Final asas Макет 1


Tanı oğlunu, Vətən! – Mediadan söz düşmüşkən zaman-zaman müxtəlif mətbu



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

153
Tanı oğlunu, Vətən!
– Mediadan söz düşmüşkən zaman-zaman müxtəlif mətbu
orqanlarında, telekanallarda 1991-ci il 20 noyabr tarixində
törədilən vertolyot qəzası barədə müzakirələr aparılaraq,
müx təlif fikirlər irəli sürülür. Bu qanlı hadisənin bilavasitə iş -
ti rakçısı olaraq nə deyə bilərsiz? 
– Bu yaxınlarda da telekanallardan birində tariximizin ən
kə dərli və müəmmalı faciəsi olan 20 noyabr 1991-ci ildə keçmiş
Dağ lıq Qarabağ Muxtar Vilayətinin ermənilər yaşayan Qarakənd
kən di üzərində erməni terrorçuları tərəfindən odlu silahla vurulmuş
Mİ-8 № 72 saylı vertolyot hadisəsi müzakirə olunurdu. Qarabağ
müharibəsi ilə bağlı baş vermiş bu hadisələrin, bilavasitə iştirakçısı
və şahidi kimi sözügedən olaya münasibətimin xüsusi önəm kəsb
etdiyini düşünürəm. Zənnimcə, belə bir ciddi məsələ ayrı-ayrı te -
le viziya proqramlarının, mətbu orqanlarının müzakirə obyekti de -
yil. Bu hadisə hüquqi əsasa söykənən professional hüquqşünas
təh silinin obyekti olmalı, habelə hadisədən 22 il keçməsinə baxma -
ya raq, mövcud olan müxtəlif versiyalara son qoyulub vahid baxış
mü əyyənləşdirilməlidir. Fikrimcə, vertolyot faciəsinin kütləvi in -
for masiya vasitələrində qeyri-peşəkar müzakirəsi həlak olanların
ru huna sayğısızlıq, qohum-əqrəbalarının onsuz da yaddan çıxmayan
dərdlərinin, qaysaqlamış yaralarının qoparılmasından başqa bir
şey deyil. Təəssüf olunası haldır ki, ümumi dövlət və milli əhə -
miy yət daşıyan bu hadisəyə həqiqətdən əsla xəbəri olmayan bəzi
in 
sanlar özlərinin ağlına gələn qərəzli versiyalarını cəmiyyətə
təq dim  edirlər. 
Bu dəhşətli terror aktına belə yanaşmalar mərhumların əziz -
lə rinə çox pis təsir edir. Qarabağ hadisələrinin canlı şahidi kimi,
təvəqqe edirəm ki, bu cür ciddi hadisələri yerli-yersiz yeni informa -
siyaya malik olmadan “çevir tatı-vur tatı” məntiqi ilə müzakirəyə
çıxarmasınlar. Bu, həlak olanların ruhuna sayğısızlıqdır. 


154
Tanı oğlunu, Vətən!
Əgər kütləvi informasiya vasitələri vertolyot hadisəsində
həlak olanların unudulmamasına çalışırlarsa, Azərbaycan dövləti
qarşısında böyük xidmətləri olmuş həmin şəxsiyyətlər haqqında
silsilə verilişlər, yazılar hazırlasalar, daha məqsədəuyğun olar. 
Aqil LƏTİFOV
***
22 noyabr 1991-ci il. Respublika daxili işlər naziri Tofiq Kə -
ri mov rus generalları Kovalyov, Jinkin və Koçerovun cənazələrinin
Ru siyaya  apa rıl ma sını  (Jinkini  Minvoda,  Ko çe ro vu  Moskvaya,
Ko valyovu  Nij ni-Novqoroda),  onların  dəfn  mə ra sim lə rində  iştirak
et 
məsini ona tap 
şı 
rır. Gən 
cə 
dən AN-24 hərbi təyyarəsi ayrıldı
(Gəncədən onları şəhər Dİİ-nin rəis müavini, milis polkovniki
Nij ni-Novqorod. 1991-ci il. General Kovalyovun dəfnində 
S.Məmmədov çıxış edir.


155
Tanı oğlunu, Vətən!
Ramiz Cahangirov yola saldı). S.Məm mədov bütün dəfn mə ra -
sim lərində çıxış edir, mərhumların ya xın larına, qohum-əqrəbalarına,
bütün rus xalqına nazirlik və Azər bay can xalqı adından başsağlığı
verir və qeyd edir ki, faciə Dağlıq Qarabağda, er məni yaşayış
məntəqəsi olan Qarakənddə baş vermişdir, vertolyot er 
məni
terrorçuları tərəfindən vurulmuşdur.
“Mənə Nijni-Novqorod vilayəti Dİİ-nin rəisi, milis polkovniki
Vitaliy Antonoviç Potapov söylədi ki, ermənilər iki gündür təbliğat
aparırlar ki, vertolyotu azərbaycanlılar vurublar. Yaxşı ki, Siz
gəldiniz və hər şey məlum oldu. Odur ki, mən və mənimlə gəlmiş
Mehman Hüseynov və Teymur Manafov başladıq hadisəni təbliğ
etməyə. Biz Nijni-Novqorodda doqquz gün qaldıq və həmin günlər
ərzində bütün məclislərdə hadisəni təfsilatı ilə hamıya danışdıq.
Hətta bir neçə toplantıda kağız üzərində Azərbaycanın xəritəsini
cızma-qara edərək göstərdim ki, vertolyotu ermənilər vurublar.
Polkovnik Rusiyadan qayıdanda artıq Ali Sovetin 27 noyabr
1991-ci il tarixli qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv
olunmuşdu. Bununla vilayət daxili işlər idarəsi də fəaliyyətini
dayandırmış oldu. Nazir T.Kərimov mənə dedi ki, Qarabağ üzrə
yeni idarə yaradılır, hazırlaş, səni ora rəis təyin edəcəyik. Çox
keçmədi ki, Ağdamda 24 rayonu əhatə edən Qarabağ üzrə Daxili
İşlər İda rə si yaradıldı və Tahir Əliyevi həmin idarəyə rəis və eyni
zamanda nazir müavini vəzifəsinə təyin etdilər...
Polkovniki isə sərəncamda saxladılar...


156
Tanı oğlunu, Vətən!
AĞDƏRƏ – “AĞ SƏHİFƏ”
u____________________________________________
S
adir Məmmədov 22 may 1992-ci ildə daxili işlər nazirinin
adına raport yazır. Raportun sonunda de 
yi 
lir 
di: “27
noyabr 1991-ci ildən daxili işlər nazirliyinin sə rən ca mın dayam.
Baxmayaraq ki, 6 aydır ki, sərəncamdayam, bir dəfə də olsun
mənə heç bir iş təklif edilməmişdir. Ancaq müraciətimə ca vab
olaraq mənim sərəncamda olmağımı bildirmişdilər.”
Fikrimizcə, burda əlavə şərhə ehtiyac yoxdur...
1992-ci ildə Azərbaycan ordusu Ağdərədə ge niş miqyaslı döyüş
əməliyyatlarına başlamışdı. Kəndlər, şəhərlər mənfur düş məndən
təmizlənirdi. Ağdərə uğrunda ağır və qanlı dö yüşlər ge dir di. 
Erməni işğalçıları qəhrəman Azərbaycan əsgərlərinin şücaəti
qarşısında tab gətirə bil mir, geri çəkilirdi. Azərbaycan Ordusu
Ağ dərə rayonunun içərilərinə doğru irəlilədi. İyunun 17-dən iyu -
lun 9-na qədər Ağdərə (4 iyul), Marquşevan, Aterk kimi iri yaşayış
mən təqələri azad edildi, sərsəng su anbarının şimal tərəfi nəzarətə
gö türüldü.
1992-ci il iyunun 17-də Sadir Məmmədov Ağdərə rayonuna
polis şö bə si nin rəisi vəzifəsinə təyin olunur. Onda Ağdərə düşməndən
tam azad edilməmişdi. Şöbənin 24 nəfər işçisi ilə müvəqqəti
Tərtərdə yer ləş dilər. Sonra idarə Mar qu şa vana köçdü. Burda artıq
Sadir Məm mə dov rəis kimi yox, həm də batalyon komandiri kimi
döyüşürdü, “burda da avto mat çiynində idi. Dö yü şürdü, özü də
bir rəis ki mi yox, sıravi bir polis əməkdaşı kimi. Sıravi bir vətəndaş
kimi” (A.Ağazadə).


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə