Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

45

edilməsinin mümkünsüzlüyü vətəndaşlıq almaqda maneələr yaradır.



Bu problemdən necə qaçmaq olar:

-    Vətəndaşlığın  alınması,  saxlanılması,  itirilməsi,  bərpası  və  təsdiq 

edilməsi barədə  ərizələrə ağlabatan müddətdə baxılmalıdır.

-  Həmçinin, Dövlətlərin varisliyi hallarında adi və qanuni olaraq ərazisin-

də  yaşayan  əhalisi  daxil  olmaqla,  Vətəndaşlığı  avtomatik  olaraq  (ex 

lege) alınmasının və ya itirilməsinin qeydiyyatı üçün and içmə ilə yazılı 

sübutların  gətirilməsi  tələb  edilməməlidir.  Baxmayaraq  ki,  Dövlətlərə 

adətən vətəndaşlıqla bağlı bütün yazılı sənədlərin saxlanılması tövsiyə 

edilir.

-    Vətəndaşlığın  alınması,  saxlanılması,  itirilməsi,  bərpası  və  təsdiq 



edilməsinə  görə  rüsumlar  və  bununla  bağlı  inzibati  və  məhkəmə 

fəaliyyəti ağlabatan olmalıdır.



Xüsusilə qadınlara aid qanunlar və təcrübə 

Bəzi Dövlətlər qadın bu Dövlətin vətəndaşı olmayan kişiyə ərə getdikdə 

avtomatik  olaraq  qadının  vətəndaşlığını  dəyişirlər.  Qadın  avtomatik 

olaraq  vətəndaşlıq  almadıqda  və  ya  onun  əri  vətəndaşlığı  olmayan 

şəxs olduqda vətəndaşlığı olmayan şəxs ola bilər.

Qadın, həmçinin, ərinin vətəndaşlığını əldə etdikdən sonra onun nikahı 

pozulduqda və vətəndaşlıq itirildikdə, onun əvvəlki vətəndaşlığı isə av-

tomatik olaraq bərpa edilmədikdə vətəndaşlığı olmayan şəxsə çevrilə 

bilər.

Bu problemlərdən necə qaçmaq olar:

-  Ərdə olan qadının vətəndaşlığı haqqında 1957-ci il Konvensiyası və 

Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğvinə  dair  1979-

cu  il  Konvensiyası  qadınlara  vətəndaşlığın  alınması,  dəyişdirilməsi 

və  saxlanılması  məsələlərində  kişilərlə  yanaşı  bərabər  hüquqların 

verilməsini qarşılarına məqsəd qoyurlar. Bu konvensiyalarda göstərilən 

prinsiplərə əsasən ərin vətəndaşlığı onun arvadının vətəndaşlığını av-

tomatik olaraq dəyişməməli, onu vətəndaşlığı olmayan şəxs etməməli 

və ya onun  vətəndaşlığını qəbul etməyə məcbur etməməlidir.

-  Qadınların kişilərlə bərabər hüquqları olmayan və nikaha daxil olarkən 

avtomatik  olaraq  vətəndaşlığını  itirə  biləcək  və  ya  qadının  nikaha 

daxil olarkən vətəndaşlığından imtina etməyə məcbur olduğu Ölkələr 




46

vətəndaşlıq haqqında qanunvericiliklərinə nikahı pozulmuş qadınlara 

avtomatik olaraq əvvəlki vətəndaşlığını sadə ərizə nəticəsində bərpa 

etmək imkanını yaradan müddəaları daxil etməlidirlər.



Vətəndaşlığın avtomatik itirilməsi.

Bəzi  Dövlətlər  ölkəni  tərk  etmiş  və  ya  xaricdə  yaşayan  şəxslərin 

vətəndaşlığını avtomatik olaraq ləğv edir. Şəxsin ölkəni cəmi bir neçə 

ay müddətində tərk etdiyində vətəndaşlıqdan məhrum etmə çox vaxt 

pis inzibati təcrübə ilə əlaqədardır. Beləliklə, şəxs bu dövlətin müvafiq 

orqanlarında  müntəzəm  qeydiyyatdan  keçmədikdə  vətəndaşlıqdan 

məhrum edilmə mümkünlüyü barədə məlumatlandırılmır. Bu şəxs doğum 

və ya mənşə əsasında deyil naturalizasiya əsasında vətəndaşlığını əldə 

edibsə, hətta müntəzəm qeydiyyatdan keçmə də şəxsə vətəndaşlıqdan 

məhrum  edilməyəcəyinə  zəmanət  vermək  üçün  kifayət  olmaya  bilər. 

Vətəndaşsızlıq çox vaxt bu cür təcrübənin birbaşa nəticəsi olur.

Bu problemdən necə qaçmaq olar:

- Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının 7(3) 

maddəsi göstərir ki, fərd ölkədən getdiyinə, xaricdə yaşadığına, qey-

diyatdan  keçmədiyinə  görə  və  analoji  səbəblərdən  vətəndaşlığını 

itirməməli  və  beləliklə  vətəndaşlıqdan  məhrum  edilməməlidir.  Kon-

vensiyada naturalizasiyalaşmış, xaricdə ardıcıl olaraq yeddi ildən artıq 

yaşayan  vətəndaşlara  münasibətdə  bu  müddəaya  istisnalar  vardır. 

Bu  şəxslər  müvafiq  orqanlarda  vətəndaşlıqlarını  saxlamaq  istəklərini 

təsdiqləməlidirlər.  Dövlətlər  naturalizasiyalaşmış  vətəndaşları  bu 

sahədə  apardıqları  siyasətləri  barədə  həm  ölkə  daxilində  həm  də 

xaricində məlumatlandırmalıdırlar (konsulluq şöbələri vasitəsi ilə).   

-  Vətəndaşlıq  haqqında Avropa  Konvensiyası  kimi  daha  sonra  qəbul 

olunmuş  sənədlər  Dövlətlərə  vətəndaşı  onun  daimi  xaricdə  yaşadığı 

səbəbindən, həmin şəxs nəticədə vətəndaşlığı olmayan şəxsə çevrilirsə, 

vətəndaşlıqdan məhrum etməyə icazə vermir.  

Dövlətlərin varisliyi ilə əlaqədar səbəblər

Ərazinin verilməsi və ya müstəqilliyi.

Beynəlxalq  sənədlərdə  və  prinsiplərdə  yalnız  qismən  müzakirə 

edilən  ərazinin  verilməsi  və  ya  müstəqilliyi  uzun  müddət  ərzində 

vətəndaşsızlığın  səbəbi  olmuşdu.  Dövlətin  ərazisində  və  ya 

suverenliyində  mühüm  dəyişikliklər  baş  verəndə,  məsələn,  Dövlət 

müstəmləkəlik  metropoliyasından  müstəqillik  əldə  etdikdə,  Dövlət 




47

dağıldıqda, süquta uğramış Dövlətin yerində yeni varis-Dövlət (Dövlətlər) 

yarandıqda və ya Dövlət müəyyən müddətdən sonra bərpa olunduqda, 

milli qanunvericilik və təcrübə qaçılmaz olaraq dəyişilir. Bu hadisələrdən 

hər biri vətəndaşlıq haqqında yeni qanun və fərmanların və /və ya yeni 

inzibati  prosedurların  qəbul  olunmasına  təkan  verir.  Bu  halda  fərdlər 

yeni qanunvericiliyə/fərmana və ya inzibati prosedurlara müvafiq olaraq 

vətəndaşlıq  əldə  edə  bilməyərək  və  ya  onlar  qüvvədə  olan  qanunun 

və  təcrübənin  yeni  şərhi  əsasında  vətəndaşlıqdan  məhrum  edildikdə 

vətəndaşlığı olmayan şəxslərə çevrilə bilər.    



Bu problemlərdən necə qaçmaq olar:

-  Vətəndaşsızlığın azaldılmasına dair 1961-ci il Konvensiyasının  10-

cu  maddəsi  göstərir  ki,  ərazinin  verilməsi  nəticəsində  Razılığa  gələn 

Dövlətlər  vətəndaşsızlıq  hallarının  yaranmamasını  təmin  etməlidirlər. 

Dövlətlər ərazilərin bu cür verilməsi hallarında vətəndaşsızlıq hallarının 

yaranmamasını təmin edən müddəaları özündə ehtiva edən iki və ya 

çoxtərəfli  müqavilələr  bağlamalıdırlar.  Bu  cür  müqavilələr  olmadıqda 

Dövlətlər  əks  halda  vətəndaşlığı  olmayan  şəxslərə  çevrilə  biləcək 

fərdlərə vətəndaşlıq verməlidirlər.  

-    Təcrübədə  əhali  adətən  müəyyən  əraziyə  bağlıdır;  lakin  bəzi 

beynəlxalq müqavilələr, konstitusion müddəalar və milli qanunvericilik 

də, həmçinin varis Dövlətlərin vətəndaşlıqları arasından seçim imkanını 

yaradırlar.    

-  Varislik haqqında müqavilələrə, həmçinin, Dövlətlərin dağılmasının 

və ya bölünməsinin vətəndaşlığa təsirinə dair müddəalar da daxil edilə 

bilər.


-    Varis  Dövlətlərə  dair  vətəndaşlıq  sahəsində  beynəlxalq  hüqu-

qun  kodlaşdırılması  və  hazırlanması  ehtiyacına  cavab  olaraq  BMT-

nin  Beynəlxalq  Hüquq  Komissiyası  (BHK)  BMT-nin  Baş  Məclisinin 

55/153  2001  qətnaməsində  olan  bu  məsələ  üzrə  maddə  layihələrini 

hazırlamışdır. Maddə layihələri bildirir ki,

-    Bütün  maraqlı  Dövlətlər  Dövlətlərin  varis  olmaları  tarixinə  sələf 

Dövlətin  vətəndaşları  olan  şəxslərin  varislik  nəticəsində  vətəndaşlığı 

olmayan şəxslərə çevrilməmələri üçün müvafiq tədbirlər görməlidirlər;

-  Varislik aktının təsiri altına düşən ərazidə daimi yaşayış yeri olan şəxs 

varislik aktının qəbul edilmə tarixinə varis Dövlətin vətəndaşlığını almış 

şəxs sayılır;



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə