University of economics b/m., b.ü. f d. Aynur Babaşlı Biologiya 2021



Yüklə 1,55 Mb.
səhifə1/3
tarix01.06.2023
ölçüsü1,55 Mb.
#114992
  1   2   3
lab 6


UNİVERSİTY OF ECONOMİCS
b/m., b.ü.f.d.
Aynur Babaşlı
Biologiya
2021
aynurb@list.ru
aynur_babashli@unec.edu.az
Laboratoriya işi 6. Bitkilərdə fotosintez prosesinin tədqiqi
Qeyri-üzvi maddələrdən üzvi maddə yaradan orqanizmlər avtotroflar adlanır 
Avtotrof orqanizmlər özləri üçün zəruri olan üzvi birləşmələri müstəqil sintez edə bilirlər. Onların bir qrupu üzvi maddə sintez etmək üçün günəş enerjisindən istifadə edir. Belə orqanizmləri fototrof adlandırırlar. Bu prosesdə qeyri üzvi maddələrdən üzvi maddələr sintez olunur. Fototroflara fotosintezedici orqanizmləri misal göstərmək olar.
İnsanlar və heyvanlar isə enerji mənbəyi kimi yalnız qida vasitəsilə qəbul olunan üzvi maddələrdən istifadə edir, belə orqanizimlər heterotrof orqanizmlər adlanır.
İnsanlar və heyvanlar isə enerji mənbəyi kimi yalnız qida vasitəsilə qəbul olunan üzvi maddələrdən istifadə edir, belə orqanizimlər heterotrof orqanizmlər adlanır.
Miksotroflar eyni zamanda müxtəlif karbon və enerji xammallarından istifadə etmək qabiliyyətinə malik orqanizmlərdir, yəni həm avtotrof həm də heterotrof üsulla qidalanırlar. Miksotrof həm prokariotların, həm də eukariotların nümayəndələri arasında var. Məs. Paracoccus denitrificans bakteriyası, nementes, milçəktutan bitkisi və s.
Bitkilər fotosintez (yun. “photos” – işıq, “synthesis” – birləşmə) zamanı günəş enerjisinin iştirakı ilə qeyri-üzvi maddələrdən üzvi maddələr sintez edir. Bu proses yaşıl bitkilərin və xlorofilə malik bəzi bakteriyaların hüceyrələrində gedir, nəticədə hüceyrədə ilkin məhsul kimi monosaxarid (qlükoza) yaranır. Sonra bu məhsuldan müxtəlif polisaxaridlərin, mürəkkəb quruluşlu zülalların, yağların, nuklein turşularının və digər üzvi birləşmələrin biosintezində istifadə olunur.
Xloroplastlar. Bitkinin mürəkkəb quruluşlu orqanoidi olub sitoplazmadan ikiqat membranla ayrılır. Daxili hissəsi stroma (yun. “stroma” – döşənək, xalça) adlanan rəngsiz maye ilə doludur. Xloroplastın daxili membranı stromanın içərisinə doğru inkişaf edərək yastılaşmış struktur – qranlar əmələ gətirir. Qranlarda xlorofil və başqa köməkçi piqmentlər yerləşir. Xlorofil piqmentinin sayəsində xloroplastlar yaşıl rəngli olur.

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə