Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə84/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   93

 
 
korporasiyalar və ayrı-ayrı şəxslər üçün, etibarnamə əsasında mülkiyyətin bankın 
idarəçiliyinə  keçməsi  ilə  bağlı,  müştəri  üçün  qiymətli  kağızların  alınması, 
daşınmaz əmlakın idarə olunması, istiqraz buraxılışı üzrə təminatlı funksiyalar və 
s. kimi müxtəlif növ əməliyyatlar yerinə yetirirlər.  
 
 
2. Kommersiya banklarının təşkilati və idarəetmə strukturu
 
Kommersiya  bankının  təşkili  strukturu  ilk  növbədə  onun  mülkiyyətinin 
hüquqi-təşkilati forması ilə müəyyənləşir. Bu da bankın nizamnaməsində öz əksini 
tapan  təşkilati  strukturunu  müəyyənləşdirir.  Nizamnamə  kredit  təşkilatının 
fəaliyyət sənədidir. 
 
Əgər  nəzərə  alsaq  ki,  ölkəmizin  kommersiya  banklarının  əksəriyyəti 
səhmdar  tipli  kommersiya  banklarıdır,  ilk  növbədə  bu  bankların  təşkilati 
strukturunu nəzərdən keçirək. 
 
Bankın  ali  idarəetmə  orqanı  səhmdarların  ümumi  yığıncağıdır.  Bu 
yığıncaq müəyyən olunmuş qaydada, lazım olduqda ildə bir dəfədən az olmamaqla 
çağırılır. Səhmdarların bu yığıncağında bankın fəaliyyəti üzrə aşağıdakı məsələlər 
həll olunur: 
 
- Bankın nizamnaməsinin təsdiqlənməsi və ya dəyişdirilməsi; 
 
- Bankın Direktorlar Şurasının seçilməsi; 
 
- Bankın illik hesabatının təsdiqlənməsi; 
 
-  Bankın  gəlirlərinin  bölüşdürülməsi  və  bankın  ayrı-ayrı  fondlarının 
formalaşması haqda qərarlar; 
 
- Bank filiallarının yaranması və xitam verilməsi; 
 
- Bank auditorlarının təsdiqlənməsi. 
 
Səhmdarların ümumi yığıncağında qərarlar 75% səs çoxluğu ilə qəbul edilir. 
Bu  yığıncaqlar  arasındakı  vaxtda  bank  fəaliyyətinə  rəhbərlik  bankın  Direktorlar 
Şurası  tərəfindən  həyata  keçirilir.  Bankın  fəaliyyətinə  aid  istənilən  strateji 
məsələlərin  həlli,  (əlbəttə  ki,  səhmdarların  ümumi  yığıncağında  həll  olunan 
məsələlərdən başqa) bu şuranın üzərinə düşür. 
 
Direktorlar  Şurasının  fəaliyyətinə  rəhbərlik  bankın  Direktorlar  Şurasının 
Sədri tərəfindən həyata keçirilir. Sədr bu şuranın tərkibindən seçilir. 
 
Bankın direktorlar  şurası  onun icraedici  orqanını  – bankın  İdarə  Heyəti və 
onun rəhbəri – İdarə Heyətinin Sədrini təyin edir ki, bu da bankın cari fəaliyyətini 
təşkil edir. 
 
Bankın  idarəetmə  strukturu  funksional  və  xidmət  bölmələrini  özündə 
cəmləşdirir. Bu bölmələrin sayı isə bank tərəfindən yerinə yetirilən əməliyyatların 
iqtisadi  tərkibindən  və  həcmindən  asılı  olaraq  müəyyənləşir.  Aydın  məsələdir  ki, 
bu əməliyyatlar bankın lisenziyasında öz əksini mütləq şəkildə tapır. 
 
Kommersiya banklarının idarəetmə strukturunda əsasən aşağıdakı  bölmə və 
xidmətləri ayırmaq olar: 
 
- Depozit və əmanət əməliyyatlarının idarə edilməsi;  
 
- Kassa əməliyyatlarının idarə edilməsi; 
 
- Müştəri ilə iş üzrə idarəetmə
KitabYurdu.az 
196
 


 
 
 
- Mühasibat uçotu və hesabatı üzrə idarəetmə; 
 
- Daxili nəzarətin idarə edilməsi; 
 
- Valyutanın idarə edilməsi; 
 
- Hüququn idarə edilməsi; 
 
- Kreditin idarə edilməsi; 
 
- İnvestisiyanın idarə edilməsi; 
 
- Bankın maliyyə xidmətləri və qiymətli kağızların idarə edilməsi; 
 
- Marketinqin idarə edilməsi; 
 
- Bankın filial şəbəkəsi ilə iş üzrə idarəetmə; 
 
- Bankın xüsusi təhlükəsizliyi və qorunmasının idarə edilməsi; 
 
- İnzibati-təsərrüfatçı idarəetmə. 
 
Bu  sadalananları  nəzərdən  keçirdikdə,  demək  olar  ki,  bank  tərəfindən 
göstərilən xidmətlərin genişlənməsi ilə bu bölmələrin sayı da artacaqdır. 
 
 
3. Kommersiya banklarının passiv əməliyyatları 
 
Kommersiya banklarının passiv əməliyyatları bankın balansının passivində 
göstərilərək,  vəsaitlərinin  mənbəyinin,  bankın  resurslarının  formalaşması  üzrə 
aparılan əməliyyatlardır. 
 
Kommersiya banklarının resursları iki əsas mənbədən təşkil olunur: 
 
- Bankın öz vəsaitləri və ona bərabər vəsaitlər; 
 
- Cəlb olunmuş vəsaitlər. 
  
Qeyd etmək lazımdır ki, bank işinin xüsusiyyəti ondan ibarətdir ki, banklar 
cəlb  olunan  vəsaitlərlə  işləməyə  üstünlük  verirlər.  Bu  vəsaitlər  bankın  məcmu 
passivinin  90%-ni  təşkil  edirlər.  Halbuki  bankın  xüsusi  vəsaitləri  məcmu 
passivlərinin 10%-nə qədərini təşkil edir. 
 
Lakin,  passivlərin  təhlili  ilk  növbədə  onun  xüsusi  vəsaitlərindən  başlayır. 
Əvvəla,  ona  görə  ki,  xüsusi  kapitalsız,  ümumiyyətlə  bank  fəaliyyətinə  başlamaq 
qeyri-mümkündür. İkincisi, ona görə ki, bankın xüsusi kapitalın bank fəaliyyətində 
mənası, onun məcmu passivin ümumi həcmində olan səviyyəsindən çox önəmlidir. 
Bankın  xüsusi  kapitalı  onun  fəaliyyətinin  hərəkətverici  qüvvəsi  və  bankın 
fəaliyyətində gözlənilməz hallar baş verdiyi zaman sonuncu ehtiyatdır.  
 
Kredit  təşkilatları  üçün  nizamnamə  kapitalı  məbləği  kimi  müəyyənləşən 
xüsusi  vəsaitləri  (kapital)  bankın  işi  prosesində  artmalıdır.  Buna  əlavə  səhmlərin 
buraxılması və onları hüquqi və fiziki şəxslər arasında qapalı və yaxud açıq satışla 
paylaşdırılması zamanı nail olmaq olar. 
 
Azərbaycan  Respublikası  Milli  Bankı  bank  sisteminin  inkişafının  strateji 
hədəflərindən  biri  kimi  bankların  kapital  bazasının  möhkəmləndirilməsinə  çox 
böyük  əhəmiyyət  verir.  Bildiyimiz  kimi  yaxşı kapitallaşmış  bank sistemi  ölkənin 
daxili yığımlarını maksimum səfərbər etməklə iqtisadi inkişafı daha aktiv və çevik 
dəstəkləmək qabiliyyətinə malikdir. Bu istiqamətdə Milli Bank 1 yanvar 2006-cı il 
tarixədək 5mln. ABŞ dolları ekvivalentinə çatdırılması barədə qərar qəbul etmişdir. 
 
Azərbaycan Respublikası Milli Bankının Mətbuat xidmətinin 4 iyul, 2005-ci 
il məlumatına əsasən Milli Bankın İdarə Heyəti 30 iyun 2005-ci il tarixində  yeni 
KitabYurdu.az 
197
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə