Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə



Yüklə 16,92 Kb.
səhifə1/2
tarix22.12.2022
ölçüsü16,92 Kb.
#97591
  1   2
17.Kolumbiya


Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” 2011-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2011-ci il
№ 264-IVQ
Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti
arasında diplomatik, rəsmi və xidməti pasportlara malik Şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında saziş
Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası Hökuməti və Kolumbiya Respublikası Hökuməti,
iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və öz etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının səfərlərini və müvafiq vəzifələrinin icrasını asanlaşdırmaq məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. Etibarlı diplomatik və ya xidməti pasportlara malik olan Azərbaycan Respublikasının vətəndaşlarından Kolumbiya Respublikasının ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada altı (6) ay müddəti ərzində doxsan (90) gündən artıq olmayaraq qalmaq üçün viza almaq tələb olunmayacaqdır.
2. Etibarlı diplomatik və ya rəsmi pasportlara malik olan Kolumbiya Respublikasının vətəndaşlarından Azərbaycan Respublikasının ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya orada altı (6) ay müddəti ərzində doxsan (90) gündən artıq olmayaraq qalmaq üçün viza almaq tələb olunmayacaqdır.
Maddə 2
Bu Sazişin 1-ci maddəsində göstərilən şəxslərin qalma müddəti qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən digər Razılığa gələn Tərəfin dövlətində akkreditasiya olunmuş diplomatik nümayəndəliyin və ya konsulluğun yazılı sorğusu əsasında uzadılır.
Maddə 3
Digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən diplomatik nümayəndəliyin, konsulluğun və ya beynəlxalq təşkilatların yanında akkreditasiya olunmuş daimi nümayəndəliyin üzvü olan bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik vətəndaşları, həmçinin onların etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik ailə üzvləri onların rəsmi təyinatları müddəti ərzində digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil ola, oranı tərk edə, tranzit keçə və ya orada vizasız qala bilərlər.
Maddə 4
Etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik hər bir Razılığa gələn Tərəfin dövlətinin vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan istənilən dövlət sərhədindən buraxılış məntəqəsindən daxil olacaq və həmin ərazini tərk edəcəklər.
Maddə 5
Razılığa gələn Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl hazırda istifadədə olan diplomatik, rəsmi və xidməti pasportların nümunələrini bu sənədlərin müfəssəl təsviri daxil olmaqla diplomatik kanallar vasitəsilə bir-birlərinə təqdim edəcəklər. Razılığa gələn Tərəflərdən biri yuxarıda qeyd olunan pasportların görünüşündə edilmiş dəyişikliklər barədə onların dövriyyəyə buraxılmasından sonrakı otuz (30) günlük müddət ərzində digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə məlumat verməli və yeni pasportların nümunəsini təqdim etməlidir.
Maddə 6
Bu Saziş bir Razılığa gələn Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlarının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qüvvədə olan qanun və qaydalara əməl etmək öhdəliyinə təsir etmir.
Maddə 7
Bu Saziş Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının digər Razılığa gələn Tərəfin "persona non grata" hesab edilən hər hansı vətəndaşına öz dövlətinin ərazisinə giriş icazəsini verməkdən imtina etmək və ya həmin şəxslərin orada qalmasını dayandırmaq hüququna təsir etmir.
Maddə 8
Tərəflərdən hər hansı biri milli təhlükəsizlik, ictimai asayiş və ya əhalinin sağlamlığı səbəblərindən bu Sazişin müvəqqəti olaraq qismən və ya tam olaraq dayandırılması üçün digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə sorğu edə bilər, bu, dayandırma belə bildirişin sonuncu tərəfindən alındıqdan bir (1) həftə sonra qüvvəyə minəcəkdir.
Bu dayandırma aradan qaldırıldıqda hər bir Razılığa gələn Tərəf eyni qaydada hərəkət edəcəkdir.
Maddə 9
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Razılığa gələn Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

Yüklə 16,92 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə