Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   89   90   91   92   93   94   95   96   ...   116

300
 
edirlər.  
Ət konservlərinin bioloji dəyərini artırmaq məqsədilə aşağıda-
kı  zülal  əlavələrindən  istifadə  edilir:  kazesit,  azkalsiumlu 
kopresipitat,  natrium  kazeniat,  quru  yağsız  süd,  soya  izolyatı. 
Tərəvəz konservlərini zənginləşdirmək üçün zülal hidrolizatların-
dan əlavə kimi istifadə edilir.  
Digər  maraq  doğuran  zülal  zənginləşdiricilərindən  biri  bio-
proteindir. Bu təbii süd zülallarının bioloji aktiv formada konsen-
tratıdır.  O,  təbii  immunmodulyator  olub,  orqanizmin  fiziki  və 
emosional  artıq  yüklənməyə,  ətraf  mühitin  zərərli  təsirinə  və 
xüsusi istehsalata davamlılığını artırır.  
ABŞ-da  kazeindən  sosislərin  keyfiyyətinin  yaxşılaşdırılma-
sında,  həmçinin  sıyığa,  peçenyeyə  və  qənnadı  məmulatlarına 
qatmaq üçün istifadə edirlər. 
Yaponiyada kazeinatla yanaşı kril zülalından istifadə edilir. 
2.  Yarımdoymamış  yağ  turşuları  ilə  zənginləşdirilən  zülal 
məhsulları,  qida  qarışıqları.  Onlar  hüceyrə  zülallarının  sintezini 
stimullaşdırır, yarımdoymamış yağ turşuları ilə membran fosfoli-
pidlərinin qurulmasında plastik material rolunu oynayır. Bu məh-
sullar idmançıların qidalanmasında əlavə qidalanma məhsulu kimi 
istifadə  edilməklə,  onlarda  ümumi  və  xüsusi  dözümlüyü  inkişaf 
etdirir. Onların məşqlər arası dövrdə bərpaedici vasitə kimi istifa-
də edilməsi məsləhət görülür. Belə məhsullara “Bodrost” halvasını 
misal  göstərmək  olar.  Bu  məhsul  asan  mənimsənilən  zülalların, 
fosfolipidlərin və yarımdoymamış yağ turşularının mənbəyidir. 
Həyəcan  nəticəsində  baş  verən  dəyişikliklərin  profilaktikası 
üçün  çörək-kökə  və  qənnadı  məmulatları,  marqarin  məhsulları 
həmçinin (profilaktiki məhsulların istehsalında) ümumi möhkəm-
ləndirici  adaptogen  vasitə  kimi  bitki  fosfolipidləri  istifadə  oluna 
bilər. Fosfolipidlərin xüsusi texnologiya ilə alınması onların təbii, 
bioloji  aktiv  xüsusiyyətlərinin  maksimum  saxlanmasına  imkan 
verir.  
Fosfolipidlərin antioksidant səmərəsi qan zərdabındakı perok-
sid məhsullarının əmələ gəlməsinin azalmasında özünü göstərir. 
Krasnodar “Ekotex” AB “Tonus” adlı yeni təbii qida məhsulu 


301
 
işləyib hazırlamışdır. Bu məhsul bitki fosfolipidlərinin və zərərli 
qarışıqlardan təmizlənmiş yağşn qarışığından ibarətdir.  
3. Dəmirlə zənginləşdirilmiş zülallı məhsullar. Onlar dəmirin 
orqanizmdə  lazimi  səviyyədə  qalmasına  köməklik  edir  ki,  bu  da 
xüsusilə qadınlarda və yeniyetmə idmançılarda yüksək iş qabiliy-
yətini təmin edir. Belə məhsullara “Ferroton” və “Bodrost” halvası 
aiddir.  Onlar  bərpaedici  vasitə  kimi  məşq  dövründə,  ümumi  və 
xüsusi dözümlülüyün artırılmasında, uzun və gərgin fiziki yükdən 
sonra, xüsusilə orta dağlıq  şəraitinə uyğunlaşma  zamanı istifadə 
oluna bilər. 
4. Karbohidratlı-mineral içkilər. Karbohidratlı-mineral içkilər 
və  qarışıqlar  əsasən  müxtəlif  idman  növləri  üzrə  ixtisaslaşan  və 
dözümlük  tələb  edən  idmançılar  üçün  məsləhət  görülür.  Onlar 
həmçinin digər qrup idmançılar üçün, orqanizmin enerji sərfiyya-
tını  doldurmaq,  su  –  duz  və  vitamin  balansını  saxlamaq  üçün 
tövsiyə olunur.  
Son illər quru, yarımvitaminli mineral qarışıqlar geniş yayıl-
mışdır ki, bu da yüksək bioloji aktivliyə malik olan içkilərin tez 
bir zamanda hazırlanmasında istifadə edilir.  
Son illərdə həmçinin bitki mənşəli psixostimulyatorlu içkilə-
rin buraxılmasına başlanmışdır.  
Psixostimulyator bitkilərin təsir mexanizmi orqanizmdə xüsu-
silə mərkəzi əsəb sistemində yüksək miqdarda enerji ehtiyatlarının 
(AÜF  və  s.)  əmələ  gəlməsi  ilə  bağlıdır.  Psixostimulyator  fiziki 
yüklə əlaqədar qan dövranı reaksiyasını yaxşılaşdırır.  
Yüksək dağlıq şəraitdə sınaq zamanı dibazol, cır limon, ele-
uterokokk,  orqanizmin  spesifik  olmayan  müqavimətinin  artırıl-
masında effektli olmuşdur.  
Professor E.B.Burlakovanın əməkdarları ilə apardığı tədqiqat-
larla  müəyyən  (REA  Fiziki  Kimya  İnstitutu)  edilmişdir  ki,  bitki 
adoptogenləri hibotolamo  –  hipofizar böyrəküstü sistemi  stimul-
laşdırır, antioksidləşmə mühafizə mexanizminin aktivliyini artırır. 
Onlar bioloji membranı stabilləşdirir, artıq yüklənmə zamanı on-
ları parçalanmadan qoruyur, sintez prosesinə köməklik edir, orqa-
nizmin özünəməxsus yeniləşməsinə və cavanlaşmasına səbəb olur. 


302
 
Bitki adoptogenləri oksigenin əzələlərə verilməsini, eritrosit-
lərin  əmələ  gəlməsini  artırmaqla  hipotoksik  həyacan  təsirlərinin 
qarşısını  alır.  Bu  isə  kosmonavtlar,  dalğıclar,  alpinistlər,  yüksək 
dağlıq  ekspedisiya  iştirakçıları,  radionuklidlərlə  sirayətlənən  və 
həmçinin uzaq şimal rayonlarında yaşayanlar üçün çox vacibdir. 
5.  İdmançının  bədəninin  korreksiyası  üçün  istifadə  olunan 
məhsullar.  İdmançının  bədəninin  çəkisini  lazimi  həddə  qədər 
azaltmaq üçün hipokalorili “Reqmos” məhsulundan istifadə edil-
məsi məsləhət görülür. O, bədən çəkisninin azalmasını və yüksək 
iş qabiliyyətinin saxlanmasını təmin edərək zülal-vitamin və mi-
neral duzların mübadiləsinə müsbət təsir edir.  
Qida və bioloji dəyəri yüksəldilmiş məhsullar (QBYM) seçi-
lib, istifadə edilərək onların kombinasiyası və dozası həkim tərə-
findən müəyyən edilir və gündəlik rasion, onun hazırlanma mərhə-
lələri, həcmi, məşq və yarış yüklənmələri nəzərə aınır. QBYM-nın 
gündəlik rasion miqdarı 100-150 qramı keçməməlidir. QBYM-ın 
illik qəbulu 3-4 aydan artıq olmamalıdır.  
Gün ərzində bir məşq üçün: 
Gündüz 
Axşam 
Səhər yeməyi - 30% 
Səhər yeməyi - 40% 
Məşq 
Nahar – 25% 
Nahar – 40% 
Günortadan sonrakı qəlyanaltı – 5% 
Günortadan sonrakı qəlyanaltı – 5% 
Məşq 
Şam – 25% 
Şam – 30% 
Gün ərzində 2 məşq 
Gün ərzində 3 məşq 
Ilkin səhər yeməyi – 5% 
Ilkin səhər yeməyi – 15% 
Gimnastika 
Səhər məşqi 
Ikinci səhər yeməyi 25% 
Səhər yeməyi – 25% 
Gündüz məşqi 
Gündüz məşqi 
Nahar – 35% 
Nahar – 30% 
Günortadan sonrakı qəlyanaltı – 5% 
Günortadan sonrakı qəlyanaltı – 5% 
Axşam məşqi 
Axşam məşqi 
Şam – 30% 
Şam -25% 
Qida və bioloji dəyəri yüksəldilmiş məhsulların qəbul qaydası 
və  dozalaşdırılması  idmançıların  hazırlığı  dövründə  aprobasiya 
olunur və bundan sonra yarışlarda istifadə olunur.  
Qida və bioloji dəyəri artırılmış məhsulların istifadəsi zamanı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə