Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

54

yalnız  onlar  aşkar  şəkildə  Konvensiyanın  imzalanması,  onun 

ratifikasiyası  və  ya  ona  qoşulma  anında  qanunda  göstərildiyi  halda 

və onların qanunvericiliklə uzlaşdığı və işə ədalətli baxılması hüququ 

kimi, hərtərəfli prosedur zəmanətləri ilə müşayiət olduğu halda,  fərdi 

vətəndaşlıqdan məhrum edə bilərlər. Razılığa gələn Dövlət müəyyən 

şəxsi  və  ya  şəxslər  qrupunu  irqi,  etnik,  dini  və  siyasi  əsaslarla 

vətəndaşlıqdan məhrum edə bilməz.

-    Vətəndaşlıq  haqqında  1997-ci  il  Avropa  Konvensiyası,  bu  cür 

hərəkətlər vətəndaşsızlığa gətirib çıxarırsa, Dövlətlərin vətəndaşlıqdan 

məhrum etmə məsələlərində imkanlarını daha çox məhdudlaşdırır. Kon-

vensiyaya əsasən vətəndaşlıqdan məhrumetmə yalnız onun səhv və 

ya yalan məlumatların verilməsi nəticəsində alındığı halda əsaslı olur. 

Lakin, vətəndaşlıqdan məhrumetmə vətəndaşsızlığa gətirmirsə, Dövlət 

aşağıdakı hallarda vətəndaşını vətəndaşlıqda məhrum edə bilər:

-  könüllü olaraq başqa vətəndaşlığın alınması;

-  başqa dövlətin silahlı qüvvələrində könüllü xidmət etmə;

-  dövlətin həyati maraqlarına ciddə zərərin verilməsi nəticəsində;

-  adətən xaricdə yaşayan vətəndaş və Dövlət arasında həqiqi bağlılığın 

olmadığında;

-    vətəndaşlığın  avtomatik  olaraq  alınması  üçün  Dövlətin  daxili 

qanunvericiliyinə  uyğun  zəruri  tələblərin  yerinə  yetirilməməsi  (yalnız 

yetkinlik yaşına çatmayanlara tətbiq edilir);



55

Razılığa gələn Dövlətlər yuxarıda göstərilən əsaslarla, yalnız onlar 

aşkar  şəkildə  Konvensiyanın  imzalanması,  onun  ratifikasiyası 

və  ya  ona  qoşulma  anında  qanunda  göstərildiyi  halda  və  onların 

qanunvericiliklə  uzlaşdığı  və  işə  ədalətli  baxılması  hüququ  kimi, 

hərtərəfli  prosedur  zəmanətləri  ilə  müşayiət  olduğu  halda,    fərdi 

vətəndaşlıqdan məhrum edə bilərlər. Razılığa gələn Dövlət müəyyən 

şəxsi  və  ya  şəxslər  qrupunu  irqi,  etnik,  dini  və  siyasi  əsaslarla 

vətəndaşlıqdan məhrum edə bilməz.

Ərazinin verilməsi (Maddə 10)

Müqavilələr ərazinin verilməsi nəticəsində vətəndaşsızlıq hallarının 

yaranmamasını təmin etməlidirlər. İmzalanmış müqavilələr olmadıqda 

Dövlət (Dövlətlər) əks halda vətəndaşlığı olmayan şəxslərə çevrilə 

biləcək fərdlərə vətəndaşlıq verməlidirlər.  

Beynəlxalq təşkilat (Maddə 11)

Konvensiya,  BMT  çərçivəsində  Konvensiyanın  təsiri  altında 

düşdüyünü  hesab  edən  şəxslərin  onların  tələblərinə  baxılması 

və  müvafiq  hakimiyyət  orqanı  tərəfindən  onların  işinə  baxılması 

üçün  müraciət  edilməsində  onlara  köməklik  göstərilməsi  xahişi  ilə 

müraciət edə biləcəyi müəssisənin yaradılmasına çağırır. Baş Məclis 

bu öhdəliyi BMT QAK-ın üzərinə qoymuşdu.

Mübahisələrin həllinə dair (Maddə 14)

Razılığa gələn Dövlətlər arasında başqa üsulla həll edilə bilməyən 

mübahisələr, mübahisə edən Tərəflərdən hər hansı birinin tələbi ilə 

Beynəlxalq Ədalət Məhkəməsinə verilir.

Yekun müddəa

Yekun  müddəa  de  facto  vətəndaşlığı  olmayan  şəxslərə  mümkün 

olduğu qədər de jure vətəndaşlığı olmayan şəxslər kimi baxılmasını 

tövsiyə edir, bu da onlara vətəndaşlıq almaq imkanını yaradacaq.



56

IV FƏSİL

BMT QAK-ın rolu

BMT  QAK  fəaliyyətinin  1950-ci  ildə  başlanğıcından  vətəndaşsızlıq 

problemləri və vətəndaşlığı olmayan şəxslərlə məşğul olur. Bu müəssisə 

BMT-nin qaçqınların müdafiəsi və fəlakət vəziyyətindən çıxış yollarını 

axtarmaqda  dəstək  Mandatına  malikdir.  Bütün  bu  illər  ərzində  BMT 

QAK-ın köməklik etdiyi qaçqınlardan çoxu həm də vətəndaşlığı olmayan 

şəxslər olublar. Keçmiş onilliklər ərzində Dövlət tərəfindən müdafiənin 

itirilməsi (və ya bu cür müdafiədən imtina) və vətəndaşlığın itirilməsi (və 

ya vətəndaşlığın verilməsindən imtina) arasında aydın əlaqə nümayiş 

etdirilmişdir. İndiki zamanda vətəndaş olmağın və vətəndaşlıqla əlaqədar 

hüquqlarını həyata keçirə bilmənin, məcburi köçürülmənin qarşısını ala 

bildiyi faktı ümumi qəbul olunmuş sayılır.   

  

BMT QAK vətəndaşsızlıq probleminin həllində necə 



iştirak edirdi?

Keçmiş  illər  ərzində  BMT  QAK-ın  inkişafı  ilə  birlikdə,  vətəndaşsızlıq 

hallarının  azaldılmasında  və  apatridlərə  köməyin  göstərilməsində 

onun rolu da artırdı. BMT QAK-ın vətəndaşsızlıq sahəsində fəaliyyəti 

beynəlxalq  müqavilələrə,  BMT-nin  Baş  Məclisinin  qətnamələrinə  və 

təşkilatın şəxsi konsultativ orqanın – Ali Komissarın Proqramının İcraçı 

Komitəsinin (İcraçı Komitə) tövsiyələrinə uyğun həyata keçirilir. 

Vətəndaşlığı olmayan şəxslərə dair 1954-cü il Konvensiyasının lazımi 

tətbiqinə nəzarətə dair orqanın yaradılması barədə müddəalar yoxdur. 

Lakin, Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının 

11-ci maddəsi “hazırkı Konvensiya əsasında müəyyən üstünlüklər tələb 

edən  şəxslərin,  onların  tələblərinə  baxılması  və  müvafiq  hakimiyyət 

orqanı tərəfindən onların işinə baxılması üçün müraciət edilməsində on-

lara köməklik göstərilməsi xahişi ilə müraciət edə biləcəyi müəssisənin” 

yaradılmasına çağırır. 1975-ci ildə Konvensiya qüvvəyə minəndə BMT-

nin Baş Məclisi bu funksiyanı BMT QAK-ın üzərinə qoymuşdu. Təşkilatın 

vəzifələri sonrakı qətnamələrdə dəqiqləşdirilmişdir. 

  

1995-ci ildə Ali Komissarın Proqramının İcraçı Komitəsi vətəndaşsızlıqla 



əlaqədar geniş məsələlər dairəsi üzrə rəhbər müddəaları təsdiq etmişdir. 

Bu müddəalar vətəndaşsızlığın qarşısının alınması və azaldılması və 

apatridlərin müdafiəsi barədə Rəydə göstərilmişdir (Rəy № 78), (İcraçı 

Komitəyə ECOSOC tərəfindən onların qaçqın problemlərinə göstərdikləri 

maraq  əsasında  seçilmiş  -  2008-ci  il  31  iyul  tarixinə  76  –  ölkənin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə