Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

39

vermir, eyni zamanda isə digər Dövlət fərdə əvvəlki vətəndaşlığından 

imtina etməyənə qədər öz vətəndaşlığını vermir. Bəzi hallarda fərddən, 

yaşadığı Dövlətdə vətəndaşlıq almaq məqsədi ilə müraciət edə bilməsi 

üçün başqa ərazidə vətəndaşlığından imtina etməyi tələb olunur. Bunun 

nəticəsində,  fərd  təzə  vətəndaşlıq  alana  qədər  vətəndaşlığı  olmayan 

şəxsə çevrilir.  

Bu problemdən necə qaçmaq olar:

- 1961-ci il Konvensiyasına əsasən vətəndaşlığın itirilməsi və ya ondan 

imtina başqa vətəndaşlığın əvvəlcədən alınması və ya alınması barədə 

zəmanətlə şərtləndirilməlidir. Naturalizasiya olunmuş şəxslər barəsində 

istisnalar  ola  bilər,  onlar  tələb  olunan  qaydalar  və  müddətlər  barədə 

məlumatlı olduqları halda uzun illər xaricdə yaşayaraq vətəndaşlıqlarını 

saxlamaq  iddiasında  deyillər.  Bu  halda  naturalizasiya  olunmuş  şəxs 

Razılığa gələn müvafiq Dövlətə verdikləri ərizə əsasında vətəndaşlıq 

almış şəxsdir, və bu şəxsin ərizəsi rədd edilə də bilərdi. vətəndaşlığın 

itirilməsi yalnız qanuna müvafiq olaraq və bütün prosedur qaydalarına 

uyğun həyata keçirilir. Bura işə məhkəmədə və ya digər müstəqil orqan-

da ədalətli baxılması da daxildir.    

-  Vətəndaşlıq  haqqında  qanunvericilik  vətəndaşın  başqa  vətəndaşlıq 

almadan və ya bu cür vətəndaşlığın alınacağı barədə müvafiq orqan-

lardan yazılı sübut almadan vətəndaşlığından imtina edə bilməyəcəyinə 

şərait yaratmalıdır.

-  Bəzi  Dövlətlər  qanunvericiliklərinə  vətəndaşlığını  itirmiş  və  təzə 

vətəndaşlıq  almamış  şəxslərin  əvvəlki  vətəndaşlıqlarını  bərpa  edə 

biləcəyini təmin edən müddəalar daxil ediblər. 

-  İkili  və  ya  çox  vətəndaşlığı  qəbul  etməyən  dövlətlərdə  vətəndaşlıq 

haqqında qanunvericilik təmin etməlidir ki, başqa vətəndaşlıqdan imtina 

edilməsi və ya vətəndaşlığın alınması və ya saxlanılmasının ilkin şərti 

olaraq itirilməsi tələbi vətəndaşlıqdan bu cür imtina və ya onun itirilməsi 

mümkün olmadıqda işləməsin. Məsələn, qaçqınlardan gəldikləri ölkəyə 

qayıtmaları və ya həmin ölkənin hakimiyyət orqanlarına vətəndaşlıqdan 

imtina etmək üçün müraciət etmələri tələb edilməməlidir.




40

Faydalı təcrübə



Ukrayna

1944-cü  ildə  200  mindən  artıq  Krım  tatarları  faşist  işğalçıları  ilə 

əməkdaşlıqda ittiham edilərək Krımdan SSRİ-nin müxtəlif regionlarına 

deportasiya  edilmişdilər.  Çoxları  Özbəkistan  Sovet  Sosialist 

Respublikasına (ÖSSR) sürgün edilmişdir. İyirmi il sonra SSRİ-nin Ali 

Sovetinin Rəyasət Heyətinin Sədri Krım tatarlarına qarşı ittihamların 

əsassız olduğunu və tatarların Krım yarımadası daxil olmaqla SSRİ-

nin hər bir yerində məskunlaşa bildiklərini bəyan etmişdir.

Lakin  Krıma  qayıtmış  tatarlar  qeydiyyat,  işə  düzəlmə,  yaşayış  yeri 

və  torpağın  alınması  ilə  əlaqədar  problemlərlə  üzləşdilər.  1987-

ci  ildə  SSRİ-nin  Nazirlər  Şurası  Krım  tatarlarının  repatriasiyasını 

yarımadanın daxili hissəsində yalnız 8 rayonla məhdudlaşdıran qərar 

qəbul etmiş və bununla onların Krımın daha məhsuldar və inkişaf etmiş 

cənub sahilində doğma yerlərinə qayıtmalarını qadağan etmişdir. İki 

ildən sonra, Ali Sovet məcburi “deportasiyaya məruz qalmış xalqların 

hüquqlarının  məhdudlaşdırılmasının    qanunazidd”  olmasını    bəyan 

etdikdən sonra Krıma repatriantların kütləvi axını başladı.     

1991-ci  ilin  dekabr  ayında  SSRİ  dağıldıqdan  sonra  dövlətlərin 

varisliyi  ilə  əlaqədar,  ərazi  sərhədlər  və  vətəndaşlıq  daxil  olmaqla 

gözlənilmədən  mürəkkəb  siyasi  və  hüquqi  problemlər  meydana 

gəldi.

Hazırda tərkibinə Krımın ərazisi daxil olan Ukrayna, Ukrayna SSR-



nın  varisi  oldu.  Ukraynanın  vətəndaşlıq  haqqında  birinci  qanununa 

(1991)  əsasən  keçmiş  SSRİ-nin  vətəndaşları  olan  və,  Krım  daxil 

olmaqla, 1991-ci il 24 avqust müstəqilliyin elan edildiyi günə qədər, 

Ukrayna ərazisində daimi yaşayan şəxslər avtomatik olaraq (ex lege) 

mənşələrindən, sosial statusundan, irqindən, milliyyətindən, cinsindən, 

təhsilindən,  ana  dilindən,  siyasi  baxışlarından  və  dinindən  asılı 

olmayaraq Ukrayna vətəndaşı oldular. Göstərilən şəxslərin avtomatik 

olaraq  Ukrayna  vətəndaşı  olmaqlarına  yeganə  məhdudiyyət  başqa 

Dövlətin  vətəndaşlığının  olması  və  ya  Ukrayna  vətəndaşı  olmaq 

istəyinin  olmamağından  ibarət  idi.  Hətta  müstəqilliyin  əldə  edilməsi 

və  vətəndaşlıq haqqında yeni qanunun qüvvəyə minməsi arasında 

olan müddətdə - üç ay sonra – Ukraynada  qeydiyyata düşən şəxslər 

də avtomatik olaraq Ukrayna vətəndaşlığını alırdılar. 150 minə yaxın 

Krım tatarı qanunun bu müddəalarına əsasən Ukrayna vətəndaşlığını 

aldılar.



41

Vətəndaşlıq  haqqında  yeni  qanunun  qüvvəyə  minməsindən  sonra 

(noyabr 1991-ci il) Ukraynaya qayıtmış təqribən 108 min Krım tatarı 

Ukrayna  vətəndaşlığını  almaqda  yeni  problemlərlə  üzləşdilər.  28 

minə  qədər  insan  vətəndaşlıq  haqqında  qanunvericiliyin  qüvvəyə 

minməsindən əvvəl başqa ölkələrdə daimi sakin statusundan imtina 

edərək  de  jure  vətəndaşlığı  olmayan  şəxslərə  çevrildilər.  80  min 

insan daha vətəndaşlıq haqqında qanunvericilik qüvvəyə minəndən 

sonra əvvəl yaşadıqları ölkədə qeydiyyatlarını saxlayaraq o ölkələrin 

de jure vətəndaşları oldular. Nəticədə, Ukrayna vətəndaşlığı onlara 

avtomatik olaraq verilməmişdir. Onlara Ukrayna vətəndaşlığının fərdi 

naturalizasiya  vasitəsi  ilə  təklif  olunmasına  baxmayaraq,  Ukrayna 

vətəndaşlığını  almaq  istəyən  repatriantların  çoxu  bu  prosedurların 

ciddi tələblərinə uyğun deyildilər. Buraya Ukraynada beş il müddətində 

yaşamaq, kifayət qədər gəlirin olması və Ukrayna dilini bilmək tələbi 

daxildi.


Bu problemləri həll etmək məqsədi ilə BMT QAK, Avropada Təhlükə-

sizlik  və  Əməkdaşlıq Təşkilatı  (ATƏT)  və Avropa  Şurası  tərəfindən 

Ukrayna  hökumətinə  vətəndaşlıq  haqqında  qanuna  dəyişikliklərin 

edilməsi təklif edilmişdir. BMT QAK Ukrayna Pasport və Naturalizasiya 

idarəsinin  əməkdaşlarının  tədrisini  və  onlara  texniki  dəstəyin 

verilməsini  təklif  etmişdir,  həmçinin,  vətəndaşlıq  məsələlərinə  dair 

KİV kampaniyası təşkil etmişdir. Yerli QHT-lər  BMT QAK-ın rəhbərliyi 

altında  ərizəçilərə  Ukrayna  vətəndaşlığının  alınmasına  dair  hüquqi 

məsləhət  verirdilər  və  ayrı-ayrı  şəxslərə  Ukrayna  hökumətinə  qarşı 

məhkəmə işlərində nümayəndəlik edirdilər.

Vətəndaşsızlığın azaldılması və nəticədə aradan qaldırılması məqsədi 

ilə  Ukrayna  Parlamenti  BMT  QAK-la  məsləhətləşmələri  əsasında 

vətəndaşlıq haqqında qanunun qüvvədə olduğu ilk on il ərzində yeddi 

dəfə qanuna əlavə və dəyişikliklər etmişdir. 1997-ci ilin may ayında 

qanundan  ərizəçinin  dil  bilməsi  və  gəliri  barədə  tələblər  çıxarılmış, 

əvvəllər  deportasiya  edilmiş  şəxslərin  nəvə-nəticələrinə  isə  onların 

əcdadlarının Krımdan olmaları əsasında vətəndaşlıq almaları icazə 

verilirdi.  Bu  müsbət  dəyişikliklər  nəticəsində,  de  jure  vətəndaşlığı 

olmayan şəxs olan 28 minə yaxın repatriant Ukrayna vətəndaşlığını 

əldə etmişdir.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə