Ekoloji siyasət və ekologiya anlayışı siyasi və elmi kateqoriya kimi



Yüklə 21,15 Kb.
səhifə1/5
tarix12.08.2023
ölçüsü21,15 Kb.
#120535
  1   2   3   4   5
ekoloji problem movzusu


Ekoloji siyasət və ekologiya anlayışı siyasi və elmi kateqoriya kimi
Müasir beynəlxalq münasibətlərin ən aktual qlobal problemlərindən biri ekologiya – flora və faunanın qorunması, yer atmosferinin və kosmik fəzanın təhlükəsizliyinin təmin edilməsidir.Bu aproblem ekologiya sahəsində beynəlxalq əməkdaşlığa çevrilərək bir sıra beynəlxalq təşkilatların yaranmasına səbəb olmuşdur.
Mövcud tədqiqatlarda ekologiya yunan mənşəli iki sözün birləşməsindən ibarət olub “oikos” – ev, yaşayış yeri, “loqos” – isə elm sözlərinin birləşməsindən ibarət olub mahiyyət və məzmunca canlılarla ətraf mühitin cansız komponentləri arasında qarşılıqlı əlaqələrin tədqiq edilməsi ilə məşğul olur. Ekologiya terminini elmi dövriyyəyə ilk dəfə alman alimi Q.D.Toro 1858-ci ildə gətirmişdir. Lakin bu fikirlər sonralar klassik alman materialistləri tərəfindən mənimsənilmişdir. Azərbaycan tədqiqatçılarından Q.Mustafayev ekologiya elmini aşağıdakı kimi səciyyələndirmişdir: “orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiyadır.
Müasir dövrdə ekologiyanın bir sıra sahələri meydana gəlmişdir ki, bunlar ümumi ükologiya, sosial ekologiya, hüquqi ekologiyadır. Hüquq elminin müstəqil sahəsi kimi təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin ictimai münasibətlərini tənzimləyən hüquq normalarının məcmusu ekoloji hüquq adını almışdır. Göründüyü kimi ekologiyanın mənalandırılması ətraf mühitlə sıx bağlıdır.
Hər hansı bir ölkənin ekoloji siyasəti onun iqtisadi inkişafının və xalqın ümumi mədəniyyətinin səviyyəsini əks etdirdiyinə görə, bu sahəyə qayğının artırılması ildən-ilə genişlənir və təsadüfi deyildir ki, dünyanın inkişaf etmiş ölkələrində ekoloji siyasətin həyata keçirilməsinə ayrılan illik xərclər hazırd ümumdaxili məhsulun 5%-dən azını təşkil edir. Lakin bu göstərici dünyanın bütün ölkəklərinə şamil edilə bilməz, çünki hələ elə regionlar var ki, bunlar dünyanın “ekoloji fəlakət zonası” elan olunmalıdır.

Yüklə 21,15 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə