Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

60

milli QHT olmaqla, 578 qeyri-hökumət təşkilatlarıdırlar  

BMT  QAK  Parlamentlərarası  İttifaqla  (PAİ)  da,  parlament  üzvlərinin 

vətəndaşsızlığa  dair  beynəlxalq  hüquq  normaları  sahəsində 

məlumatlılığını  artırmaq  və  onları  vətəndaşsızlığın  qarşısını  almağa 

kömək  edən  çoxsaylı  tövsiyələr  və  faydalı  təcrübə  ilə  tanış  etmək 

məqsədi ilə yaxından əməkdaşlıq edir. BMT QAK parlament üzvlərinə 

vətəndaşsızlığı  aradan  qaldırmağa  kömək  edən,  eyni  zamanda 

vətəndaşlığından  məhrum  edilmiş  şəxslərin  vətəndaşlıq  hüqu-

qunu  təmin  edəcək    vətəndaşlıq  sahəsində  qanunvericiliyi  qəbul 

etmələrinə, həmçinin, vətəndaşsızlıq problemini yaratmadan ikili və ya 

çoxvətəndaşlılıq problemini həll edən müqavilələrin bağlanması üçün 

imkanlar yaradır. 



61

Daxili  İşlər  Nazirliyi  və  İmmiqrasiya  İdarəsinin  Müfəttişi  tərəfindən 

hazırlanmış  inzibati  prosedurlar  sadə,  qısa  və  ədalətlidirlər. 

Vətəndaşlığı  olmayan  şəxslər  üçün  iki  fərqli  prosedur  nəzərdə 

tutulub:

- de facto vətəndaşlığı olmayan şəxslər (adətən Hindistanın 1982-

ci  il  bəyanatından  sonra  qüvvəsini  itirmiş  hindistan  pasportu  olan 

şəxslər)  Şri-Lanka  vətəndaşlığını  könüllü  olaraq  almaq  niyyətlərini 

bəyan  etməlidirlər.  Bu  adətən  ailə  başçısı  tərəfindən  edilir.  Sonra 

müvafiq ərizə İmmiqrasiya idarəsi tərəfindən imzalanır. Ərizə təsdiq 

edildikdən sonra bütün ailə üzvlərinə vətəndaşlıq verilir.

- de jure vətəndaşlığı olmayan şəxslər yazılı ərizə verməli deyillər, 

lakin onlara xüsusi bəyannamə formasını doldurmaq tövsiyə edilir. 

Dövlət  məmurları  tərəfindən  imzalandıqdan  sonra  bu  bəyannamə 

gələcəkdə şəxsiyyəti təsdiq edən sənədlərin alınması prosedurunu 

asanlaşdıracaq.

Prosedurların  hər  ikisi  pulsuzdur,  onlar  üçün  müddətlər  müəyyən 

edilməmişdir.

2003-cü ilin dekabr ayında BMT QAK və Seylon İşçilərinin Konqresi 

eyni zamanda 500 könüllü üçün seminar keçirmişdilər. Bu könüllülər 

sonradan bütün çay plantasiyaları regionu üzrə  50 səyyar mərkəzdə 

işləyirdilər. Tədris prosesində könüllülər  vətəndaşsızlıq problemi ilə 

əlaqədar əsas faktlar, bu problemlə bağlı 1948-ci ildən sonra qəbul 

edilmiş  müxtəlif  qanunlar,  yeni  qanun  və  onun  meyarları  barədə 

məlumat alırdılar. 

2003-cü  il  dekabr  ayında  10  gün  ərzində  səyyar  mərkəzlərin 

əməkdaşları vətəndaşlığın alınmasına dair müraciətlər qəbul edirdilər. 

BMT  QAK  bu  kampaniyanı  maliyyələşdirirdi  və  müraciətçilərin 

yüksək məlumatlılığını və qərarların könüllü olaraq qəbul edilməsini 

təmin  etmək  məqsədi  ilə  prosesin  monitorinqini  həyata  keçirirdi. 

Ayın sonunda 190 minə yaxın ailə başçısı Şri-Lanka vətəndaşlığını 

almışdı. Bunlarda 80 minə yaxış şəxslərin əvvəl Hindistan pasportu 

olub, qalanları isə de jure vətəndaşlığı olmayan şəxslər olub.

2004-cü ilin iyul və avqust aylarında ölkənin şimal-şərqində analoji 

kampaniya keçirilmişdir. 2000-dən artıq insan vətəndaşlıq almaq üçün 

ərizə ilə müraciət edib və onlara vətəndaşlıq verilmişdir. Daha sonra 

tamillərin bir hissəsi öz dairələrində hökumət nümayəndəsi vasitəsi 

ilə müraciət edərək və ya paytaxt Kolomboda İctimai Təhlükəsizlik, 

Qanunçuluq  və  Asayiş  Nazirliyinin  Vətəndaşlıq  Məsələləri  üzrə 

Şöbəsinə birbaşa müraciət edərək vətəndaşlıq almışdılar.  




62

BMT QAK-ın fəaliyətini kim maliyyələşdirir?

BMT QAK, fəaliyyətinin demək olar ki, əksər hissəsinin könüllü ianələr 

hesabına  maliyyələşən  nadir  təşkilatlardan  biridir.  BMT  QAK-ın  illik 

büdcəsinin təqribən iki faizi BMT-nin mütəmadi büdcəsindən ayrılır, qa-

lan hissəsi isə hökumətlər, fərdlər və özəl şirkətlər tərəfindən könüllü 

olaraq ianə edilir. 

2007-ci ilin sonuna əsasən BMT QAK-ın səlahiyyətində 31,7 mln insan 

vardı. BMT-QAK-ın büdcəsi həmin il 1,5 mlrd ABŞ dolları təşkil edirdi.

2007-ci ildə BMT QAK-ın maliyyəsinin 74 faizi on donor Dövlət tərəfindən 

ayrılmışdı. Bundan əlavə, 34,1 mln ABŞ dollarından artıq vəsait əsasən 

Avropa,  Avstraliya,  Yaponiya  və  ABŞ-ın  özəl  biznes  şirkətlərindən 

alınmışdı. QHT-lər BMT QAK-ın illik büdcəsinə onun sifarişi ilə ayrı-ayrı 

proqramlar üçün müxtəlif yardım kampaniyaları keçirməklə tövhələrini 

verirlər. Son zamanlar özəl sektorun və QHT-lərin tövhəsi radio, televi-

zi-ya, mətbuat və s. KİV-lər vasitəsilə ictimaiyyətin məlumatlandırılması 

üzrə məqsədyönlü səylər nəticəsində olduqca artmışdır.




63

V FƏSİL

Parlament üzvləri necə köməklik edə bilər

Parlament üzvləri onlara həm vətəndaşsızlıq hallarının azaldılmasında, 

həm də vətəndaşlığı olmayan şəxslərin beynəlxalq hüquqda nəzərdə 

tutulmuş hüquq və vəzifələrinin təmin edilməsinə kömək etmək imkanı 

yaradan nadir vəziyyətdədirlər. Buna müxtəlif vasitələrlə nail olmaq olar: 

milli qanunvericiliyə yenidən baxılması və onun beynəlxalq standartlara 

uyğunluğunun təmin edilməsi ilə, vətəndaşsızlığa dair 1954 və 1961-

ci  il  Konvensiyalarına  qoşulmaya  dəstək  olmaqla,  vətəndaşsızlığın 

azaldılması və ya aradan qaldırılması və vətəndaşlığı olmayan şəxslərin 

qarşılaşdıqları problemlərin həlli naminə mübarizə ilə.   

Vətəndaşsızlıq haqqında milli qanunvericiliyin təhlili zamanı parlament 

üzvləri nəyə diqqət yetirməlidirlər.?

- Müəyyən ölkənin üzv olduğu müvafiq beynəlxalq və regional müqavi-

lələri təhlil etmək lazımdır. Bundan əlavə, Dövlətin milli qanunvericiliyində 

istinad  edilən  müqavilə,  konvensiya  və  deklarasiyaları  təhlil  etmək 

lazımdır, bu da öz növbəsində milli hüquq bazasına şərh verilməsinə 

kömək edəcək.

-  Bir çox dövlətlər vətəndaşlıq haqqında müddəaları bir neçə müxtəlif 

hüquqi  sənədlərə  daxil  etdiyindən,  Konstitusiyanı  və  vətəndaşlıq 

haqqında qanunları, fərmanları və vətəndaşlıq haqqında qanunvericiliyə 

və  qanunun  şərhinə  aydınlıq  gətirə  biləcək  milli  hüququn  bütün 

mənbələrini təhlil etmək lazımdır.   

-    Dövlətin  varis  olduğu  hallarda,  ikitərəfli  və  çoxtərəfli  sazişləri  təhlil 

etmək lazımdır.

-  Daxili hüquq sisteminin təhlili zamanı Dövlətin, vətəndaşlıqdan məhrum 

etmə,  imtina  və  ya  itirilməsi  nəticəsində  yaranan,  vətəndaşsızlıqdan 

müdafiə  tədbirlərinin  görülməsini  və  sistematik  tətbiqini  təmin  edib 

etməməyini müəyyənləşdirmək lazımdır.

Milli hüquq sisteminin təhlili zamanı aşağıdakı suallara cavab vermək 

lazımdır:

Vətəndaşlığın ALINMASINA dair

-    Uşaq  anasının  vətəndaşlığını  ala  bilərmi?  Xüsusilə,  atasının 

vətəndaşlığı yoxdursa və ya atası yoxdursa? 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə