Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə28/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

116
Tanı oğlunu, Vətən!
Polkovnik söhbətinə davam edir: “1991-ci ilin sentyabrında
mər hum Zülfü Hacıyev Ste pa na kertdə, TK-dan çıxanda: “Axı, bu
Ste pa nakertdə nə işimiz var? Sabahdan ha mı Ağdama yığılsın”, –
dedi.
Görünür, TK-nın Ağdama köçürülməsinə artıq yuxarılarda
qərar verilmişdi, yoxsa Zülfü Hacıyev bu sözləri deməzdi.
Onda Zülfi müəllimə dedim ki, “Zülfü müəllim, ermənilərin
içində olmağımız yaxşıdır. Heç olmasa, onların planlarından
xəbərimiz olur. Şuşanı və azər bay can lıların yaşadıqları kəndləri
qorumaq da xeyli asan olar. Həm də Qarabağ Azərbaycan torpağıdır,
onun ayrılmaz tərkib hissəsidir. Azər baycanın ərazi bütövlüyünü
heç kəs poza bilməz, onun su ve ren liyinə, ərazi bütövlüyünə qəsd
edənlər cəzasını almalıdır”.
Erməni millətçilərinin “xüsusi təlim” görmüş “təbliğatçıları”,
Mərkəzin informasiya-media məkanında, Kreml dəhlizlərində
“əzabkeş erməni obrazını” yaradanlar bölgəyə axışıb gə lir dilər.
Demokratiya, aşkarlıq özünütəyinetmə adı altında rus liberal-de -
mok rat ları etnik-dini ayrımçılıq, düşmənçilik, irqçilik zəhəri ya -
yır dılar.
Belə ki, aprelin 2-də Rusiya Dövlət Dumasının qatı er mə ni -
pə 
rəst deputatı Q.Starovoytovanın başçılığı ilə Ermənistandan
Dağ lıq Qarabağa 40 nəfərlik təbliğatçı dəstəsi gəlmişdi.
1989-cu il mayın 4-5 də Dağlıq Qarabağda bu cür maddi,
psixoloji, hərbi dəstəkdən, “həmrəylikdən” ruhlanan bütün erməni
partiya, sovet rəhbərləri M.Qorbaçova açıq məktub yazdılar. Mək -
tubda A.Volskinin Sovet dövlətçiliyi qarşısında xidmətləri tə rif lə -
nir və DQMV-nin Er mə nis tana birləşdirilməsi xahiş olu nur du. 
“Çaqqalların”, “tülkülərin” içində aslan kimi dolaşmaq və
savaşmaq, aslan olmaq lazımdır. Qarabağda peşəkar polis zabiti


117
Tanı oğlunu, Vətən!
olmaq yetmirdi, həm də qorxmaz əsgər-döyüşçü olmalı idi. Hər
gün ömrünün son anı, son də qi qə si ola bilərdi. Psixoloji mənada
ar tıq qorxudan da keç miş di. O, qa ranlıq dərələrdə, dar dön gə lər də
qəfil, xain daşnak pus qu ları, terror sui-qəsdləri gözünün qa ba ğına
çoxdan  almışdı.  Ba kı nın  Qa ra -
bağ dakı  milis  böl mə lə rinə,  azər -
bay canlı  milis  əmək daş larına
zəif maddi, mənəvi dəs təyi onu
ruh dan  salırdı.  Elman  Məm  mə -
do v haqlı olaraq qeyd edir: “Son
də rə cə  çətin  bir  şə rait də  Xan -
kən 
din 
də sayca çoxluq təş 
kil
edən er mə ni lərlə bir yerdə otu -
rub iş apar ma ğın özü böyük cə -
sarət tələb edir di”.
Onun (Sadirin) Xan 
kən 
-
din də  möv cud luğu  başqalarına
da ürək-di rək verirdi.
A.Hüseynli həmin günlərin
psixoloji ovqatını belə xatırlayır:
“1990-cı ilin noyabr ayı idi.
Mən, Qə rib Allahverdiyev, əmə -
liy yatçı İlya Əhmədovla birlikdə
Xan kən di nə  gəlmişdik  ki,  burada
özü mü zə qış paltarları alaq. Biz
DQMV Daxili İşlər İdarəsinə
gəl dik, milis polkovniki Sadir
Məm  mə dovla  görüşdük.  Demək
olar ki, bütün DQMV-də, sis -
tem də  iş ləyən  azər baycanlılar
S.Məmmədov  hərbi-səhra  for ma sın -
da daim əhali və hərbçilər arasında
və səngərlərdə idi. 1992-ci il.
Ermənilərin Ağdərədə qoyub
qaçdıqları silah və hərbi sursat


118
Tanı oğlunu, Vətən!
onun la fəxr edir dilər. O, bütün iş lərdə bi zə kö mək edir, heç nə dən
və  heç  kim dən  çə kin mə mə yi mizi  töv siyə  edirdi.
“Ağdam-Xocalı yolunda, Şuşa, Xocavənd yollarına gecələr
də fələrlə mühafisəsiz gedib gə lir dik. Bu yollarda hər an ölüm, gi -
rov düşmək təhlükəsi göz lə ni lirdi. Həmişə də Sadir müəl li min cə -
sarətli, tədbirli hərəkətləri nə ti cə sində təhlükələrdən sovuşa bi lir -
dik. Belə hallar Sadirin xid məti işi ilə əlaqədar hər an, hər də qi qə
baş verirdi”. 
“Orda hər oğul otura bil məz di. Sadirin kabineti Koval yo vun
ka bineti ilə üzbəüz idi. Ka binetdən çıxan kimi, ermənilər siq  nal
ve rirdilər – işığı yandırib sön dürürdülər, yəni çıxıbdır, gi rov gö tü -
rün.
Ağa körpüsündə, lampa za vodunun yanında qabağını kəsirdilər.
Mar tunidən (Xocavənd) də keçmək qor xulu, təhlükəli idi. Yaraqlılar
hər an pus qudan çıxırdılar.
Bir dəfə “Niva” ilə Mar da kertə gedirdik. Ermənilər topla
yo  lu vurdular. Toz-duman bir-bi rinə qarışdı. Dedim: “Vay, Sa di ri
vur dular. Toz çəkiləndə gör düm ki, maşın yoluna davam edir ”
Artıq dərəni keçib şəhərə girhagirdə iki atəş səsi eşitdik. Və
o saniyə də yanımda oturmış əsgərlər əllərini avtomatlarına atdılar.
İlham maşının sürətini artırdı. Polkovnik isə bircə onu dedi ki: –
Uzan!
...Daha güllə atılmadı. Bir neçə dəqiqədən sonra artıq DQMV
Daxili İşlər İdarəsinin qarşısındaydıq”.
Belə hadisələrdən birini istefada olan polis general-mayoru
NBPİ-ini rəisi vəzifəsində işləmiş Oqtay Cəlil oğlu Əliyev danışır:
“Daxili işlər naziri Tofiq Kərimov zəng etdi ki, get Ağdama, mən
də gəlirəm. 
Ağdamda Əsgəran yo lunun bağlı olduğunu bil dir di lər.


119
Tanı oğlunu, Vətən!
Amma biz Əsgərana mütləq get mə liy dik. Çünki əmək daş la -
rı mızı Ba kı dan gəlib yoxlayanda, onlarla maraqlandığımızı hiss
edən də bir az da ürəkli, ümüdli olurdular. Yaddan çıxmadıqlarını,
on lara  mə nə vi  dayaq  ol du ğu mu zu  hiss  edirdilər.
Bu işdə yalnız Sadirə ar xa la nır dım. Yalnız onun köməyinə
ina nır dım və güvənirdim. Elə də oldu. Sadirin göy rəngli maşınına
“Ya Allah” de yib mindim.
Yolda birdən taqqıltı səsi eşitdim. Maşın möhkəm silkələndi.
Əsgərandan qayıdıb gə lən də maşında iki güllə yeri gördüm.
Hə min taqqıltının səbəbini mən indi an ladım. Demə, Sadir məni
qor xut mamaq  üçün  üstünü  vur ma yıb...”
Belə təhlükəli anlar onun həyatında çox olurdu – artıq özü
də vərdiş et mişdi. Xocalı rayon İH-nin sabiq başçısı, millət vəkili
E.Məm mə  dov xatırlayır ki, “polkovnik Sadir Məmmədov və mən,
o za man DİN-in müavini, milis polkovniki Natiq Talıbov milis
böl mə lərinin əməkdaşlarının silahla təmin olunması işi ilə əlaqədar
bir gündə bir neçə kəndə vertolyotla uçmalı olurduq. Me şə li kən -
di nə gedib qayıdanda bi zi möcüzə xilas etdi. Vertolyot havaya
qal xıb, dövrə vuranda bi zi ermənilər atəşə tutdular. Ha va dumanlı
idi. Vertolyot Kosalar kəndi istiqamətinə yönələndə az qalmışdı
ki, dağa çırpılsın”.
Jurnalist Aydın Ağazadənin oçerkində bir epizod (bax: Aqil
Abbasın “Xankəndindən sonuncu çıxan polkovnik” məqaləsi)
onun  xarakterini,  fəaliyyətini  sə ciy yə lən dir mək  baxımından
maraqlıdır:
“O qorxulu yerlərdən keçəndə Sadir mənim qarşıma əyilirdi
ki, əgər bizə güllə atsalar, ona dəysin.
...Yolda BTR-lərdə duran hərbçilər S.Məmmədovu tanıdıqları
üçün artıq bizi saxlamırdılar, hətta bəziləri hərbi qaydada onunla
salamlaşırdı da. Xocalıdan sonrakı postu keçdikdə S.Məmmədov
arxaya çevrildi, üzünü mənə tutub dedi:


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə