Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   10   11   12   13   14   15   16   17   18

 

33 


Film Fiction | Dekabr, №4 

İlin yekunları 

 

 



 

 

 



Film Fiction adından ilin yekunlarını müəyyən kateqoriyalar üzrə seçdik. Beləliklə... 

 

 



İlin ən yadda qalan filmləri: 

Bir zamanlar Anadoluda (Once upon time in Anatolia), Boşanma (A 

Seperation),

 

Artist (The Artist),



 

Həyat ağacı (The Tree Life),

 

Parisdə gecə yarı (Midnight in Paris). 



 

 

 



 

İlin ən yadda qalan animasiya filmləri: 

Ranqo (Rango), Tintinin macəraları (The Adventures of 

Tintin), Şirinlər (The Smurfs), Xoşbəxt Ayaqlar-2 (Happy Feet-2), Çəkməli Pişik (Puss in Boots). 

 

 

 



 

İlin ən pis filmləri: 

Alatoran: Şəfəq (Twilihgt: Breaking Down), Konan (Conan The Barbarian), 

Kovboylar yadplanetlilərə qarşı (Cowboys and Aliens), Çənələr 3D (Shark Night 3D), Günəşdən 

usanmışlar diologiyası (Утомлённые солнцем). 

 

 




 

34 


Film Fiction | Dekabr, №4 

İlin ən yadda qalan rejissorları: 

Lars Von Trier,

 

Nuri Bilge Ceylan,



 

Aleksandr Sokurov,

 

Terens Maliki,



 

Əsgər Fərhadi. 

 

 

 



 

İlin ən yadda qalan aktyorları: 

Jan Dyujarden,

 

Corc Kluni,



 

Leonardo Di Kaprio,

 

Peyman Mooadi,



 

Bred Pit


 

 

 



 

 

 



İlin ən yadda qalan aktrisaları: 

Meril Strip,

 

Kristen Danst,



 

Leyla Hətami,

 

Natali Portman,



 

Mila 


Kunis

 

 



 

 

 



 

 

İlin ən yadda qalan sitatı: 



 

“Mən nassistəm!” ( Lars Von Trier ) 

 

 



 

 

İlin qalmaqalı: 



 

Danimarkalı rejissor Lars Von Trierin Kann festivalında özünü nassist adlandırmasına görə, 

persona non grata elan olunaraq festivaldan qovulması bu ilin ən məhşur qalmaqalı kimi yadda qaldı.  

 

 



 

 

 



 


 

35 


Film Fiction | Dekabr, №4 

Bu ay doğulanlar 

 

 



 

 

Vudi Allen - 1 dekabr. 

Lusi Liu –2 dekabr. 

Culianna Mur  - 3 dekabr. 

Brenden Freyzer  -  3 dekabr. 

Cef Bridces –   4 dekabr. 

Şəfiqə Qasımova – 5 dekabr. 

Ayşad Məmmədov - 6 dekabr. 

Devid Karradayn –  8 dekabr. 

Kirk Duqlas – 9 dekabr. 

Con Malkoviç - 9 dekabr. 

Maykl Klark Dunkan  – 10 dekabr. 

Jan Mare - 11 dekabr. 

Cennifer Konelli – 12 dekabr. 

Tom Ulilkinson – 12 dekabr. 

Tarık Akan - 13 dekabr. 

Tahir İmanov - 13 dekabr. 

Rac Kapur  - 14  dekabr. 

Necati Şaşmaz – 15  dekabr. 

Yuri Nikulin - 17 dekabr. 

 

 

 

Keti Holms  - 18 dekabr. 

Bred Pitt - 18 dekabr. 

Rey Liotta - 18  dekabr. 

Gülşən Qurbanova - 19 dekabr. 

Mehriban Zəki - 19  dekabr. 

Ceyk Qullenhall - 19  dekabr. 

Samuel L. Cekson - 21  dekabr. 

Ralf Fayns - 22 dekabr. 

Vanessa Paradi - 22  dekabr. 

Həsən Seyidbəyli - 22  dekabr. 

Mixail Boyarski - 26  dekabr. 

Şener Şen - 26  dekabr. 

Jerar Departye - 27 dekabr. 

Sergey Bodrov - 27 dekabr. 

Denzel Vaşinqton - 28  dekabr. 

Sadıx Hüseynov - 29 dekabr. 

Cudi Lou - 29 dekabr. 

Entoni Hopkins - 31 dekabr. 

 

 



 


 

36 


Film Fiction | Dekabr, №4 

CİTİZEN KANE 

 

 

 



Film:  Vətəndaş Keyn 

Rejissor : Orson Uelles 

Ölkə: ABŞ 

Janr: Dram 

İl: 1941 

İMDb xalı: 8.6 

Film Fiction xalı: 8.6 

 

 



1941-ci ildə Orson Uellesin rejissorluğu 

ilə çəkilən və özünün baş rolda oynadığı film. 

Bir çox səsvermələrdə bütün dövrlərin ən yaxşı 

filmi seçilən “Citizen Kane” kinoya yeni çəkiliş, 

musiqi və süjet quruluşu gətirdi. Xüsusilə qeyd 

etmək lazımdır ki, bu Uellesin ilk filmi idi. 9 

nominasiyada “Oskar”-a namizəd olan film 

yalnız bir, “Ən Yaxşı Orijinal Ssenari”-yə görə 

Uellesə və Herman Mankieviçə mükafat 

qazandırdı. Uelles filmdə Çarlz Foster Keyn adlı 

qəzet sahibini canlandırır. Ümumiyyətlə isə bu 

obraz 20-ci əsrdə qəzet sahibi olmuş Uilliam 

Rendolf Herst və Uellesin öz həyatından 

götürülmüş hadisələr əsasında çəkilmişdir. Film 

Amerika Kino İnstitutunun (AFİ) tərtib etdiyi 

“Bütün Dövrlərin Ən Yaxşı 100 Filmi” 

siyahısında 1-cidir. 

 

Dövlətli media adamı Çarlz Foster Keyn 



Floridada tikdirdiyi və darvazasında “keçidi 

pozmayın” yazılmış Ksanadu sarayında  

həyatının son nəfsini alır. Yataqda ikən əlində 

tutduğu qar kürəciyi (oyuncaq) əlindən düşür 

və onun son sözləri, “Rosebud” eşidilir. Onun 

ölüm xəbəri bütün dünyada sensasiyaya səbəb 

olur. Müxbir Cerri Tomson Keynin irsi, xüsusilə 

onun son sözü barədə məlumat toplamağa 

başlayır. O, Keynin yaxın adamları ilə görüşür və 

onlardan məlumat alır. Lakin “Rosebud” 

sözünün mənasını heç kim bilmir. 

 

Filmin bəzi səhnələri Keynin uşaqlıq 



həyatını, onun Koloradoda yaşadığı evi əks 

etdirir. Keyn ailə qurur, daha sonra isə opera 

müğənnisi olmaq istəyən bir xanımla, Syuzan 

Aleksandrla əlaqədə olur. Onun müğənni ilə 

əlaqələrinin ortaya çıxması siyasi həyatına 

böyük zərbə vurur, Syuzan onu tərk edir. O, 

həyatının son illərini Ksanadu sarayını 

tikdirməyə sərf edir, bahalı incəsənət 

nümunələrini burada toplayır. Onun eşikağası 

Keynin ölüm səhnəsini müxbirə danışır və 

bildirir ki, Syuzan onu tərk etdikdən sonra o, 

məhz qar kürəciyinə baxaraq “Rosebud” sözünü 

işlətmişdi. Tomson qərara gəlir ki, o heç vaxt bu 

sözün sirrini tapa bilməyəcək. O, iddia edir ki, 

Mr. Keyn həyatda hər şeyə nail olub və hər şeyi 

itirib. Ola bilsin ki, “Rosebud” onun qazandığı və 

ya itirdiyi bir şey idi. Keynin ölümündən sonra 

onun əşyaları siyahıya alınır, bəziləri isə 

yandırılır. 

Filmin sonunda məlum olur ki, “Rosebud” onun 

uşaqlıqda oynadığı xizək idi. Bu sözü işlətməklə 

Keyn həyatının yeganə xoşbəxt anlarını 

xatırlamışdı. 

 

Film həvəskarı kimi  bu filmi çox yüksək 



qiymətləndirirəm. Ümumilikdə filmin hər bir 

səhnəsi əvvəlki kino texnikalardan çox 

fərqlənir. Filmin çəkiliş texnikasından, Uellesin 

obraz quruluşundan sonrakı filmlərdə tez-tez 

istifadə edilmişdir. Hətta hesab edirəm ki, “Xaç 

atası” filmindəki Vito Karleone obrazı ilə Keyn 

arasında çox oxşarlıq var. Filmin çəkilməsindən 

70 il keçməsinə baxmayaraq, onun təsirini  

sonradan çəkilən bir çox filmlərdə görmək 

mümkündür. Film əsl incəsənət nümunəsidir. 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə