Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

 
 
  Girovun  predmeti  dövlət,  xüsusi  və  ya  bələdiyyə  mülkiyyətində,  habelə  tam 
təsərrüfatçılıq səlahiyyətində olan əmlak ola bilər. 
  Cirov  müqaviləsi  müstəqil  xarakter  daşımır  və  əsas  müqavilə  üzrə  öhdəliklərin 
icrasını  təmin  etmək  məqsədi  ilə  bağlanır.  Girov  müqaviləsi  sadə  yazılı  formada 
bağlanmalıdır.  Girov  barədə  şərtlər  girovla  təmin  olunmuş  öhdəliyi  yaradan 
müqavilədə nəzərdə tutula bilər. 
  Girov  müqaviləsində  tərəflərin  adları  və  ünvanları,  girov  qoyulan  əmlakın 
adı(tırkibi), onun qiyməti və olduğu yer, girovla təmin edilmlş öhdəliyin mahiyyəti, 
həcmi,  icra  edilməsi  müddətləri,  müqavilənin  imzalandığı  yer  və  tarix,  habelə 
tərəflər  arasında  razılaşdırılmalı  olan  bütün  digər  şırtlər  göstərilməlidir.  Girov 
qoyulmuş  əmlakın  dəyəri  tərəflərin  razılığı  ilə,  tərəflərdən  biri  təkid  etdikdə  isə 
qiymətləndirici tərəfindən müəyyən edilir. 
  Daşınmaz  əmlakın  girov  qoyulması  haqqında  müqavilədə  ipoteka  predmeti  olan 
əmlaka  girovqoyanın  hüquqları  və  bu  hüquqları  qeydə  almış  dövlət  orqanı 
göstərilməlidir. 
  Azərbaycan  Respublikasından  kənarda  bağlanmış  girov  müqaviləsi  Azərbaycan 
Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  tələblərə  zidd  deyilsə,  yalnız 
formaya əməl olunmadığına görə etibarsız sayıla bilməz. 
  Tərəflərin  razılığı  ilə  başqa  qayda  müəyyən  edilməyibsə,  girov  müqaviləsi  üzrə 
tərəflərin  hüquq  və  vəzifələri  girovqoyanın  təsis  olunduğu,  yaşadığı  və  ya  əsas 
fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. 
  Girov dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatı qaydalarının pozulması 
girovun etibarsız sayılmasına səbəb olur. Girov dövlət qeydiyyatından keçdiyi andan 
qüvvəyə minir. Saxlanc girovunun dövlət qeydiyyatı tələb olunmur. (saxlanc girovu- 
girov  saxlayanın  sahibliyinə  və  müqavilədə  nəzərdə  tutulan  hallarda  istifadəsinə 
verilən  daşınar  əmlakın  girovudur.).  Girovun  dövlət  qeydiyyatı  üçün  girovqoyan 
girov müqaviləsinin tarixindən 30 ğün ərzində qeydiyyat orqanına qeydiyyat ərizəsi 
verməlidir. Girovun qeydiyyatına alınması xərcləri girovqoyanın hesabına aparılır. 
  Girov  müqaviləsi  ilə  girovqoyanın  hesabına  və  mənafeyi  naminə  girovsaxlayanın 
üzərinə saxlanc girovu predmetini sığortalamaq vəzifəsi qoyula bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
182
 


 
 
Mövzu 15. Bank sistemi və Mərkəzi bank. 
 
Plan 
 
1. Bank işinin yaranması və inkişaf tarixi 
2. Bankların təsnifləşdirilməsi 
3. Dünya bank sisteminin xüsusiyyətləri 
4. Mərkəzi bankın təşkili formaları və funksiyaları 
5. Mərkəzi bankın passiv əməliyyatları 
6. Mərkəzi bankın aktiv əməliyyatları 
 
 
1.Bank işinin yaranması və inkişaf tarixi 
 
Qədim  əsrlər  tarixində  bankların  nə  zaman  yarandığı,  onların  hansı 
əməliyyatları  yerinə  yetirdiyi,  onların  təkamülündə  hərəkətverici  qüvvənin  məhz 
nəyin  olduğu  haqda  dolğun  məlumat  yoxdur.  Qədim  xalqların  ilk  pulları  haqda 
(balıqqulaqları,  xəz  dəri,  qızıl  külçələr,  və  s.)  müəyyən  qədər  məlumat  bu  günə 
qədər  gəlib  çıxsa  da,  hazırda  banklar  haqqında  yetərincə  məlumat  bizə 
çatmamışdır. 
 
Bildiyimiz  kimi  bank  sözü  italyan  sözü  olan  “banko”  sözündən  götürülüb, 
masa  mənasını  verir.  Bu  masa-banklar  malların  gur  ticarəti  baş  verən 
meydanlarda qurulurdu. Bu ticarət zamanı dövlət tərəfindən, ayrı-ayrı şəhərlərin və 
hətta  ayrı-ayrı  şəxslərin  zərb  etdikləri  müxtəlif  sikkələrdən  istifadə  olunurdu. 
Aydın məsələdir ki, o dövrdə vahid pul sistemi yox idi. Alqı-satqı zamanı müxtəlif 
dəyərli, cürbəcür pullara rast gəlmək olurdu. Belə bir şəraitdə bu pulların bir-birinə 
dəyişdirilməsinin  hansı  nisbətdə  aparılmasını  məsləhət  görən  xüsusi  peşəkarlar 
lazım  idi.  Bu  peşəkarların  ticarət  meydanında  öz  fəaliyyətlərini  yerinə  yetirmək 
üçün xüsusi masaları olurdu. Əgər nəzərə alsaq ki, X əsrdə İtaliya dünyanın ticarət 
mərkəzi  hesab  olunurdu  və  buraya  dünyanın  hər  yerindən  müxtəlif  ölkələrin 
malları  və  pul  nişanları  axışırdı,  o  zaman  ticarət  əməliyyatlarında  bankirlərin 
iştirakının  vacibliyini  və  onların  masa-banklarının  daha  geniş  yayılmasının 
səbəbini başa düşmək olar.  
 
Qədim  Yunanıstanda  isə  ticarətin  bu  məsləhətçiləri  trapezidlər 
adlandırılırdı.  Yunan  dilində  “trapeza”  masa  deməkdir.  Qədim  Romada  da  bu 
fəaliyyətlə  məşğul  olan  mensarilər  mövcud  idi.  “Mensa”  latın  sözü  olub,  masa 
mənasını  verir.  Mensarilər  də  öz  növbəsində  valyuta  mübadiləsi  və  başqa  pul 
əməliyyatları ilə məşğul olurdular. Belə çıxır ki, ilk banklar ticarət meydanlarında 
müxtəlif  pulların  mübadiləsi  üçün  nəzərdə  tutulmuş  mübadilə  masaları  əsasında 
yaranmışlar. 
 
Tarixçilərin  fikrincə  Qədim  Vavilonda  hələ  bizim  eradan  əvvəl  VI  əsrdə 
kredit  qoyuluşları  və  onlar  üzrə  faizlərin  verilməsi  təcrübədən  keçirilmişdir. 
Həmçinin  bu  əməliyyatlar  b.e.ə.  IV  əsrdə  Yunanıstanda  da  həyata  keçirilmişdir. 
Bununla  yanaşı  qədim  yunanlar  müvafiq  haqla  pulların  mübadiləsini  də  yerinə 
yetirirdilər. Bu ilk bank əməliyyatlarını kim yerinə yetirirdi? Tarixçilərin fikrincə 
KitabYurdu.az 
183
 


 
 
bu  həm  ayrı-ayrı  şəxslər  tərəfindən,  həm  də  müxtəlif  kilsələr  tərəfindən  həyata 
keçirilirdi. 
 
Çox keçmədi ki,  ilk bankirlər başa düşdülər ki, hərəkətsiz qalan iri həcmli 
pul  vəsaitlərinin  yığımı  səmərəli  deyil.  Belə  ki,  onları  müvəqqəti  olaraq  istifadə 
etmək və ya başqasına verib, əvəzində faiz almaqla müəyyən gəlir əldə etmək olar. 
Bu  zaman  girov  kimi  əsasən  gəmilər  və  mallar  iştirak  edirdi.  Bəzi  hallarda  isə 
evlər,  qiymətli  əşyalar,  hətta  adamlardan  (qullardan)  da  girov  kimi  istifadə 
olunurdu. 
 
İqtisadiyyatın  inkişafı  və  hesablaşmaların  artması  ilə  əlaqədar  banklar  öz 
fəaliyyətini  və  yerinə  yetirdiyi  əməliyyatları  artırmışlar.  Sənayenin  inkişafı 
bankların  qısamüddətli  kreditləşmə  əməliyyatlarının  inkişafına  gətirdi,  sonralar 
əməliyyat  sahəsi  genişləndikcə  kredit  müddətlərinin  artması  kimi  fəaliyyətin 
inkişafına, universal fəaliyyətə gətirib çıxardı. 
 
Bank  xüsusi  müəssisə  kimi  əmtəə  istehsal  edir,  lakin  onun  istehsal  etdiyi 
əmtəə maddi istehsal sahəsinin mallarından fərqlənir. Bank sadə əmtəə istehsalı ilə 
məşğul deyil. O, xüsusi növ olan ödəmə vəsaiti – pul istehsal edir. 
 
 
2. Bankların təsnifləşdirilməsi 
 
Təcrübədə bankların bir sıra növləri fəaliyyət göstərir: 
-  İlk  növbədə  emissiya  və  kommersiya  banklarını  bir-birindən  ayırmaq 
lazımdır. 
 
Yerinə 
yetirdikləri 
əməliyyatlara 
görə 
bankları 
universal 
və 
ixtisaslaşdırılmış banklara ayırırlar. 
 
Universal  banklara  bütün  bank  əməliyyatlarını  və  xidmətlərini  göstərmək 
iqtidarında  olan  bankları  aid  edirlər.  Bankların  universallığı  dedikdə,  onların 
məhdudiyyətsiz fəaliyyət tipi: 
 
- İstehsalın ayrı-ayrı sahələri üzrə; 
 
- Müştərilərin tərkibi üzrə; 
 
- Kəmiyyət baxımından; 
 
- Regionlar üzrə. 
 
Universal 
banklar 
müxtəlif  növ  sahələri  kreditləşdirdiyi  halda, 
ixtisaslaşdırılmış  banklar  əsasən,  müəyyən  bir  sahənin  kreditləşməsi  ilə 
məşğuldurlar. Həmçinin onu da gözdən qaçırmaq olmaz ki, universal banklar həm 
fiziki,  həm  də  hüquqi  şəxslərə  xidmət  göstərdiyi  halda,  ixtisaslaşdırılmış  banklar 
yalnız ayrı-ayrı şəxslərin xidmətinə yönələn fəaliyyətlə məşğuldurlar. 
 
Mülkiyyətinə görə banklar aşağıdakı kimi təsnifləşdirilirlər: 
 
- Dövlət bankları; 
 
- Səhmdar banklar; 
 
- Kooperativ banklar; 
 
- Xüsusi banklar; 
 
- Qarışıq banklar. 
 
Fəaliyyət çərçivəsinə görə bankları: 
 
- iri,  
KitabYurdu.az 
184
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə