Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

157
Tanı oğlunu, Vətən!
“Mən Hüseynə (Hüseyn Səlimov, Ağdərə RPS-də sahə mü -
vək kili) dedim ki, gedək Sadir müəllimin yanına, onunla məs lə -
hət ləşək... Biz birlikdə gedib Ağdam rayonunda Sadir müəllimlə
görüşdük və imza topladığımızı, Heydər Əliyevin Qarabağ Azadlıq
Təşkilatına sədr olması üçün Bakı şəhərinə getmək istədiyimizi
ona bildirdik. Bi zim məqsədimizi bilən Sadir müəllim dedi ki,
düz iş görürsünüz. Heydər Əliyev Azərbaycan xalqının böyük oğ -
lu dur, ona güvənmək olar. O, görüşərkən mənim Heydər Əliyevə
sa lamımı və inamımı çatdırın”, – dedi” (Abbas Hüseynli. Həyatımız
ta riximiz, tariximiz varlığımızdır. Bakı.Yazıçı, 2013,s.65).
Aqil Abbas da o dövrdə polkovnikin fəaliyyətini görüb, mə -
qa lə lərinin  birində  yaz mışdı:  “Sa dir  Məm mədov  Ağ də rə də  əjdaha
kimi vu ruşurdu”.
İyul  ayının  3-də  Ağ də rə  düşmənlərdən  tə miz lən di.  Aterk,
Sər səng su an barı, 3 nömrəli sovxoz de yilən ərazi tamam azad
edil di. Azərbaycanın üç rəng li, ay-ulduzlu bayrağı rayon icra ha ki -
miy yəti və Ağdərə rayonu polis şöbəsinin binası üzərində dalğalandı.
S.Məmmədov Ağdərə polis şöbəsinin əməkdaşları ilə. 1992-ci il


158
Tanı oğlunu, Vətən!
Ağdərənin Talış kəndi. 15 fevral 1989-cu il. S.Məmmədov Müzəffər 
və Yaşar əmioğullarının cəsədlərinin geri alınması üçün polis şöbəsinin
rəisi V.Avagimyan ilə danışıqlar aparır.


159
Tanı oğlunu, Vətən!
3 iyul 1992-ci il.
“Uşaqlar hay-küylə binaya (polis şöbəsinə) daxil olmaq is tə -
yir dilər ki, “Dayan!” – əmrini verdim. Polis binası minalanmış
ola bilərdi. Vəziyyəti onlara izah etdim, son dərəcə ehtiyatlı ol ma -
la rını  söylədim.  Mi na ax ta ranı  çağırdıq,  gəlib  mi na ları  və  xeyli
part layıcı  sur satı  zə rər sizləşdirdi.  Doğ ru dan  da,  binanın  bi rin ci
mərtəbəsinə tank əley hi nə mi nalar qo yul muşdu. Bu təhlükədən
də  beləcə  so vuşduq.  Yoxsa  ti kə mi zi  də  yığ maq  ol maz dı”.
Onun iş rejimini – ka binetdə olması, şəxsi heyəti tə li mat lan -
dır maq  üçün  əməliyyat  mü şa vi rə si nin  ke çi ril mə si  vaxtını  düşmənlər
də  qiq  öy rən miş di lər.  Tə sa düfi  deyil  ki,  Ağdərə  ra yon  mi lis  şö bə -
Ağdərə ermənilərdən təmizləndiyi gün. Sadir Məmmədov əməkdaşları ilə
birlikdə Azərbaycan Bayrağını sancmağa aparırlar. Şəkildə əlində 
bayraq tutan Aqil, ortada AzTV-nin əməkdaşı Allahverdi Əsədovdur.


160
Tanı oğlunu, Vətən!
si nin  rəisi  və zi fə -
sin dən  azad  edi lmə -
sin 
dən cəmi bircə
gün son 
ra (səhər
saat 9.10-da) kabi-
netini  Ala zan  ra keti
ilə  atəşə  tut muş du -
lar.
Düşməndən
azad  edil miş  Ağ də -
rə ra yonunda qay -
ğılar,  prob lem lər
baş dan aşırdı. Səbr lə, təmkinlə işə baş ladı.
İyul 1992-ci il
Ağdərə, 1992-ci il. Bəstəkar Cavanşir Quliyev,
akademik, yazıçı Kamal Abdulla və digərləri.


161
Tanı oğlunu, Vətən!
Ölkənin tanınmış zi yalıları o zaman müharibə böl gəsinə tez-
tez gəlirdilər, əs 
gərlərlə görüşürdülər, və 
ziyyətlə yerində tanış
olur dular.
“Qərargahda idim. Mənə məlumat ver dilər ki, görkəmli ak -
tyo  ru muz,  xalq  artisti  Hə sən ağa  Turabov,  gör kəm li  alimimiz  və
ya  zı çımız,  akademik  Kamal  Abdulla  və  is te dad lı  bəs tə karımız
Ca  van şir  Qu li yev  Tər tər dən  Ağ  də rə yə  gəmək  istəyirlər.  Ora da
atış   ma  ol du ğunu,  dö yüş lə rin  get di y i ni  onlara  bil dirmişdilər,  get -
mə  mə yi  məsləhət  bil miş di lər.
Qonaqlar da bundan çox məyus ol muş dular. Onlara xə bər
ver dim ki, heç bir problem yox dur, özüm gəlib sizi Ağ də rəyə apa -
ra ca ğam.  Qo naqları  xidməti  ma şınıma  – “Ni va”ma  otur  dub,  Ağ -
də rə nin  mər  kə zinə  apar dım.
Ağdərə, 1992-ci il. Sadir Məmmədov akademik, yazıçı 
Kamal Abdulla və  xalq artisti Həsən Turabovla


162
Tanı oğlunu, Vətən!
Onu da de -
yim ki, Kamal
Abdulla ilə əvvəl
bir dəfə gö 
rüş 
-
müş dük. 
Mən
Şuşada rəis olan -
da (1988-1990-cı
il), Şuşaya gəl 
-
miş di və əhalinin
və ziyyəti ilə ma -
raq lanaraq 
öz
qay ğı keşliyini  və
na ra hatçılığını
bildirmişdi. Onun
tən pər vər liyi
Şu şa  əha li si nin
yax şı yadında qal -
mış dı.
...Ağa kör-
püsü  er mə nilər
tərəfindən  part la -
dılmışdı.  Şu şa ya
ermənilər yaşayan Ər mi navan kən din dən keçməliydik. Üs tü dəmirli
“UAZ”-69”-u  götürdüm.  Sü rü cüm  İlqar  Hüm bə tovun  mə ha rəti
sayəsində sağ-salamat Şuşaya gəlib çıxdıq. Yolda ermənilər bizi
daşa-sopaya  ba sdı lar.
Biz Şuşaya çatanda Kamal müəllimdən soruşdum. Siz nə
üçün bu cür risklər edirsiniz? Əgər xoşagəlməz hadisə baş versə,
mən də cavabdeh olacağam. O, isə cavabında: “biz burada ya şa -
yan  soydaşlarımızdan artıq deyilik, nə olursa-olsun, biz də xal -


163
Tanı oğlunu, Vətən!
qı  mız  la bir yerdə  olmalıyıq”. Onun bu cavabı məni çox ruh lan -
dır dı.
O əziz gö rüş lər dən xatirə şəkillər qa lıb...”
Vəliyev Rüfət Mirzə oğlu, Ağ 
 
ca 
kənddə baş əməliyyat
mü vək kili:  1992-ci ilin yayı idi. Ağ dərədə və ziy yət gərgin idi.
Kəl bə cər  yolunun  açıl ması  söhbəti  ge dir di.  Bizi  (Min gə çevir,
Tərtər,  Go ran boy  polis  şö bə lərinin  əmək daş la rını)  gön dər miş di lər
köməyə. Sər səng yolunu yenicə keç mişdik, gör dük ki, 2-3 “PAZ”
av tobusu qar şımızdan gəlir. Bərdə po lisləri idi. Dayandıq, hal-
əhval tutduq. Elə bu zaman təpənin başında qır 
mızı “Niva”
göründü. Bu maşını Qa rabağda hamı tanıyırdı – Sa dir mü əl limin
“Niva”sıydı. Sadir müəl lim qabaqda oturmuşdu, əlin də də AKM
avtomatı. Maşından dü 
şən 
də çox əsəbi halda qış 
qır 
dı: “Ha 
ra
qaçırsınız belə, filan uşağı? Bəs döyüşməyə gəl mə yib si niz? Bu
torpağı kimə buraxıb gedirsiniz.”
Sadir müəllimi birtəhər sakitləşdirdik. Qayıtdıq Kasapetə,
ge cəni orda qaldıq. Səhər saat 6-da hücuma keçdik... Bizi Sadir
mü əllimin tabeçiliyinə verdilər...”
Təəssüf  ki,  Ağ də rəyə  qa ra  niyyətlə,  yağ ma la ma ğa  gələnlər
də olurdu. Ağ də rədə şə rab zavodları qal mış dı. Çoxlu nəqliyyat
va si tələri atılıb qalmışdı. “Ara qarışıb, məzhəb itib” prinsipi və
canavar iştəhası ilə hərəkət edən cinayətkar qrupların, fəa liyyəti
geniş lən miş di.  Bu  qarətlərin,  van dal lığın  qarşısı  alın ma lıydı. 
Polkovnik-leytenant Güloğlan Məmmədov danışır ki, “Ağ -
də rədə rəis müa vi ni işləyirdim. Bu qarətlərin, ta lan ların qar şı sını
al maq üçün şərab za vodlarına polis qoy duq. Əraziyə girib çıxan
şəxs lə rin,  ma şınların  si ya hı sını  tutduq,  onların  gə liş lərinin  səbəbini
və məqsədini öy rə nirdik. Sadir müəllim həmişə deyirdi ki, sabah
bizdən  haqq-he sab  so ru şa caqlar.  Ağdərə  rayonunun  balansında
olan avtobuslar, tak silər tə cili surətdə yığılmalıdır.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə