Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

164
Tanı oğlunu, Vətən!
Müharibə dövrünün belə xoşagəlməz halları da olur...
Polkovnikin qətiyyətli hərəkətləri cinayətkar, əli əyri ünsürlərin
xoşuna gəlmirdi. Çünki onların qarət-talançılıq planlarına mane
olurdu. Qa 
rətçilərdən alınan mallar Tərtərdəki hərbi qərargaha
təh vil  verilirdi.
Aqil Abbas “Xankəndindən sonuncu çı xan polkovnik” adlı
məqaləsində yazır: “Qarabağın ağır günlərində bü tün həyatını,
sağlamlığını Qarabağ yolunda qoydu, çox təəssüf ki, sonra onu
Ağdərədən götürdülər... Və mən müəyyən səlahiyyətli şəxslərlə
onun haqsız olaraq Ağdərənin polis rəisi vəzifəsindən çı  xarılması
ilə bağlı mübahisə elədim, etirazımı bildirdim”.
Qarabağ müharibəsinin veteranı, Ağdərə döyüşünün iştirakçısı,
xeyriyyəçi Aqil Süleymanov döyüş dostlarını bir araya gətirmişdi.
O günlərin kinoxronikasına baxanda Sadir Məmmədovu görürdüm.
Ağdərə. 1992-ci il. Sadir Məmmədov əməkdaşları təlimatlandırarkən


165
Tanı oğlunu, Vətən!
İmkandan istifadə edib, onlarla söhbətləsə bildim, onlardan ayaqüstü
“intervyü” götürdüm:
Aqil Şamil oğlu Süleymanov: “Sadir çox qeyrətli, namuslu
oğlandır – bunu hər yerdə, ha mıya car çəkə bilərəm.
3-cü sovxoz deyilən ərazidə döyüşlər zamanı 7 ermənini əsir
götürmüşdük. Onlardan biri kolxoz sədri idi. O, əsirlərlə də insan
kimi davranırdı, onları incitməyə imkan vermirdi. 
O, uzaqgörən  adam idi. Ağsaqqal kimi məsləhətlər verirdi,
bizi tələsik, çılğın hərəkətlər etməkdən çəkindirirdi, daim ehtiyatlı
olmağa çağırırdı.
Deyirsiniz ki, layiqli qiymətini alıbmı? Allah tərəfindən qiy -
mə tini alıb. Allah həmişə onu lütfündə saxlayıb, dəfələrlə ölümdən
qur tarıb. Ona çox minnətdaram”
Füzuli Məmmədcəfər oğlu İsmayılov: “Biz 13 nəfər polis
nəfəri Bakıdan Ağdərəyə  getmişdik. Mən starşina idim, ilk dəfə
Sadir müəllimlə onda tanış olmuşam.
Sadir müəllimi necə xarakterizə edərdim? Torpağını, vətənini
sevən adam idi. Ağdərədə vuruşan, döyüşən adam necə olmalıdır
ki?! O, təkcə rəis deyildi, həm də komandir idi.
Ağdərənin milis şöbəsi aşağıda idi. Ermənilər dağın ba şın -
dan bizi vururdular. O cür şəraitdə işləməyə ürək lazımdı... Sadir
müəllim igid adamdır”.
Aslan Zaman oğlu Əmrahov: “Mən də Sadir müəllimi
Ağdərədə tanımışam. Ağdərədə ilk rəisimiz olub. Sadir müəllim
gözəl bir insandır, üzündə nur var. Onun yolunda ölməyə hazır
idilər. Onun əmrinə hazır olan oğlanlar vardı...”
Cabir Sabir oğlu Zeynalov: “Dövlət yol polisinin əməkdaşı
olsam da, əlimizdə silah döyüşürdük. Sadir müəllim hər döyüşə
bizimlə gedirdi. Həmişə ruh yüksəkliyi aşılayırdı.


166
Tanı oğlunu, Vətən!
Polis şöbəsini “Qlobus” deyilən yüksəklikdən vururdular.
İşləmək qorxulu idi. Ona komandir kimi  müraciət edirdik. Rəisliyi
hiss olunmazdi. Vətəninin, torpağının vurğunu bir kişidir. Onu da
deyim ki, Sadir müəllim 70-ci illərdə həyat yoldaşıma orta mək -
təb də tarix dərsi deyibdir”.
Azər Oruc oğlu Ələkbərov: “1992-ci ilin iyununda Bakidan
Ağdərə rayonuna ezam olunmuşduq. Sadir müəllimin rəhbərliyi
altında, serjant kimi xid mət etməyə başladım.
Sadir müəllim həm də ağsaqqal, dünyagörmüş komandir idi,
çətin günlərimizdə, ağır məqamlarda yanımızda olurdu. Bizə düz -
gün yol göstərirdi, bizə Vətəni sevməyi öyrədirdi. Qısa müddət
ərzində onu vətənsevər insan kimi tanıdıq.
Yenə bir yerdəyik – Ağdərə döyüşlərini xatirələrdə yad etdik. 
Dekabr, 2016-cı il


167
Tanı oğlunu, Vətən!
...Bir dəfə həyəcan siqnalı çalındı. Məlumat verdilər ki, Sər -
səng su anbarının ərazisinə erməni diversant qrupu girib, su
anbarını partlatmağa hazırlaşırlar. Fəlakət ola bilərdi: biz gecəynən
başda Sadir müəllim olmaqla Sərsəng su anbarına daxil olduq.
Ora çathaçatda yerə basdırılmış minalar partladı, 9 nəfər yaralandı,
2 nəfər isə şəhid oldu, 30-40 dəqiqə mühasirədə qaldıq. Şəhidlərimizi
və yaralılarımızı çıxartdıq. Çoxlu itki vermədən geri çəkilə bildik.
Sadir müəllim bax belə igid komandir idi”.
Həsənov Rauf Azay oğlu, Milli Məclisin aparat işçisi:
“Sa  dir müəllimi qeyrətli, sağlam ruhlu bir polis zabiti kimi ta nıyı -
ram. Gözəl ailə başçısıdır.
5 №-li taksoparkda işləyirdim, taksoparkın azad həmkarlar
ittifaqına rəhbərlik edirdim. Bir qara “Volqa”sı vardı, qapıları gül -
lə dən deşik-deşik olmuşdu. Təmir üçün bizim taksoparka gə ti rir -
di.
Paxıllıq etməsəydilər, general ola bilərdi!”
Bəli, bir çoxları kimi Sadir Məmmədov arxa cəbhədə qalıb,
sakit rayonların birində isti otaqlarda baş girləyə, yumşaq kreslolarda
xumarlana bilərdi... Onun ən rahat kabineti soyuq səngərlər, Qa -
ra bağın qorxulu yollarında gecə-gündüz şütüyən xidməti maşınının
sa rı kabinəsi olmuşdu.
1992-ci il iyulun 24-də daxili işlər nazirinin əmri ilə (heç bir
ciddi səbəb göstərilmədən) Ağdərə rayon polis şöbəsinin rəisi
vəzifəsindən azad edilərək sərəncama göndərilir.
Ermənistan ordusu 7 iyul 1993-cü ildə Ağdərə şəhərini
yenidən işğal etdi.


168
Tanı oğlunu, Vətən!
BAKIDAN  DAŞKƏNDƏ: 
İKİNCİ  QAYIDIŞ
u____________________________________________
B
eləliklə, polkovnik 1992-ci il noyabr ayının 11-nə kimi
iş siz qaldı... O, oddan-alovdan keçmişdi. Bir döyüşçü,
namuslu və qeyrətli polis zabiti, bir Vətən fədaisi kimi onu işsizlik,
sə rəncamda qalmaq bir yana, anlaşılmazlıq, diqqətsizlik də çox
üzür dü. 
Maraqlıdır ki, o, bu soyuq münasibətlərin, göz lə nil mə dən
sə rəncamda saxlanılmasının səbəbini hələ də özü üçün tam ay dın -
laş dıra  bilməyibdi.
O, yol ayrıcında qalmışdı. Cavabsız suallar, ümidsizlik dü -
şün cələri onun rahatlığını pozmuşdu: Bəlkə bir müddət Vətəndə
qal sın, suların durulmasını, hadisələrin sonunu gözləsin? 
Yoxsa yenidən Özbəkistana qayıtsın? Orda hamı onu tanıyır.
On suz da özləri onu dəvət edirdilər.
Uzun götür-qoydan sonra son ağrılı qərarını verdi: Öz bə kis -
tana qayıtmaq! İnsafən, həmkarları qədirbilən özbək dostları da
onun xidmətlərini unutmamışdılar. O vaxtdan 10 ildən çox keçmişdi.
Özbəkistan Daxili İşlər Nazirliyində onu səmimiyyətlə qarşıladılar. 
Onun yüksək peşə səriştəsini, səmərəli iş təcrübəsini və
əmə liyyatçılıq qa bi liyyətini, peşəkarlığını, cəsurluğunu və insanlığını,
ciddiliyini, sərt 
liyini və sadəliyini çox görmüşdülər. Daşkəndə
gələn kimi, öncə Ali Milis Məktəbinin rəisi ilə görüşdü. General-
mayor Ubaydulla Tadjixanov söhbət əsnasında dedi: “Sadircan,
sənin mərkəzi televiziyada (ORT) tez-tez çıxışlarını, müsahibələrini


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə