Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

 
 
açılan  banklar  üçün  nizamnamə  kapitalının  minimum  miqdarı  normativinin  1 
yanvar 2006-cı ildən 10 mln. Manat məbləğində təyin edilməsi barədə qərar qəbul 
edilmişdir. 
 
Milli  Bankın  İdarə  Heyəti,  həmçinin,  fəaliyyətdə  olan  bankların  məcmu 
kapitalının  minimal  miqdarı  normativinin  2006-2007-ci  illər  ərzində  yeni  açılan 
bankların  nizamnamə  kapitalının  minimal  miqdarı  normativinə  uyğunlaşdırılması 
barədə də qərar vermişdir. Kapitalın minimal miqdarı normativinin artırılması bank 
sisteminin  iqtisadi  əhəmiyyətinin  yüksəlməsi  və  bankların  maliyyə  vasitəçiliyi 
funksiyasının daha da inkişaf etməsində mühüm addım olmalıdır. 
 
Nizamnamə kapitalından başqa kommersiya bankları digər xüsusi fondlara 
da malikdirlər. Bunlar aşağıdakılardır: 
 
1. Ehtiyat fondu bankın müəyyən itkilərinin ödənilməsi məqsədilə yaradılır. 
Onun  ölçüsü  bankın  nizamnaməsi  ilə  müəyyənləşir  və  əsasən  nizamnamə 
kapitalının  15%-i  məbləğində  olur.  Bu  fondun  mənbəyi,  həmçinin  elə  digər 
fondların da mənbəyi bankın gəlirləridir. 
 
2.  İstehsal  və  sosial  inkişaf  fondu  bank  işinin  texniki  inkişafına  xidmət 
edir. 
 
3.  Maddi  həvəsləndirmə  fondu  bank  personalının  daha  səylə  çalışması 
üçün həvəsləndirməyə xidmət edir. 
 
4. Bankın idarə heyətinin fondu bankın digər fondlarının nəzərə almadığı 
istiqamətlərin maliyyələşdirilməsinə xidmət göstərir.  
 
Yuxarıda  adları  çəkilənlərdən  əlavə  iri  həcmli  əməliyyatların  həyata 
keçirilməsi  zamanı  banklar  qiymətli  kağız  yatırımlarının  təminatı  və  bank 
kreditlərinin mümkün olan itkiləri üçün xüsusi sığorta fondları yaradırlar. 
 
Cəlb  olunan  vəsaitlər  kommersiya  banklarının  resurslarının  çox  hissəsini 
təşkil  edir.  Passiv  əməliyyatların  aparılması  banka  hüquqi  və  fiziki  şəxslərin 
müvəqqəti sərbəst qalan maliyyə resurslarını cəlb etməyə imkan yaradır. 
 
Kommersiya  banklarının  passiv  əməliyyatlarının  tərkibi  aşağıdakı 
qruplardan təşkil olunmuşdur: 
- Hüquqi və fiziki şəxslərin əmanət və depozitləri; 
- Hüquqi şəxslərin hesablaşma, cari və digər hesablarındakı qalıqlar; 
 
- Digər kommersiya banklarından və ya mərkəzi bankdan alınan kreditlər; 
 
-  Qeyri-investisiya  qiymətli  kağızlarının  emissiyası  (depozit  sertifikatları, 
veksellər və s.). 
 
Depozit  –  banka  saxlanmaq  üçün  köçürülən,  müəyyən  olunmuş  şərtlər 
daxilində və müddəti çatdıqda qaytarılmalı olunan pul vəsaitləridir. Qaytarılmaya 
depozitin məbləği və qabaqcadan depozit müqaviləsinə əsasən müəyyən olunmuş 
faiz dərəcəsi aiddir. 
 
Müasir  bank  təcrübəsində  istifadə  olunan  depozit  hesablarının  növləri 
müxtəlifdir.  Əksər  dövlətlərdə  depozit  hesablarının  təsnifləşdirilməsi  iki  əsasda 
baş verir: 
 
- Depozitin müddəti; 
 
- Əmanətçinin vəziyyəti. 
 
Müddətə görə depozitlər aşağıdakılara ayrılır: 
KitabYurdu.az 
198
 


 
 
 
-  Tələbolunanandək  depozitlər,  yəni  bu  depozitlərdəki  pul  vəsaitləri, 
əmanətçi  bu  vəsaiti  geri  istədiyi  zaman  qabaqcadan  xəbərdarlıq  edilmədən 
ödənilməlidir. 
 
- Müddətli depozitlər. 
 
Əlbəttə ki, müddətli depozitlər bank üçün əlverişli hesab olunur. Belə ki, bu 
depozitlərin  müddəti  qabaqcadan  məlumdur  və  bank  bu  vəsaitlərə  görə  öz 
planlarını  qura  bilər.  Buna  görə  də  bu  depozitlərin  faiz  dərəcəsi  müddətsiz 
(tələbolunanadək) depozitlərinkindən çox olur. 
 
Hazırda tələbolunanadək əmanətlərin iki növü mövcuddur: 
 
- Faizsiz; 
 
- Faizli. 
 
Faizsiz  növ  bu  depozitlərin  əksər  hissəsini  təşkil  edir.  Faizli  növə  gəldikdə 
isə onlar çek formasında ödənilir və cüzi faizlə olur. 
 
Qeyd  etdiyimiz  kimi  müddətli  depozitlər  faizli  olur  və  bu  depozitlərin 
sahibləri  ilə  bank  yazılı  şəkildə  müqavilə  bağlayır.  Bu  müqavilədə  depozitin 
məbləği,  müddəti,  faiz  dərəcəsi,  bağlanma  müddəti,  bağlanma  şərtləri  və  s. 
göstərilir.  Müddət  sona  çatmadıqda  əmanətçi  yalnız  qabaqcadan  bankı 
məlumatlandırma ilə öz vəsaitlərini geri ala bilər. Lakin, bu zaman müştəri, cərimə 
əvəzi öz faiz gəlirini itirmiş olur. 
 
Depozit  sertifikatları  –  emitent-bankın  pul  vəsaitlərinin  yatırımı  haqda, 
əmanətçinin müddəti bitdikdən sonra qoyulmuş əmanətin məbləği və ona görə əldə 
olunan faiz hüququnu təsdiqləyən yazılı şəhadətnaməsidir. 
 
Depozitlər  bank  resurslarının  əsas  mənbəyidir.  Onların  kommersiya 
banklarında  strukturu  pul  bazarının  konyukturundan  və  əmanətlərə  görə  faiz 
normasının dövlət tənzimlənməsindən asılıdır.  
 
Bankın passivlərinin digər mənbəyi elə vəsaitlərdir ki, bunları bank sərbəst 
şəkildə  öz  likvidliyini  təmin  etmək  məqsədilə  cəlb  edir.  Bu  banklararası 
kreditlərgeri alınma razılığı ilə satılmış qiymətli kağızlar; avrodollar bazarında 
borclar. Onlar idarə olunan passivlər adlanır. Bu passivlər banka depozit itkilərini 
doldurmağa və gözlənilməz itkiləri aradan qaldırmağa imkan verir.  
 
Banklararası  əməliyyatlar  bütövlükdə  bankların  müxbir  münasibətlərinin 
inkişaf səviyyəsini tərənnüm edir. Banklar digər banklardan borc ala bilərlər ki, bu 
da  onlara  kifayət  qədər  iri  həcmli  vəsaitlərlə  əməliyyatlar  həyata  keçirməyə, 
müxbir hesablarda optimal qalığın saxlanılmasına və lazım gəldikdə müxbir-banka 
kredit üçün müraciət etməyə imkan verir. 
 
Mərkəzi  bankdan  borcun  alınması  kommersiya  banklarının  passiv 
əməliyyatıdır.  Kommersiya  bankı  mərkəzi  bankdan  krediti  yenidən  uçotla  və 
veksellərin  yenidən  girovu  ilə  yenidənmaliyyələşdirmə  ardıcıllığında  və  lombard 
krediti formasında, yəni dövlət qiymətli kağızlarının girovu ilə alır. 
 
Geri  alınma  ilə  müqavilə,  yəni  REPO  sövdələşməsi  kommersiya 
banklarının  yeni  resurs  mənbəyi  kimi  yaranmışdır.  Bu  cür  sövdələşmə  bank  və 
şirkət arasında bağlanılır. Əgər şirkət çox qısa müddət üçün böyük həcmli yatırım 
etmək  istəyirsə,  o,  bunu  geri  alma  şərtilə  edir.  Bank  qiymətli  kağızları  şirkətə 
müəyyən olunmuş vaxt bitdikdən sonra daha yüksək qiymətə geri almaq öhdəliyi 
KitabYurdu.az 
199
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə