Fesil-11. indd



Yüklə 5,04 Mb.
Pdf görüntüsü
səhifə11/12
tarix23.09.2018
ölçüsü5,04 Mb.
#70311
1   ...   4   5   6   7   8   9   10   11   12

336

kimi, əvvəlki yüzilliklər ərzində kömür, neft və təbii qaz “ənənəvi” enerji növləri 

adlandırıldığından,  su,  külək,  günəş  və  bio  enerji  bunlara  alternativ  sayıldı-

ğından,  “alternativ”  enerji  növləri  adlandırılmağa  başladılar.  Halbuki  əslində, 

biz  əvvəl  göstərdiyimiz  kimi,  bəşəriyyət  əvvəl  məhz  su,  külək,  günəş  və  bio 

enerjisindən istifadə edib və kömür, neft və qaz bunlara “alternativ” olmuşlar. 

Buna görə indi su, külək, günəş və bio enerjinin “alternativ” enerji adlandırılma-

sı o qədər də uğurlu deyil.

Digər tərəfdən, su, külək, günəş, və bio enerjisi ilə yanaşı nüvə enerjisi də 

“bərpa olunan” enerji növüdür. Və deyəndə ki, “bərpa olunan enerji növlərini 

inkişaf etdirmək qərək” aydın olmur, nüvə enerjisinin inkişafı da nəzərdə tutu-

lur ya yox. Buna görə zənnimizcə su, külək, günəş və bio enerjini ümumi adla 

adlandırmağa gəldikdə ən uğurlu ifadə “dayanıqlı” enerji ifadəsidir. Nüvə ener-

jisi “bərpa olunan” olsa da, təhlükəli olduğundan onu “dayanıqlı” adlandırmaq 

olmur. Ondan fərqli olaraq, su, külək, günəş və bio enerji bir tərəfdən inkişafı 

təmin edir, digər tərəfdən təhlükəsiz, yəni, doğrudan da “dayanıqlıdırlar”. Buna 

görə zənnimizcə, məhz bu ifadənin işlənməsi məqsədəuyğundur.

11.5.9

Enerji səmərəliliyi

Bizim  bu  fəsildə  əsas  mövzumuz  dayanıqlı  enerji  olmuşdur.  Lakin  son 

zamanlar  güclənən  hərəkətlərdən  biri  də  enerji  səmərəliliyinin  artırılmasıdır. 

Enerji itkilərinin qarşısının alınması bəşəriyyəti həmişə narahat etmişdir. Ener-

ji itkiləri ilə mübarizənin texniki, iqtisadi və maliyyə aspektləri var. Məsələn, 

Azərbaycanda müstəqilliyin ilkin dövrlərində elektrik və qaz enerjisinin istifadəsi 

sayğacların göstəricilərinə əsasən deyil, bir növ əhali ilə ödəmələri yığanlar ara-

sında “sövdələşmələrə” əsasən baş verirdi. Son illər dövlətin tətbiq etdiyi sərt 

sayğac siyasəti təkcə əhalidən yığılan enerji ödənişlərini qaydaya salmağı deyil, 

həm də mühüm, 20-30% enerji qənaətinə gətirib çıxarmışdır. Digər mühüm sahə 

evlərin termik izolyasiyasıdır. Daha qabaqcıl texniki yanaşma, müasir materi-

allar  istifadə  etməklə  evlərin  isidilməsinə  və,  əksinə,  soyudulmasına  30-50% 

enerji qənaəti ilə nail olmaq olar. Məsələn, daha yaxşı termik izolyasiyalı qapı 

və pəncərələrin istifadə edilməsi hesabına. Daha bir, xüsusilə Azərbaycan üçün 

vacib sahə, neft çıxarılarkən əvvəllər havaya sovrulan və ya yandırılan səmt qa-

zının toplanmasıdır. Əsasən metandan ibarət səmt qazının toplanması həm eko-

logiyanı qorumağa, həm də dəyərli yanacağa qənaət etməyə imkan verir. 

Digər vacib məsələ İstilik Elektrik Stansiyalarında 1 kW enerjinin istehsalına 

sərf edilən yanacaqdır. Bu yaxınlara kimi Azərbaycanda bu göstərici orta dünya 

göstəricisindən xeyli yüksək idi. Son illər Azərbaycanın bir neçə istilik stansi-

yalarında  aparılmış  yenidənqurma  işləri  hesabına  bu  göstəricini  aşağı  salmaq 

mümkün olmuşdur, ancaq bu sahədə hələ də çox iş görülməlidir. Bütövlükdə 

götürdükdə,  təəssüf  ki, Azərbaycanda  enerji  səmərəliyi  hələlik  kifayət  qədər 



337

diqqət cəlb etməyib. Bunun da təbii səbəbi Azərbaycanın enerji daşıyıcıları ilə 

zəngin  olmasıdır  –  necə  deyərlər,  “varlığa  nə  darlıq”. Ancaq  unutmaq  olmaz 

ki, neft və qaz təkcə bizim deyil, həm də gələcək nəsillərimizindir və biz bu 

“xəzinəyə” görə onlar qarşısında da məsuliyyət daşıyırıq.

11.5.10  Yaşıl iqtisadiyyat

Məhz bu səbəbdən son illər ən çox diqqət çəkmiş məsələlərdən biri “yaşıl 

iqtisadiyyat”-dır. Yaşıl iqtisadiyyat ekoloji risk və resurs qıtlığını nəzərə almaqla 

insanların daha yüksək həyat səviyyəsini və cəmiyyətdə sosial bərabərliyi təmin 

edən iqtisadiyyatdır. Yaşıl iqtisadiyyatın əvvəlki iqtisadiyyat modellərindən əsas 

fərqi əvvəllər qiymət qoyulmadan istifadə edilən resursların əsl dəyərinin nəzərə 

alınmasıdır. Məsələn təbiətdən pulsuz götürülən havanın, suyun və yaxud bioloji 

resursların dəyərinin nəzərə alınması. Neft və qaz da yerdən çıxarılarkən onla-

rın qiymətində yalnız geoloji, qazıntı və istismar işlərinin xərcləri nəzərə alınır, 

əslində isə onların qiymətində onların “mövcudluq” dəyəri də nəzərə alınmalıdır. 

Ən azı ona görə ki, biz onları indi istifadə etməsək, onlar gələcək nəsillərə qala 

bilər. Əgər bütün bu resursların bəşəriyyət üçün əhəmiyyət və qiyməti nəzərə 

alınarsa, onda bir çox indi ucuz başa gələn kimi hesab edilən malların əslində 

xeyli baha başa gəlməsi aydın olar.

Yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf etməyə imkan 

verər. Bu model sosial baxımdan da vacibdir, çünki cəmiyyətin varlı təbəqələri 

əllərində olan texniki və texnoloji vasitələr hesabına yoxsulların “əlləri çatma-

yan” və əslində hamıya məxsus resursları “özəlləşdirib” istismar edirlər.

 

Diaqram: Dayanıqlı iqtisadiyyat modeli



338

Bu model ətraf mühit, iqtisadiyyat və sosial sahə arasındakı münasibətləri 

və  dayanıqlı  iqtisadiyyatın  məhz  bu  üç  sahənin  kəsişməsində  yerləşdiyini 

göstərir.  Məsələn,  yalnız  iqtisadı  və  sosial  amilləri  nəzərə  almaqla  biz  sosi-

al  ədaləti  təmin  edə  bilərik,  misal  üçün,  varlılar  və  yoxsullar  hansısa  resursu 

bərabər bölüşdürməklə sosial ədaləti təmin edə bilərlər; ancaq bu, ətraf mühi-

tin dayanıqlığını təmin etməyə də bilər. Məsələn, Braziliya meşələrini istismar 

edərkən  varlı  beynəlxalq  korporasiya  gəlirlərin  yerli  əhali  ilə  bölüşdürülməsi 

məsələsində razılığa gələ bilər. Ancaq hətta bu “ədalətli” bölgü də eyni zaman-

da meşənin məhvinə gətirə bilər. Yaxud, ətraf mühitdən iqtisadi cəhətdən çox 

səmərəli istifadə oluna bilər, məsələn, elə yuxarıda çəkdiyimiz misalda korpo-

rasiya ən qabaqcıl texnologiya işlətməklə ən yüksək istifadə əmsalına nail ola 

bilər, yəni yüksək səmərəyə nail olar.  Ancaq öz növbəsində sosial ədalət unu-

dular. Dayanıqlı iqtisadiyyat isə o iqtisadiyyatdır ki, eyni zamanda həm iqtisadi 

səmərəni, həm sosial ədaləti, həm də ekoloji tarazlığı təmin etsin. Yaşıl iqtisadiy-

yat məhz belə iqtisadiyyatdır. 

Burada qeyd etmək istərdik ki, BMT-nin baş katibi Ban ki-Moon 18 yan-

var 2012-ci il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabidə keçirilmiş 

“Gələcək Dünya Enerji Sammit”indəki çıxışında 2012-ci ili “Dayanıqlı Ener-

ji Hamı Üçün” ili elan etmişdir. Bu təşəbbüsdə o, dünya dövlətlərini 2030-cu 

ilədək dayanıqlı enerjinin payını iki dəfə artırmağa, enerji səmərəliyini isə yenə 

də iki dəfə yaxşılaşdırmağa çağırmışdır.

 

11.6 

İqlim dəyişmələrinə uyğunlaşmanın çətinlikləri

“Tanıdığın ən yoxsul insanı gözünün önünə gətir və sənin 

atacağın növbəti addımın ona xeyri dəyib-dəyməyəcəyi 

haqqında fikirləş!”- M. Qandi

11.6.1

İqlim dəyişmələrinə uyğunlaşma nədir?

İqlim dəyişmələri ilə mübarizənin iki əsas vasitə ilə aparmaq mümkündür:

1.  İqlim dəyişmələri təsirinin yumşaldılması (mitiqasiya). Bu mübarizə 

vasitəsindən iqlim dəyişmələrinin kökü olan istilikxana qazlarının atmosferə tul-

lantısının azaldılmasına yönəlmiş tədbirlər durur.

2.  İqlim dəyişmələri təsirlərinə uyğunlaşma (adaptasiya). Bu mübarizə 

yolu isə iqlim dəyişmələrinin törətdiyi fəsadlara qabaqcadan hazırlıq tədbirləri 

vasitəsilə onun vurduğu ziyanın azaldılmasını nəzərdə tutur.

Növbəti  onilliklər  ərzində  atmosferə  atılan  istilikxana  qazlarının  miqda-

rı  kəskin  şəkildə  azalsa  belə  planetimiz  hələ  uzun  illər  iqlim  dəyişmələrinin 

təsirlərinə uyğunlaşmalı olacaqdır. Yuxarıda iqlim dəyişmələri təsirlərinin yum-



Yüklə 5,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə