Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə82/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   93

 
 
 
Mərkəzi  bankın  hüquqi  sərbəstliyi  onun  fəaliyyətinin  effektivliyinin  əsas 
şərtidir  ki,  əksər  hallarda  bu  hakimiyyətin  qısamüddətli  məqsədləri  ilə  ziddiyyət 
təşkil  edir.  Eyni  zamanda  mərkəzi  bankın  hakimiyyətdən  qeyri  asılılığı  nisbi 
xarakter  daşıyır,  belə  ki,  uzunmüddətli  planda  mərkəzi  bankın  siyasəti  dövlətin 
makroiqtisadi kursu ilə müəyyənləşir. 
 
Ənənəvi olaraq mərkəzi bank dörd əsas funksiyanı yerinə yetirir: 
∆ Banknotların inhisarçı emissiyasını yerinə yetirir; 
∆ Banklar bankı hesab olunur; 
∆ Dövlətin bankiri hesab olunur; 
∆  Pul-kredit  tənzimlənməsini  həyata  keçirir  və  Milli  valyutanın  sabitliyini 
təmin edir. 
 
5. Mərkəzi bankın passiv əməliyyatları 
 
Mərkəzi bank öz funksiyalarını aktiv və passiv bank əməliyyatları vasitəsilə 
yerinə yetirir. 
 
Passiv 
əməliyyatlar 
mərkəzi 
bankın 
resurslarını 
formalaşdıran 
əməliyyatlardır. Mərkəzi bankın əsas passiv əməliyyatları aşağıdakılardır: 
 
- Banknot emissiyası; 
 
- Kommersiya banklarının vəsaitlərinin xəzinədarlığa qəbulu; 
 
- Xüsusi kapitalın yaranması üçün aparılan əməliyyatlar.  
 
Əksər  ölkələrdə  mərkəzi  bankın  resurslarının  əsas  mənbəyi  banknotların 
emissiyasıdır ki, bu mərkəzi bankın bütün passivlərinin 54%-dən 85%-nə qədərini 
təşkil  edir.  Hazırda,  bildiyimiz  kimi  banknotların  buraxılışı  bütövlükdə  qızılla 
təmin olunmamışdır. 
 
Banknot emissiyasının müasir mexanizmi kommersiya banklarının, dövlətin 
kreditləşməsi  və  qızıl  valyuta  ehtiyatlarının  artırılması  üzərində  qurulmuşdur. 
Emissiya mexanizmi banknotların kredit təminatını müəyyənləşdirir.  
 
Mərkəzi  bankların  resurs  mənbəyi  xəzinədarlığın  və  kommersiya 
banklarının  yatırımlarıdır.  Belə  ki,  onlar  mərkəzi  bankların  faizsiz  hesablarına 
özlərinin  kassa  ehtiyatlarının,  həmçinin  məcburi  ehtiyatlarının  bir  hissəsini 
qoyurlar. 
 
Nəhayət  mərkəzi  bankların  resurs  mənbələrindən  biri  də  xüsusi  kapitalın 
yaranması  üçün  aparılan  əməliyyatlardır.  Lakin  bu  mənbə  bir  növ  ikinci  dərəcəli 
hesab olunur. Belə ki, mərkəzi bankın xüsusi kapitalının həcmi onun passivlərinin 
4%-nə qədərini təşkil edir. 
 
 
 
6. Mərkəzi bankın aktiv əməliyyatları 
 
Aktiv  əməliyyatlar  dedikdə  mərkəzi  bankın  öz  resurslarını  yerləşdirməsi 
başa düşülür. 
Azərbaycan Respublikası Milli Bankının 28 fevral 2007-ci il 
 tarixinə balansı (min yeni Azərbaycan manatı (AZN)) 
 
KitabYurdu.az 
191
 


 
 
 
28.02.2007 
31.12.2006 
AKTİVLƏR 
 
 
Nağd vəsaitlər 
21555 
81240 
Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 
215141 
227310 
investisiya qiymətli kağızları 
203845 
201646 
Qeyri-rezident banklardakı vəsaitlər 
1768524 
2019212 
Kredit təşkilatlarına qarşı tələblər 
86494 
82711 
Hesablanmış faiz gəlirləri 
18148 
12973 
əsas vəsaitlər 
20736 
21159 
Qeyri-maddi aktivlər 
2793 
2877 
Sair aktivlər 
18315 
16733 
CƏMİ AKTİVLƏR 
2 355 551 
2 665 860 
 
 
 
ÖHDƏLİKLƏR 
 
 
Dövriyyədə olan banknotlar və sikkələr 
1388587 
1494286 
Hökumət idarələri qarşısında öhdəliklər 
173888 
107129 
Kredit təşkilatları qarşısında öhdəliklər 
309486 
594900 
Sair depozit hesabları 
913 
597 
Buraxılmış (satılmış) qiymətli kağızlar 
87454 
112601 
Beynəlxalq Valyuta Fondu qarşısında öhdəliklər 
319407 
331543 
Digər beynəlxalq maliyyə institutları qarşısında 
öhdəliklər 
6407 
6840 
Hesablanmış faiz xərcləri 
516 
604 
Sair öhdəliklər 
701 
1124 
 
 
 
KAPİTAL 
68190 
61235 
Nizamnamə kapitalı 
10 000 
10 000 
Kapital ehtiyatları 
51235 
51235 
Bölüşdürülməmiş mənfəət 
6955 

CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL 
2 355 551 
2 665 860 
Mərkəzi bankın əsas aktiv əməliyyatları aşağıdakılardır: 
 
Uçot-ssuda əməliyyatları; 
 
- Dövlət qiymətli kağızlarına yatırımlar; 
 
- Qızıl və xarici valyuta ilə əməliyyatlar
Uçot-ssuda əməliyyatlarının iki növü vardır: 
 
Uçot əməliyyatları; 
 
- Dövlətə və banklara qısamüddətli borcların verilməsi. 
 
Uçot  əməliyyatları.  Bu  mərkəzi  bankın  kommersiya  banklarından  və 
dövlətdən  vekselləri  alması  deməkdir.  Kommersiya  bankları  öz  müştərilərindən 
vekselləri  alır  və  bu  vekselləri  də  mərkəzi  bank  kommersiya  banklarından  alır. 
Buna görə də bu əməliyyatlar veksellərin yenidən uçotu adlanır. 
 
Xəzinədarlıq veksellərinin uçotu isə əksər ölkələrdə dövlətin mərkəzi bank 
tərəfindən əsas qısamüddətli kreditləşməsi aləti kimi xidmət göstərir. 
KitabYurdu.az 
192
 


 
 
 
Qısamüddətli  borclar.  Bu  borclar  kommersiya  banklarına  sadə  və  ya 
ötürücü  veksellərin,  qiymətli  kağızların  və  digər  aktivlərin  təminatı  əsasında 
verilir. 
 
Mərkəzi  bank  dövlət  qiymətli  kağızlarına  yatırımları  müxtəlif  məqsədlərlə 
edə bilər. 
 
Əvvəla,  mərkəzi  bank  tərəfindən  dövlət  istiqrazlarının  alınması,  əksər 
inkişaf  etmiş  ölkələrdə  dövlətin  büdcə  kəsirinin  maliyyələşdirilməsinin  birbaşa 
kreditləşməsinin  qanunla  məhdudiyyətli  olduğu  hallarda,  büdcə  kəsirinin 
bağlanması üçün başlıca və hətta yeganə kreditləşməsi formasıdır. 
 
İkincisi,  mərkəzi  bankın  dövlət  istiqrazlarını  almasının  əsas  məqsədi  bank 
sisteminin  likvidliyinin  tənzimlənməsi  və  pul-kredit  siyasətini  həyata  keçirdiyi 
zaman dövlət borcunun idarə olunmasıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  
KitabYurdu.az 
193
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə