Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə22/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   18   19   20   21   22   23   24   25   ...   48
Diaqnostika

Serial ATA


Uzun müddət istifadə olunan paralel ATA interfeysini son vaxtlar Serial ATA interfeysi əvəz edir . Əvvəla qeyd edək ki, Serial ATA interfeysi yarandıqdan sonra paralel ATA interfeysi PATA adlandı.
Serial ATA interfeysi verilənlərin ardıcıl ötürülməsi prinsipinə əsaslanır . informasiyanın ardıcıl ötürülməsinə keçid paralel ötürmənin bir çox çatışmamazlıqlar olur. Belə ki, paralel ötürmə vaxtı naqillər arasında informasiya sürüşməsi baş verə bilir. Yəni bir siqnalla ötürülən siqnal son məntəqəyə digərlərindən tez ötürülür. Bunu aradan qaldırmaq üçün sinxronlaşdırma sxemləri tətbiq edilirki, bu ola informasiyanın ötürülməsi siqnallarını aşağı salır.
Paralel ötürmənin digər çatışmayan cəhəti isə bir naqildə yaranan maqnit sahəsi digər naqildəki informasiya təsir etməsidir. Nəticədə informasiyanın ötürülməsinə xəta yaranır.
Serial ATA və ya SATA interfeysinə ATA interfeysi üçün nəzərdə tutulan qurğular qoşulur. Təbiidir ki, bu qurğular SATA interfeysi üçün nəzərdə tutulmalıdır.
ƏN əsası onu qeyd etmək lazımdır ki, SATA qurğuları qoşulduqda ATA interfeysi üçün seçilən 1,2 və kabelin seçilməsi rejimləri lazım gəlmir.
Sonra qeyd edək ki, serial ATA interfeysinin sürəti ATA interfeysinə nisbətən yüksəkdir.


Sistemin yüklənməsi vaxtı nasazlıqların aşkar edilməsi


Sistemin yüklənməsi vaxtı vaxtı nasazlıqların aşkar edilməsi tam işləməyən sistemlər üçün daha yararlıdır. Belə ki, ilkin yükləmə vaxtı testləşdirmə aparılır. Həm də vəziyyəti mühaşidə etməklə müəyyən nəticələrə gəlmək olur.
İlkin yükləmədə nasazlıqları aşkar etmək üçün sistem sadələşdirilir. Yəni sistemin işləməsi üçün ən vacib komponentlər saxlanır. Bu komponentlər siyahısına gərginlik bloku ilə birlikdə korpus sistem platasını soyutma sistemi ilə birlikdə prosessor , bir bank operativ yaddaş videoadapter və monitor daxildir.
Bu konfiqiqurasiyanı saxladıqdan sonra sistem qoşulur. Bu halda özünü testləşdirməni aparan POST proqramnın nəticələri və ya istehsalçı kampaniyanın loqatipi alınmalıdır. Bu halda sistem platasının prosessorunun, yaddaş modulunun, videoadapter və monitorun işlək vəziyyətdə olmasını göstərir . Əgər sistemə klaviaturada qoşulubsa, sistem qoşulduqdan bir neçə saat sonra klaviaturada üç işıq diodu (indikator) yanmalıdır. Bu indikatorlar Capslook, Scrullook, Num lock indikatorlardır. Bu hal da prosessorun və s. Işləməsini göstərir. Belə ki, POST proqramı klaviaturanı da yoxlayır.
Işçi sistem alındıqdan sonra digər komponentlərdə əlavə edilməklə sistem yoxlanılır. Nasazlıqların aradan qaldırılması prosesi çox vaxt kompyuteri hissələrə ayırıb bağlayıcıların kontaktlarının təmizlənməsi ilə başlayır. Belə ki, komp müəyyən vaxt istifadə oluduqda kontaklarda oksidləşmə baş verə bilər. Sonra isə interfeys kabelləri bağlayıcılarda yaxşı otuzdurrulmalıdır.
Nasazlıqların aradan qaldırılmasının yollarından biri də qoşulan qurğuların normal qoşulmasına nəzarət etməkdir.
Sistemin yüklənməsi vaxtı POST proqramı yerinə yetirdikdə səhvlər aşkar olunarsa aşağıdakılara diqqət vermək lazımdır:
1. Bütün kabellərin düzgün qoşulması.
2. BİOS-da qurğuların konfiqurasiya parametrlərinin düzgünlüyü.
3. Bütün qurğuların düzgün qoşulması
4. Bəndlərin və çeviricilərin düzgün təyin edilməsi.
5. Eyni sistem resurslarından istifadə etməklə yaranan münaqişə.
6. Yükləyici sərt diskin qoşulması.
7. BİOS-un qpoşulan qurğuların işinin təyin edilməsi.
8. Yaddaş modullarının yerləşdirilməsi
9. Əməliyyat sisteminin yerləşdirilməri.



Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə