Fənn: Maliyyə, pul tədavülü və kredit


 Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə89/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
17. Beynəlxalq maliyyə və valyuta-kredit münasibətləri 
 
P L A N 
 
1. Beynəlxalq maliyyənin mahiyyəti və əhəmiyyəti 
2. Beynəlxalq maliyyə-kredit təşkilatları 
3. Beynəlxalq valyuta sistemi 
4. Tədiyyə balansı 
5. Valyuta bazarı 
6. Beynəlxalq kredit 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
206
 


 
 
1. Beynəlxalq maliyyənin mahiyyəti və əhəmiyyəti 
 
 
Beynəlxalq  maliyyə  sərhəddənkənar  maliyyə  axınları  və  maliyyə 
əməliyyatları  ilə  əlaqədardır.  Beynəlxalq  maliyyə  əməliyyatları  və  valyuta 
münasibətlərinin ayrı-ayrı elementləri hələ antik dövrdə– Qədim Yunanıstanda və 
Qədim Romada – veksel və digər mübadilə işi şəklində yaranmışdır. 
 
Müasir  dövrdə  ölkəyə  maliyyə  ehtiyatlarının  daxil  olması  və  çıxması 
olduqca  böyük  miqyas  kəsb  etmişdir.  Bunlardan  başqa,  maliyyə  fondlarının 
bilavasitə sərhədlərdən kənara çıxması və daxil olması ilə əlaqədar olmayan, lakin 
beynəlxalq mahiyyət daşıyan maliyyə əməliyyatları da mövcuddur. Məsələn, ölkə 
daxilində  baş  verən  alqı–  satqısını,  valyuta  ilə  borc  əməliyyatlarını,  kapital 
qoyuluşlarını  göstərmək  olar.  Beləliklə,  beynəlxalq  maliyyə  xarici  valyutada 
maliyyə varidatının və xarici valyuta ilə aparılan əməliyyatları ilə məhşurdur. 
 
Beynəlxalq  maliyyə  anlayışına  daxil  olan  maliyyə  varidatına  xarici  ölkə 
valyutalarından başqa xarici valyuta ilə depozit hesabları, istiqraz, pay sənədləri və 
digər qiymətli kağızlar da aiddir. 
 
Beynəlxalq  maliyyə-valyuta  münasibətlərinin  təkamülü  məhsuldar 
qüvvələrin  inkişafı,  dünya  bazarının  yaranması,  beynəlxalq  əmək  bölgüsünün 
dərinləşməsi,  dünya  təsərrüfatı  sisteminin  formalaşması,  təsərrüfat  əlaqələrinin 
beynəlmiləlləşməsi ilə sıx bağlıdır. 
 
Beynəlxalq 
maliyyə-valyuta 
münasibətləri 
beynəlxalq 
iqtisadi 
münasibətlərin törəməsidir. Maliyyə-valyuta münasibətləri ilə geniş təkrar istehsalı 
arasında birbaşa və əks əlaqə mövcuddur. Onların obyektiv əsasını mal, kapital və 
xidmətlərin  beynəlxalq  mübadiləsini  doğuran  geniş  təkrar  istehsal  prosesi  təşkil 
edir.  Maliyyə-valyuta  münasibətlərinin  vəziyyəti  milli  və  dünya  iqtisadiyyatının 
vəziyyətindən,  siyasi  şəraitindən,  ölkələr  arasında  qüvvələr  nisbətindən  asılıdır. 
Dünya  bazarında  kapitalın  dövriyyəyə  daxil  olması  nəticəsində  pul  valyutaya 
çevrilir  və  əks  proses  baş  verir.  Maliyyə-valyuta  münasibətləri  geniş  təkrar 
istehsalı prosesinin törəməsi olsa da, onlar nisbi müstəqilliyə malikdirlər. 
 
Təsərrüfat  həyatının  beynəlmiləlləşdiyi  bir  şəraitdə  geniş  təkrar  istehsalın 
xarici  amillərdən  –  dünya  istehsalının  dinamikasından,  xarici  elm  və  texnikanın 
səviyyəsindən, beynəlxalq ticarətin inkişafından, xarici kapitalın ölkəyə axınından 
asılılığı artır. Beynəlxalq maliyyə, kredit və valyuta bazarlarının qeyri-sabitliyi və 
xüsusən böhranlı vəziyyəti geniş təkrar istehsala mənfi təsir göstərir. 
 
Müasir  dövrdə  iqtisadiyyatda  və  maliyyə  həyatında  özünü  göstərən 
liberallaşma  və  rabitə  texnologiyasında  baş  verən  sıçrayışlar  müxtəlif  ölkələrdə 
yerləşmiş maliyyə bazarlarını vahid dünya bazarı şəklində birləşdirmişdir. Maliyyə 
bazarlarında sürətlə genişlənən qloballaşma prosesi dövlətlər və iş adamları üçün 
yeni imkanlar yaratmaqla yanaşı, yeni-yeni risk və problemlər də doğurmuşdur. 
 
Təsadüfü  deyildir  ki,  beynəlxalq  maliyyə  problemləri  yalnız  elmi  dairələri 
deyil, geniş kütlələri də maraqlandırır. İxracatçılar, idxalatçılar və xaricilərə xidmət 
göstərənlərlə  yanaşı,  öz  yığımını  düzgün  dəyərləndirmək  və  yerləşdirmək 
istəyənlər,  valyuta  möhtəkirləri  və  arbitrajçıları,  ümumiyyətlə  valyuta  alqı-satqısı 
ilə məşğul olanlar bu problemlərlə ciddi maraqlanırlar. 
KitabYurdu.az 
207
 


 
 
 
Onlardan  başqa  xammal,  material  və  avadanlığı  xaricdən  təmin  edən 
istehsalçılar,  hətta  tamamilə  daxili  bazarda  fəaliyyət  göstərən,  lakin  bu  bazarda 
xarici  istehsalçılarla  istər-istəməz  rəqabətə  girən  firmalarda  bu  problemləri  bilib, 
praktiki  fəaliyyətində  nəzərə  almalıdırlar.  Beynəlxalq  maliyyə  məsələləri  xarici 
bazarlardan  (və  ya  daxildən  xarici  valyuta  ilə)  qısa,  orta  və  uzunmüddətli  kredit 
alanlar  bu  bazara  kapital  qoymaq  istəyən  fiziki  və  hüquqi  şəxslər  üçün  çox 
vacibdir. 
 
Dövlətin maliyyə xidmətində işləyən mütəxəssislər üçün beynəlxlaq maliyyə 
problemləri  xüsusilə  əhəmiyyətlidir.  Çünki  ayrı-ayrı  dövlətlər  və  müxtəlif  dövlət 
təşkilatları  beynəlxalq  maliyyə  sistemində  böyük  miqyasda  əməliyyatlar  aparılır. 
Milli  dövlətlərin  çoxu  özünün  maliyyə  vəsaitinə  olan  ehtiyacını  ödəmək  üçün 
beynəlxalq  maliyyə  bazarlarına,  digər  dövlətlərə  və  beynəlxalq  maliyyə 
təşkilatlarına  müraciətlər  edirlər.  Digər  dövlətlər  isə  malik  olduqları  sərbəst  pul 
ehtiyatlarını faiz əldə etmək üçün xarici maliyyə bazarlarına çıxarırlar. 
 
Beynəlxalq  maliyyə  sistemində  transmilli  şirkətlərin  (TMŞ)  xüsusi  rolu 
vardır.  İstehsal  və  ticarət  fəaliyyətlərini  dünya  miqyasında  aparan  bu  şirkətlər  öz 
gəlir,  xərc,  borc  və  alacaqları  ilə  əlaqədar  əməliyyatlarını  müxtəlif  valyutalar  ilə 
aparırlar.  Beynəlxalq  banklar isə  beynəlxalq  maliyyə  sisteminin onurğa sütununu 
təşkil edir. 
 
 
 
2. Beynəlxalq maliyyə-kredit təşkilatları 
 
Dünya  ölkələri  arasında  iqtisadi,  maliyyə  və  sosial  münasibətlər  inkişaf 
etməkdədir. Xüsusilə II Dünya müharibəsindən sonra dünyada bloklaşmalar ortaya 
çıxmış,  beynəlxalq  münasibətlər  sürətlənmiş  və  beynəlxalq  valyuta  kredit 
qurumları  qurulmağa  başlamışdır.  Bundan  sonra  inkişaf  etməkdə  olan  ölkələrin 
inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım 
qurumları meydana çıxmışdır. 
 
İstər  beynəlxalq,  istərsə  də  regional  miqyasda  fəaliyyət  göstərən  kredit 
qurumlarının ortaq məqsədləri aşağıdakılardır: 
 
-  Beynəlxalq  mal  alış-verişində  ödəmə  güclüklərini  aradan  qaldırmaq  və 
beynəlxalq inkişafı təşviq etmək; 
 
- İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək; 
 
-  İqtisadi  birləşmə,  sərbəst  ticarət  və  iş  birliyi  münasibətlərini  inkişaf 
etdirmək və sıx iqtisadi iş birliyini stimul etməkdir. 
 
Quruluşu və sərmayəsi birdən çox ölkənin qatıldığı kredit fəaliyyətlərində də 
yenə də birdən çox ölkənin faydalandığı quruluşlara beynəlxalq kredit təşkilatları 
deyilir.  Günümüzdə  fəaliyyət  göstərən  beynəlxalq  kredit  quruluşlarının  hamısı 
ikinci  dünya  müharibəsindən  sonra  qurulmuşdur.  Yaranma  tarixinə  görə,  öncə 
“Breton Vudds əkizləri” adlandırılan Beynəlxalq Pul Fondu (İMF) və Dünya Bank 
qrupu. 
 
Mövcud  beynəlxalq  maliyyə  quruluşlarının  çalışma  sahələri  çox  çeşidlidir. 
Çalışma sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır: 
KitabYurdu.az 
208
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə