Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

 
 
ilə satır. Bu qiymətlər arasındakı fərq faktiki olaraq kreditin ödənilməsi üçün banka 
verilən haqqdır. 
 
Bank  veksellərinin  buraxılması  yolu  ilə  vəsaitlərinin  cəlb  olunması 
əməliyyatları da son illərin geniş yayılmış əməliyyatlarındandır. Veksel depozit və 
əmanət  sertifikatlarından  fərqli  olaraq  hesablaşma  vasitəsi  kimi  istifadə  oluna 
bildiyindən daha əlverişlidir. Bundan başqa veksellər üzrə, digər qiymətli kağızlar 
kimi  qeydiyyat  aparılmır  ki,  bu  da  bankın  bu  sahədə  fəaliyyətini  asanlaşdırır  və 
onların  geniş  tətbiqinə  imkan  yaratmış  olur.  Lakin  buna  baxmayaraq,  müvafiq 
normativə  əsasən  veksellərin  kommersiya  bankları  tərəfindən  buraxılışı 
tənzimlənir. 
 
Bank iki növ veksellər buraxır: 
 
- Faizli; 
 
- Diskont. 
 
Faizli  veksellərin  xüsusiyyəti  ondan  ibarətdir  ki,  bu  veksellərin  fiziki  və 
hüquqi  şəxslərə  satışı  və  buraxılışı  nominal  dəyərə  vekselin  məbləğinə  növbəti 
əlavələrlə baş verir. 
 
Diskont vekselinin xüsusiyyəti ondan ibarətdir ki, onun buraxılışı və satışı 
nominaldan  aşağı  qiymətlə,  bağlanması  isə  nominal  qiymətlə  müəyyənləşir. 
Bağlanması və alış qiyməti arasındakı fərq veksel saxlayanın gəliri hesab olunur. 
 
Avro  valyuta  borcları  –  müəyyən  dövlətin  kommersiya  bankında 
saxlanılan,  xarici  valyutada  tərənnüm  olunan  əmanət  prinsipi  əsasında  fəaliyyət 
göstərən passiv əməliyyatların idarə olunmasının maliyyə alətidir. 
 
Banklararası və ya mərkəzləşdirilmiş kreditlərin cəlb olunması ilə baş verən 
passiv  əməliyyatlar,  həmçinin  qeyri-investisiya  qiymətli  kağızlarının  emissiyası 
bankın öz təşəbbüsü ilə aparılır  və iri  maliyyə  vəsaitlərinin tez  bir zamanda  cəlb 
olunmasının  effektiv  üsullarından  hesab  olunur.  Lakin,  bu  əməliyyatlar  pul 
bazarında  həyata  keçirildiyindən  bu  cür  resursların  cəlb  olunmasının  dəyəri  eyni 
müddətli  depozitdən  yüksək  olur.  Buna  görə  də  kommersiya  bankları  bu  cür 
vasitələrə  maliyyə  çətinliyinə  düşdükləri  zaman,  ancaq  vacib  olan  hallarda  əl 
atırlar. 
 
4. Kommersiya banklarının aktiv əməliyyatları 
 
Kommersiya  banklarının  aktiv  əməliyyatları  öz  adından  cəlb  olunan  və 
xüsusi vəsaitlərin uyğun gəlirin əldə edilməsi üçün istifadə olunmasıdır. 
 
Kommersiya banklarının aktiv əməliyyatlarının əsas növləri aşağıdakılardır: 
 
- Fiziki və hüquqi şəxslərə müxtəlif müddətə və müxtəlif şərtlərlə kreditlərin 
verilməsi; 
 
- Öz adından, öz hesabına qiymətli kağızlarla əməliyyatların aparılması; 
 
- İnvestisiyalaşdırma; 
 
- REPO əməliyyatları; 
 
- Valyuta dilinq əməliyyatları; 
 
- Kommersiya banklarının qeyri-ənənəvi əməliyyatları. 
 
Kommersiya  bankları  tərəfindən  aktiv  əməliyyatlar  eyni  zamanda  bankın 
lazımi  likvidliyinin  qorunması  və  risklərinin  ayrı-ayrı  əməliyyat  növləri  arasında 
KitabYurdu.az 
200
 


 
 
optimal  bölüşdürülməsi  əsas  götürülməklə,  gəlir  əldə  etmək  məqsədilə  həyata 
keçirilir. Bu tələblərin qorunması bankları öz aktivlərinin müəyyən hissəsini gəlir 
gətirməyən yatırımlara qoymağa vadar edir. 
 
Bundan başqa bank fəaliyyətinin hərtərəfli təminatına və inkişafı onun aktiv 
maddələrdən  olan  bank  binaları  və  avadanlıqları,  həmçinin  filiallara  qoyulan 
investisiyaların  da  olmasını  tələb  edir.  Beləliklə  yerinə  yetirdiyi  məsələlərə  görə 
bank aktivlərini iki qrupa ayırmaq olar: 
 
-  Bank  likvidliyinin  müəyyən  həddə  saxlanması  istiqamətində  aparılan 
əməliyyatlar; 
 
- Bank gəlirinin əldə edilməsi istiqamətində aparılan əməliyyatlar. 
 
Birinci qrupa aşağıdakılar aiddir: 
 
- Bankın kassalarında olan vəsaitlər; 
 
- Mərkəzi bankın müxbir hesabında olan qalıqlar; 
 
- Digər bankların hesablarında olan vəsaitlər və yatırımlar. 
 
İkinci qrupa aşağıdakılar aiddir: 
 
- Fiziki və hüquqi şəxslərin kreditləşməsi; 
 
- Qiymətli kağızlara olan investisiyalar; 
 
- İnvestisiya proyektləri; 
 
- Valyuta dilinq əməliyyatları. 
 
Aktiv  əməliyyatların  likvidliyi  və  gəlirliyi  ilə  yanaşı  bu  əməliyyatların 
həyata  keçirilməsində  kredit  risqi  və  onun  paylaşdırılması  da  böyük  əhəmiyyət 
kəsb edir. Başqa sözlə, bankların öz fəaliyyətlərini yalnız bir aktiv əməliyyat növü 
üzərində qurmamaları  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bankın  əsas  riskləri  onun 
kredit  portfelinin  strukturu  və  keyfiyyətindən  asılıdır  ki,  bu  risklərə  bank  öz 
fəaliyyəti  zamanı  məruz  qalır.  Buna  görə  də  borcalanların  çox  dəqiq  seçimi, 
kreditləşmə şəraitinin təhlili, onun yerinə yetirilməsinə nəzarət bank fəaliyyətinin 
əsas istiqamətlərindəndir. 
 
Əfsuslar olsun ki, bu gün ölkəmizdəki bankların kredit portfelinin sturukturu 
demək olar ki, qısamüddətli borclardan təşkil olunmuşdur. 
 
İnvestisiya  proyektlərinin  həyata  keçirilməsi  portfel  investisiyasının  idarə 
olunması  strategiyasının  işlənib  hazırlanması  və  reallaşması  istiqamətində 
tədbirlərin  həyata  keçirilməsini,  gəlir  əldə  etmək  məqsədilə  birbaşa  və  portfel 
investisiyalarının  optimal  ahənginə  nail  olmanı,  bank  riskinin  mümkün  olan 
həddinin və bankın balansının likvidliyinin qorunmasını nəzərdə tutur. 
 
Birbaşa investisiyalar – birbaşa istehsala yatırılan vəsaitləri, real aktivlərin 
əldə olunmasını nəzərdə tutur. 
 
Portfel investisiyaları – qiymətli kağızların alınması və ya pul vəsaitlərinin 
uzunmüddətli borc verilməsi kimi başa düşülür. 
 
İnvestisiya  əməliyyatlarından  bankın  gəlirləri  qiymətli  kağızlar  üzrə 
faizlərdən,  onların  məzənnə  qiymətlərinin  qalxmasından,  komissionlarından, 
həmçinin  qiymətli  kağızların  alqı  və  satqısının  qiymətləri  arasındakı  fərqdən 
yaranır. 
 
Valyuta  dilinqi  –  xarici  valyutaya  olan  tələb  və  təklifin  əsil  vasitəçisi 
kommersiya  banklarıdır.  Buna  görə  də  bu  sahədə  kommersiya  banklarının  əsas 
məsələsi öz müştərilərnin bir valyutada olan aktivlərinin digər valyutaya konvertlə 
KitabYurdu.az 
201
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə