Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

93
Tanı oğlunu, Vətən!
Xocalı (Əsgəran), Xocavənd (Martuni), Ağdərə (Mardakert) və
Hadrut rayon Daxili Işlər Şöbələrində azərbaycanlı rəis müavinləri
vəzifələri ermənilər tərəfindən erməni kadrları ilə əvəzlənmişdilər. 
Xocalıda da milis bölməsinin yaradılması gündəmə gəldi. 
Xocalı milis bölməsi Əsgəran Rayon Daxili İşlər Şöbəsinin
tərkibində idi. Xocalı xüsusi milis bölməsinin əməkdaşları həftənin
birinci günü Əsgəran RMŞ-də, əməliyyat müşavirəsində iştirak
edirdilər. Həftənin ikinci günü isə DQMV üzrə bütün polis böl -
mə lərinin əməkdaşları vilayət Dİİ-nə yığışırdılar. Əməliyyat mü -
şa virəsini bir qayda olaraq polkovnik Sadir Məmmədov aparırdı.
Mü şavirədə vilayətdə əməliyyat şəraiti, iştimai-siyasi krimonogen
du rum təhlil edilirdi və görüləcək tədbirlər işlər planlaşdırılırdı.
Azər baycanlı əhalinin təhlükəsizliyinin təmin edilməsi ən mühüm
və zifə kimi həmişə ön plana çəkilirdi. 
Xocalı aeroportunda milis xətt bölməsi də fəaliyyətə başladı.
Azərbaycan Res publikası daxili işlər nazirinin müavini polkovnik
Natiq Ta lı bo vun, S.Məmmədovun və Xocalı milis böl məsinin rəi -
si, mayor Sabir Məmmədovun səyləri nəticəsində, çox qısa müd -
dət də – üç ay müddətində milis bölməsinin 52 otaq dan ibarət iki -
mər təbəli inzibati binası tikildi.
Qarabağın, Xocalının özündən cəsur, vətənpərvər, qeyrətli
oğul ları milis sıralarına cəlb olundu. Xocalının özündən 58 nəfər
gənc bölmədə işə götürüldü. 
1991-ci ilin noyabr ayından ermənilər Ağdam-Şuşa yoluna
Əsgəran qalası tərəfdən beton plitələri tökmüşdülər. Rayonlarla,
kəndlərlə əlaqələr, gediş-gəliş, demək olar ki, tamam kəsilmişdi.
Azərbaycanlılar yaşayan kəndlərə, milis bölmələrinə ərzaq təminatı
vertolyotla həyata keçirilirdi.
Polkovnikin rəhbərliyi və özünün iştirakı ilə Şuşa ra yonunun
erməni kəndlərində (Qaladərəsi, Kirov, Yeğsahoğ, On verst, Daşaltı)
əməliyyat-axtarış tədbirlərinin aparılmasına qərar ve rildi. 


94
Tanı oğlunu, Vətən!
Kəndlərdə ermənilər ayaq üstə idilər, rahatsız olmuşdular,
bu əməliyyatlardan har dansa xəbər tutmuşdular.
Separatçılar əməliyyat zonasını təcili tərk edərək tez yerlərini
də yi ş irdilər, asanlıqla başqa yerlərdə mövqe tuturdular. Onların
ki fa yət qədər silah-sursat anbarları, hətta vertolyot meydançaları,
hər bi bazaları var idi. Vertolyotun biri gedib biri gəlirdi. Rusların
hi mayəsi altında ermənilər Qarabağı böyük cəbbəxanaya dön dər -
miş  dilər.
1989-cu il noyabr ayının 3-ü. Şuşa milis şöbəsinə məlumat
verildi ki, Ermənistandan ağır yüklü bir vertolyot Stepanakertə
tərəf uçur. “Necə olur-olsun, vertolyot yerə endirilməlidir”, – rəi -
sin (Sadir Məmmədovun) qəti qərarı bu idi. 
Pasport rejiminə nəzarət bəhanəsi ilə plan quruldu. Vilayətin
hərbi komendatı Safonovla, Şuşanın hərbi komendantı Vasilyevlə
planı gizlicə razılaşdırıldı və təsdiqləndi. 
Onun bu hərəkəti R.Tu man yantsı bərk hiddətləndirir, onu iş -
dən qovduracağı ilə hədələyirdi, A.Volskiyə onun “özbaşınalığı”
ilə bağlı raport yazır. Yalnız DİN-in birinci müavini, general V.Ba -
ran ni kovun müdaxiləsindən sonra o, öz vəzifəsində qalır...
Qarabağın erməni əsilli milisləri cinayətkarlarla, ekstremist-
se paratçı qüvvələrlə əlbir-dilbir idilər. Əməliyyatların keçirilməsindən
ön  cə dən xəbər tuturdular.. Bu da çox vaxt əməliyyatların uğursuz
nə  ticələnməsinə səbəb olurdu. Çünki əməliyyat planlarından er -
mə  nilər xəbər tutub tez aradan çıxırdılar.
Buna baxmayaraq, keçirilmiş əməliyyatlar nəticəsində 52
ad 
da müasir hərbi sursat götürülür, 2465 ədəd mina-detanator
məhv edilir, 1360 metr minalanmış sahə təmizlənir.
Şuşa RPŞ-nin əməkdaşı, baş leytenant İlqar Hümmətov qeyd
edir ki, “məhz Sadir müəllimin tədbirli çevik hərəkətlər nəticəsində
ci na yət kar B.Dadamyan Xocalı aeroportunda həbs edildi.”


95
Tanı oğlunu, Vətən!
1989-cu ilin 4 oktyabrında ermənilər Qaladərəsi kəndi əra zi -
sin də Bərdədən gələn dörd azərbaycanlını qətlə yetirmişdilər. Rəi -
sin rəhbərliyi altında ope rativ əməliyyat aparıldı və cinayətkarlar
şö bənin istintaq təc rid xanasına salındı. Şuşalılar şöbəni mühasirəyə
almışdılar, er mə ni lərin öldürülməsini tələb edirdilər. Ehtirasları
zorla sakitləşdirmək müm kün oldu.
Həmin gün nazir müavini, general V.P.Barannikov ona zəng
edib, təxribatlara uymamağa çağırır.
Ermənilər Polyaniçkoya, vilayətin hərbi komendantı general
Safonova və DQMV Dİİ-nin rəisi, general Kovalyova çox təzyiqlər
edirlər, Sadir Məmmədovun vilayətdə “sərbəst” hərəkət etməsinə,
müstəqil qərarlar verməsinə, Bakı ilə Daxili İşlər İdarəsindən
əlaqə sax la masına mane olmağa çalışırdılar.
Polkovnikin İdarədə fəaliyyəti izlənilirdi və şəhərdaxili və
şə hərdənkənar hərəkət marşrutunu dəqiqliyi ilə öyrənirdilər.
Bir gün idarədə növbətçi hissədə fərqli kanallarla işləyən iki
ratsiya diqqətini çəkir. Elə həmin gün Stepanakertdən Ağdama
gəlib, nazirliyə məlumat verəndən sonra həmin kanallar ciddi
nəzarətə götürüldü. S.Məmmədov deyir: “Ermənilər qorxurdular
ki, Bakıya göndərilən belə məlumatlar, informasiyalar artsa, onlara
güc tətbiq oluna bilər”. İşin üstü açılanda onu Qarabağdan uzaq -
laş dırmağa  çalışırdılar.
O, ratsiyada kanalları dəyişdirib, məcbur olub respublika
Döv lər Avtomobil Müfəttişliyinin kanalına qoşulurdu və informa -
si yalar Ağdamdan, Füzulidən, ya da ermənilərin xəbər tuta bil mə -
yə cəyi başqa kanallar vasitəsilə Bakıya ötürülürdü.
Polkovnikin təkidi ilə növbətçi hissənin tərkibi tamam də -
yiş dirildi. Erməni dilini yaxşı bilən azərbaycanlı milis əməkdaşları
da bu işə cəlb edildi. Onlar ratsiyalarda tutduqları informasiyaları
operativ tərcümə edirdilər və buna qarşı tədbirlər görülürürdü. 


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə