Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
 
- Beynəlxalq Valyuta Fondu; 
 
- Dünya Bank qrupuna daxil olan quruluşlar; 
 
- Beynəlxalq İnkişaf Birliyi; 
 
- Avropa Yenidənqurma və İnkişaf Bankı; 
 
Digər regional maliyyə qurumları 
 
- Asiya İnkişaf Bankı; 
 
- Afrika İnkişaf Bankı; 
 
- İslam İnkişaf Bankı; 
 
- Kariblər İnkişaf Bankı; 
 
- Orta Amerika İqtisadi İnteqrasiya Bankı; 
 
- Ərəb Valyuta fondu.  
 
Beynəlxalq maliyyə qurumları qısa, orta və uzun müddətli valyuta kreditləri 
təklif edir. 
 
Qısa və orta müddətli valyuta krediti verən maliyyə qurumu Beynəlxalq pul 
fondudur.  Uzun  müddətli  investisiya  krediti  verən  maliyyə  qurumları  isə  Avropa 
Birliyi  İnkişaf  Fondu,  Avropa  İnvestisiya  Bankı,  Asiya,  Afrika  və  İslam  İnkişaf 
bankları, Dünya Bankı və Birləşmiş Millətlər İnkişaf proqramıdır. 
 
Qısa və orta müddətli valyuta krediti verən təşkilatların maliyyə yardımları 
üzv  ölkələrə,  tədiyyə  balansındakı  müvəqqəti  çətinlikləri  aradan  götürmək  üçün 
verilir.  İnvestisiya  layihələrinin  kreditləşdirilməsi  üçün  ayrılan  fondlar 
uzunmüddətli kreditlərdir. 
 
Beynəlxalq maliyyə quruluşlarına görə fond və bank ayırımı. Qaynaqları 
üzvləri  tərəfindən  üzvlük  haqqı  formasında  yığılan  maliyyə-kredit  quruluşlarına 
fond deyilir. Bank tərəfindən nizamnamə kapitalı üçün gərəkli vəsaitin bir dəfəyə 
məxsus  olmaqla  ixrac  edilən  səhm  qarşılığında  təsis  edilən  quruluşlardır.  Üzv 
ölkələr  bankın  sərmayəsini  artırmaq  istədikləri  halda  yenidən  dövriyyəyə  səhm 
buraxır. Bundan başqa, bank sərmayə bazarlarından əlavə kredit ehtiyatları da cəlb 
edir. 
 
Beynəlxalq  maliyyə  quruluşlarını  fond  və  bank  ayırımına  görə  aşağıdakı 
kimi qruplaşdıra bilərik: 
 
Fond xarakterli maliyyə quruluşları  
 
- Beynəlxalq Valyuta Fondu; 
 
- Avropa Birliyi İnkişaf Fondu; 
 
- Beynəlxalq İnkişaf Birliyi; 
 
- Birləşmiş Millətlər İnkişaf Proqramı; 
 
- Ərəb Valyuta fondu; 
 
- Avropa İnvestisiya Fondu; 
 
- Asiya İnkişaf Fondu. 
 
Bank xarakterli maliyyə quruluşları 
 
- Avropa İnvestisiya Bankı; 
 
- Asiya, Afrika və İslam İnkişaf bankları; 
 
- Dünya Bankı; 
 
- Avropa Yenidənqurma və İnkişaf Bankı. 
 
Fond  xarakterli  qurumların  sərbəstcə  hərəkət  edə  biləcəkləri  maliyyə 
sənədləri  qəti  olaraq  təsbit  edilmişdir.  Fond  xarakterli  maliyyə  quruluşları  üçün 
KitabYurdu.az 
209
 


 
 
qaynaq  saxlanması  məsələsi  ancaq  ikinci  dərəcəli  bir  məsələdir.  Beynəlxalq 
maliyyə  quruluşlarının  maliyyələşmə  fəaliyyətlərindəki  əməliyyatlar  bir-birindən 
fərqlidir. Bunun səbəbi də kreditlərin çeşidliyindədir. Qısa və orta müddətli valyuta 
kreditləri  verən  quruluşlar  kredit  verərkən  iki  başlıca  mövzuya  önəm  verirlər. 
Bunlardan  biri  kredit  tələbindən  olan  üzv  ölkənin  valyuta  ehtiyatlarındakı 
çatışmazlıqdır. İMF üzv ölkənin valyuta ehtiyatlarının yetərsiz olması durumunda 
kredit açar. İkinci şərt isə kredit tələb edən ölkənin geri ödəmə istəyinin reallığıdır. 
Uzun müddətli investisiya kreditləri verən beynəlxalq maliyyə quruluşlarının bəzi 
fərqli özəllikləri vardır. Bu özəllikləri beş nöqtədə açıqlaya bilərik: 
 
- mənfəət məqsədləri yoxdur; 
 
- yardım prinsipi vardır; 
 
- hissəvi maliyyələşmə əsası mövcuddur; 
 
- layihənin kreditləşmə əsası mövcuddur; 
 
- Beynəlxalq iştirak əsası vardır. 
1) Mənfəət məqsədləri. Avropa İnvestisiya Bankının sözləşməsinin 130-cu 
maddəsində  açıq  bir şəkildə  bankın  maliyyə  fəaliyyətinin  məqsədi göstərilmiş  və 
qeyd  olunmuşdur  ki,  o,  mənfəət  əldə  etmədən  fəaliyyət  göstərməlidir.  Ancaq 
bankların  maliyyə  fəaliyyətlərində  mənfəət  məqsədi  güdməməsi,  onların  mənfəət 
əldə etmələrinə mane olmur. 
2)  Yardım  prinsipi.  Uzunmüddətli  investisiya  krediti  verən  beynəlxalq 
maliyyə quruluşlarının hamısının maliyyələşdirmə fəaliyyətlərində yardım prinsipi 
vardır. 
3) Uzunmüddətli investisiya krediti verən beynəlxalq maliyyə quruluşlarının 
böyük  bir  bölümü  hissəvi  maliyyələşdirmə  əsasında  fəaliyyət  göstərirlər.  Yəni 
kredit  tələbində  bulunaraq  digər  qaynaqlardan  da  kredit  təmin  edilməsini  şərt 
qoyurlar. 
4)  Uzunmüddətli  investisiya  krediti  verən  quruluşlar.  Dirçəliş  planları 
kimi  geniş  əhatəli  investiyanın  həcmli  bölmələrini  təşkil  edən  layihələrin 
maliyyələşməsində yaxından iştirak edir. 
5)  Beynəlxalq  iştirak  əsası.  Beynəlxalq  maliyyə  quruluşları  irimiqyaslı 
layihələrin maliyyələşdirilməsində iştirakçı kimi də yer alır. 
Yardım  qarşılığında  heç  bir  ödəmə  şərti  olmadan  verilir.  Beynəlxalq 
yardımları aşağıdakı qruplara bölmək mümkündür: 
1) ikili və çoxtərəfli yardımlar; 
2) maliyyə yardımı, texniki və ya qida maddələri yardımı; 
3) hədiyyə şəklindəki yardımlar; 
4) layihə və proqram yardımları; 
5) bağlı və sərbəst yardımlar. 
 
Adətən,  inkişaf  etmiş  ölkələr  inkişaf  etməkdə  olan  ölkələrə  aşağıdakı 
səbəblərdən yardım edərlər: 
1) siyasi səbəblər – hökumətlər beynəlxalq yardımları öz siyasətlərinin bir 
aləti olaraq istifadə edirlər; 
 
2) iqtisadi səbəblər – az inkişaf etmiş ölkələrin sahib olduqları qaynaqlarla 
inkişaflarını təmin etmələri çox çətindir.  
KitabYurdu.az 
210
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə