqsədilə həyata
keçirilir. Bu tələblərin qorunması bankları öz aktivlərinin müəyyən hissəsini gəlir
gətirməyən yatırımlara qoymağa vadar edir.
Bundan başqa bank fəaliyyətinin hərtərəfli təminatına və inkişafı onun aktiv
maddələrdən olan bank binaları və avadanlıqları, həmçinin filiallara qoyulan
investisiyaların da olmasını tələb edir. Beləliklə yerinə yetirdiyi məsələlərə görə
bank aktivlərini iki qrupa ayırmaq olar:
- Bank likvidliyinin müəyyən həddə saxlanması istiqamətində aparılan
əməliyyatlar;
- Bank gəlirinin əldə edilməsi istiqamətində aparılan əməliyyatlar.
Birinci qrupa aşağıdakılar aiddir:
- Bankın kassalarında olan vəsaitlər;
- Mərkəzi bankın müxbir hesabında olan qalıqlar;
- Digər bankların hesablarında olan vəsaitlər və yatırımlar.
İkinci qrupa aşağıdakılar aiddir:
- Fiziki və hüquqi şəxslərin kreditləşməsi;
- Qiymətli kağızlara olan investisiyalar;
- İnvestisiya proyektləri;
- Valyuta dilinq əməliyyatları.
Aktiv əməliyyatların likvidliyi və gəlirliyi ilə yanaşı bu əməliyyatların
həyata keçirilməsində kredit risqi və onun paylaşdırılması da böyük əhəmiyyət
kəsb edir. Başqa sözlə, bankların öz fəaliyyətlərini yalnız bir aktiv əməliyyat növü
üzərində qurmamaları çox böyük əhəmiyyət kəsb edir. Bankın əsas riskləri onun
kredit portfelinin strukturu və keyfiyyətindən asılıdır ki, bu risklərə bank öz
fəaliyyəti zamanı məruz qalır. Buna görə də borcalanların çox dəqiq seçimi,
kreditləşmə şəraitinin təhlili, onun yerinə yetirilməsinə nəzarət bank fəaliyyətinin
əsas istiqamətlərindəndir.
Əfsuslar olsun ki, bu gün ölkəmizdəki bankların kredit portfelinin sturukturu
demək olar ki, qısamüddətli borclardan təşkil olunmuşdur.
İnvestisiya proyektlərinin həyata keçirilməsi portfel investisiyasının idarə
olunması strategiyasının işlənib hazırlanması və reallaşması istiqamətində
tədbirlərin həyata keçirilməsini, gəlir əldə etmək məqsədilə birbaşa və portfel
investisiyalarının optimal ahənginə nail olmanı, bank riskinin mümkün olan
həddinin və bankın balansının likvidliyinin qorunmasını nəzərdə tutur.
Birbaşa investisiyalar – birbaşa istehsala yatırılan vəsaitləri, real aktivlərin
əldə olunmasını nəzərdə tutur.
Portfel investisiyaları – qiymətli kağızların alınması və ya pul vəsaitlərinin
uzunmüddətli borc verilməsi kimi başa düşülür.
İnvestisiya əməliyyatlarından bankın gəlirləri qiymətli kağızlar üzrə
faizlərdən, onların məzənnə qiymətlərinin qalxmasından, komissionlarından,
həmçinin qiymətli kağızların alqı və satqısının qiymətləri arasındakı fərqdən
yaranır.
Valyuta dilinqi – xarici valyutaya olan tələb və təklifin əsil vasitəçisi
kommersiya banklarıdır. Buna görə də bu sahədə kommersiya banklarının əsas
məsələsi öz müştərilərnin bir valyutada olan aktivlərinin digər valyutaya konvertlə
KitabYurdu.az
201
Dostları ilə paylaş: |