Film Fiction


Film Fiction | Dekabr, №4



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix17.06.2018
ölçüsü0,51 Mb.
#49229
1   ...   10   11   12   13   14   15   16   17   18

 

37 


Film Fiction | Dekabr, №4 

Dogtooth 

 

 



 

Film - Köpək dişi 

Rejissor - Yorqos Latimos 

Janr - Psixoloji, dram 

Ölkə - Yunanıstan 

İl: 2009 

İMDB xalı - 7.2 

Film Fiction xalı: 8 

 

 

“Köpək dişi” filmi yunan rejissoru Yorqos 



Latimosun uzun metrajlı filmləri içərisində 

sayca dördüncü filmidir. Filmin ssenarisi isə 

həm ona, həm də Eftimis Fillippouya 

məxsusdur. Rejissorun ən uğurlu filmi də 

demək olar “Köpək dişi”dir. Film beynəlxalq 

festivallarda bir çox mükafatlara layiq görülüb. 

2011-ci ildə “Ən yaxşı xarici film” 

nominasiyasında Oskara namizəd olub.  Kann, 

Dublin, Stokholm film festivallarında bir çox 

mükafatları qazanmışdır.  

 

İndi isə filmin nədən bəhs etdiyindən 



yazım. Amma əvvəlcə təsəvvür etmək 

bacarığınızı işə salıb dediklərimi gözlərinizdə 

canlandırmağa çalışın. Təsəvvür edin, siz hər 

şeydən təcrid olunmuş halda bir evdə  

 

yaşayırsınız. Sizi inandırıblar ki, əgər köpək 



dişiniz çıxmasa bu evin kənarına addım ata 

bilməzsiniz. Çıxsanız belə, gərək maşınla 

çıxasınız. İnandığınız tək şeylə bitmir, həmçinin 

sizə bir pişiyin bir insanı yeyə biləcək gücdə 

olduğunu, insanın it dünyaya gətirə biləcəyi

təyyarələrin əslində oyuncaq olduğunu və sizin 

həyətinizə düşsə ondan oyuncaq kimi istifadə 

edə biləcəyinizi də inandırıblar. İnternet sözü 

sizə yaddır, televizor kanallarından bixəbərsiz, 

qəzet, jurnal, telefon kimi şeylərin nə olduğunu 

bilmirsiz. Hər axşam baxdığınız bir video 

kasetdən yeni bir söz öyrənirsiz. Məsəlçün, 

“dəniz” sözünün mənası “kreslo”, “tüfəng” 

sözünün mənası “gözəl bir bəyaz quş”dur. Çünki 

sizə belə öyrədilib.  

 

Bütün bunlar bir atanın öz uşaqları – iki 



qızı və bir oğlu üçün yaratdığı mühitdir. 

Mərkəzdən kənarda bir evdə o, həyat yoldaşı və 

3 uşağı yaşayırlar. Uşaqlarını qəribə bir 

sistemdə böyüdür. Evdən kənara çıxan tək 

adam elə o özüdür. Bir zavodda işləyir. Ailədən 

başqa onların evlərini görən biri var – Kristina. 

O da atanın oğlunun cinsi ehtiyaclarını ödəməsi 

üçün tutduğu bir qadındır. Lakin, bir gün o 

qadını da evdən qovur. Onda bacılarını qardaşı 

ilə cinsi əlaqədə olmağa məcbur edir. Ata tez-tez 

uşaqlar arasında oyunlar keçirir, qalibə mükafat 

verir. Əgər uşaqlardan biri səhv hərəkət edərsə 

onu cəzalandırır. Uşaqların maraqlandığı hər 

şeyi bir məntiqə uyğunlaşdırıb tamam başqa 

şeylərlə cavab verirlər. Amma belə bir şəraitdə 

uşaqlar xoşbəxtdirlər. Onların öz dünyaları var. 

Yetkin olmaqlarına baxmayaraq, hər birinin 

davranışı uşaq kimidir.  

 

Bəzi kritiklərə görə rejissor bu filmdə  



“kapitalist cəmiyyət” modelini başqa bir 

rakursdan verməyə çalışır. Elə baxdıqdan sonra 

siz də təhlil etsəniz, özünüz də görəcəksiniz. Elə 

filmlər var ki, təkcə baxmağı yox, həm də 

düşünməyi tələb edir.  

 

Film maraqlı gəldi? İnanın, 90 dəqiqə 



səbri tarıma çəkib filmə baxmaq o qədər də 

asan olmayacaq. Əgər səbrsizsinizsə, “Twilight” 

kimi filmlərin həvəskarısınızsa çətin filmin 10-

15 dəqiqəsinə kimi baxa bilərsiniz. 90 dəqiqə 

səbr edənlərsə sonluğu gözləməsinlər. Çünki 

son olmayacaq. 

 

 

 



 


 

38 


Film Fiction | Dekabr, №4 

SHİNE 


 

  

 



 

Film: Parlaq 

Rejissor: Skot Hiks 

Ölkə: Avstraliya 

Janr: Dram, bioqrafik 

İl: 1996 

İMDB xalı: 7.6 

Film Fiction xalı: 8.0 

 

 

 



Əgər həyatınızla bağlı verilən qərarların 

böyük faizi valideynlər tərəfindən qəbul 

edilirsə. Və bu qərarlar onların dili ilə desək 

“sənin xoşbəxtliyin üçündür” prinspini özündə 

cəmləşdirirsə. Əslində xoşbəxtliyə aparan yolun 

kölgəsində əsas məğz onların sizdən keçmişin 

qisasını almaq istəməsidirsə,  bu zaman  filmə 

xoş gəldiniz! Bir az qəliz cümlələrlə başlayan 

təqdimatın daha asan formasına keçirəm. 

Filmin əsas qəhramanı Devid Helfqot adlı 

biridir. Klassik musiqiylə maraqlananlar üçün 

bu ad tanışdı məncə. Tanış olmayanlar üçünsə 

deyim, Devid Helfqot dünyaca məşhur 

avstraliyalı musiqiçidir. Filmin ssenarisi onun 

həyat hekayəsinə əsaslanaraq çəkilib. İndi isə 

başdan başlayaq. 

 

Devidin atası böyük musiqi həvəskarıdır. 



Uşaqlıqda musiqi ilə məşğul olmağa başlamaq 

istəsə də atası buna icazə verməyib. Elə bununla 

bağlı bir hekayəni atası həmişə Devidə təkrar-

təkrar danışardı: “Bir dəfə mən pul yığıb 



kamança almışdım. Amma evə gətirəndə atam 

onu əlimdən aldı və qırdı.” Atasının 

məcburiyyətilə Devid də kiçik yaşlarından 

musiqi ilə məşğul olmağa başlayır. Atası Devidə 

pianoda çalmağı öyrədir. Devidin zaman 

keçdikcə pianoda ifa etmə bacarığı ortaya çıxır. 

Artıq o, kiçik yaşlarında Şopen, Betxoven, 

Motsart kimi dahi bəstəkarların bəstələrini 

pianoda mükəmməl çalmağı bacarırdı. 

Böyüdükcə Devidin pianoçuluq həvəsi daha da 

artır. Artıq o, region daxilində keçirilən musiqi 

yarışlarında iştirak etməyə başlayır. Və bütün 

yarışlarda onun bir məqsədi var - birinci olmaq. 

Bu məqsəd əslində atasının onun qarşısında 

qoyduğu məcburiyyət idi. Oğlu hamıdan birinci 

olmalı idi. Əslində o qarşısında oğlunu yox, 

özünü görürdü. Keçmişində əldə edə bilmədiyi 

şansları, çatmadığı böyük musiqiçi olmaq 

arzusunu oğlunun timsalında qazanmaq 

istəyirdi. Yarışlarda iştirakından sonra artıq 

Devidin istedadı başqalarını heyrətə gətirməyə 

başlayırdı. Hər kəs onun istedadından danışır, 

qəzetlər ondan yazırdı. Və hər şey bir gün 

festivallardan birində Devidin qələbə 

çalmasından sonra dəyişdi. Dəyişikliyə səbəbsə 

qalib olduğu festival sonrası ona Amerikada 

musiqi təhsili almağı barədə təklif oldu. Devidi 

bu təklif sevindirsə də, atası onun qarşısında 

dayandı. Artıq atası Devidin timsalında özünü 

yox, ondan daha bacarıqlı olan oğlunu görürdü. 

Qısqanclıq yarandı. Çünki Devidin babası vaxtilə 

atasının musiqiçi olmaq istəyinin qarşısına 

çıxmışdı. Devid məcburən təklifi rədd etməli 

olur. Artıq atası ilə arasındakı münasibət 

soyuqlaşmağa başlayır. Amma heç də hər şey 

sona kimi belə davam etmir. Yazdığım qədər 

sadəcə filmin başlanğıc hissəsidir. Və hər şey 

sonra başlayır. Artıq bunu filmə baxdığınızda 

görəcəksiniz. Bu yazını oxuduqdan sonra vaxt 

itirmədən filmə baxın.  

 

“Həyat bir anda sona çata bilər. Buna 

görə də həyatı ən yaxşı şəkildə yaşamaq 

məcburiyyətindəsən. İstədiyin zaman yaşamağı 

rədd edə bilməzsən. Hər şey sirrlərlə örtülüdür” 

 

Filmin mükafatlarından uzun uzadı 

yazmaq istəmirəm. Amma bunu da qeyd 

etməliyəm ki, film 7 nominasiyada Oskara 

namizəd olub. Yalnız filmdə Devidi mükəmməl 

şəkildə canlandıran Cefri Raş Oskarı əldə edə 

bilib. 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə