Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

42

Bu  əlavə  və  dəyişikliklərin  vətəndaşlığı  olmayan  şəxslərin  prob-

lemlərinin həllində böyük irəliləyişə nail olmaq imkanını yaratmalarına 

baxmayaraq,  ikili  vətəndaşlığa  konstitusion  qadağa  daxil  olmaqla 

Ukrayna  vətəndaşlığını  almaqda  başqa  əngəllər  qalmaqda  idi. 

Məsələn,  Krıma  qayıtmazdan  əvvəl  de  jure  Özbəkistan  vətəndaşı 

olmuş  repatriantlar  Ukrayna  vətəndaşlığını  almamışdan  əvvəl 

formal olaraq Özbəkistan vətəndaşlığından imtina etməli idilər. Lakin 

bunun  üçün  100 ABŞ  dolları  məbləğində  rüsum  ödəmək,  Kiyevdə 

Özbəkistan səfirliyinə getmək və əksər hallarda bir ildən çox çəkən 

inzibati prosedurdan keçmək lazım idi.

BMT  QAK  və  ATƏT  iki  ölkə  arasında  danışıqlarda  vasitəçi  kimi 

çıxış  etdilər.  Bu  danışıqlar  1998-ci  ildə  vətəndaşlığın  dəyişdirilməsi 

prosedurunu  sadələşdirən  ikitərəfli  sazişin  qəbul  edilməsi  ilə 

nəticələndi.  Özbəkistan  vətəndaşlıqdan  imtinaya  görə  rüsum 

almamağa  və  vətəndaşlıqdan  imtina  barədə  ərizələrin  Ukrayna 

Daxili  işlər  Nazirliyinin  Pasport  İdarəsinin  əməkdaşları  tərəfindən 

yığılıb  Özbəkistan  hökumətinə  verilməsinə  razılıq  verdi.  BMT  QAK 

narahatlığına  cavab  olaraq,  Özbəkistan  vətəndaşlığından  imtina 

ilə eyni zamanda Ukrayna vətəndaşlığını almaq imkanının yaradan 

inzibati  prosedur  qəbul  olunmuşdu.  Bu  da  ərizəçilərin  inzibati 

prosedurların keçirilməsi müddətində vətəndaşlığı olmayan şəxslərə 

çevrilməsinin  qarşısını  almağa  imkan  yaratdı.  Göstərilən  ikitərəfli 

sazişin  qüvvədə  olduğu  üç  il  müddətində  Özbəkistandan  olan  80 

minə  yaxın  repatriant  Ukrayna  vətəndaşlığı  almışdı.  Daha  sonra 

Belarus (1999), Qazaxıstan (2000), Tacikistan (2001) və Qırğızıstan 

Respublikaları ilə (2003) ikitərəfli sazişlər bağlanmışdır.

2001-ci  ilin  yanvar  ayında  Ukrayna  Parlamenti  vətəndaşsızlığın 

qarşısının alınması üçün əlavə tədbirlər müəyyən edən yeni qanun 

qəbul etmişdir. Digər müddəalarla birgə 2005-ci ildə yenidən baxılan 

qanun ərizəçilərə Ukrayna vətəndaşlığını aldıqdan sonra bir il ərzində 

başqa ölkələrin vətəndaşlıqlarından imtina etməyə və vətəndaşlıqdan 

imtinaya görə rüsum Ukraynada minimal aylıq əmək haqqından çox 

olduqda vətəndaşlıqdan imtina edilməsinin formal qaydalarına riayət 

etməməyə icazə verir.

Xüsusilə uşaqlara aid qanunlar və təcrübə 

Mülki  və  Siyasi  Hüquqlar  haqqında  Beynəlxalq  Pakta  (MSHBP)  və 




43

Uşaq Hüquqları haqqında Konvensiyaya (UHK) əsasən bütün uşaqlar 

doğulduqları  yerdən  asılı  olmayaraq  doğulduqdan  dərhal  sonra  qey-

diyyata alınmalıdırlar. Bütün uşaqların vətəndaşlıq almaq hüquqları var. 

Uşağın  vətəndaşlığı  müvafiq  Dövlətin  qanunlarına  əsasən  müəyyən 

edilir  və  bütün  Dövlətlər  uşağın  doğulduğu  yer  və  onun  valideynləri 

barədə məlumat istəyirlər. Doğum faktının sübutu olmadan, yəni doğum 

haqqında şəhadətnamə olmadan uşağın şəxsiyyətini müəyyən etmək, 

demək olar ki, mümkün deyil, bununla da o, vətəndaşlıq almaq hüqu-

qundan məhrum edilir.



Bu problemdən necə qaçmaq olar:

-  Dövlətlər UHK-nın 24-cü maddəsinə və MSHBP-nın 7-ci maddəsinə 

əsasən  doğumun  sistematik  qeydiyyatını  təmin  etmək  üçün  müvafiq 

yerli hakimiyyət orqanlarını lazımi vasitələrlə təmin etməlidirlər. Zərurət 

yarandıqda onlara beynəlxalq ictimaiyyət, xüsusi lə UNİCEF tərəfindən 

dəstək verilə bilər.  

-    Uşağın  doğulmasının  qeydiyyatı  zamanı  Dövlət  mübahisəli 

vətəndaşlıq hallarını aşkar etməli və əks halda, uşaq apatrid olacaq-

sa,  öz  vətəndaşlığını  verməlidir.  Vətəndaşsızlığın  azaldılmasına  dair 

1961-ci il Konvensiyasına qoşulduqdan sonra, Konvensiyanın müvafiq 

müddəaları  milli  qanunvericiliyə  daxil  edilməlidir.  Bu  müddəalar 

hətta  Dövlət  1961-ci  il  Konvensiyasına  qoşulmadığı  halda  belə  milli 

qanunvericiliyə daxil edilməlidir. 

-    Vətəndaşlıq  haqqında  qanunvericilikdə  uşağın  doğulduğu  ölkənin 

vətəndaşlığını almağı barədə müddəalar olmalıdır. Bu uşaq doğulduqda 

onun vətəndaşlığının müəyyən edilməsində səhv buraxıldığı hallarda 

vətəndaşsızlığın qarşısını almağa imkan yaradır.

-  Milli qanunvericiliyə əsasən nikahdan kənar doğulmuş uşaqlar üçün 

nikahda  doğulmuş  uşaqlar  kimi  vətəndaşlığın  doğulduqda  verilməsi 

maksimal dərəcədə əlçatan olmalıdır.   

Bir  çox  ölkələrdə  qadınlar  öz  vətəndaşlıqlarını  uşaqlarına  verə 

bilməzlər,  hətta  uşaq  anasının  vətəndaşı  olduğu  Dövlətin  ərazisində 

doğulduqda,  atasının  isə  vətəndaşlığı  olmadığı  halda  belə.  Bu  halda 

uşaq vətəndaşlığı olmayan şəxsə çevrilir.



Bu problemdən necə qaçmaq olar:

-  Ərdə olan Qadının Vətəndaşlığına dair 1957-ci il Konvensiyası  və 

Qadinlara  Qarşi  Ayri-Seçkiliyin  Bütün  Formalarının  Ləğv  Edilməsi 



44

Haqqında 1979-cu il Konvensiyasına əsasən qadınlar kişilərlə bərabər 

hüquqlara  malik  olmalıdırlar.  Bu,  həmçinin,  onların  uşaqlarının 

vətəndaşlığına da aiddir. Bu prinsiplərin həyata keçirilməsi qadınların 

onlara  qarşı  ayrı-seçkiliyə  və  uşağın,  atasının  vətəndaşlığı  olmadığı 

halda, vətəndaşsızlığa məruz qalmamağa şərait yaradır. 

-    Dövlətlər  milli  qanunvericiliklərinə  cinsi  əlamətə  görə  ayrı-seçkiliyi 

qadağan edən müddəalar daxil etməlidirlər.

Yetim və atılmış uşaqların çox vaxt təsdiq edilmiş vətəndaşlığı olmur. 

Nikahdan  kənar  doğulmuş  uşaqlarda  vətəndaşlıq  almaq  imkanından 

məhrum edilə bilərlər.

Bu problemdən necə qaçmaq olar:

-  Dövlətin ərazisində tapılan atılmış uşaqlara bu Dövlətin vətəndaşlığı 

verilməlidir.  Bu  prinsip  bir  çox  ölkələrin  vətəndaşlıq  haqqında 

qanunvericiliyində  və  vətəndaşlığa  dair  beynəlxalq  sənədlərdə  əksini 

tapmışdır.

-    Uşağın  vətəndaşlığının  müəyyən  edilməsində  onun  maraqlarına 

üstünlük verilməlidir.

Bəzi Dövlətlərin övladlığa götürmə təcrübəsi vətəndaşsızlığa gətirə bilər, 

əgər, məsələn, uşaqlar valideynlərinin vətəndaşlığını almaq imkanına 

malik olmadıqda.



Bu problemdən necə qaçmaq olar:

-    Dövlətlər  milli  qanunvericilik  tərəfindən  xaricdə  beynəlxalq 

qanunvericiliyə  uyğun  olaraq  həyata  keçirilən  övladlığa  götürmənin 

tanınmasını  təmin  edən  müddəaları  qanunvericiliklərinə  daxil 

etməlidirlər.  Uşaqların    övladlığa  götürməsinə  dair  1967-ci  il  Avropa 

Konvensiyası  Dövlətlərə  vətəndaşlarının  övladlığa  götürdüyü  uşaqla-

rına vətəndaşlığın verilməsini asanlaşdırmağı tövsiyə edir.

İnzibati təcrübə

Vətəndaşlığın alınması, bərpası və itirilməsi ilə əlaqədar bir çox inzibati 

və prosedur məsələlər mövcuddur. Fərdin vətəndaşlıq almaq hüququ 

olsa da belə - hətta o vətəndaşlığın alınması barədə ərizə ilə müraciət 

edibsə  də  -  həddindən  artıq  yüksək  rüsumlar,  riayət  edilə  bilməyən 

müddətlər,  və/  və  ya  tələb  olunan  sənədlərin  onların  (ərizəçilərin) 

əvvəllər  vətəndaşı  olduğu  Dövlətin  mülkiyyətində  olduğundan  təqdim 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə