Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   93   94   95   96   97   98   99   100   ...   116

312
 
artır.  
Zülala təlabat əsas etirbarı ilə tam qiymətli heyvani zülallarla 
ödənilməlidir.  Hamilə  qadın  üçün  bu  zülalların  payına  gündüz 
rasionunda 50% düşür ki, bunun da 5%-ə qədəri ətin və balığın, 
20%  -  südün  və  5%-ə  qədər  isə  yumurtanın  payına  düşür.  Süd, 
qatıq,  kefir,  yağsız  şor,  pendir,  bişmiş  ət  və  balıq  yalnız 
tamqiymətli  asan  mənimsənilən  zülala  malik  olmayıb,  eyni  za-
manda optimal nisbətdə əvəzolunmayan aminturşularına da malik-
dir. Hamiləliyin ikinci yarısında ekstraktiv maddələrdən (balıq, ət, 
göbələk bulyonu və povidla) istifadə edilməsi məsləhət görülür.  
 Hamilə  qadının  rasionunda  karbohidratlar  və  dölün  çəkisi 
arasında birbaşa korrelyativ asılılıq vardır. Buna görə də hamilə 
qadın  karbohidratları  əsasən  bitki  sellülozası  ilə  zəngin  olan 
məhsullardan  (kobud  üyünmüş  un  çörəyi,  tərəvəzlər,  meyvə  və 
giləmeyvələr)  almalıdır.  Qışda  və  yazda  şirələr  (alma,  gavalı, 
pomidor)  və  ya  onlardan  hazırlanmış  kompot  və  kisel  məsləhət 
görülür.  Hamiləliyin  ikinci  üç  ayından  başlayaraq,  qənnadı 
məmulatları o cümlədən, mürəbbə və konfetin qəbulu məhdudlaş-
dırılmalıdır.  Çünki,  onlar  hamilə  qadının  və  körpənin  çəkisinin 
artmasına  səbəb  olur.  Şəkərin  gün  ərzində  miqdarı  40-50  q-dan 
artıq olmamalıdır. 
Orqanizm  tərəfindən  bəzi  vitaminlərin  və  duzların  normal 
mənimsənilməsini təmin etmək üçün yağlar çox vacibdir.  
Sağlam  hamilə  qadının  rasionunda  yağlar  30%  kaloriliyə 
malik olmalı və onun 40%-ni doymamış yağ turşuları və E vitamii 
ilə  zəngin  olan  bitki  mənşəli  yağlar  təşkil  etməlidir.  Bitki 
yağlarından günəbaxan, qarğıdalı, zeytun yağları, heyvan mənşəli 
yağlardan isə əla sortlu kərə və ərinmiş yağlar məsləhət görülür. 
Çətin əriyən  yağlar, məsələn qoyun və mal piyi,  həmçinin digər 
heyvani yağ növləri və marqarin rasiondan çıxarılır.  
Hamilə  qadının  mayeyə  gündəlik  təlabatı  2-2,5  litr  olub, 
bunun  da  əsas  hissəsi  məhsulların  tərkibində  olur.  Sərbəst  maye 
kimi 1-1,2 litr (su, çay, süd, kompot, birinci sulu xörəklər) qəbul 
etmək  olar.  Hamiləliyin  həftələri,  xüsusilə  böyümə-şişməyə  me-
yillik artıqca, gündəlik rasionda sərbəst mayenin miqdarı 700-800 


313
 
ml-dək məhdudlaşdırılır.  
Hamiləliyin  əlverişli  keçməsində,  normal  doğuşa  hazırlıq, 
dölün və yeni doğulan uşağın normal işkişafı üçün B
1
, B
2
, B
3
, B
5

B
6
, B
12
 vitaminlərinin, foli turşusunun, askorbin turşusunun, P, A, 
D
2
 və E vitaminlərinin böyük əhəmiyyəti vardır. Hamiləlik zamanı 
bunlara təlabat təxminən 2 dəfə artır. Bitki (kobud üyünmüş undan 
hazırlanan məmulatlar, yarma, paxlalılar, kartof, pomidor, meyvə, 
giləmeyvə) və heyvan mənşəli (qara ciyər, ət,  yumurta, şor, süd, 
yağ)  məhsullarının  geniş  çeşiddə  istifadə  edilməsi  hamilə 
qadınların vitaminlərə olan əsas təlabatını təmin edir.  
Qış və erkən yaz aylarında qidanın vitaminləşdirilməsi aparıl-
malı  və  ya  polivitaminlər  təyin  olunmalıdır.  Vitaminlərin  böyük 
dozada qəbulu zərər gətirə bilər. 
Hamilə  qadın  kifayət  miqdarda  mineral  duzlar  (kalsium, 
fosfor,  dəmir,  kalium,  natrium  və  s.)  və  mikroelementlər  (mis, 
kobalt, yod və s.) qəbul etməlidir. Hamiləlik zamanı xüsusilə onun 
ikinci  yarısında  bunlara  təlabat  artır.  Bütün  bunlar  qida 
məhsullarının tərkibinə daxil olmaqla, düzgün seçim zamanı bütün 
təlabatı ödəyir. 
Əsas  diqqət  xörək  duzuna  verilir.  Hamiləliyin  birinci  yarım 
hissəsində 10-12q-dək, ikincidə 8 q-dək məhdudlaşmalı, son 2 ay 
hamiləlikdə isə gün ərzində 5-6 q-dək təşkil etməlidir.  
Hamilə qadının qidalanma rejimi. Hamiləliyin birinci yarısın-
da 4 dəfə qidalanma fizioloji cəhətdən daha üstün sayılır. Birinci 
səhər yeməyi (saat 8-9-da), gündəlik rasionun kaloriliyinin 30%-
ni,  ikinci  səhər  yeməyi  (saat  11-12-da)-15%-ni,  nahar  yeməyi 
(saat14-15-də) 40%-ni, şam yeməyi (saat 18-19-da)-10 %-ni təşkil 
etməlidir. Saat 21-də 5% kalorili bir stəkan qatıq məsləhət görülür. 
Qida qəbulundan sonra, uzanaraq dincəlmək məsləhət görül-
mür. İstirahət aktiv olmalıdır. Sonuncu qida qəbulu yatmazdan 2-
3 saat əvvəl aparılmalıdır. Hamiləliyin ikinci yarısında 5-6 dəfəlik 
qidalanma məsləhət görülür. Qidaları elə bölmək tələb olunur ki, 
ət,  balıq,  səhər  yeməyinə  və  nahara  daxil  olsun.  Şam  yeməyinə 
əsasən süd-bitki qidası məsləhət görülür. Qida təzə, dadlı, cürbə-
cür  və  çox  isti  olmamalıdır.  O,  xörək  və  məhsullardan  kənar 


314
 
tutulmalıdır ki, onların istifadəsi zamanı allerqiya reaksiyası və ya 
dəridə səpişik əmələ gəlməsın.  
Bədən çəkisinin artması ilə qida məhsullarının düzgün seçil-
məsi barədə, fikir yürütmək olar. İkinci hamiləlik dövründə bu çə-
ki  həftədə  300-350  qramı  keçməməli,  bütün  hamiləlik  dövründə 
isə 8-10 kq olmalıdır. Əgər bədən çəkisinin artması çox intensiv-
dirsə,  bu  zaman  onun  səbəbi  aydınlaşdırılmalı,  qida  tərkibi  və 
qidalanma rejimi dəyişdirilməlidir. Əgər hamilə qadın sağlamlığı-
na  görə  yataq  rejimindədirsə,  qidanın  kaloriliyi  20-40%  aşağı 
salınır. 
İkinci  hamiləlik  üçün  gündəlik  tələb  olunan  məhsullar  və 
onların miqdarı aşağıdakı kimidir (qr-la): ət-120, balıq-100, şor-
150, kefir-200, kərə yağı-15, xama-30q, çovdar çörəyi-100, buğda 
çörəyi-100,  un  məmulatları  (peçenye,  kökə  və  s.)  -100,  un  və 
makaron  məmulatı-60,  kartof-200,  kələm-100,  çuğundur-100, 
yerkökü-100, pomidor-200, baş soğan-35, meyvə-giləmeyvə və ya 
meyvə şirəsi-200 və nəhayət bir ədəd yumurta. 
Hamiləliyin  ikinci  yarısı  üçün  belə  menyu  tövsiyə  olunur
Birinci  səhər  yeməyi:  kartof  püresi  ilə  qulyaş  (120/200q)  və  ya 
suda bişmiş balıqla kartof (120/80 q) və ya yumurta (1 ədəd) və 
şor suflesi (150 q); süd və ya qatıq (200 q) və ya çay (200 q). 
Ikinci səhər yeməyi: xamalı zülal omleti (60/15 q) və meyvə 
şirəsi (200 q) və ya qarabaşaq sıyığı (200 q) və süd (200 q). 
Nahar: ət farşlı noxud şorbası (400 q) və ya ət farşlı və xamalı 
Ukrayna  borşu  (400q);  suda  bişirilmiş  balıqlı  tərəvəz  raqusu 
(78/100 q) və ya soyutma toyuq tərəvəz salatı ilə və ya soyutma ət 
yulaf sıyığı ilə (100/200 q); kompot (200 q) və ya quşüzümü mussu 
(200 q), və ya meyvə (120 q). 
Qəlyanaltı:  meyvə,  giləmeyvə  (200  q)  və  ya  bişmiş  itburnu 
(200 q), kökə (75 q). 
Şam: Şor suflesi (çəkilmiş yumurta ağı ilə şəkərdən hazırlanan 
yüngül  pirojna)  (170  q)  və  ya  yağsız  şor  (120  q),  və  ya  meyvə 
plovu (200 q), və ya pörtlədilmiş südlü kələm (200 q), çay (200 q). 
Yatmazdan əvvəl: kefir (200 q). 
Bir günə:çovdar unu-100 q, buğda unu-100 q, kərə yağı-10 q. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə