Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
müqavilələri  imzalamaq  səlahiyyəti  verilmiş  vəzifəli  şəxslərin  siyahısı  bank 
tərəfindən Milli Banka bir nüsxədə təqdim edilir və Milli Bankda saxlanılır. 
 
Bankın  nizamnaməsində  edilən  dəyişikliklər  Azərbaycan  Respublikasının 
Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın 
nizamnaməsində  və  reqlamentində  edilən  dəyişikliklər  beş  təqvim  günü 
müddətində Milli Banka təqdim edilir. Bank məcmu kapitalını, xarici bankın yerli 
filialı  isə  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitini  daimi  olaraq  Milli  Bankın 
banklar  üçün  müəyyən  etdiyi  məcmu  kapitalın  minimum  miqdarından  aşağı 
olmayan  səviyyədə  saxlamalıdır.  Bankın  məcmu  kapitalının,  xarici  bankın  yerli 
filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri 
və hesablanması qaydası Milli Bank tərəfindən müəyyən edilir. Heç bir bank Milli 
Bankın  qabaqcadan  yazılı  icazəsi  olmadan  səhmlərinin  satın  alınması  və  ya 
səhmlərin  nominal  dəyərinin  azaldılması  zamanı  onun  dəyərinin  ödənilməsi  yolu 
ilə məcmu kapitalını azalda bilməz. Heç bir xarici bank Milli Bankın qabaqcadan 
yazılı  icazəsi  olmadan  nizamnamə  kapitalına  bərabər  tutulmuş  vəsaitlərinin  geri 
götürülməsi  yolu  ilə  yerli  filialının  məcmu  kapitala  bərabər  tutulmuş  vəsaitini 
azalda  bilməz.  Bankın  nizamnamə  kapitalı  və  xarici  bankın  yerli  filialının 
nizamnamə  kapitalına  bərabər  tutulan  vəsaiti  səhmdarların  və  ya  xarici  bankın 
yalnız  Azərbaycan  Respublikasının  milli  valyutasında  ödədiyi  pul  vəsaiti  ilə 
formalaşdırılmalıdır.  
 
Milli  Bank  bank  lisenziyalarının  verilməsində  və  ləğv  edilməsində,  habelə 
filiallar,  şöbələr  və  nümayəndəliklər  açmaq  üçün  banklara  icazə  verilməsində  və 
verilmiş icazələrin ləğv edilməsində müstəsna hüquqlara malikdir. 
 
Bank lisenziyaları və icazələr yazılı formada müddətsiz olaraq verilir. Bank 
lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər və 
üçüncü şəxslərə verilə bilməz. Bank lisenziyaları və icazələr Milli Bank tərəfindən 
verildiyi  gündən  qüvvəyə  minir. Lakin  Milli  Bank  verdiyi  bank  lisenziyasında və 
icazədə “Azərbaycan Respublikası banklar və bank fəaliyyəti haqqında” qaqnunun 
32-ci maddəsinə əsasən banklara icazə verilən fəaliyyət növlərinə məhdudiyyətlər 
qoya  bilər.  Bank  lisenziyasında  və  ya  icazəsində  elə  fəaliyyət  növləri 
məhdudlaşdırıla  bilər  ki,  onların  həyata  keçirilməsi  üçün  ərizəçi  kifayət  qədər 
təşkilati-texniki hazırlığa və ya ixtisasa malik olmasın. 
 
Bank  lisenziyası  və  icazə  alınması  üçün  bankın  təsisçiləri  və  ya 
qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxslər Milli Banka yazılı şəkildə 
müraciət edirlər. Müraciətin forması və məzmunu, ona əlavə edilən sənədlər Milli 
Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərə cavab verməlidir. 
Bu  zaman  Milli  Bank  lisenziya  vermək  üçün  müraciətə  baxarkən  bankın 
kapitalında mühüm iştirak paylarının sahiblərinin (hüquqi şəxs olduqda onların icra 
orqanlarının  rəhbərlərinin)  və  inzibatçıların  maliyyə  vəziyyəti,  peşəkar  fəaliyyəti 
və  keçmişdə  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadıqları  haqqında  maliyyə, 
vergi  və  hüquq  mühafizə  orqanlarından  məlumat  ala  bilər.  Bu  tələb  sonradan 
bankda  mühüm  iştirak  payını  əldə  etmək  istəyən  şəxslərə  (hüquqi  şəxs  olduqda 
onların  icra  orqanlarının  rəhbərlərinə),  yeni  təyin  olunan  inzibatçılara  və  bankın 
törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının rəhbərlərinə də şamil 
edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq mühafizə orqanları Milli Banka onun 
KitabYurdu.az 
204
 


 
 
tələb edə biləcəyi məlumatı verir. İlkin müraciətə baxılması və bank lisenziyasının 
verilməsi  üçün  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan  Respublikası  Qanunu  ilə 
müəyyən edilmiş miqdarda və qaydada dövlət rüsumu ödənilir. 
 
Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim 
günü  müddətində  baxılır.  Yekun  müraciətdə  və  ya  ona  əlavə  edilmiş  sənədlərdə 
səhvlər  və  ya  çatışmazlıqlar  müəyyən  edildikdə,  onları  aradan  qaldırılması  üçün 
Milli  Bank  müraciət  edən  banka  müvafiq  bildiriş  göndərir.  Yenidən  təqdim 
olunmuş  sənədlərə  Milli  Bank  ən  geci  15  təqvim  günü  müddətində  baxmalıdır. 
Milli  Bank  sənədlərin  “Azərbaycan  Respublikası  banklar  və  bank  fəaliyyəti 
haqqında”  qanunun  tələblərinə  cavab  verdiyini,  ilkin  nizamnamə  kapitalının 
minimum  miqdarı  üzrə  ödənişlərin  Milli Banka daxil olduğunu  müəyyən  etdikdə 
bank  lisenziyasının  verilməsi  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  müraciət 
edənlərə 5 təqvim günü müddətində yazılı bildiriş göndərir. Milli Bankın verdiyi 
bank  lisenziyası  olmadan  heç  bir  xarici  bank  da  Azərbaycan  Respublikasında 
filiallar aça bilməz. 
 
Bankların  ləğvi  də  Milli  Bank  tərəfindən  həyata  keçirilir.  Bu  proses  2 
formada olur.  
 
- Könüllü ləğv; 
 
- Məcburi ləğv. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
205
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə