Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

48

-   Varis Dövlət başqa Dövlətin ərazisində daimi yaşayan şəxslərə öz 

vətəndaşlığını, əks halda vətəndaşlığı olmayan şəxs olacağı hallar is-

tisna olmaqla, onların istəklərinə qarşı verməyəcək;

-    Fərdlərin  iki  və  ya  daha  çox  Dövlətin  vətəndaşlığını  almaq  imkanı 

olduqda,  maraqlı  Dövlətlər  onların  vəziyyətini  nəzərə  alacaqlar.  Hər 

bir  maraqlı  Dövlət  müvafiq  Dövlətlə  müəyyən  bağlılığı  olan  şəxslərə, 

əks  halda  vətəndaşlığı  olmayan  şəxs  olacaqsa,  həmin  Dövlətin 

vətəndaşlığını seçmək hüququ verməlidir;

-  Maraqlı Dövlətlər maraqlı şəxsləri heç bir əsasla ayrı-seçkilik vasitəsi 

ilə  vətəndaşlığını  saxlamaq  və  ya  almaq  və  ya  seçim  hüququndan 

məhrum etməməlidirlər.  

-    Vətəndaşlıq  haqqında  Avropa  Konvensiyası  və  Vətəndaşsızlığın 

dövlətlərin  varisliyi  nəticəsində  qarşısının  alınmasına  dair  Kon-

vensiyasına 1961-ci il Konvensiyasının müddəaları və BHK tərəfindən 

hazırlanmış maddə layihələrində göstərilən prinsiplər da-xildir. Avropa 

Konvensiyasında  bütöv  bir  fəsil  Dövlətlərin  varisliyi  və  vətəndaşlığa 

həsr olunub. Burada dörd əsas prinsip vurğulanmışdır:

-  Maraqlı şəxs və Dövlət arasında həqiqi və effektiv əlaqə;

-  Varislik aktının bağlandığı tarixə maraqlı şəxsin adi yaşamağı;

-  Maraqlı şəxsin istəyi; və

-  Maraqlı şəxsin ərazi mənşəyi.

Bundan  başqa  Vətəndaşlıq  haqqında  Avropa  Konvensiyası  qeyd 

edir ki, sələf Dövlətin vətəndaşları olmayan, varis Dövlətin ərazisində             

daimi yaşayan və varis Dövlətin vətəndaşlığını əldə etməyən şəxslər bu 

Dövlətdə qalmaq və vətəndaşları kimi həmin sosial və iqtisadi hüquq-

lardan istifadə etmək hüququna malik olmalıdırlar.

-  Vətəndaşsızlığın dövlətlərin varisliyi nəticəsində qarşısının alınmasına 

dair  Konvensiyasına  Dövlətlərin  varisliyi  hallarında  vətəndaşlığa  dair 

dəqiq sübut qaydaları daxildir (maddə 8):

“Varis  Dövlət  onun  varis  olmağı  nəticəsində  vətəndaşlığı  olmayan 

şəxs olmuş və bu cür şəxslərin standart tələblərə uyğunluğunun yersiz 

olduğu hallarda vətəndaşlığın verilməsi üçün vacib olan sübuta dair adi 

tələblərin yerinə yetirilməsini tələb etməməlidir. 

Varis Dövlət varislik aktının bağlandığı tarixə qədər onun ərazisində adi 

olaraq yaşayan və ya onun varis olmağı nəticəsində vətəndaşlığı olma-

yan şəxs ola biləcək şəxslərdən söhbət getdikdə başqa vətəndaşlığın 



49

alınmamasının sübutunu tələb etməməlidir”.



8-ci maddənin birinci paraqrafı vətəndaşlığın alınmasında sübut etmə 

şərti ilə bağlı standart tələblərin yerinə yetirilməsinin fərd üçün qeyri-

mümkün və ya artıq dərəcədə çətin olduğu halları müzakirə edir.  Bəzi 

hallarda  fərdin  onun  mənşəyini  təsdiq  edən  bütün  sənədləri  təqdim 

etməyə imkanı olmaya bilər. (məsələn, vətəndaşlıq aktlarının qeydiyyat 

arxivi  məhv  edilibsə).  Bəzən,  yaşayış  yerinin  qeydiyyatı  aparılmırsa, 

yaşayış yeri barədə sənədli sübutlar gətirmək də qeyri-mümkün olur. 

Göstərilən müddəa, həmçinin, bu cür hallara aiddir ki, fərd tələb olu-

nan sübutları gətirə bilər, lakin bu düşüncəsiz olardı. Məsələn, bu halda 

sübutların təqdim edilməsi ərizəçinin səhhəti və həyatını təhlükə altına 

atır. Sübutların gətirilməsini çətinləşdirən hallar hər zaman Dövlətlərin 

varislik aktı ilə birbaşa əlaqədar deyillər. Onlar varislik aktından əvvəl və 

ya sonra baş vermiş hadisənin nəticəsi ola bilər. (məsələn, sələf Dövlətin 

rejimində vətəndaşlıq vəziyyəti aktlarının arxivi məhv edilmişdirsə və ya 

müəyyən sənədlər əhalinin bəzi kateqoriyalarına verilmirdisə).  Bu hal-

lar bu cür sübutların olmasının böyük ehtimalı və/və ya müstəqil ifadələr 

varis Dövlətin vətəndaşlığını almaq üçün tələb olunan şərtlərin yerinə 

yetirilməsində kifayət sayıla bilər.



8-ci maddənin ikinci paraqrafı sələf Dövlətin mövcudluğunu itirdiyi və 

bunun nəticəsi olaraq bütün vətəndaşların öz vətəndaşlıqlarını avtoma-

tik olaraq itirdiyi hallara aiddir. Əgər varis Dövlət çoxvətəndaşlılığı qəbul 

etmir  və  ya  vətəndaşlıqların  sayını  məhdudlaşdırırsa,  həmin  Dövlət 

maraqlı şəxsdən başqa vətəndaşlıq almadığı və ya vətəndaşlığı olma-

yan şəxs olduğu barədə sübutlar tələb edə bilər. Başqa vətəndaşlığın 

olmamağı və ya vətəndaşsızlıq barədə sübutların tələbini çox vaxt yerinə 

yetirmək mümkün deyil. Ona görə ki, bu digər Dövlətlərin əməkdaşlığa 

hazırlığından asılıdır. Varislik nəticəsində maraqlı şəxsin vətəndaşlığı 

olmayan şəxsə çevrilmək təhlükəsi mövcud olduqda, varis Dövlət bu 

şəxsə vətəndaşlıq verməzdən əvvəl başqa vətəndaşlıq almadığı və ya 

vətəndaşlığı olmayan şəxs olduğu barədə sübutlar tələb etməməlidir. 

Bu qayda üstünlük təşkil edən fikir üzərində qurulub ki, vətəndaşsızlığın 

azaldılması dünya ictimaiyyəti üçün prioritetdir, eyni zamanda bir neçə 

vətəndaşlıq  almaq  və  ya  onlardan  imtina  etmək  hər  Dövlətin  fərdi 

şəkildə həll etdiyi məsələdir.      

Bu  müddəalar,  ərazisində  çoxvətəndaşlılıq  hallarının  azaldılmasına 

çalışan  Dövlətin  başqa  Dövlətlərlə  əməkdaşlığına  və  vətəndaşlığın 

alınması və itirilməsinə dair məlumat mübadiləsinə əngəl yaratmır. Çox-

vətəndaşlılıq  problemi  Milli  qanunlar  arasında  ziddiyyətlərə  dair  bəzi 

məsələlər haqqında 1930-cu il Haaqa Konvensiyasında və fərdin könül-

lü olaraq başqa vətəndaşlıq aldıqda, vətəndaşlığın avtomatik itirilməsi 




50

imkanını  nəzərdə  tutan  Avropa  Konvensiyasının  7.1.a  maddəsində 

yer almış başqa vətəndaşlığın tanınmaması barədə müddəa əsasında 

həll edilə bilər. Dövlət, həmçinin, maraqlı şəxsdən başqa vətəndaşlığı 

olmadığı  və  olmayacağı  barədə  yazılı  bəyanat  tələb  edə  bilər.  Bu, 

Dövlətə,  nəticədə  maraqlı  şəxsin  yalan  bəyanat  verdiyi  aşkarlandığı 

halda öz vətəndaşlığını ləğv etməyə imkan yaradacaq.   

Faydalı təcrübə: Çexiya Respublikası

1  yanvar  1993-cü  il  tarixində,  əvvəllər  Çexoslovakiya  adlanan  Dövlət 

dağıldıqda,  hər  iki  varis  Dövlət  -  Çexiya  Respublikası  və  Slovakiya 

Respublikası  –  hər  ölkənin  vətəndaşlarının  ilkin  məcmusunu  müəyyən 

etmiş vətəndaşlıq haqqında yeni qanunlar qəbul etdi və əsasında onların 

vətəndaşlığının verildiyi proseduru müəyyən etdilər. Lakin hər iki qanun 

məcmusu  Çexoslovakiyanın  1969-cu  ildə  qəbul  olunmuş  vətəndaşlıq 

haqqında qanunu əsasında hazırlanmışdı və bu səbəbdən yeni reallıqlara 

uyğun deyildilər.

İki  yeni  yaradılmış  Dövlətin  vətəndaşlıq  haqqında  qanunlarına  əsasən 

1954-cü  ilə  qədər  anadan  olmuş  şəxslər,  yəni  Çexoslovakiya  Sosialist 

Respublikasının  federativ  dövlətə  çevrildiyi  tarixə  qədər  15  və  daha 

çox  yaşı  olan  şəxslər  bu  dövlətlərin  ərazisində  doğulublarsa  onların 

vətəndaşları olurdular (jus soli). 1954-cü ildən sonra doğulmuş şəxslər ya 

jus soli əsasında (qarışıq çex/slovak vətəndaşlığı olan valideynlərdən olan 

şəxslər adətən doğulduqları yerdən asılı olaraq vətəndaşlıq alırdılar) və ya 

valideynlərinin vətəndaşlığı əsasında (jus sanguinis) – hər iki valideynin 

vətəndaşlığı eyni olduqda, bu Dövlətlərin vətəndaşı olurdular.

Nəticədə, ömür boyu Çexiya Respublikasında yaşayanların çoxu Slovakiya 

vətəndaşlığı aldılar və əksinə. Çexiya Respublikasında yaşayan etnik azlıq 

olan qaraçıların əksəriyyəti hüquqi cəhətdən çıxılmaz vəziyyətə düşdülər, 

ona  görə  ki,  onların  çoxu  Slovakiya  ərazisində  doğulmuş  və  ya  onların 

əcdadları Slovakiyada doğulmuşdular.

Slovakiyanın  vətəndaşlıq  haqqında  qanunu  Çexoslovakiyanın  bütün 

keçmiş vətəndaşları üçün vətəndaşlıq almaq hüququnu məhdudlaşdırmırdı, 

lakin Çexiya Respublikasının vətəndaşlıq haqqında yeni qanunu əsasında 

Çexiya  vətəndaşlığının  verilə  biləcəyi  sərt  tələblər  qoymuşdu.  Çexiya 

vətəndaşlığını almaq üçün şəxs aşağıdakı şərtlərə uyğun gəlməli idi:

-  Federasiyanın  dağılmağından  əvvəl  iki  il  ərzində  Çexiya 

Respublikasının  ərazisində  daimi  yaşamalı  və  qeydiyyatda 

olmalıdır;



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə