Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

124
Tanı oğlunu, Vətən!
Respublika rəhbərliyinin daşnak əqidəli Henrix Poqosyana
bu qədər inanması, yerli hakimiyyətin ona etibar edilməsi qanlı
olay ları daha da gücləndirdi.
Ermənilərin özləri deyirdilər ki, budur, Gevorkovu vəzifədən
götürdülər, onun yerinə isə milyonçu, mafiyaçı, Qarabağ Aqrar
Sənaye Birliyinin direktoru H.Poqosyanı qoydular.
Məhz Henrix Poqosyanın hiyləsi ilə, israrlı həyasız təkidləri
ilə Qarabağa ezam olunmuş Azərbaycan milisləri Stepanakertdən
çıxarıldı. Guya bununla da bölgədə vəziyyət sabitləşəcək, ermənilər
sakitləşəcək. Bu, o Poqosyandır ki, vilayət partiya komitəsinin
ses siyasında çıxışında erməni xislətini gizlətməmişdi: “Ola bilər
ki, bir kommunist kimi Azərbaycan KP MK-ya tabe olum, lakin
bir erməni kimi mən vilayətin sizin respublikadan ayrılması uğ -
run da mübarizə aparacağam”.
Sadir müəllim yazır: “Sevindik ki, yəqin qəti tədbirlər gö rü -
lə cək... Əfsuslar olsun ki, bu mənfur sessiyada respublikamızın
rəh bərləri də iştirak etdilər. Amma bu sessiyanın qərarları göstərdi
ki, DQMV-də yaranmış vəziyyətə bütün kanallarla Moskva və Er -
mə nistan rəhbərlik edir. Poqosyan hakimiyyətə gələndən sonra
mi tinqlər daha da gücləndi.
Cinayətin, cəzasızlığın, terrorun baş alıb getdiyi bir vaxtda
və bir bölgədə təhqiqat işlərini aparmaq nə qədər çətin, müşkül
mə sə lə olsa da, S.Məm mədov Əli Hacıyevin qətli ilə bağlı cinayətin
açıl  masına nail oldu. SSRİ Baş prokurorluğunun mühüm işlər üz -
rə baş müstəntiqi Karl Konstantinoviç Maydanyukla yaxın tanışlığı
da onun köməyinə gəldi: “Nəhayət, Əli Hacıyevin qatili erməni
Cə bi 1988-ci il aprelin 29-da həbs edildi. Əsgəran rayon milis
şöbəsinin rəi si V.Avagimyanın yanına gedib, Cəbini təhvil aldıq.
Cəbini götürən ki mi, sürətlə Əsgərandan çıxdıq. Ermənilər dalımızca
düşdülər, an caq çata bilmədilər.


125
Tanı oğlunu, Vətən!
Cəbini Ağdamda ruslara təhvil verdik. Ancaq iki aydan sonra
onu həbsdən azad etdilər. Səbəbini bununla izah etdilər ki, Cəbi
iki azərbaycanlını öldürməsəydi, kütləvi qırğının qarşısını almaq
və yaxınlıqdakı uşaq bağçasının təhlükəsizliyini təmin etmək
mümkünsüz olardı”.
Məntiqsizliyin “məntiqinə” baxın!
Cinayətkar silahlı ünsürlərin, «boyeviklərin» cəza lan dı rıl -
ma ması onları bir az da ruhlandırırdı, daha da həyasızlaşdırırdı.
On lar azərbaycanlı əhaliyə, daxili qoşunların hərbi qulluqçularına
qar şı təcavüzkarlıq əməllərini genişləndirir və yaxud öz cinayətlərinin
şa hidlərini aradan götürürdülər.
Qarabağda yalnız azərbaycanlılar deyil, ruslar da erməni
qəd darlığının, erməni terrorunun qurbanı olurdu. Onların qanlı
“işi nə” mane olan hər kəs aradan götürülürdü. Gözünü qan örtmüş,
az ğınlaşmış erməni millətçiliyi üçün müqəddəs heç nə yox idi...
Çirk li siyasi oyunların, qanlı separatçılığın hər kəs qurbanı ola bi -
lər di.
Hər gün üzləşdiyi ölüm təhlükəsi sui-qəsdlər aktları, şantajlar,
pusqular və hədə-qorxular, yollardakı təhlükələrini, riskləri
xatırlasaq, onun hansı şəraitdə və necə işlədiyini təsəvvür etmək
olar. Kiçik xronikaya diqqət yetirək:
8 aprel 1991-ci ildə SSRİ DİN-nin Daxili Qoşunlar, Zaqafqaziya
və Şimali Qafqaz üzrə İdarəsinin rəis müavini, daxili xidmət
polkovniki V.Blaxotin erməni terrorunun qurbanı olur. Cinayəti S.
və A.Ba qamyan qardaşları, A.Antonyan, K.Yeqinyandan ibarət
quldur dəstəsi törətmişdi. Onlar həbs edilib, Rusiya Federasiyası
Rostov Vilayət Məhkəməsinin hökmü ilə müxtəlif müddətlərdə
azadlıqdan məhrum edildilər.
DİN Daxili Qoşunların digər zabiti – mayor L.Xomiç 1991-
ci il iyunun 19-da Stepanakert – Şuşa yolunda hərbi minik maşınına


126
Tanı oğlunu, Vətən!
er mənilərin həmləsi nəticəsində qətlə yetirilir. Həmin ha di sədə
başqa bir zabit də ağır güllə yarası alır. Qatillər aşkar edi lib həbs
olundu, amma...
Qırğının əleyhinə olduğuna görə 1991-ci ilin dekabrında
Xan 
kəndində İ.Qaraxanyan öldürüldü. Erməni ekstremizmi ilə
razılaşmadığına görə SSRİ Ali Sovetinin deputatı, iki dəfə Sosialist
Əməyi Qəhrəmanı Suren Adamyan qətlə yetirildi. 
V.Kovalyov özü də hiss edirdi ki, artıq çoxdan erməni terro -
ru nun hədəfindədir. Onu daim izləyir, aradan götürmək istəyirdilər.
9 yanvar 1991-ci ildə Stepanakertdə generalın xidməti maşını
odlu silahdan atəşə tutulur. 
Sadir Məmmədov deyir ki, bu zaman general maşından cəld
yerə atıldı, mən isə maşının içində yerə uzandım... Bu dəfə də
düşmən gülləsindən sovuşa bildik.
Nəhayət, terrorçular öz qara, qanlı arzularına çatdılar –
general V.Kovalyov 20 noyabr 1991-ci ildə Qarakənd ərazisində,
vertolyot qəzasında həlak oldu. 
Vilayət ərazisində siyasi-kriminal durumun necə mü rək kəb -
ləş diyini və əməliyyat şəraitinini ağırlaşdığını onun Bakıya, na zi -
rə ünvanladığı teleqramlardan da aydın təsəvvür etmək olar:
“...Hadrut rayonu ərazisində yerli sakinlərə kənd təsərrüfatı
iş lərində kömək adı ilə Ermənistandan yaraqlılar gəlir.
Hazırda Cur, Xozabert, Bünyadlı, Banazur, Zamzur, Dalanlar
və Arakül kəndlərində 80 yaxın yaraqlılar var.
Xozaberq kəndində 15-ə yaxın yaraqlı limonad sexinin aren -
datoru adı altında hərbi rənglə boyanmış yeni yük maşınlarından
istifadə edərək, tez-tez silahların saxlandığı mağaralarda yığışırlar.
Onlar pasport qeydiyyatındadırlar, bu da onların Azərbaycan
ərazisindən çıxarılmasına imkan vermir ”.
Bu teleqramları indi də həyacansız oxumaq olmur...


127
Tanı oğlunu, Vətən!
Həmin çoxsaylı (rus dilində) teleqramlardan bir neçəsini
olduğu kimi təqdim edirik:
Телефонограмма
15 ноября 1989 года личным составом Шушинского
РОВД со-вместно с внутренними войсками в/Я 3641 и след-
ственной группой МВД СССР было проведено мероприятие
по проверке паспортного режима и вероятных мест хранения
оружия, боеприпасов, взрывчатых веществ в селах Дашалты,
Туршсу, Киров, Ехцаох и в г.Шуше
На территории с. Киров, недалеко от животноводческой
фермы совхоза, где проживают армяне, обнаружено и изъято:
– двухствольное, вертикального расположения, охотничье
ружье, курковое, калибра 16, за №С-15357, 1957 г. выпуска;
– двухствольное ружье, марки ИЖ-59, курковое, 16 ка-
либра, за №20243, с ударно-спусковым механизмом, 1961 г.
выпуска, за №125559;
– патроны в количестве 91шт., из коих 63 шт.-16 калибра,
28 шт.-12 калибра.
В пещере около с.Туршсу обнаружено одноствольное
ружье, калибра 16, за №6539 К., 1957 г. выпуска.
Кроме того в с. Ехцаох предположительно из карабина
был обстрелян БТР-80 с личным составом, по выяснению ко-
торой ведется следствие.
За последние двое суток 14-15 ноября 1989 г.в селе Да-
шалты и вместности нижнего водозабора активизировались
случаи стрельбы.
Начальник Шушинского РОВД,
подполковник милиции Мамедов С.С.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə