Kitab oz format deyiSHİKLİKLÜER. 26 11 2008 indd



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix01.09.2018
ölçüsü0,75 Mb.
#66197
1   ...   19   20   21   22   23   24   25   26   27

67

Hər konvensiyada yalnız məhdud sayda qeyd-şərt qoymaq olar.



Parlament üzvləri Konvensiyaların təsirli tətbiqini necə təmin edə 

bilərlər?

Hər  iki  Konvensiyanın  təsirli  tətbiqi  üçün  milli  qanunvericilik  qəbul 

edilməli  və  ya  ona  müvafiq  əlavələr  edilməlidir.  Hər  ölkənin  hüquqi 

ənənələrini  və  ehtiyatlarını  beynəlxalq  öhdəliklərə  uyğunlaşdırmaq 

məqsədi  ilə  BMT  QAK  dövlətlərə  öz  mütəxəssislərinin  məsləhətlərini 

təklif edə bilər.  



Parlament  üzvləri  öz  Ölkələrinin  hökumətlərini  Konvensiyaya 

qoşulmağa sövq etmək üçün hansı təcrübi addımlar ata bilərlər?

-  Müəyyən Ölkənin Konvensiyalardan birinə və ya hər ikisinə qoşulub 

qoşulmadığını müəyyən etmək lazımdır.

-  Ölkə Konvensiyalara hələ qoşulmayıbsa, bu barədə hökumətə yazılı, 

yaxud  şifahi  sorğu  vermək  və  ya  müvafiq  təşəbbüslə  çıxış  etmək 

lazımdır.

-  Ratifikasiya və ya qoşulma barədə ağlabatan müddətdə parlamentə 

təklif verilibsə, zəruri məlumatın təhlilindən sonra onun qəbuluna səs 

vermək lazımdır.

-    Hökumət  ağlabatan  müddətdə  təklifi  parlamentin  müzakirəsinə  çı-

xarmadıqda, parlament prosedurundan istifadə edərək, gecikdirilmənin 

səbəbləri barədə hökumətə sorğu göndərmək və hökuməti təcili olaraq 

ratifikasiya /qoşulma prosesinə başlamağa sövq etmək lazımdır.

-    Hökumət  Konvensiyalardan  biri  və  ya  hər  ikisini  imzalayıb,  lakin 

ratifikasiya  prosesini  gecikdirirsə,  parlament  prosedurundan  istifadə 

edərək, gecikdirilmənin səbəbləri barədə hökumətə sorğu göndərmək 

və  hökumətə  bu  prosesi  tezləşdirməyi  tövsiyə  etmək  lazımdır.  Bu 

məqsədlə qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək olar.

-  Hökumət Konvensiyanın ratifikasiyasına və qoşulmaya etiraz edirsə, 

bu mövqenin səbəblərini dəqiqliyi ilə təhlil etmək lazımdır. Zərurət olduq-

da şübhələrin və anlaşılmazlığın aradan qaldırılmasında kömək etmək 

və bu prosesin tezləşdirilməsi məqsədi ilə mövcud siyasi əlaqələrdən 

istifadə  etmək  lazımdır.  Konvensiyaların  ratifikasiyası  və  /və  ya 

qoşulmaya  dair  məsələnin  müsbət  həlli  üçün  seçicilərin  dəstəyindən 

istifadə etmək lazımdır.



68

-    Başqa  ölkələrin  birləşməsi  və  ya  dağılması  nəticəsində  yaranmış 

parlament  üzvüsünüzsə,  əvvəlki  Ölkələrin  üzv  olduğu  sazişlər  yeni 

dövlət üçün avtomatik olaraq qüvvəyə minmirlər. Yeni Dövlətlər həmin 

sənədlərə  yeni  Dövlət  kimi  qoşula  bilərlər  və  yaxud  əvvəlki  dövlətin 

qoşulduğu sazişlərin müddəalarına öhdəlik götürmədiklərini bəyan edə 

bilərlər. 

-  Konvensiyaların ratifikasiyası və qüvvəyə minməsindən sonra par-

lamentin  Konvensiyaların  müddəalarına  uyğun  milli  qanunvericiliyin 

qəbul  etməsini  təmin  etmək  lazımdır.  Hökumət  tərəfindən  ağlabatan 

müddətdə qanun layihələrinin və ya əlavələrin parlamentdə müzakirəyə 

çıxarılması  məqsədi  ilə  parlament  prosedurundan  istifadə  etmək 

lazımdır.

-  Hökumət ratifikasiya barədə sazişin təsir sahəsinə, onun məqsədləri 

və  ya  anlaşmanın  bəyan  edilməsinə  qoyulan  məhdudiyyətlərlə 

müşayiət  olunan  təklifi  parlamentin  müzakirəsinə  çıxarıbsa  və  siz  bu 

cür məhdudiyyətlərin əsassız olduğunu müəyyən etmisinizsə, ümumi 

məqsədlərin fraksiya və ya ikinci dərəcəli məqsədlərdən üstünlüyünü 

təmin etmək lazımdır.

-  Hökumət tərəfindən təklif olunan sazişin təsir sahəsinə, onun məq-

sədləri  və  ya  anlaşmanın  bəyan  edilməsinə  qoyulan  məhdudiyyət-

lər  artıq  qüvvəsini  itiribsə,  parlamentin  sorğu  prosedurundan  istifadə 

edərək, həmin məhdudiyyətlərin ləğvi üçün tədbirlər görmək lazımdır.

-  Konvensiyaya qoşulma və /və ya Konvensiyada göstərilən prinsiplərə 

uyğun  milli  qanunvericiliyin  hazırlanmasında  məsləhət  və  köməyə 

ehtiyac yarandıqda, ölkəniz olan və ya ölkənizə  aid olan BMT QAK-ın 

nümayəndəliyi ilə əlaqə yaratmaq lazımdır (Bax, Əlavə 4, BMT QAK-ın 

nümayəndəlikləri).      



Parlament üzvləri vətəndaşsızlıq problemləri barədə məlumatlılığı 

necə artıra bilərlə?

Milli  qanunvericiliyin  hazırlanmasına  məsul  olaraq  parlament  üzvləri 

onlara həm vətəndaşsızlığın azaldılması və ya aradan qaldırılması ilə 

mübarizə aparmaq, həm də vətəndaşlığı olmayan şəxslərin hüquqlarının 

qorunmasına  kömək  etmək  imkanı  yaradan  nadir  vəziyyətdədirlər. 

Parlament  üzvləri  təkcə  beynəlxalq  standartlara  uyğun  qanunların 

qəbul edilməsinə sövq etməməli, onlar həmçinin, seçicilərin dəstəyini 

qazanmalıdırlar. Vətəndaş cəmiyyəti yalnız vətəndaşsızlıqla əlaqədar 

problemi  dərk  etdikdə,  bu  problemlərin  həllində  parlament  üzvləri 

yardım etməyə hazır olacaq.  




69

Parlament üzvləri seçicilərinin qarşısında vətəndaşsızlıq problemlərinə 

və  milli  qanunvericiliyin  hazırlanmasının  vacibliyinə  həsr  olunmuş 

məruzələrlə çıxış edərək, vətəndaşsızlığın aradan qaldırılması zərurəti 

barədə qəzetlərdə məqalələr dərc etməklə, QHT-lər və digər vətəndaş 

cəmiyyəti təşkilatları ilə işləyərək və mümkün olduqda vətəndaşsızlıqla 

bağlı fərdi problemlərin tezliklə həllinə nail olmaqla, bu problem barədə 

məlumatlılığını artıra bilərlər.

Parlament  üzvləri  azlıqların  və  əhalinin  digər  qruplarının  Dövlətin 

ibarət  olduğu  vətəndaşlığın  bir  hissəsi  olmaq  hüququnu  qorumaqla, 

və  cəmiyyətlər  arasında  vətəndaşlığı  olmayan  şəxslərin  vətəndaş 

kimi qəbul edilmələrinə gətirə biləcək dialoq qurmaqla  vətəndaşsızlıq 

problemlərini həll edə bilərlər. 

Parlament  üzvləri  bu  sahədə  beynəlxalq  əməkdaşlığa  necə  kö-

məklik edə bilərlər?

Beynəlxalq  əməkdaşlıq  bütün  dünyada  vətəndaşsızlıq  hallarının 

azaldılmasının vacib amilidir. Parlament üzvləri onların hökumətlərinin 

vətəndaşsızlığın azaldılması və ya aradan qaldırılmasına yönəlmiş bütün 

beynəlxalq səylərdə və vətəndaşsızlıqla bağlı fərdi problemlərin tezliklə 

həllinə yönəlmiş səylərdə tam şəkildə iştirakını təmin etməlidirlər.   

Parlament  üzvləri  vətəndaşlıqla  bağlı  qanunvericiliyin  regional 

səviyyədə müzakirəsi məqsədi ilə, qonşu ölkələrin parlament üzvlərini 

dəvət edə bilərlər. Ölkələr arasında vətəndaşlığa dair qanunvericiliyin 

ahəngləşdirilməsi  vətəndaşsızlıq  hallarının  azaldılması  üçün  yaxşı 

vasitədir.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə