Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,67 Mb.

səhifə1/27
tarix01.09.2018
ölçüsü0,67 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27



1

Vətəndaşlıq və Vətəndaşsızlıq:

Parlamentarilər üçün Təlimat




2

Minnətdarlıq

Hazırkı  təlimat  Parlamentlərarası  İttifaqın  Demokratiya  və  İnsan 

Hüquqları üzrə Daimi Komitə Bürosunun köməyi ilə hazırlanmışdır.

Araşdırma  və  təhlil:  Karol  Baçelor  (Carol  Batchelor)  və  Filip  Leklerk 

(Philippe Leclerc) (УВКБ ООН)

Müəllif: Merilin Akiron (Marilyn Achiron)

Redaksiya heyəti:

BMT QAK: Erika Feller (Erika Feller), Filip Leklerk, Xose Riyera (Jose

Riera) və Sara Beşetti (Sara Baschetti)

PAİ: Anders Jonson (Anders B. Johnsson) və Karin Cabr (Kareen

Jabre)

Orijinal versiyanın dili: ingilis



2008-ci ilin avqust ayında yeniləşmişdir.

Üz qabığının dizaynı: Jak Vandflü (Jacques Wandfl uh), Studio 

Infographie, İsveçrə

İsveçrədə Presses Centrales de Lausanne şirkəti tərəfində çap 

olunub.

Bu sənəd Avropa Birliyinin maliyyə dəstəyi ilə nəşr 



edilmişdir.

Burada  qeyd  olunan  fikirlər  heç  bir  halda  Avropa 

Birliyinin rəsmi mövqeyini əks etdirmir.



3

Ön söz

“Hər  insanın  vətəndaşlıq  almaq  hüququ  var.  Heç  kəs  əsassız  olaraq 

vətəndaşlığından məhrum edilə bilməz”. Bu qısa ifadə ilə 1948-ci ilin 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 15-ci maddəsi hər bir 

ölkədə  hər  insanın  Dövlətlə  qanuni  əlaqəsini  təmin  edir.  Vətəndaşlıq 

və ya milli mənsubiyyət (bu terminlərdən, adətən beynəlxalq hüquqda 

olduğu  kimi,  eyni  dərəcədə  hazırkı  nəşrdə  istifadə  olunacaq)  insana 

ozünüeyniləşdirmə hissi yaradır, həmçinin insanların Dövlət tərəfindən 

müdafiəsini, habelə bir çox vətəndaş və siyasi hüquqlarını təmin edir. 

Vətəndaşlıq əbəs yerə “hüquq əldə etmək hüququ” adlandırılırmır. 

Vətəndaşlığın  verilməsi,  verilməsindən  imtina  və  ya  itirilməsinə  dair 

beynəlxalq qanunlar sisteminə baxmayaraq, bütün dünyada milyonlar-

la insanın vətəndaşlığı yoxdur. Onlar vətəndaşlığı olmayan şəxslərdir. 

Vətəndaşsızlıq  bir  çox  səbəblərin  nəticəsi  ola  bilər,  bunlara  hüquq 

normalarının toqquşması, ərazinin verilməsi, nikah haqqında qanunlar, 

inzibati  təcrübə,  ayrı-seçkilik,  doğulduqda  qeydiyyatın  aparılmaması, 

vətəndaşlıqdan məhrum etmə (Dövlət insanı vətəndaşlığından məhrum 

etdikdə) və vətəndaşlıqdan imtina (şəxs Dövlətin müdafiəsindən imtina 

etdikdə) daxildir.

Vətəndaşlığı  olmayanların  çoxu  məcburi  köçürülmənin  qurbanıdırlar. 

Öz  evlərini  tərk  etməyə  məcbur  olan  insanlar  daha  həssas  və 

vətəndaşsızlığa  məruz  qalandırlar,  xüsusilə  onların  köçürülməsi 

sərhədlərin  dəyişdirilməsi  ilə  müşayiət  olunursa  və  ya  bu  hadisələr 

onların  köçməyindən  sonra  baş  veribsə.  Və  əksinə,  vətəndaşlığı  ol-

mayan  və  ya  vətəndaşlığından  məhrum  edilmiş  şəxslər  çox  vaxt 

adətən  yaşadıqları  yeri  tərk  etməyə  məcbur  olurlar.  Vətəndaşsızlığın 

qaçqınların  vəziyyəti  ilə  məhz  bu  əlaqəsinə  görə  vətəndaşsızlığın 

qarşısının  alınması  və  azaldılmasına  nəzarəti  BMT-nin  Baş  Məclisi 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (BMT QAK) həvalə edib.

Son  məlumatlara  əsasən  dünyada  on  bir  milyona  yaxın  vətəndaşlığı 

olmayan insan var. Lakin, bu rəqəm yalnız “fərz ediləndir”. Vətəndaşlığı 

olmayan  şəxslərin  sayı  barədə  müfəssəl  məlumatın  yığılması  xeyli 

çətinləşdirilir,  vətəndaşsızlıq  konsepsiyası  bir  çox  ölkələr  tərəfindən 

mübahisə edildikdən, hökumətlər vətəndaşlığı olmayan şəxslərin sayı 

barədə  məlumatı  çox  həvəssiz  açıqlayırlar,  beynəlxalq  təşkilatlar  isə 

vətəndaşsızlıq problemini o qədərdə gərgin saymırlar.   

Lakin, son illərdə beynəlxalq ictimaiyyət o faktı yaxşı anlamağa başlayıb 

ki, insan hüquqlarına hörmət insanların kütləvi surətdə ölkələrini tərk 

etmələrinin  və  köçürülmələrin  qarşısını  almağa  kömək  edir.  Analoji 

olaraq,  beynəlxalq  müqavilələrdə  olan  prinsiplər  nöqteyi-nəzərindən 

başa  düşülür  ki,    Dövlətlər  vətəndaşsızlıq  problemlərini  həll  etməyə  

borcludurlar. Hakimiyyət orqanları (həm formaca, həm də təcrübədə) 

qəbul etməlidirlər ki, onlar müəyyən ölkə ilə həqiqi bağlılığını göstərə 



4

biləcək  şəxsləri  vətəndaşlıqdan  məhrum  edə  bilməzlər  (və  yaxud 

verilməsindən imtina edə bilməzlər). 

Parlament üzvləri ən yaxşı beynəlxalq hüquqa uyğun əsassız olaraq 

vətəndaşlıqdan məhrum etmənin qarşısını alacaq, apatrid ola biləcək 

şəxslərə  vətəndaşlığın  verilməsini  təmin  edəcək,  həmçinin,  artıq 

vətəndaşlığı olmayan şəxs olan insanlara müdafi əni təmin edə biləcək 

milli qanunvericilik qəbul etməklə vətəndaşlığı olmayan şəxslərin sayını 

azalda və ya bu problemi tamamilə həll edə bilərlər.  

Hazırkı  təlimatda  vətəndaşlığın  olmaması  və  ya  məhrum  etmə  ilə 

əlaqədar  bir  sıra  məsələlər  təqdim  edilir,  bu  problemlərin  həlli  yolları 

və vətəndaşsızlığın humanitar aspektlərini gözdən qaçırmamaqla par-

lament üzvlərinin görə biləcəyi tədbirlər təklif olunur. Ümid edirik ki, bu 

təlimat parlament üzvləri üçün bütün dünyada milyonlarla kişi, qadın və 

uşaqların talelərinə mənfi  təsir edən bu problemin azaldılması və tam  

aradan qaldırılması üçün faydalı olacaq.

Antoniu Quterriş 

BMT-nin Qaçqınlar üzrə Ali 

Komissarı

Anders B. Conson

Parlamentlərarası İttifaqın 

Baş Katibi

 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə