Final asas Макет 1



Yüklə 192,31 Kb.
Pdf görüntüsü
səhifə32/53
tarix18.06.2018
ölçüsü192,31 Kb.
#49689
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

132
Tanı oğlunu, Vətən!
Şöbə əməkdaşlarının və texniki işçilərin səfərbər olması,
gecəli-gündüzlü gərgin əməyi nəticəsində ikimərtəbəli, 52 otaqlı
bina vaxtından əvvəl istifadəyə verildi. Şəxsi heyət üçün geyim
və müvafiq ləvazimatlar alındı. “DİN-dən şəxsi heyət üçün aldığım
geyim və ləvazimatları Xocalıya gətirmək üçün bir neçə gün
Ağdamda vertolyot gözlədim. Nəhayət, DİN xətti ilə bizə bir
ədəd “Krokodil” vertolyotu verildi. Geyim əşyalarından başqa
500 kq çörəklə Ağdamdan Xocalıya uçduq. Gətirdiyim ərzaq və
lazimi ləvazimatları Xocalı aeroportunda könüllü özünümüdafiə
dəstəsinin komandiri Aqil Quliyevə verdim”.
Binanın açılışına general M.Əsədov özü gəldi. 
Xocalı aeroportu Qarabağda vacib nəqliyyat məkanı idi. Xo -
calı aeroportu hərbi-strateji əhəmiyyətli olduğu üçün mütləq nə -
Xocalı polis bölməsinin rəisi Sabir Məmmədov (soldan ikinci) 
əməkdaşları ilə. İyul 1990-cı il


133
Tanı oğlunu, Vətən!
za rətə götürülməliydi, gələnlər-gedənlər yoxlanılmalıydı. Yerevandan
Qa rabağa bütün uçuşlar Xocalı aeroportu vasitəsi ilə həyata ke çi -
ri lirdi. Polkovnik sadir Məmmədovun göstərişinə əsasən hər gün
Xocalı aeroportuna gə lən təyyarələrin siyahısı tutuldu.
Gün ərzində Yerevandan Xocalıya 31-32 reys “YAK-40”
təy yarəsi uçurdu. təxribat xarakterli ədəbiyyat, silah-sursat daşınırdı.
Xocalı milisinin qətiyyətli tədbirləri, ayıq-sayıqlığı və hünəri
öz nəticəsini verdi – uçuşların sayı tamam azaldıldı. Reyslərin
sayı 4-ə endirildi. Axırda gündə bir təyyarənin gəlməsinə icazə
verildi, daha sonra isə həftədə iki dəfəyə endirildi. 
Vəziyyəti belə görən ermənilər icazəsiz aksiyalar keçirib,
qa raçı şivəni qaldırdılar. Moskvaya, havadarlarına şikayət edirdilər.
Axı, qanunsuz si lah-sursat, siyasi təxribat materialları və Dağlıq
Qarabağda qey diy yatı olmayanların daşınmasının qarşısı alınmışdı. 
İrəvandan münaqişə zonasına qanunsuz gələnlərin sənədlərinin
yoxlanılması tələblərinə əməl etməyənlərin məsuliyyətə cəlb edil -
di. Nazir tapşırığını bir az ciddiləşdirdi: bundan son ra deputat
toxu nul mazlığı statusundan istifadə etməyə çalışan er mə ni əsilli
SSRİ xalq de putatları da aeroportda saxlanıldı, vilayətə gə lişlərinin
məqsədləri yoxlanılıb ay dınlaşdırıldı.Vertolyot reyslərinin azal -
ma sı, Xocalı aeroportuna nəzarətin gücləndirilməsi əhalini ürək -
lən dirdi, onda Bakının öz torpağına, öz xalqına sahib çıxacağına
ina mını gücləndirdi. Xocalı şəhər milis şöbəsinin əməkdaşı, star -
şina Bəbir Abışov deyir ki, “Xocalı bölməsi yara dıl dıq dan son ra
azərbaycanlı əhalinin əhval-ruhiyyəsi müsbət yöndə xeyli də yiş -
mişdi”.
Bütün bunlar Moskvada müvafiq qurumları, oradakı er 
-
məniləri və ermənipərəst qüvvələri qəzəbləndirirdi. Respublika
rəhbərliyi də Mərkəzi çox qıcıqlandırmamaq üçün, “birtəhər yola
verin” prinsipi ilə yumşaqlıq göstərirdi. Bununla da onlar tutduqları
vəzifələrini qoruyurdular.


134
Tanı oğlunu, Vətən!
Polkovnik təəssüflə bildirir ki, “hətta vəziyyət eləydi ki, er -
mə 
ni 
lər köçüb getmək fikrinə də düşmüşdülər. Əmlaklarının
daşınması üçün konteynerlər də sifarış etmişdilər. V.Polyaniçko
da çıxış yolunu tezliklə konteynerlər ta pıb, erməniləri köçürməkdə
görürdü”.
Xocalı milis bölməsi tam fəaliyyətə başladıqdan sonra 58
nə fər Xocalı sakini şöbəyə işə götürüldü. Sadir Məmədovun gös -
tə rişi ilə vilayətdəki bütün milis bölmələrinin rəisləri hər həftənin
ikin ci günü əməliyyat müşavirəsinə Xocalıya gəlirdilər... İki qardaş
Xo calıda imkan tapıb görüşüb dərdləşə bilirdi. Stepanakertdə Təş -
ki lat Komitəsi həftənin birinci günləri iclas keçirər, həftə ərzində
gö rülmüş işlərə yekun vurar, komitənin üzvlərinə konkret tapşırıqlar
ve 
rilərdi: Xocalıda keçirilən əməliyyat müşavirəsində isə əsas
məq səd bölgədəki azərbaycanlı əhalinin təhlükəsizliyinin səmərəli
şə kildə təmin edilməsi idi. 
Xocalı şəhər daxili işlər bölməsinin yaranmasının ildönümü.
5 iyun 1991-ci il


135
Tanı oğlunu, Vətən!
Təsəvvür edin: “o vaxtlar Əsgəran milis şöbəsinin nəzdində
58 nə fərdən ibarət bir dəstə yaradılmışdı və həmin şöbə 8 ədəd
“Ma karov” tipli tapança ilə Xocalı camaatını müdafiə edirdi. Ey -
ni zamanda 21 nəfər könüllü qüvvələr var idi. Bu qüvvələrlə düş -
mə nə qarşı mübarizə aparılırdı. Mayor Sabir Məmmədov haqlı
ola raq soruşur: “o vaxt bizdə olan ov tüfənglərini də əlimizdən
al mışdılar. Belə bir vəziyyətdə tankın, topun qabağında Xocalı
nə edə bilərdi?”
Şuşa-Ağdam yolu Əsgəran qalasının keçidindəki hissədə
be ton plitələrlə bağ lanmışdı. Azərbaycan kəndləri (Xocalı, Hə -
sən abad, Kat, Daktov, Meh dikənd, Xocalı, Daşbulaq və s.) tam
mü hasirəyə  düşürdü.
Əsgəran erməniləri ətraf kəndlərdəki azər bay can lıları qovmaq
üçün min cür oyun, fitnə-fəsad çıxarırdılar. Ermənilər V.Pol ya -
niçkonun sürücüləri, Xocalı sakinləri olan Vahid və Habili Əs -
gəran rayonunun ortasında qətlə yetirdilər. Amma Xocalıda keçirilən
tədbirlərdən sonra özlərini yığışdırmağa məcbur olurdular”.
Polis əməkdaşlarının Xankəndinə, Əsgərana iclaslara gedib-
gəlməyi çətinləşmişdi. Adamları oğurlayıb, girov götürürdülər,
qətlə yetirirdilər. Həsənabad, Malıbəyli, Quşçular kəndlərini
yandırıb viran qoymuşdular. Döyüşlərin birində Xocalı sakini
Telman ayağından aldığı güllə yarası qanqrenaya səbəb olmuşdu.
Yaralıları Xocalıdan çıxarmaq olmurdu.
Nəhayət, 1992-ci il fevralın 13-də Xocalıya bir ədəd Mİ-26
verildi, iki qoruyucu “Krokodil” vertolyotunun müşayiəti ilə ya -
ra lıları Bakıya yola salmaq mümkün oldu...
Hər bir azərbaycanlı kimi, polkovnik də bu qanlı Xocalı
faciəsini unutmur. Xocalı soyqırımı ilə bağlı ki tab lar yazır, mətbuat
səhifələrində məqalələrlə çıxış edir.


Yüklə 192,31 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə