Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

 
 
 
- orta,  
 
- kiçik banklara ayırırlar. 
 
Dünyanın  bir  sıra  ölkələrində  kredit  təşkilatları  arasında  xırda  kredit 
təşkilatları  da  mövcuddur.  Bunlara  kredit  kooperasiyaları,  qarşılıqlı  kredit 
cəmiyyətləri, ssuda-əmanət bankları, tikinti-əmanət kassaları və s. aiddir. 
 
Xidmət göstərdikləri ərazilərə görə bankları: 
 
- yerli,  
 
- regional,  
 
- Milli, 
 
- beynəlxalq banklara ayırırlar. 
 
Yerli  banklar  dedikdə  bura,  əsasən  yerli  əhaliyə,  eyni  ərazinin  əhalisinə 
xidmət göstərən bankları aid edirlər. Bura həmçinin, müəyyən bir ərazinin, şəhərin 
xidmətində duran bələdiyyə banklarını da aid etmək olar. Ərazi bankları bir neçə 
regionun  tələbatını  təmin  edən  banklardır.  Milli  banklar  ölkə  daxilində  fəaliyyət 
göstərən və əsasən öz vətəndaşlarına xidmət edən banklardır.  Beynəlxalq banklar 
isə  ayrı-ayrı  ölkələrin  müştərilərinin  bir-birləri  ilə  əlaqəsinə  xidmət  göstərən 
banklardır. 
Filiallarının sayına görə bankları: 
- Çoxfiliallı  
- filialsız banklara ayırmaq olar. 
 
Misal olaraq ölkəmizdə fəaliyyət göstərən banklardan ATA bankı çoxfiliallı 
banklara aid etmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
185
 


 
 
Bankların təsnifləşdirilməsi
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bank – fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin 
cəlb  edilməsi,  öz  adından  və  öz  hesabına  kreditlərin  verilməsini,  habelə 
müştərilərin  tapşırığı  ilə  köçürmə  və  hesablaşma-kassa  əməliyyatlarını  məcmu 
halda həyata keçirən hüquqi şəxsdir. 
Emissiya 
bankları 
İxtisaslaşdırılmış 
bankları 
Kommersiya 
bankları 
 
filialsız 
Milli banklar 
 
Çox filiallı 
Filialların 
sayına görə 
Əməliyyat 
çeşidinə görə 
Hüququna 
görə 
Yerli 
bankla

Regional 
banklar 
Fəaliyyət 
çərçivəsi 
Mülkiyyətinə 
görə 
BANKLAR 
Xidmət 
ərazilərinə 
görə 
Universal 
banklar 
Kooperativ banklar 
Xüsusi banklar 
Orta banklar 
Dövlət bankları 
Səhmdar banklar 
Qarışıq banklar 
İri banklar 
Kiçik banklar 
KitabYurdu.az 
186
 


 
 
 
Bank olmayan kredit təşkilatı – öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına 
(depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan 
hüquqi şəxsdir. 
 
 
3. Dünya bank sisteminin xüsusiyyətləri 
 
İstənilən  dövlətin  bazar  iqtisadiyyatının  yaranması  və  inkişafının  vacib 
şərtlərindən  biri  onun  dünyanın  iqtisadi  sisteminə  inteqrasiyasıdır.  Burada  əsas 
məqsəd  beynəlxalq  əmək  bölgüsündə  tam  hüquqi  tərəf  kimi  iştirak  etməkdən 
ibarətdir. Bu cür inteqrasiya həmin ölkənin beynəlxalq maliyyə təşkilatlarında tam 
iştirakı ilə mümkündür. 
 
Dünya  arenasında  böyük  məna  kəsb  edən  və  ölkəmiz  üçün  də  əhəmiyyətli 
olan  təşkilatlara  ilk  növbədə  ikinci  dünya  müharibəsindən  sonra  yaranmış 
Birləşmiş  Millətlər  Təşkilatının  (BMT)  üç  ixtisaslaşdırılmış  maliyyə-kredit 
institutları aiddir: 
 
- Beynəlxalq valyuta fondu (BVF); 
 
- Dünya bankı qrupları (DB); 
 
- Avropa yenidənqurma və inkişaf bankı (AYİB). 
 
BMT-nin tərkibini aşağıdakı sxemlə göstərmək olar: 
 
BMT-nin tərkibinin sxematik quruluşu 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnvestisiyaların zəmanəti üzrə 
Beynəlxalq  agentlik 
Avropa Yenidənqurma 
və İnkişaf Bankı 
BMT 
Beynəlxalq İnkişaf Assosiasiyası 
Dünya İnkişaf 
Bankı 
BVF 
Beynəlxalq Yenidənqurma və 
İnkişaf Bankı 
KitabYurdu.az 
187
 


 
 
Beynəlxalq  Valyuta  Fondu:  bu  fond  dövlətlərin  valyuta-kredit 
münasibətlərinin  tənzimlənməsi  və  onlara  dünya  valyutasında  (1944-cü  il,  ABŞ 
dollarının  dünya  valyutası  müəyyən  olunduğu  müddətdən  1971-ci  il  ABŞ 
dollarının  qızıla  dəyişdirilməsinin  ləğv  edildiyi  dövrə  qədər)  qısamüddətli 
kreditlərin verilməsi ilə maliyyə köməyinin göstərilməsi üçün nəzərdə tutulmuşdur. 
 
Dollar  özünün  qızılla  əlaqəsini  itirdiyi,  ABŞ  və  BVF  isə  aktiv  şəkildə 
demonitizasiya siyasəti yürütdüyü zaman obyektiv olaraq dünya valyuta sisteminin 
yenidənqurulması vacibliyi ortaya çıxdı. Bu vəziyyət dünya valyuta sistemində elə 
bir  pul  vahidinin  müəyyən  olunmasını  stimullaşdırdı  ki,  bu  pul  vahidi  ayrı-ayrı 
dövlətlərin  iqtisadi  vəziyyətinə  neytral  yanaşmış  olsun  və  BVF-in  bütün  üzv 
dövlətlərinin  istifadəsi  üçün  yararlı  olsun.  Həmçinin  qızılı  əvəz  edə  bilsin.  Məhz 
uzun  sürən  diskussiyalardan  sonra  BVF  yeni  beynəlxalq  pulların  –  SDR-in 
emissiyasına başladı. 
 
İlk  olaraq  elan  edildi  ki,  SDR  dollar  kimi  (0,888qr.)  qızıl  məzmununa 
malikdir.  Buna  görə  SDR-i  qızıl  kağız  adlandırırlar.  Lakin,  demonitizasiya  ilə 
əlaqədar olaraq artıq SDR-in “qızıl məzmunu” sözündən istifadə olunmadı. 
 
SDR-in  emissiyasını  BVF  üzvlərinin  Yamayka  sövdələşməsində  qızılın 
rəsmi demonitizasiyasından sonra BVF həyata keçirməyə başladı. Bu zaman SDR 
beynəlxalq valyuta sisteminin əsas ehtiyat aktivi kimi çıxış etdi. 
 
Tədavülə buraxılan SDR dövlətlər arasında onların kvotalarına, daha dəqiq 
desək  nizamnamə  kapitalındakı  payına  uyğun  şəkildə  bölüşdürülür.  Kvotanın 
ölçüsü periodik olaraq dəqiqləşdirilir. SDR-i almaqla üzv dövlətlər özlərinin xarici 
borclarını ödəmək üçün bu valyuta ilə ehtiyac duyduqları digər valyutaları almaq 
imkanına malik olurlar. 
 
BVF səhmdar cəmiyyətin prinsiplərinə uyğun formalaşmışdır. Burada hər bir 
dövlət SDR-lə tərənnüm edilən kvotaya malikdir. Bu kvota əsasında ölkələrin BVF 
ilə  qarşılıqlı  münasibəti  müəyyənləşir  (nizamnamə  kapitalına  üzvlük  haqqı;  BVF 
resurslarından  istifadə  imkanı;  qərarların  qəbul  edilməsində  səs  çoxluğu;  ölkənin 
aldığı  SDR-in  məbləği  və  s.).  Kvotanın  ölçüsü  ÜDM-in,  tədiyyə  balansının  və 
rəsmi qızıl ehtiyatlarının ölçüsünə müvafiq müəyyənləşdirilir. 
 
Kapitalın və uyğun olaraq kvotanın məbləğinə qeyd etdiyimiz kimi, periodik 
olaraq yenidən baxılır və dəqiqləşdirilir. Kapitalın növbəti on birinci genişlənməsi 
1999-cu  ildə  baş  vermişdir  ki,  nəticədə  BVF-in  kapitalı  212  mlrd.  SDR-ə  (297 
mlrd. dollar) qədər yüksəlmişdi. 
 
BVF-ə  üzv  dövlətlərin  kredit  alması  bu  dövlətlərin  müəyyən  iqtisadi-siyasi 
şərtləri  yerinə  yetirmələrindən  asılıdır.  Borcalan  dövlətlə  alınmış  kreditin 
istifadəsinin  reallaşdıracağı  müəyyən  iqtisadi  siyasətdə  əvvəlcədən  razılaşmaya 
gəlinməlidir.  Müəyyən  şərtlərlə  kreditlərin  verilməsi  zamanı  BVF  borcalan 
dövlətin  ictimai  inkişafına,  sosial-siyasi  qüvvələrinin  vəziyyətinə  təsir  göstərmiş 
olur. 
 
Dünya  bankı  qrupları:  bu  qrup  BMT-nin  ixtisaslaşdırılmış  maliyyə 
təşkilatını tərənnüm edərək, aşağıdakı tərkibə malikdir: 
 
- Beynəlxalq yenidənqurma və inkişaf bankı (BYİB); 
 
- Beynəlxalq inkişaf assosiasiyası (BİA); 
 
- Beynəlxalq maliyyə korporasiyası (BMK); 
KitabYurdu.az 
188
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə