Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə81/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   93

 
 
 
- İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentlik (İZBA). 
 
Bu  qrupa  daxil  olan  strukturların  fəaliyyəti  vahid  istiqamətə  xidmət  edir, 
lakin  onların  hər  biri  ümumi  məqsədi  rəhbər  tutaraq  öz  funksiyasını  yerinə 
yetirməklə məşğuldur. 
 
Məcmu şəklində bütün təşkilatlar Dünya Bankı adlanır. Bu bank dünyada ən 
iri  investisiya  institutu  hesab  olunur.  Bankın  məqsədi  keçid  dövründə  olan 
ölkələrdə  yoxsulluğu  aradan  qaldırmaq  və  o  ölkənin  iqtisadi  artımının 
stimullaşdırılmasına xidmət etməkdən ibarətdir. 
 
Beynəlxalq_yenidənqurma_və_inkişaf_bankı'>Beynəlxalq yenidənqurma və inkişaf bankı Dünya Bankının baş təşkilatıdır. 
Bu səhmdar tipli təşkilatdır. 
 
1996-cı il, bu strukturun təşkil olunduğu dövrdə ona 38 dövlət üzv olmuşdu. 
Bu gün isə demək olar ki, dünyanın bütün ölkələri bu təşkilatın üzvüdür. 
 
Beynəlxalq  inkişaf  assosiasiyası  1960-cı  ildə  yaranmışdır.  Bu  təşkilatın 
yaranmasının  səbəbi  ondan  ibarət  idi  ki,  iqtisadi  cəhətdən  çox  geri  qalmış 
dövlətlərə  Dünya  Bankı  tərəfindən  birbaşa  kreditlərin  verilməsi  imkansız  idi.  Bu 
təşkilat  35  ildən  40  ilə  qədər  faizsiz  kreditlər  verməklə  məşğuldur.  Bu  zaman 
yalnız  inzibati  xərclərin  ödənilməsi  üçün  0,5  %  həcmində  haqq  ödənilir. 
Assosiasiya  aşağı  səviyyəli  gəlirə  malik  ölkələri  kreditləşdirir.  1999-cu  ildə  bu 
assosiasiya  1997-ci  ildə  ÜDM-nin  adambaşına  düşən  payının  925  dollardan  çox 
olmayan ölkələrə kreditlər vermişdir. 
 
Beynəlxalq  maliyyə  korporasiyası  1956-cı  ildə,  inkişaf  etməkdə  olan 
ölkələrin  iqtisadiyyatında  xüsusi  investisiyaların  stimullaşdırılması  məqsədilə 
təşkil olunmuşdur. Beynəlxalq yenidənqurma və inkişaf bankından fərqli olaraq bu 
təşkilat  dövlət  zəmanəti  tələb  etmir  və  bütün  riskləri  öz  boynuna  götürür.  Bu 
korporasiya təkcə kreditlər verməklə deyil, həmçinin qiymətli kağızlar almaqla da 
məşğuldur  ki,  bu  fəaliyyəti  ilə  xüsusi  investorları  cəlb  etməyə  çalışır.  BMK  134 
ölkədə  2  mindən  çox  müəssisəyə  bu  ölkələrin  iqtisadiyyatının  rentabellik 
səviyyəsini artırmaq məqsədilə köməklik göstərmişdir. 
 
İvestisiyaların  zəmanəti  üzrə  beynəlxalq  agentlik  1988-ci  ildə  inkişaf 
etməkdə  olan  ölkələrdə  birbaşa  investisiyaların  stimullaşdırılması    məqsədilə 
yaradılmışdır.  Bu  agentlik  zəmanətlər  təqdim  etməklə,  daha  dəqiq  desək 
investisiyaları  qeyri-kommersiya  risklərindən  sığortalamaqla  məşğuldur. 
Agentliyin əsas məqsədi ondan ibarətdir ki, o, xarici investorların cəlb edilməsində 
maraqlı olan işgüzar dairələr və ölkələrin hökumətləri arasında görüşlər təşkil edir, 
danışıqlar aparır, onlara bu problem üzrə müxtəlif informasiya xidmətləri göstərir. 
İnvestisiyaların zəmanəti üzrə beynəlxalq agentliyin fəaliyyətində 145 ölkə iştirak 
edir. 
 
Avropa  Bankının  əsas  məsələsi  avropa  ölkələrinin  bazar  iqtisadiyyatına 
keçidinə şərait yaratmaqdan ibarətdir. Bunun üçün o, xüsusi sektorun, ilk növbədə 
orta  və  kiçik  müəssisələrin  genişlənməsinə  və  rəqabət  qabiliyyətliliyinə  kömək 
göstərir,  xarici  və  yerli  kapitalların  istehsal  fəaliyyətinin  inkişafı  naminə 
mobilizəsinə  təkan  verir;  investisiyaları,  xüsusi  müəssisələrin  inkişaf  şəraitini 
təmin edən infrastruktur obyektlərinə istiqamətləndirir. 
 
Başqa  maliyyə  təşkilatlarından  fərqli  olaraq  Avropa  İnkişaf  və 
Yenidənqurma  Bankının  nizamnaməsində  göstərilir  ki,  bu  bank  özünün 
KitabYurdu.az 
189
 


 
 
əməliyyatlarını yalnız çoxpartiyalı, demokratiya, plyurealizm və bazar iqtisadiyyatı 
prinsiplərinə  riayət  edən  ölkələrdə  həyata  keçirir.  Bank  öz  resurslarının  60%-nə 
qədərini  xüsusi  sektorun  inkişafına  yönəltməyə  borcludur.  Bu  zaman  dövlətlərin 
belə  proyektlərə  görə  təminat  verməyinə  ehtiyac  yoxdur.  Bu  təşkilat  kreditləri 
vasitəçilər  tərəfindən  verir  ki,  onlar  kiçik  və  orta  müəssisələrin  tələbatını  yüksək 
səviyyədə təmin edə bilirlər. 
 
Beynəlxalq  valyuta-kredit  təşkilatları  arasında  əsas  yerlərdən  biri 
Beynəlxalq  Hesablaşma  Bankınındır.  Onun  tərkibi  34  dövlətdən  ibarətdir.  Bu 
bank  mərkəzi  mərkəzi  bankların  bankı  kimi  müəyyənləşə  bilər.  Onun  iki  əsas 
funksiyası vardır: 
 
-  Mərkəzi  banklar  arasındakı  əməkdaşlığa  imkan  yaratmaq  və  beynəlxalq 
hesablaşmaların  və  digər  maliyyə  əməliyyatlarının  həyata  keçirilməsi  üçün 
əlverişli şərait yaratmaqdan ibarətdir; 
 
Öz üzvlərinin beynəlxalq maliyyə hesablaşmalarının yerinə yetirilməsində 
agent-bank və ya depozitari-bank kimi çıxış edərək təsir göstərmək. 
 
Həmçinin, London, Paris kreditor klubları da beynəlxalq maliyyə bazarında 
əsas rol oynayan təşkilatlardandır. 
 
Paris  kreditor  klubunun  mahiyyətinə  əsasən  ölkələrin  bir-birlərinə  olan 
borcları ödənilir və ya bu borc satıla bilər. 
 
Bu  klubun  köməkliyi  ilə  1999-cu  ildə  Rusiya  dövləti  keçmişdən  SSRİ-nin 
tərkibindəki  respublikalara  verdiyi  kreditlərin  ödənilməsi  yolu  ilə  büdcəyə  3,5 
mlrd. dollara yaxın daxil olmaya malik olmuşdur. 
 
London  kreditor  klubu  əsasən  inkişaf  etməkdə  olan  ölkələri  kreditləşdirən 
600-dən  çox  kommersiya  banklarını  bir  yerə  cəmləşdirir.  Dövlət  kreditləri 
problemləri  ilə  məşğul  olan  Paris  kredit  klubundan  fərqli  olaraq  London  kredit 
klubu  xüsusi  kommersiya  banklarına  olan  sığortalanmamış  kredit  borcları  ilə 
məşğuldur. 
 
  
 
   
4. Mərkəzi bankın təşkili formaları və funksiyaları 
 
Kapital baxımından mərkəzi banklar aşağıdakı hissələrə bölünür: 
 
-  Dövlət  –  yəni  belə  banklarda  kapital  bütövlükdə  dövlətə  aid  olur; 
(İngiltərənin,  Almaniyanın,  Fransanın,  Kanadanın.  Qeyd  etmək  lazımdır  ki,  Milli 
Bank da bu növ banklara aiddir). 
 
Səhmdar – Federal Ehtiyyat Sistemi; 
 
-  Qarışıq  –  bir  hissəsi  dövlətə,  bir  hissəsi  isə  digər  hüquqi  şəxslərə  aid 
səhmdar cəmiyyətlər (Yaponiyanın, Belçikanın mərkəzi bankları). 
 
Əlbəttə  ki,  ölkə  hakimiyyəti  mərkəzi  bankın  ölkənin  kredit  sistemindəki 
rolunun əhəmiyyətinə görə onun etibarlılığında maraqlıdır. Lakin dövlətin mərkəzi 
bankla sıx əlaqəsi onun mərkəzi bankın siyasətinə sərhədsiz təsiri demək deyildir. 
Kapital quruluşundan asılı olmayaraq mərkəzi bank hüquqi cəhətdən sərbəstdir və 
ölkənin qanunverici orqanına yaxud da parlament tərəfindən təşkil olunmuş sosial 
bank sisteminə hesabat verir.  
KitabYurdu.az 
190
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə