Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə91/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
 
Bu  baxımdan,  inkişaf  etmiş  ölkələr  az  inkişaf  etmiş  ölkələrin  iqtisadi 
artımlarına hər cür dəstək və yardımlar göstərirlər. Çünki az inkişaf etməkdə olan 
ölkələrdə  bazarların  genişlənməsi  və  artan  milli  gəlir  dolayısı  ilə  beynəlxalq 
ticarətin böyüməsi deməkdir. 
 
3) insani və əxlaqi düşüncələr – zənginlərin yoxsullara yardımda bulunması 
əxlaqi  bir  davranışdır.  Bütün  dinlər  bu  cür  tövsiyələrə  yer  verir.  Ancaq  uzun 
müddət  heç  bir  qarşılıq  gözləmədən  verilən  yardımlarla  rastlaşmaq  çox  nadir 
hallarda olur. 
 
3. Beynəlxalq valyuta sistemi 
 
 
Beynəlxalq Valyuta Sistemi, ölkələr arasında mövcud olan valyuta kurslarını 
və  tədiyə  münasibətlərini  tənzimləyən  qayda  və  müqavilələrdən  meydana  gəlir. 
Beynəlxalq kommersiya və maliyyə münasibətlərinin nizamlı bir şəkildə işləməsi 
üçün səmərəli bir beynəlxalq valyuta sisteminin varlığı labüddür. 
 
İnsanlar  tarixin  ən  qədim  dövrlərindən  bəri  alqı-satqınları  həyata  keçirmək 
üçün  müxtəlif  mallardan və vasitələrdən istifadə etmişdir.  Amma  nizamlı  şəkildə 
tətbiq edilən ilk sistem qızıl standartıdır. Qızıl standart 1870-1914-cü illər ərzində, 
yəni  I  dünya  müharibəsinə qədər öz  «qızıl dövrünü»  yaşadı. Qızıl  standartlarının 
əsas  xüsusiyyəti  hər  ölkənin  pulunun  dəyərinin  müəyyən  çəkidə  saf  qızılla 
müəyyən  edilməsi,  qızılın  alqı-satqısı,  ixrac  və  idxalının  sərbəstləşdirilməsidir. 
Burada  qızıl  sikkələr  qədər  banknotlar  da  istifadı  edilirdi,  lakin  bunlar  istənilən 
zaman hökümətlər tərəfindən qızıla dəyişdirilə bilərdi. Ümumiyyətlə, bu sistemdə 
hökümət  müəyyən etdiyi sabit qiymətlə hər kəsə qızıl sata və özünə təklif edilən 
qızılları  ala  bilərdi.  Qızıl  standartı  ümumbəşəri  bir  sistemdir.  Hər  ölkə  pulun 
dəyərini  qızılla  tənzimlədiyinə  görə  bütün  ölkələrin  pulları  qızıl  miqdarında 
nəzərən  avtomatik  şəkildə  bir-birindən  asılı  idi.  Bunun  üçün  ayrıca  müasir 
dövrdəki  valyuta  bazarlarına  bənzəyən  bazarlara  ehtiyac  qalmırdı.  Müharibə 
şəraitində  olan  ölkələr,  qızıl  ehtiyatlarını  qorumaq  üçün  Birinci  dünya 
müharibəsinin  başlanmasından  sonra  pullarının  konversiya  edilməsini  aradan 
qaldırdılar. Müharibədən sonra yenidən qızıl standartına keçmə cəhdləri olsa da, bu 
cəhdlər  müvəffəqiyyətsizliyə  uğradı.  Çünki  qızıl  standartının  xüsusiyyətlərindən 
fərqli olaraq hökümətlər iqtisadi həyata daha müntəzəm qaydada müdaxilə etməyə 
başlamışdılar. 
 
Bir  sıra  ölkələrdə  müharibə  əsasında  özünü  inflyasiya  müharibədən  əvvəl 
paritetlərdən  qızıl  standartına  keçid  kurslarının  idarəsini  qeyri  mümkün  hala 
gətirmişdir.  Nəhayət,  1929-cu  ildə  dünya  iqtisadi  böhranının  baş  verməsilə  qızıl 
standartının davam etməsinə imkan qalmadı. 1933-cü ildə qızıl standartı tamamilə 
ləğv  olundu.  Birinci  və  ikinci  dünya  müharibələri  arasındakı  dövrdə  beynəlxalq 
iqtisadiyyatda  və  maliyyə  münasibətlərində  tam  mənası  ilə  xaos  yaşandı.  Qızıl 
standartı  dağılmış,  onun  yerinə  isə  yeni  bir  sistem  gəlməmişdi.  Beynəlxalq 
öhdəlikləri yerinə yetirmək özü böyük bir problem olmuşdu. Bir çox ölkələr bir-
biri ilə ikitərəfli ticarət ödəmələrini barter üsuluna çevirmişdilər.  
 
Bəzi valyuta zonaları da bu dövrdə meydana gəldi. İngiltərənin başçılığı ilə 
bir  qrup  ölkə  pullarını  sabit  kurslardan  İngilis  sterlinqinə  tabe  edərək  «sterlinq 
KitabYurdu.az 
211
 


 
 
zonası»-nı  qurdular.  Bunlar  Londonda  tutduqları  sterlinq  ehtiyatları  ilə  öz 
aralarındakı  öhdəlikləri  asanlıqla  ödəyir,  lakin  region  xaricindəki  öhdəlikləri  isə 
bacardıqca məhdudlaşdırırdılar.  
 
Fransanın  rəhbərliyi  altında  qurulan  kiçik  bir  qrup  (İsveçrə,  Belçika  və 
Hollandiya)  isə  pullarının  qızıla  tabeliyini  davam  etdirdilər.  Bunlar  da  «qızıl 
bloku»-nu  meydana gətirdilər.  Bir qrup ölkə də pullarını  Amerikan  dollarına tabe 
etmiş və beləcə də «dollar zonası» meydana çıxmışdı. 
 
İkinci  dünya  müharibəsindən  əvvəl  ölkələr  arasında  əməkdaşlıq 
nümunələrinə az rast gəlinir. Halbuki, müharibədən sonra daha sıx bir beynəlxalq 
əməkdaşlıq  dövrü  başlanmışdır.  İki  müharibə  arasındakı  dövrün  çətinlikləri 
qarşısındakı  olan  ölkələrin  beynəlxalq  ticarəti  sərbəstləşdirilən    və  maliyyə 
hərəkətlərini tənzimləyən bir sistemə ciddi şəkildə ehtiyacları vardı. Bu səbəbdən 
yeni bir beynəlxalq valyuta sistemini yaratmaq məqsədi ilə ölkə rəhbərləri Bretton-
Vuds qəsəbəsində məsələnin müzakirəsinə qatıldılar. 
 
  Bretton-Vuds konfranslarında daha çox ABŞ-nın düşüncə və görüşləri əsas 
götürülərək yeni bir beynəlxalq pul sisteminin qurulmasına qərar verildi. Bretton-
Vuds sistemi Amerika dollarına və onun vasitəsi ilə dolayı yolla qızıla tabe valyuta 
sistemidir.  Konfransda  bir-birinin  «əkiz  qardaşı»  kimi  qəbul  edilən  iki  yeni 
maliyyə  təşkilatının  qurulmasına  qərar  verildi:  Beynəlxalq  Pul  Fondu  (BPF)  və 
Dünya Bankı (DB) qrubu idi. BPF-nin vəzifəsi beynəlxalq maliyyə münasibətlərini 
tənzimləmək, DB-nin vəzifəsi isə müharibə nəticəsində dağılan Avropa ölkələrinin 
iqtisadiyyatını dirçəltmək, habelə inkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını 
təmin etmək məqsədi ilə onlara göstərilən maliyyə yardımını gücləndirmək idi. 
 
BPF  1946-cı  ildə  fəaliyyətə  başladı.  Bretton-Vuds  sisteminin  qəbul  etdiyi 
valyuta kursuna «tənzimlənən sabit kurs sistemi»də deyilmişdir. 1946-cı ildə tətbiq 
edilən  bu  sistem  1973-cü  ildə  dağıldı.  Sistemin  xüsusiyyətləri  aşağıdakı  kimidir. 
Müqaviləni  imzalayaraq  BPF-yə  üzv  olan  ölkə,  milli  pulunun  dəyərini  sabit  bir 
kursla  Amerika  dollarına  bağlayır.  Milli  pulun  bu  sabit  dollar  kursuna  «dollar 
pariteti»  deyilmişdir.  ABŞ  isə  dolların  dəyərini  başqa  bir  ölkənin  valyutası  ilə 
deyil, 1 unsiya  saf qızıl=35 dollar kimi  sabit qiymətlə ölçmüşdü.  Digər  cəhətdən 
ABŞ,  xarici  ölkələrin  mərkəzi  banklarına  qızılın  dollara  konversiyasına  icazə 
verirdi.  Yəni  Amerika  Federal  Ehtiyat  Bankı  xarici  ölkələrin  mərkəzi  banklarına 
təklif  etdikləri  dollar  qarşılığında  yuxarıda  müəyyən  edilən  sabit  qiymətlə  qızıl 
satma  məsuliyyətini  üzərinə  götürmüşdü.  Bu  qayda  ilə  hər  ölkə  milli  valyutasını 
dollarla  ölçmüş  və  dollara  da  qızıl  konversiyasını  qəbul  etdiyi  üçün  milli  pullar 
dolayı yolla qızıla tabe olurdu (milli pulun qızıl dəyərinə «qızıl pariteti» deyilirdi). 
 
Beləliklə, 1971-ci ilin dekabr ayında qəbul edilən Kurs Tənzimləməməsi ilə 
dollar  böyük  valyutalar  qarşısında  orta  hesabla  9%  devalvasiya  edildi.  Qızılın 
rəsmi qiyməti 35 dollardan 38 dollara yüksəldi və «qızıl pəncərənin bağlanması» 
təsdiq  edildi.  Başqa  bir  dəyişiklik  isə  ondan  ibarət  oldu  ki,  pulun  dollar  qiyməti 
ətrafındakı  üzmə  intervalı  hər  yönə  1%-dən  2,25%-ə  yüksəldi  (alt  və  üst  yöndə 
cəmi  4,5%).  Lakin,  Kurs  Tənzimləməsi  qaydası  beynəlxalq  bazarlarda  dollardan 
qaçışı  dayandıra  bilmədi.  1973-cü  ilin  fevral  ayında  dollar  yenə  də  spekulyativ 
təzyiqə uğradı və bunun nəticəsində qızılın rəsmi qiyməti 38 dollardan 42,2 dollara 
KitabYurdu.az 
212
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə