Fənn: Maliyyə, pul tədavülü və kredit


Mövzu 16. Kommersiya bankları



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə83/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   79   80   81   82   83   84   85   86   ...   93

 
 
Mövzu 16. Kommersiya bankları. 
 
 
P l a n 
 
1. Kommersiya banklarının funksiyaları 
2. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu 
3. Kommersiya banklarının passiv əməliyyatları 
4. Kommersiya banklarının aktiv əməliyyatları 
5. Kommersiya banklarının fəaliyyət prinsipləri 
6. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları 
 
 
1. Kommersiya banklarının funksiyaları 
 
Bank  sisteminin  fəaliyyət  mexanizmində  əlbəttə  ki,  əsas  rol  kommersiya 
banklarına  məxsusdur.  Belə  ki,  məhz  kommersiya  bankları  ölkədə  kredit 
resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-
kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. 
 
Bu  gün  kommersiya  bankları  müştəriyə  200  növə  qədər  müxtəlif  bank 
xidmətləri göstərmək qabiliyyətinə malikdir. Əməliyyatların geniş həcmi banklara 
hətt  qeyri-rentabelli  təsərrüfat  şəraitində  belə  müştərilərlə  daim  təmasda  olmağa 
imkan  verir.  Qeyd  etmək  lazımdır  ki,  bank  təcrübəsində  bütün  bank 
əməliyyatlarından  (məsələn,  beynəlxalq  hesablaşmaların  aparılması,  trast 
əməliyyatları  və  s.)  gündəlik  istifadə  olunmur.  Lakin  müəyyən  baza  əməliyyat 
dəsti  vardır  ki,  bunlarsız  bankın  mövcudluğu  və  normal  fəaliyyət  göstərməsi 
mümkün  deyil.  Bankın  bu  cür  konstruktiv  əməliyyatlarına  pul  ödəmələri  və 
hesablaşma, depozit və vasitəçilik funksiyasını misal göstərmək olar. 
 
Beləliklə  kommersiya  bankı  bank-kredit  sisteminin  borc  kapitalının  gəlir 
əldə etmək məqsədilə hərəkətini təşkil edən institutudur. 
 
Kommersiya bankları aşağıdakı funksiyaları yerinə yetirirlər. 
 
1.  Kapitalın  yığılması  və  səfərbər  edilməsi  funksiyası:  Kommersiya 
banklarının  bu  funksiyasının  köməyi  ilə  hüquqi  və  fiziki  şəxslərin  müvəqqəti 
sərbəst qalan pul vəsaitlərinin bir yerdə, yəni kredit təşkilatlarında cəmlənməsi və 
onların kapitala çevrilməsi baş verir. 
 
2.  Vasitəçilik:  Kommersiya  banklarının  ən  vacib  funksiyalarından  biri  də 
vasitəçilik  funksiyasıdır.  Resursların  yenidənbölgüsü  bank  vasitəsilə  onların 
kreditordan  borcalana  ödənclilik  və  geriqaytarma  prinsipləri  əsasında  ötürülməsi 
ilə baş verir. Bu zaman verilən və əldə olunan borca görə ödəniş borc vəsaitlərinə 
olan tələb və təklifdən asılı olaraq müəyyənləşir. 
 
Kommersiya  banklarının  vasitəçilik  funksiyasının  bazar  iqtisadiyyatının 
uğurlu  inkişafı  üçün  əhəmiyyəti  ondan  ibarətdir  ki,  banklar  bu  funksiyanın 
köməkliyi  ilə  iqtisadi  sistemdəki  risqi  və  qeyri-müəyyənliyi  aradan  götürmüş 
olurlar. Belə ki, pul vəsaitləri kreditordan borcalana vasitəçi tərəf olmadan da keçə 
bilər. Lakin bu zaman borc verilən pul vəsaitlərinin itirilməsi risqi kəskin şəkildə 
KitabYurdu.az 
194
 


 
 
artar.  Onların  yerləşdirilməsində  isə  ümumi  ləngimələr  baş  verə  bilər.  Həmçinin 
kreditor  və  borcalanlar  bir-birlərinin  kredit  qabiliyyətli  olub-olmamalarında 
xəbərsiz,  borc  vəsaitlərinə  olan  tələblə  təklif  isə  bir-biri  ilə  üst-üstə  düşmür. 
Kommersiya  bankları  isə  müştərilərin  bu  sadalanan  problemlərlə  üzləşməməsinə 
imkan yaratmış olur. 
 
3.  Depozit  funksiyası:  (  depozit  –  latın  sözü  depositum  saxlanmağa 
verilmiş  əşya  mənasını  daşıyır.  1)  banklara  qoyulmuş  pul  əmanətləri  (bank 
depozitləri);  2)  kredit  təşkilatına  saxlanmağa  verilmiş  qiymətli  kağızlar  və  pul 
vəsaitləri; 3) tələb olunan ödəmələri təmin etmək üçün, ödəmə vasitəsi kimi həyata 
keçirilən,  müxtəlif  təşkilatlara  pul  vəsaitləri  ödənilməsidir;  4)  müştərilərin  banka 
tələblərini  əks  etdirən  və  ya  təsdiq  edən,  bank  kitablarındakı  qeydlər.(  İzahlı 
iqtisadi terminlər lüğəti I hissə) Depozit 2 yolla ortaya çıxa bilər: Müştərinin banka 
nağd şəkildə pul vəsaitləri daxil etdiyi zaman və ya bank kreditləşməsi zamanı. Bu 
əməliyyatlar  ölkənin  pul  kütləsinin  həcminə  müxtəlif  cür  təsir  edə  bilər.  Əgər 
müştəri öz pul vəsaitlərini banka tələbolunanadək qoymuşdursa o zaman bu pullar 
nağd  puldan  nağdsız  pula  çevrilirlər.  Bu  zaman  təsərrüfatdakı  ümumi  məbləğ 
dəyişməmiş  qalır.  Əgər  pullar  depozitə  daxil  olursa  bu  zaman  tədavüldə  pulun 
ümumi məbləği dəyişmiş, yəni artmış olur. Belə ki, bu zaman bank öz əməliyyatı 
ilə  yeni  tədiyyə  vəsaitləri  yaratmış  olur.  Bu  prosesin  əksi  isə  müştərinin  öz 
hesabından  pul  vəsaitlərini  geri  aldığı  və  kreditin  bağlanması  üçün  pulların 
depozitdən silinməsi zamanı baş verir. 
 
Kommersiya bankları əvvəla pulun bir növdən (banknot) başqasına (depozit) 
keçməsilə öz müştərilərindən nağd pullar qəbul edərək depozitlər yaradırlar. 
 
İkincisi, bank depozitləri müştərilərdən qiymətli kağız xarici valyuta və qızıl 
qəbul  etməsi  nəticəsində  bank  kreditləri  verməklə  yaradır.  Bu  halda  pulun  əks 
hərəkəti baş verir. Yəni, nağdsız formadan nağd formaya keçir. 
 
4.  Pul  ödəmələri  və  hesablaşma  funksiyası:  Bazar  iqtisadiyyatlı  bütün 
ölkələrdə  banklar  iqtisadiyyatın  tədiyyə  mexanizmində  çox  vacib  yer  tuturlar. 
Beləliklə  banklar  təsərrüfatda  əmtəə  tədavülü  və  hesablaşmaların  təşkil  edilməsi 
üçün  istifadə  olunan  tədiyyə  vasitələri  yaratmaq  qabiliyyətinə  malikdir.  Burada 
söhbət  nağdsız  hesablaşma  əməliyyatlarının  aparılmasına  xidmət  edən  çek  və 
başqa  hesabların  açılmasından  gedir.  Bu  banklar  müştərilərin  tapşırığına  əsasən 
ödəmələri  həyata  keçirir,  hesablara  pul  qəbul  edir  və  müştərilərin  bütün  pul 
daxilolmalarının və köçürmələrinin uçotunu aparırlar. 
 
5.  Qiymətli  kağızların  buraxılması  və  yerləşdirilməsinin  təşkili 
fuksiyası:  bu  funksiya  vasitəsilə  kommersiya  banklarının  ölkənin  ilkin  və  ikinci 
qiymətli kağız bazarının təşkilində rolu müəyyənləşir. Sözsüz ki, bu bazarlar kredit 
sistemini tamamlayır və onunla birgə fəaliyyət göstərir. 
 
6.  Bankların  konsultasiya  xidməti  funksiyası:  bu  funksiya  bankların  öz 
müştərilərinin  işlərini  sabit,  effektiv  və  gəlirli  aparılmasında  maraqlı  olmasından 
irəli  gəlir.  Bununla  əlaqədar  banklar  müştərilərinin  kredit  qabiliyyətinin 
qaldırılması,  onların  hesablaşmalarının  optimallaşması,  vergi  planlaşdırmaları, 
hesabatların təşkili və s. məsələlər üzrə konsultasiyalar vermə ilə məşğul olurlar. 
 
Yuxarıda adlarını sadaladığımız funksiyalardan başqa kommersiya bankları 
müştərilərə  həmçinin  digər  maliyyə  xidmətləri  də  göstərirlər.  Belə  ki,  banklar 
KitabYurdu.az 
195
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə