Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə12/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

35

müdafiəsindən istifadə etmirlər.



Vətəndaşlığı olmayan şəxslərin ən yaxşı müdafiə yolları 

hansılardır?

Vətəndaşlığı olmayan şəxslərin ən effektiv müdafiə yolu, ilk növbədə 

vətəndaşsızlığı  qeyri-mümkün  edən  qanunvericiliyin  hazırlanmasıdır 

(bax  Fəsil  3,  burada  Vətəndaşsızlığın  azaldılmasına  dair  1961-ci  il 

Konvensiyası və onunla əlaqədar Dövlətin vətəndaşsızlığın azaldılması 

və tam aradan qaldırılması üçün görə biləcəyi tədbirlər müzakirə edi-

lir).

Lakin,  vətəndaşsızlıq  problemi  tam  aradan  qalxmayana  qədər, 



vətəndaşlığı  olmayan  şəxslər  kimi  tanınan  fərdlərin  müdafiəyə 

ehtiyacı  var.  Vətəndaşlığı  olmayan  şəxslərin  statusuna  dair  1954-cü 

il  Konvensiyasına  qoşulma,  həmçinin,  müvafiq  qanunvericiliyin  qəbul 

edilməsi  vətəndaşlığı  olmayan  şəxslərin  hüquq  və  vəzifələrinə  riayət 

olunmasını təmin edəcəkdir.

Yuxarıda göstərildiyi kimi, 1954-cü il Konvensiyası fərdin vətəndaşlığını 

dəyişmir, eyni olaraq Dövlətlərin üzərinə qaçqın olmayan vətəndaşlığı 

olmayan  şəxsləri  ərazisinə  qəbul  etməyə  öhdəlik  qoymur.  1954-cü  il 

Konvensiyasının müddəalarının tətbiqi vətəndaşlığın verilməsini əvəz 

etmir.  Bunun  mümkün  olduğu  bütün  hallarda,  Dövlətlər  ərazilərində 

yaşayan  vətəndaşlığı  olmayan  şəxslərin  assimilyasiyasını  və 

naturalizasiyasını  qanunvericiliyə  və  vətəndaşlıq  məsələlərinə  dair 

təcrübəyə əsasən asanlaşdırmalıdırlar. Problemin bu cür həlli yerli inte-

qrasiya adı altında məlumdur.

2005-ci ildə Qırğızıstan və Türkmənistan hökumətləri Tacikistandan 

olan  çoxsaylı  vətəndaşlığı  olmayan  qaçqınlara,  onlara  sığınacaq 

verən  ölkədə  normal  həyata  başlaya  bilmələri  üçün  tezləşdirilmiş 

formada vətəndaşlıq almaq üçün imkan yaratmışdılar.

Bəzi  müstəsna  hallarda  vətəndaşlığı  olmayan  şəxslərin  hüquqi  sta-

tusu onların yaşadıqları ölkədə qaydaya salına bilər. Bu cür şəxslərə 

uyğun  həll  yolu  başqa  ölkəyə  köçürülmə  ola  bilər.  Baxmayaraq  ki, 

Dövlətlər tərəfindən tətbiq edilən köçürülmə amillərinə vətəndaşsızlıq 

halları  daxil  deyil  (köçürülmə  adətən  qaçqınlara  münasibətdə  tətbiq 

edilir), BMT QAK-ın İcra Komitəsi Dövlətlərdən tətbiq etdikləri amilləri 

genişləndirmək  və onlara vətəndaşlığı olmayan şəxsləri daxil etməyə 

çağırmışdı. İcra Komitəsinin № 95 (2003) saylı Rəyində deyilir:




36

“(İcra  Komitəsi)  Dövlətlərə  vətəndaşsızlıq  problemlərinin  həlli 

sahəsində BMT QAK-la əməkdaşlıq etməyi və vətəndaşlığı ol-

mayan şəxslərin vəziyyətinin hazırda yaşadıqları ölkədə və ya 

onların keçmişdə yaşadıqları hər hansı başqa ölkədə  həll edilə 

bilmədiyi  və  təhlükəli  qaldığı  halda    köçürülmə  üçün  yerlərin 

ayrılması imkanlarını müzakirə etməyi tövsiyə edir…”

BMT QAK vətəndaşlığı olmayan şəxslərin inteqrasiyası və köçürülməsi 

məsələlərində Dövlətlərə tövsiyələr verə və köməklik edə bilər.  




37

III FƏSİL

Vətəndaşsızlığın səbəblərinin aradan qaldırılması

Vətəndaşsızlıq  bir  çox  amillərin  nəticəsi  ola  bilər.  Aşağıda 

vətəndaşsızlığın bəzi əsas səbəbləri və Dövlətlər tərəfindən, xüsusilə 

vətəndaşlıq  haqqında  qanunların  təhlili  zamanı,  bu  cür  vəziyyətdən 

qaçmaq məqsədi ilə atıla biləcək təcrübi addımlar müzakirə edilir. 



Texniki səbəblər

Qanunlar arasında ziddiyyət

Bir  Dövlətin  qanunlarının  digər  Dövlətin  qanunları  arasında  ziddiyyət 

yarandıqda  da  problemlər  ortaya  çıxa  bilər,  nəticədə  şəxs  bu 

Dövlətlərdən heç birinin vətəndaşlığını ala bilmir. Hər iki qanun lazımi 

qaydada  hazırlanmış  ola  bilər,  lakin  onlar  birlikdə  tətbiq  edildikdə 

problemlər yaranır. Məsələn, fərdin doğulduğu A Dövləti yalnız mənşə 

əsasında  (jus  sanguinis)  vətəndaşlıq  verir,  lakin  fərdin  valideynləri  B 

Dövlətinin vətəndaşıdırlar. Digər tərəfdən isə B Dövləti müstəsna olaraq 

şəxslərə doğulduğu yer əsasında (jus soli) vətəndaşlıq verir, lakin fərd A 

Dövlətində doğulub. Beləliklə fərd vətəndaşlığı olmayan şəxs olur.      



Bu problemdən necə qaçmaq olar:

-  1930-cu  il  Haaqa  Konvensiyasının  müəyyən  etdiyi  kimi,  hər  Dövlət 

– öz qanunvericiliyinə əsasən – onun vətəndaşı olan şəxsləri müəyyən 

edir. Digər dövlətlər tərəfindən tanınan bu qanunvericilik vətəndaşlığa 

dair beynəlxalq konvensiyalara, beynəlxalq təcrübəyə və ümumi qəbul 

olunmuş  hüquq  prinsiplərinə  uyğun  olmalıdır.  Beləliklə,  vətəndaşlığa 

aid qanunların ziddiyyətini həll etmək üçün Dövlətlər hər zaman daimi 

yenilənən qanunlar toplusuna malik olmalı və onların praktiki tətbiqini 

bilməlidirlər.

- Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyası göstərir 

ki, vətəndaşlıq aşağıdakı hallarda verilməlidir:

- Dövlətin ərazisində doğulmuş şəxslərə doğulduqda qanunun qüvvəsi 

ilə; 

- Dövlətin ərazisində doğulmuş şəxslərə milli qanunvericilikdə müəyyən 



edilmiş  qaydalara  uyğun  müəyyən  yaş  həddinə  çatdıqda    qanunun 

qüvvəsi ilə;




38

-  Dövlətin  ərazisində  doğulmuş  şəxsin  müraciəti  əsasında  (müraciət 

aşağıda göstərilən bir və ya bir neçə şərtə uyğun ola bilər: ərizələrin 

verilmə müddəti, yaşayışa dair müəyyən tələblər, cinayət məsuliyyətinə 

cəlb  edilmədiyi  və/və  ya  fərdin  daimi  vətəndaşsızlıq  vəziyyətində 

olmağı);


-  Doğulduqda  anası  Dövlətin  vətəndaşı  olduğu  nikahda  doğulmuş 

uşağa;


-  Mənşəyinə  əsasən,  fərd  yaşına  və  ya  yaşayışa  dair  tələblərə  görə 

ərazisində  doğulduğu  Razılığa  gələn  Dövlətin  vətəndaşlığını  ala 

bilmədikdə (müraciət aşağıda göstərilən bir və ya bir neçə şərtə uyğun 

ola bilər: ərizələrin verilmə müddəti, yaşayışa dair müəyyən tələblər və/ 

və ya fərdin daimi vətəndaşsızlıq vəziyyətində olmağı);

 

- Razılığa gələn Dövlətin ərazisində tapılan atılmış uşaqlara;



- Başqa ərazidə doğulmuş şəxslərə doğulduqda qanunun qüvvəsi ilə, 

valideynlərindən birinin onun doğulduğu anda Razılığa gələn Dövlətin 

vətəndaşı olduğu halda

-  Milli  qanunvericiliyin  tələblərinə  uyğun  olaraq,  müraciət  vasitəsi 

ilə  başqa  ərazidə  doğulmuş  şəxslərə,  valideynlərindən  birinin  onun 

doğulduğu  anda  Razılığa  gələn  Dövlətin  vətəndaşı  olduğu  halda 

(müraciət aşağıda göstərilən bir və ya bir neçə şərtə uyğun ola bilər: 

ərizələrin  verilmə  müddəti,  yaşayışa  dair  müəyyən  tələblər,  milli 

təhlükəsizliklə əlaqədar cinayət məsuliyyətinə cəlb edilmədiyi və/ və ya 

fərdin daimi vətəndaşsızlıq vəziyyətində olmağı);

-  Bir  çox  Dövlətlər  vətəndaşlarının  əzəli  məcmusunu  və  doğulduqda 

vətəndaşlığın verilməsi qaydasını müəyyən etdikdə qanunvericiliklərində 

jus  soli  və  jus  sanguinis  prinsiplərini  uzlaşdırırlar.  İkili  vətəndaşlığı 

qəbul  etməyən  Dövlətlər  müəyyən  yaşa  çatdıqda  fərdə  və  ya  onun 

valideynlərinə bir vətəndaşlıq seçmək imkanını yaratmalıdırlar.

Vətəndaşlıqdan imtina ilə əlaqədar qanunlar arasında ziddiyyət.

Bir çox Dövlətlərin vətəndaşlıq haqqında qanunları başqa vətəndaşlığı 

əldə  etmədən  və  ya  onun  əldə  ediləcəyi  barədə  zəmanət  olmadan 

vətəndaşlığından imtina etməyə imkan verir. Bu cür vəziyyət çox vaxt 

vətəndaşsızlığa  gətirib  çıxarır.  Bu  məsələyə  həsr  olunmuş  qanunlar 

arazında ziddiyyət belə bir halda yarana bilər ki, bir Dövlət fərdin başqa 

vətəndaşlıq  almayana  qədər  vətəndaşlığından  imtina  etməyinə  icazə 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə