Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə87/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   93

 
 
olunması  imkanını  təqdim  etməkdir.  Bu  cür  konvertasiya  «spot»  və  «forvard» 
şəraitində gedən əməliyyatlar vasitəsilə həyata keçirilir. Dəqiq desək, hər iş günü 
boyu  bank  özünə  sərf  edən  məzənnə  ilə  xarici  valyuta  əldə  etməyə  çalışır  ki,  bu 
valyutanın sonrakı reallaşmasından gəlir əldə etsin. 
 
Kommersiya  banklarının  qeyri-ənənəvi  əməliyyatlarına  elə  əməliyyatlar 
aid edilir ki, bunları banklardan başqa digər təşkilatlar da həyata keçirə bilər. Bu 
əməliyyatlara aşağıdakıları aid etmək olar: 
 
 
 Hesablaşma-kassa xidməti
 
 
-   Trast əməliyyatları; 
-   Lizinq; 
 Faktorinq
-   Zəmanət və havadarlığın verilməsi; 
-   İnkassasiya xidmətləri və s. 
 
Bu  əməliyyatlar  üzrə  gəliri  banklar  ya  komission  kimi  ya  da  xidmət  üçün 
haqq şəklində əldə edirlər. 
 
 
5. Kommersiya banklarının fəaliyyət prinsipləri 
 
 
Kommersiya banklarının ən vacib və ilkin fəaliyyət prinsipi ondan ibarətdir 
ki,  onlar  mövcud  resursları  çərçivəsində  fəaliyyət  göstərməlidirlər.  Kommersiya 
bankları digər bankların xeyrinə nağdsız hesablaşmaları həyata keçirə bilər, onlara 
kreditlər verər, öz müxbir hesabındakı qalıq həddində nağd pul qəbul edə bilər. 
 
Mövcud resurs çərçivəsi dedikdə, kommersiya bankları yalnız öz resursları 
və  kredit  qoyuluşları  arasındakı  kəmiyyət  uyğunluğuna  deyil,  həmçinin  bank 
aktivlərinin  xarakteri  ilə  onlar  tərəfindən  mobilizə  edilmiş  resursların 
xüsusiyyətlərindəki uyğunluğu da nail olmaları başa düşülür. Hər şeydən əvvəl bu 
uyğunluq yuxarıda adları çəkilmiş göstəricilərin müddətlərinə aiddir. Belə ki, əgər 
bank  qısa  müddətə  vəsait  cəlb  edib  (qısamüddətli  və  ya  tələbolunanadək 
depozitlər)  onu  uzunmüddətli  kreditləşmədə  istifadə  edərsə  bu  zaman  bankın 
likvidliyi, yəni, öz öhdəliklərini yubanmadan ödəmə qabiliyyəti təhlükə altına alına 
bilər. 
 
Artan  risklə  iri  həcmli  borc  vəsaitlərinin  bankın  aktivlərində  olması  onun 
resurslarının  ümumi  həcmində  xüsusi  vəsaitlərinin  çəkisinin  artmasını  tələb  edir. 
Bank aktivlərinin onun passivlərinin xarakterindən sərt asılılığı bank fəaliyyətinin 
iqtisadi  normativlərinin  müəyyən  edilməsində  və  onların  əməliyyatlarının 
tənzimlənməsində nəzərə alınmalıdır. Bu və ya başqa xüsusi bank əməliyyatlarının 
(ipoteka,  investisiya  və  s.)  həyata  keçmə  imkanı  bank  passivlərinin  strukturu  ilə 
bağlıdır. Ona görə də bu əməliyyatların şərtlərini hazırlayarkən ilk növbədə mütləq 
uyğun passivlərin yaranma mənbələrinə fikir vermək lazımdır. 
 
Özünün  malik  olduğu  resurs  çərçivəsində  bank  aktiv  əməliyyatlar 
aparmaqda sərbəstdir. Müəyyən olunmuş iqtisadi normativlərə riayət etmək şərtilə 
bankın  aktiv  əməliyyatlarının  həcminə  nə  inzibati,  nə  də  dolayı  metodlarla 
məhdudiyyətlər  qoyula  bilməz.  İnzibati  məhdudiyyətlər  müstəsna  hallarda  tətbiq 
edilə  bilər.  Belə  ki,  bankın  fəaliyyətinə  inzibati  yolla  müdaxilə  onların 
KitabYurdu.az 
202
 


 
 
fəaliyyətinin  kommersiya  əsasını  zəiflədə  bilər.  Ona  görə  də  bank  fəaliyyətinin 
tənzimlənməsində əsas üstünlük iqtisadi metodlara verilir. 
 
Bankın  kommersiya  fəaliyyətinin  fundamenti  olan  cəlb  olunmuş  resurs 
çərçivəsində fəaliyyət prinsipi onun bütün istiqamətini müəyyən edir: depozitlərin 
cəlb olunmasında bankın marağı artır, passivlərə görə rəqabət artır ki, bu da kredit 
resurslarının  yalnız  mərkəzi  bankdan  olan  yolunu  bağlamış  olur.  Passivlərə  görə 
kəskin  mübarizə  bankların  öz  resurslarını  yatırmaları  üçün  daha  effektiv  sahələr 
axtarmalarına səbəb olur. Bu zaman bank kapitalının daha rentabelli sahələrə axını 
baş vermiş olur. 
 
Kommersiya  banklarının  ikinci  əsas  fəaliyyət  prinsipi  –  tam  iqtisadi 
sərbəstlik  prinsipidir.  Bu  prinsip  həmçinin  özündə  bankın  öz  fəaliyyətinin 
nəticələrinə  görə  iqtisadi  cavabdehliyini  də  tərənnüm  edir.  İqtisadi  sərbəstlik 
bankın  xüsusi  və  cəlb  etdiyi  vəsaitlərdən tam  sərbəst istifadə  etməsi,  əmanətçilər 
və  müştəri  seçimində  sərbəst  olması,  vergi  ödənişindən  sonra  qalan  gəlirlərindən 
sərbəst istifadəsi və s. özündə cəmləşdirir. 
 
Fəaliyyətdə olan bank qanunvericiliyi bütün kommersiya banklarına öz fond 
və  gəlirlərinin  bölüşdürülməsində  iqtisadi  sərbəstlik  vermişdir.  Bankın  vergi 
ödəmələrindən  sonra  sərəncamında  qalan  gəliri  səhmdarların  ümumi  iclasında 
aldıqları qərara əsasən yerləşdirilir. Bu bankın digər fondlarına ayırmaların norma 
ölçülərini, həmçinin səhmlər üzrə dividentlərin ölçüsünü müəyyən edir. 
 
Kommersiya banklarının üçüncü prinsipi – kommersiya bankları müştəriləri 
ilə  qarşılıqlı  əlaqəni  adi  bazar  münasibətləri  üzrə  qurulması  prinsipidir.  Borc 
verərkən kommersiya bankı ilk bazar kriterilərini, yəni gəlirlilik, risk və likvidliyi 
üstün tutur. “Ümumdövlət marağı”nın qorunması bankın fəaliyyətinin kommersiya 
xarakteri  ilə  bir  araya  sığmayır.  Dövlət  marağının  qorunması  kommersiya  bankı 
üçün likvidlik böhranına səbəb ola bilər.   
 
Kommersiya  banklarının  dördüncü  fəaliyyət  prinsipi  –  ondan  ibarətdir  ki, 
bankın fəaliyyətinin tənzimlənməsi yalnız dolayı iqtisadi metodlarla həyata keçirilə 
bilər.  İnzibati  metodlarla  bankın  fəaliyyətinin  tənzimləməsi  ağlasığmazdır. 
Akademik  V.İ.Kolesnikov  bunu  belə  izah  etmişdir:  ”Dövlət  kommersiya  bankları 
üçün “oyun qaydaları” müəyyən edə bilər, onlara əmrlər verə bilməz. 
 
 
6. Kommersiya banklarının yaradılması, qeydiyyatı və ləğvi qaydaları 
 
Bank ən azı üç hüquqi və ya fiziki şəxs  tərəfindən açıq səhmdar cəmiyyəti 
formasında  yaradılır.  Siyasi  partiyalar,  ictimai  birliklər,  fondlar  və  digər  qeyri-
kommersiya  təşkilatları  bankın  səhmdarı  ola  bilməzlər.  Bank  yalnız  adlı  səhmlər 
buraxa  bilər.  Bankın  imtiyazlı  səhm  sahibləri  səs  hüququna  malik  ola  bilməzlər. 
Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı 
əlavə  üstünlüklərə  malik  ola  bilməz  və  ya  hər  hansı  əlavə  vəzifələr  daşıya 
bilməzlər. 
 
Bank nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən 
təsdiqlənmiş  daxili  reqlamenti,  habelə  bankın  bank  fəaliyyəti  ilə  əlaqədar 
KitabYurdu.az 
203
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə