Fənn: Maliyyə, pul tədavülü və kredit



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə92/93
tarix17.09.2018
ölçüsü2,47 Mb.
#69105
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
yüksəldi  (qızılın  pəncərəsi  qapalı  olduğu  üçün  bu  ancaq  rəsmi  bir  hesab  vahidi 
mənasını ifadə edirdi). 
 
Bu  gün  dünyada  bütün  ölkələrə  tərəfindən  mənimsənilən,  konversiyalarla 
qurulmuş,  eyni  kurs  sisteminə  görə  vahid  bir  beynəlxalq  valyuta  sistemi  yoxdur. 
Bunun  əvəzinə  sabit  kurs  sistemindən  üzən  kurs  sisteminə  qədər  dəyişə  bilən  və 
ölkələrin  özləri  tərəfindən  seçilən  fərqli  sistemlər  vardır.  Bu  gün  də,  BPF 
beynəlxalq maliyyə münasibətlərini tənzimləmək vəzifəsini davam etdirir. Yalnız 
Bretton-Vuds  sisteminin  dağılmasından  sonra  üzv  olan  ölkələrin  fərqli 
praktikalarına hüquqi baza formalaşdırmaq üçün, BPF-nin quruluş qanunda (BPF 
qanunda ikinci dəyişiklik) dəyişiklik edildi. Bu dəyişikliyə görə müəyyən edilmiş 
prinsiplərə  əməl  etmək  şərti  ilə  istənilən  ölkə  istədiyi  kurs  sistemini  qəbul  edə 
bilər. 
 
İndi  də  pul  sahəsində  əməkdaşlıq  getdikcə  artır.  Məsələn,  1985-ci  ilin 
sentyabr ayında beş böyük ölkə dolların dəyərinin düşürülməsi məqsədi ilə valyuta 
birjalarına  əməkdaşlıq  çərçivəsində  müdaxilə  etmək  üçün  sövdələşdilər.  Bu 
təşəbbüsün  nəticəsində  dolların  dəyəri  sürətli  bir  şəkildə  düşdü  və  1987-ci  ilin 
axırında daha əvvəlki dövrlərdə dollarda müşahidə edilən marginal dəyərləndirmə 
tamamilə yox edildi. 
 
Bu gün beynəlxalq valyuta sistemi ilə əlaqədar başqa bir problem də, «isti 
pul»  adı  verilən  və  həcmi  milyardlarla  ölçülən  qısamüddətli  dollar  fondlarının 
asanlıqla bir ölkədən digərinə getməsidir. Bu fondlar beynəlxalq faiz hədlərinə və 
məzənnələrdə  gözlənilən  dəyişikliklərə  qarşı  çox  həssasdırlar.  01.11.2000-ci  il 
tarixinə  dünya  üzrə  bütün  ticarət  əməliyyatlarının  ödəmələrinin  90%-i  Amerika 
dolları ilə aparıldı. 
 
Avropa  Valyuta  Sistemi  Avropa  pul  vahidi  –  «Avro»-ya  əsaslanır.  Avropa 
Birliyi  ölkələrinin  1995-ci  ilin  sonlarında  Madriddə  təşkil  etdikləri  Zirvə 
toplantısında Ekyünün adı Avro olaraq dəyişdirildi. 
 
Üzvlər  makroiqtisadi  siyasətlərini  daha  yüksək  səviyyədə  bir-biri  ilə 
uyğunlaşdıracaq.  Uyğunlaşma  mövzusunda  bəzi  konkret  göstəricilər  var.  Bunlar, 
məsələn  inflyasiya  hədlərinin  bu  sahədə  ən  yaxşı  vəziyyətdə  olan  ilk  üç  ölkənin 
ortalamasına  görə  1,5%-dən  artıq  olmaması,  büdcə  kəsirinin  ümumi  daxili 
məhsulun 3%-ni, dövlət borclarının isə ÜDM-in 60%-ini aşmamasıdır. 
 
1994-cü  ildə  Avropa  komissiyası  Avropa  Birliyi  ölkələrinin  iqtisadi 
göstəricilərinin  təhlili  nəticəsində  Avro  sisteminə  qatılacaq  11  ölkənin  adını 
açıqladı (müəyyən səbəblərdən Avro sisteminə – İngiltərə, İsveç, Danimarka kimi 
ölkələr qatılmadı). 
 
 
4. Tədiyyə balansı 
 
 
Ölkənin tədiyyə  balansı başqa ölkələrdən daxil olan  pulun ümumi  məbləği 
ilə  digər  ölkələrə  ödənilən  pulların  məbləği  arasındakı  nisbətdir.  Tədiyyə  balansı 
prinsipcə  illik  hazırlanır.  Bundan  başqa  tədiyyə  balansı  o  ölkədə  yerləşən  fiziki 
şəxs,  firma  və  ya  qurumların  xarici  ölkələrlə  apardığı  iqtisadi  əməliyyatların 
sistematik  qeydiyyatıdır.  Bununla  yanaşı,  məsələn,  ABŞ-da  tədiyyə  balansı 
KitabYurdu.az 
213
 


 
 
statistikaları  mövsümlük  (üç  aylıq)  olaraq  dərc  edilir.  Tədiyyə  balansında  qeyd 
edilən  əməliyyatlar  ölkədə  yerləşən  fərd  və  qurumlarla  xaricdə  yerləşən  iqtisadi 
vahidlər  arasında  aparılır.  Ölkədə  yerləşmiş  olanlar  əsasən  o  ölkənin 
vətəndaşıdırlar. Amma tədiyyə balansı baxımından vətəndaş olmaq vacib deyildir. 
Ölkədə  yerləşmiş  olma  dedikdə  o  ölkədə  daima  oturmaq,  şirkətlərin  öz 
fəaliyyətlərini normal olaraq o ölkədən idarə etməsi anlaşılır. Yəni bunların xarici 
ölkələrdə  apardığı  əməliyyatlar  yerləşdikləri  ölkələr  baxımından  xarici  iqtisadi 
əməliyyat olaraq qiymətləndirilməlidir. 
 
Beynəlxalq  tədiyyələrin  yerinə  yetirilməsində  ənənəvi  olaraq  Amerika 
dolları,  sterlinq,  qızıl  və  Avro  kimi  pul  vahidlərindən  istifadə  edilir.  Ancaq,  son 
vaxtlar  Amerika  dollarının  payı  müəyyən  bir  ölçüdə  azalır  ikən,  Avro  və  Yapon 
iyeni  kimi  sağlam  valyutalar  Beynəlxalq  tədiyyələrdə  istifadə  edilməyə  başlayıb. 
Qızılın  da  rəsmi  ödəmə  vasitəsi  kimi  rolu  azalıb.  CDR  isə  olduqca  sağlam  və 
etibarlı bir ödəmə vasitəsi olmasına baxmayaraq, istifadəsi olduqca məhdud olub.  
 
Bir  çox  iqtisadi  əməliyyatlar  nəticəsində  xaricdən  ölkəyə  və  ya  ölkədən 
xaricə  doğru  bir  tədiyyə  axını  meydana  gəlir.  Lakin  bəzi  iqtisadi  əməliyyatlar 
tədiyyə balansına qeyd edilməklə yanaşı, hər hansı bir tədiyyə meydana gətirmir. 
Bunun  bəzi  nümunələrini  sıralayaq:  Malın  mala  dəyişdirilməsi,  yəni  barter  və 
klirinqə  əsaslanan  ticarət,  investisiya  malı,  texnologiya  və  ya  menecment  biliyi 
formasındakı  xarici  sərmayə  formasındakı  qarşılıqsız  ödəmələr  və  s.  Bu  onu 
göstərir  ki,  tədiyyə  balansına  qeyd  edilən  əməliyyatlar,  ölkənin  valyuta  giriş  və 
çıxışlarına təsir etməklə yanaşı, bir qismi üçün də nəticə yaranmır.  
 
Ölkənin  xarici  aləmlə  etdiyi  əməliyyatlar  kredit  və  ya  da  debet  xarakterli 
olur.  Nominal  tədiyyə  meydana  gətirib-gətirməməsindən  asılı  olmayaraq,  bütün 
əməliyyatlar bu qaydada kredit və debet olmaqla iki yerə ayrılırlar. 
 
Beynəlxalq iqtisadi əməliyyatların qeydiyyatı tədiyyə balansına təsadüfi 
deyil,  bir-birlərinə  olan  bənzərliklərinə  və  iqtisadi  təsirlərinə  görə 
qruplaşdırılır.  Belə  əsas  hesab  qrupları  bunlardır:  cari  əməliyyatlar  hesabı, 
kapital hərəkətləri hesabı və ehtiyat aktivləri hesabı.    
 
Cari əməliyyatlar hesabı. Ölkənin beynəlxalq iqtisadi əməliyyatlarının çox 
əhəmiyyətli  bir  qrupu  cari  əməliyyatlar  hesabına  qeyd  edilir.  Bu  hesab  eyni 
zamanda  ölkənin  ümumi  məhsulunun  bir  hissəsini  meydana  gətirir.  Cari 
əməliyyatlar hesabına girən əməliyyatların bir qismi mal ticarətini əhatə edir. Bir 
çox ölkələrin xarici iqtisadi əlaqələrində mal ticarəti əhəmiyyətli yer tutur. İxracat 
krediti  (alacaqlı),  idxalat  isə  debet  (borc)  əməliyyatıdır.  Mal  ixracatı  ilə  mal 
idxalatının meydana gətirdiyi fərqlə “xarici ticarət balansı” adı verilir. Bu termin 
tədiyyə balansı termini ilə qarışdırılmamalıdır. Xarici ticarət balansı, ümumiyyətlə, 
iqtisadiyyatdakı uzunmüddətli struktur dəyişikliklərinin, ya da rəqabət gücünün bir 
göstəricisi olaraq təhlil edilir. 
 
Cari  əməliyyatlar  balansında  yer  alan  ikinci  qrup  əməliyyatlar 
beynəlxalq  xidmətlər  sahəsindəki  ticarətdir.  Bunlara  “görünməyən  ticarət”  də 
deyilir.  Məsələn,  xarici  turizm,  beynəlxalq  bank  və  sığorta  xidmətlərindən  əldə 
edilən  komisyon  və  marjlar,  xarici  investorların  mənfəət  və  faiz  gəlirləri  (kapital 
xidmətlərinin qarşılığı olaraq), lizinqin qarşılığı, xarici məşvərətçilik xidmətləri və 
mühəndislik maaşları kimi öhdəliklər bu əməliyyatlar sırasına daxil edilir. 
KitabYurdu.az 
214
 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə