207
şəraitin təmin edilməsi, ehtiyatların əl çatan olması və biomüxtəliflik kimi so-
sial və iqtisadi funksiyalarına təsir göstərir. Təsir indikatorları bu təsirləri təsvir
etmək üçün işlədilir.
Təsirlər müəyyən ardıcıllıqla baş verir: havanın çirklənməsi qlobal
istiləşməyə (birbaşa təsir) səbəb ola bilər ki, bu da öz növbəsində temperaturun
artmasına (ikinci dərəcəli təsir), bu isə dəniz səviyyəsinin artmasına (üçüncü
dərəcəli təsir) və biomüxtəlifliyin yox olmasına gətirib-çıxara bilər. Təsir indi-
katoruna misal olaraq axan neftdən xəstəliyə yoluxan quşların sayını göstərmək
olar.
Tədbirlər indikatoru ekoloji vəziyyətin dəyişməsinin qarşısını almaq, onu
müvazinətləşdirmək, yaxşılaşdırmaq və ya ona uyğunlaşmaq istiqamətində
cəmiyyətdəki qrupların (və fərdlərin) cavab tədbirlərini, həmçinin hökumətlərin
səylərini ifadə etmək üçün istifadə edilir. Bəzi sosial cavab tədbirləri is-
tehsal və istehlak modellərində üstünlük təşkil edən meylləri yenidən
istiqamətləndirdiyindən mənfi hərəkətverici qüvvə kimi qəbul edilə bilər.
Digər cavab tədbirləri təmiz texnologiyaların inkişafını və onlardan istifadəni
təşviq etməklə məhsul və proseslərin səmərəliliyinin artırılması məqsədini da-
şıyır. Tədbirlər indikatorlarına katalitik neytrallaşdırma texnologiyasına malik
maşınların nisbi sayı; məişət tullantılarının yenidən işlənməsi əmsalı; ekoloji
idarəedilən torpaqlar misal ola bilər. Tez-tez işlədilən “ümumi” cavab tədbirləri
indikatoru ekoloji xərcləri təsvir edən meyardır.
Dinamika indikatorları (B Tipli – Baş verənlər əhəmiyyətlidirmi?)
Yuxarıda verilən indikatorların hamısı vəziyyətin necə olmalı olmasına isti-
nad etmədən vəziyyəti olduğu kimi əks etdirir. Əksinə olaraq, dinamika indika-
torları faktiki şərtləri istinad şərtlərinin müəyyən toplusu ilə müqayisə edir. On-
lar mövcud ekoloji şərait və arzuedilən vəziyyət (hədəf) arasındakı “məsafəni”
ölçür: ‘hədəfə qədər olan məsafə’ qiymətləndirilməsi. Ekoloji təsirlərin və ya
vəziyyətin dəyişməsinə görə spesifik qrupları və ya təsisatları məsuliyyətə cəlb
etmək mümkün olan zaman dinamika indikatorları məna kəsb edir.
Bir çox ölkələr və beynəlxalq təsisatlar ekoloji hədəflərə çatmağa
istiqamətlənmiş inkişafa nəzarət etmək məqsədilə dinamika indikatorlarını
işləyib-hazırlamışlar. Bu dinamika indikatorları müxtəlif cür istinad şərtlərinə/
dəyərlərinə aid ola bilər, məsələn:
• Milli siyasət hədəfləri;
• Dövlətlər tərəfindən qəbul edilmiş beynəlxalq siyasət hədəfləri;
• Davamlılıq səviyyələrinin yaxınlaşması.
Birinci və ikinci tip istinad şərtləri, milli siyasət hədəfləri və beynəlxalq
səviyyədə qəbul edilmiş hədəflər (Siyasət Hədəflərinin Dəyərləri və ya SHD) çox
208
zaman (beynəlxalq) danışıqlar yolu ilə qəbul edilmiş kompramislərdən ibarətdir
və vaxtaşırı dəyişikliklərə məruz qalır. Onlar nadir hallarda davamlılıqla bağlı
fikirləri əks etdirir. Misal kimi müəyyən il üçün milli hədəflərdə nəzərdə tutu-
lan rəqəm ilə müqayisədə ətraf mühiti çirkləndirən maddələrin kənarlaşdırılma
səviyyəsi və ya meşə ilə örtülməli torpaq paylarının miqyası ola bilər.
Bu vaxta kimi davamlı inkişaf perspektivləri (Davamlı İstinad Dəyərləri
və ya DİD) baxımından qəbul edilən ətraf mühitin hədəf kimi müəyyən edilən
səviyyələri ilə əlaqədar davamlılıq indikatorları ilə bağlı məhdud təcrübə möv-
cuddur. Bu cür indikatorlara misal kimi atmosferdə mövcud olan CO
2
-nin miq-
darının 1990-ci ildə mövcud olan səviyyələrə endirmək üçün maksimal dərəcədə
məqbul hesab edilən CO
2
emissiyasının qlobal orta rəqəminin sınaq səviyyəsinə
münasibətdə təqdim edilmiş Avropa İttifaqında hər adam başına düşən CO
2
emissiyasını miqdarı ola bilər.
Səmərəlilik indikatorları (C Tipli – Vəziyyət yaxşılaşırmı?)
Qeyd etmək lazımdır ki, bəzi indikatorlar təsadüfi zəncirin ayrı-ayrı
elementləri arasındakı əlaqəni ifadə edir. Ətraf mühitin məruz qaldığı təsirləri
insan fəaliyyəti ilə əlaqələndirən indikatorlar qərar qəbul edilməsi baxımından
daha əhəmiyyətlidir. Bu indikatorlar arzuedilən nəticənin hər vahidinə düşən eh-
tiyatların istifadə edilməsi və tullantıların yaranması baxımından məhsulların və
proseslərin səmərəliliyi haqqında məlumat verir.
Ölkənin ekoloji səmərəliliyi ÜDM-in hər vahidinə düşən emissiya və tullan-
tıların səviyyəsi baxımından təsvir edilə bilər. Maşınların enerji səmərəliliyi bir
insanın bir kilometrə sərf etdiyi yanacağın həcmi kimi təsvir edilə bilər.
Yalnız bir dəyişəni nəzərdən keçirən səmərəlilik indikatorlarında başqa
məcmu səmərəlilik indikatorları formalaşdırılmışdır.
Ən yaxşı tanınmış məcmu səmərəlilik indikatorları MİPS-indikatorlarıdır.
Ondan hər Xidmət vahidinin Ehtiyat İntensivliyini (Material Intensity Per Ser-
vice) ifadə etmək üçün istifadə edilir və eyni funksiyanı yerinə yetirən müxtəlif
vasitələrin səmərəliliyinin müqayisəsi üçün faydalıdır. Məsələn, MİPS bir adamı
yüz kilometr məsafəyə adi maşın, hiper-maşın, təyyar və yüngül relsli nəqliyyat
vasitəsilə nəqli üçün sərf edilən enerji və ehtiyatların miqdarını müqayisə etmək
üçün istifadə edilə bilər.
Bu və digər səmərəlilik indikatorlarının münasibliyi arzuedilən nəticələrin
hər vahidinə sərf edilən ehtiyat və atılan emissiya və tullantının miqdarı baxı-
mından cəmiyyətin məhsul və proseslərin keyfiyyətinin yaxşılaşdırıb və ya yax-
şılaşdırmamasından ibarətdir.
Ümumi rifah indikatorları (D Tipli – Ümumiyyətlə daha yaxşı
vəziyyətdəyikmi?)
Bu suala cavab vermək üçün ümumi davamlılığın bəzi ölçülərinə ehtiyac
var. Ümumi rifah indikatorlarına missal kimi Davamlı İqtisadi Rifah Əmsalını,