Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

64

-    Doğulmanın  qeydiyyatı  üçün  hansı  prosedur  nəzərdə  tutulub?  Bu 

prosedur  praktikada  tətbiq  edilirmi?    Dövlətin  vətəndaşlığı  haqqında 

qanunvericilik  Dövlətin  ərazisində  doğulmuş  şəxslərə  vətəndaşlığın 

verilməsini nəzərdə tuturmu? Əks təqdirdə onlar apatrid olacaqlar.

-  Ayrı-seçkiliyin yol verilməməsi prinsipi vətəndaşlıq haqqında norma-

lara tətbiq edilirmi?

-  Dövlətin  varislik  nəticəsində  yarandığı  halda,  əvvəlki  Dövlətin 

vətəndaşına vətəndaşlığın verilməsi imkanı müzakirə edildikdə, həmin 

şəxslə Dövlət arasında həqiqi və effektiv əlaqənin mövcudluğu, Dövlətin 

yaranması zamanı şəxsin daimi yaşayış yeri, onun iradəsi və doğulduğu 

yer  nəzərə alınırmı?



Vətəndaşlığın İTİRİLMƏSİNƏ dair

-  Ailə vəziyyətinin və ya digər sosial vəziyyətin dəyişdirilməsinə dair 

müddəalar vətəndaşsızlığın qarşısının alınmasını təmin edirmi?

-   Vətəndaşlığın itirilməsi necə baş verir? Vətəndaşsızlığın qarşısının 

alınmasına dair tədbirlər nəzərdə tutulubmu?

-  Vətəndaşlıqdan imtina başqa vətəndaşlığın olması və ya alınmasına 

zəmanətin olması ilə şərtlənirmi? 

- Təəbəliyə keçmə barədə başqa ölkəyə ərizənin verilməsi, həmin şəxsə 

vətəndaşlığın veriləcəyi barədə zəmanət verməyibsə, onun vətəndaş-

lıq statusuna təsir edirmi?

-    Vətəndaşlıqdan  məhrum  etmə  nəzərdə  tutulan  hallarda,  məhrum 

etmənin  əsasları  kifayət  qədər  dəqiq  müəyyən  edilirmi?  Prosedur 

zəmanəti varmı? 

Vətəndaşlığın BƏRPASINA dair

-  Dövlətin ərazisində adi və qanuni olaraq yaşayan keçmiş vətəndaşlar 

üçün vətəndaşlığın sadələşdirilmiş bərpa proseduru varmı?

-    Ailə  vəziyyətinin  və  ya  digər  statusunun  dəyişməsi  nəticəsində 

vətəndaşlığını itirmiş şəxsin vətəndaşlığı bərpa edilə bilərmi? Bilərsə, 

bu bərpa avtomatik olaraq baş verir yoxsa, müvafiq şəxs vətəndaşlığı 

olmadığı müddətdə ərizə verməlidir?  Prosedur zəmanəti varmı? 



65

TƏƏBƏLİYƏ keçməyə dair

-    Xarici  şəxs  təəbəliyə  keçmə  barədə  ərizə  verirsə,  əvvəlki 

vətəndaşlığından  imtina  etdiyini  rəsmi  sübuta  yetirməlidirmi?  Yeni 

vətəndaşlığın  alınmasından  sonra  onun  köhnə  vətəndaşlığından 

məhrum edilməsinə zəmanət verilməsi kifayət sayılırmı?

-  Təəbəliyə keçmə prosesi və ona olan tələblər dəqiq müəyyən edi-

libmi?

-    Məsələn,  uzadılmış  prosedur,  rüsumların  həddindən  artıq  yüksək 



olması, müraciət edənin ala bilmədiyi sənədlərin tələb edilməsi, müraciət 

edənin  əməl  edə  bilmədiyi  məhdud  müddətlər    kimi  vətəndaşsızlığa 

gətirə biləcək inzibati təcrübə varmı?

Nəyə  görə  Dövlətlər  Vətəndaşlığı  olmayan  şəxslərin  statusuna  dair 

1954-cü  il  Konvensiyasına  və  Vətəndaşsızlığın  azaldılmasına  dair 

1961-ci il Konvensiyasına qoşulmalıdırlar?

Milli səviyyədə vətəndaşsızlığa dair 1954 və 1961-ci il konvensiyalarına 

qoşulma:


-  insan hüquqlarının və fərdlərin ləyaqətinin qorunmasını gücləndirir;

-    fərdlər  və  Dövlətlər  arasında  həqiqi  və  effektiv  əlaqənin  qəbul 

edilməsini nümayiş etdirir;

-  vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sabitlik və hüquqi eynilik 

hissini gücləndirir;

-  milli müdafiəyə çıxışı təmin edir, hüquq və vəzifələri təmin edir; və

-  milli həmrəylik və sabitliyi gücləndirir.

Beynəlxalq  səviyyədə  vətəndaşsızlığa  dair  1954  və  1961-ci  il 

konvensiyalarına qoşulma:

- vətəndaşsızlığın azaldılması və aradan qaldırılması işində beynəlxalq 

ictimaiyyətlə əməkdaşlığa sadiqliyi nümayiş etdirir;

-  ayrı-ayrı insanların və insan qruplarının sürgün edilməsinə beynəlxalq 

qadağanı gücləndirir;

-  beynəlxalq əlaqələri və sabitliyi yaxşılaşdırır;




66

-  insan hüquqlarına və humanitar standartlara sadiqliyi nümayiş edir;

-  səbəbləri aradan qaldırmaqla, insanların köçürülməsinin qarşısının 

alınmasına kömək edir;

-  vətəndaşlığın alınması və saxlanılması sahəsində beynəlxalq hüqu-

qun inkişafına kömək edir;

-    BMT  QAK-a  Konvensiyalarda  göstərilən  prinsiplərə  riayət  edilməsi 

üçün beynəlxalq dəstəyin səfərbər etməsinə kömək edir, və 

-  vətəndaşlıqla bağlı mübahisələri həll etməyə kömək edir.

Dövlət Konvensiyaya necə qoşula bilər?

Dövlət 1954 və ya 1961-ci il Konvensiyalarına hər vaxt qoşulma barədə 

sənədin Birləşmiş Millətlər Təşkilatının Baş Katibinə verilməsi yolu ilə 

qoşula bilər. Qoşulma barədə sənədi Dövlət Başçısı, Hökumət Başçısı və 

ya Xarici İşlər Naziri imzalamalı və sonra qoşulan ölkənin nümayəndəsi 

vasitəsi ilə BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahına verilməlidir 

(Qoşulma üzrə Model Sənədlər Əlavə 3-də göstərilmişdir).

Dövlət Konvensiyaların müddəalarına dair qeyd-şərt qoya 

bilərmi?

Konvensiyanın  ratifikasiyası  və  ya  qoşulma  zamanı  Ölkədə  yarana 

biləcək spesifik şəraiti nəzərə almaq məqsədi ilə Konvensiyalar razılığa 

gələn Dövlətlərə, tərəflərin ilkin fundamental saydığı müddəalar istisna 

olmaqla,  Konvensiyaların  bəzi  müddəalarına  dair  qeyd-şərt  qoymaq 

imkanı yaradırlar:



Vətəndaşlığı olmayan şəxslərin statusuna dair 1954-cü il 

Konvensiyası: 

1-ci (anlayış / çıxma halları), 3-cü (ayrı-seçkiliyin yolverilməzliyi), 4-cü 

(din azadlığı), 16 (1) (məhkəmələrə çıxış) və 33-42-ci (yekun müddəalar) 

maddələr istisna olmaqla digər müddəalara qeyd-şərt qoymaq olar.



Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyası: 

yalnız 11-ci (müəssisə), 14-cü (mübahisələrin Beynəlxalq Məhkəməyə 

verilməsi) və 15-ci (razılığa gələn Dövlətlərin məsuliyyəti altında olan 

ərazilər) maddələrə qeyd-şərt qoymaq olar.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə