Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

57

nümayəndələri daxildir). İcraçı Komitənin vətəndaşsızlıq məsələlərinə 

dair 1995-ci il Rəyi “QAK-ı apatridlərin maraqlarına uyğun fəaliyyətlərini 

davam  etməyə  çağırır”  və  “QAK-ın  dövlətlərin  Vətəndaşlığı  olmayan 

şəxslərin  statusuna  dair  1954-cü  il  Konvensiyasına  qoşulmalarında 

fəal  dəstək  verməsini  xahiş  edir”.  İcraçı  Komitənin  Rəyi,  həmçinin, 

vətəndaşsızlığın  qarşısının  alınmasını  və  azaldılmasını  məlumatın 

yayılması  və  əməkdaşların  və  məmurların  peşəkar  tədrisi  vasitəsi 

ilə  fəal  dəstəkləməsini,  və  digər  maraqlı  təşkilatlarla  əməkdaşlığın 

genişləndirilməsini” xahiş edir. 

1996-cı ildə BMT-nin Baş Məclisi, həmçinin Ali Komissarı vətəndaşlığı 

olmayan şəxslərin maraqlarına uyğun işi davam etməyə, 1954 və 1961-

ci il Konvensiyalarına riayət edilməsinə və yeni üzvlərin qoşulmasına 

dəstək  verməyə  çağıran  qətnaməni  (A/RES/50/152)  qəbul  etmişdir. 

Qətnamə,  həmçinin,  BMT  QAK-dan  “maraqlı  Dövlətlərə  vətəndaşlıq 

barədə qanunvericiliyin hazırlanması və həyata keçirilməsi ilə əlaqədar 

texniki və məsləhətçi xidmətlərinin göstərilməsini” xahiş edir.

Həmin Qətnamədə Baş Məclis “Dövlətləri vətəndaşsızlığın azaldılması 

və  qabaqcadan  vətəndaşlıq  alınmadan  vətəndaşlıqdan  və  ya  onun 

verilməsindən imtina etmək imkanını yaradan müddəaların çıxarılması 

məqsədi  ilə,  beynəlxalq  hüququn  əsas  prinsiplərinə  uyğun  olaraq, 

vətəndaşlıq haqqında qanunlar qəbul etməyə, eyni zamanda Dövlətin 

vətəndaşlığın  verilməsini,  ondan  imtina  və  itirilməsini  nizamlayan 

qanunlarını qurmaq hüquqlarını tanımağa çağırır”.

BMT  QAK-ın  İcraçı  Komitəsi  tərəfindən  (Rəy  №  92  [LIII]  a)  təqdir 

edilən və 2002-ci ildə BMT Baş Məclisi tərəfindən dəstəklənən Müdafiə 

Proqramında  vətəndaşlıqsız  şəxslərin  köçürülməsinin  və  qaçqınların 

yaranmasının səbəblərindən biri olduğu qəbul edilir. BMT QAK tərəfindən 

keçirilən beynəlxalq müdafiə üzrə Qlobal məsləhətləşmələrin nəticəsi 

olan Müdafiə proqramına məqsəd və vəzifələrin müəyyən edilməsi və 

qaçqınların beynəlxalq müdafiəsinin gücləndirilməsi üçün tələb olunan 

fəaliyyətlərin siyahısı daxildir. Bu sənəd, Dövlətlərin, hökumətlərarası 

və  qeyri-hökumət  təşkilatlarının  geniş  əndişə  və  təklif  sahələrini  əks 

etdirir və konkret hərəkətlər üçün rəhbərdir. Vətəndaşsızlıq problemini 

həlli burada şəxslərin məcburi köçürülməsinin qarşısının alınmasının və 

onların vətəndaşlıq hüququnun həyata keçirilməsinin əsas yollarından 

biri kimi göstərilir.

 

İşçilərinin  uzun  illər  ərzində  hərəkətsiz  qalan  apatridlərin  yolverilməz 



böyük sayı barədə narahatçılığı bildirərək İcraçı Komitə 2004-cü ildə 

BMT QAK-ı yaranan vəziyyətdə həll yollarının axtarılması üçün müvafiq 

Dövlətlərlə  iş  üzrə  daha  fəal  rol  oynamağa  çağırır.  İcraçı  Komitə 



58

həmçinin, BMT QAK tərəfindən Dövlətlərə texniki və operativ köməyin 

göstərilməsinin zəruriliyini təsdiq etdi. 

Daha  sonra,  2005-ci  ildə  qəbul  olunmuş    insan  hüquqları  və 

vətəndaşlıqdan əsassız məhrum etməyə dair Qətnamədə (E/CN.4/2005/

L.58), BMT-nin İnsan hüquqları üzrə Komissiyası BMT QAK-ı bu məsələ 

üzrə məlumat toplamağı davam etməyə və həm hesabatlarında, həm 

də  yerlərdə  fəaliyyətində  vətəndaşlıqdan  məhrum  etmə  probleminin 

həlli yollarını təklif etməyə çağırır.

BMT QAK vətəndaşsızlıq problemini həll etmək üçün nə edir?

BMT  QAK  hökumətlərə  vətəndaşlıq  haqqında  qanunvericiliyin 

hazırlanması  və  həyata  keçirilməsində  köməklik  edir  və  hökumət 

orqanları əməkdaşlarının tədrisini həyata keçirir. 2003-cü ildən 2005-

ci  ilədək  müddətdə  BMT  QAK    40-dan  çox  Dövlətə  vətəndaşlıq 

haqqında yeni qanunların tətbiqində və köhnə qanunvericiliyə yenidən 

baxılmasında  köməklik  etmişdir.  BMT  QAK    vətəndaşlıq  haqqında 

qanunvericiliklərin konstitusion müddəalarına dair şərhlərini əhalisinin 

əksər hissəsi vətəndaşlığı olmayan və vətəndaşlığı müəyyən edilməmiş 

şəxslərdən ibarət olan Dövlətlərə təklif edirdi.

BMT QAK vətəndaşlıq haqqında qanunvericiliyin əhalinin köçürülməsinə 

gətirməməsi  və  orada  vətəndaşsızlıq  yarada  biləcək  müddəaların 

olmamasını təmin etmək məqsədi ilə parlamentlərlə işləyir. (Bax Əlavə 

4, BMT QAK-ın bütün dünya üzrə nümayəndəliklərinin siyahısı).

Müdafiə  Planına  əsasən  BMT  QAK  vətəndaşsızlığın  azaldılması  və 

vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin edilməsinə dair BMT-

nin  üzv  Dövlətlərinin  həyata  keçirdiyi  tədbirlərin  ilkin  araşdırılmasına 

başlamışdır.  Araşdırma  göstərdi  ki,  vətəndaşsızlıq  dünyanın  bütün 

regionlarında  mövcuddur  və  həm  beynəlxalq  həm  də  milli  səviyyədə 

qanunvericilikdə  və  siyasi  təcrübədə  ciddi  problemlər  qalmaqdadır. 

BMT QAK 74 Dövlətin cavabları əsasında, geniş məsələlər dairəsi üzrə 

rəhbər müddəalar hazırlamışdır.

BMT  QAK,  həmçinin,  ərazilərində  uzun  müddət  yaşayan  apatridlərə 

vətəndaşlığın  verilməsi  sahəsində  Dövlətlər  tərəfindən  vətəndaşlığın 

verilməsi üzrə həyata keçirilən kampaniyaları dəstəkləyirdi.

BMT  QAK  həmçinin,  vətəndaşlığı  olmayan  şəxslərə  də  müvafiq 

Dövlətlərlə  ayrı-ayrı  apatridlərin  və  ya  onların  qrupları  üçün  həll 

yollarının axtarılması məqsədi ilə məsləhətləşmələr keçirməklə birbaşa 

dəstək verir. BMT QAK, əks təqdirdə şəxslərin apatrid olacaqları hal-



59

larda, Dövlətləri müvafiq şəxsin hüquqi statusunun müəyyən edilməsinə 

və Dövlət və şəxs və ya qrup arasında qanuni əlaqələrin tanınmasına 

çağırır.


Vətəndaşlığın verilməsi barədə qərarı gözləmə müddətində apatridlər 

yaşadıqları  ölkədə  minimal  hüquqlardan  istifadə  edə  bilərlər.  BMT 

QAK  vətəndaşlığı  olmayan  şəxslərə  minimal  hüquq  və  vəzifələr 

müəyyən  edən  Vətəndaşlığı  olmayan  şəxslərin  statusuna  dair  1954-

cü il Konvensiyasına riayət etməyə çağırır və Dövlətlərə, vətəndaşlığı 

olmayan şəxslərin müdafiəsi və onlara köməyin göstərilməsi sahəsində 

proqramların  keçirilməsində  -  zərurət  yarandıqda  və  imkan  daxilində 

- dəstək verir.



Digər hansı təşkilatlar BMT QAK-la əməkdaşlıq edir?

BMT Agentliklərindən vətəndaşsızlıq problemlərinin həlli sahəsində BMT 

QAK-la əsasən, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarının İdarəsi, 

BMT Uşaq Fondu (UNİCEF) və BMT-nin Qadınlar üçün İnkişaf Fondu 

(UNİFEM) əməkdaşlıq edir. Vətəndaşsızlıq problemlərinin uzunmüddətli 

həlli zamanı, bəzi hallarda BMT QAK yaşayış yerinin, təhsilin və gəlir 

gətirəcək məşğuliyyət növlərinin təmin edilməsi sahəsində təcrid edilmiş 

icmaların ölkənin həyatına inteqrasiyasına və re-inteqrasiyasına kömək 

edən  birgə  proqramlar  keçirməklə  Beynəlxalq  Əmək  Təşkilatı  (İLO), 

BMT-nin İnkişaf Proqramı (UNDP) və Dünya Ərzaq Proqramı (WFP) ilə 

əməkdaşlıq edir.   

BMT-nin  agentliklərindən  əlavə,  BMT  QAK,  həmçinin,  BMT-nin 

vətəndaşlıq  hüququnu  təmin  edən  müvafiq  müqavilələr  əsasında 

yaradılmış İnsan Hüquqları üzrə Komitə, Uşaq Hüquqları üzrə Komitə, 

İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitə və Qadınlara qarşı 

Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitə kimi agentlikləri ilə də 

yaxından əməkdaşlıq edir.  

BMT  QAK    Avropa  Şurası,  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 

Təşkilatı, Amerika Dövlətləri Təşkilatı, Ərəb Dövlətləri Liqası və İslam 

Konfransı Təşkilatı kimi regional təşkilatlarla da əməkdaşlıq edir. BMT 

QAK Avropa Şurasının Vətəndaşlıq üzrə Komitəsinin işində iştirak edir. 

Bu Komitə Vətəndaşlıq haqqında Avropa Konvensiyası və Dövlətlərin 

Varisliyi hallarında vətəndaşsızlığın qarşısının alınmasına dair Konven-

siya kimi standartları müəyyən edən sənədləri işləyib hazırlayır.

Qeyri-hökumət  təşkilatları  da,  həmçinin,  yerlərdə  BMT  QAK-ın 

proqramlarını  dəstəkləməklə  və  BMT-QAK-ın  fəaliyyət  planlarının 

hazırlanmasında  BMT  QAK-la  yaxından  əməkdaşlıq  edirlər.  2005-ci 

ildə BMT QAK 770 partnyor təşkilatla saziş bağlayıb. Onlardan 424-ü 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə