University of economics b/m., b.ü. f d. Aynur Babaşlı Biologiya 2021



Yüklə 1,55 Mb.
səhifə2/3
tarix01.06.2023
ölçüsü1,55 Mb.
#114992
1   2   3
lab 6

Fotosintezin fazaları. Fotosintezi işıq və qaranlıq fazası adlanan iki mərhələyə ayırırlar.
Fotosintezin işıq fazası. 
Yarpağa düşən günəş işığının təsirindən qranlarda olan xlorofilin elektronları həyəcanlanır. Fermentlər tərəfindən tutulmuş elektronların bir hissəsi ADF-ə bir fosfat turşusu birləşdirməklə ATF əmələ gətirir:
ADF +F →ATF
Elektronların digər hissələri suyun molekulyar oksigenə, hidrogen ionuna və elektronlara parçalanmasında iştirak edir. Suyun parçalanması prosesi fotoliz (yun. “fotos” – işıq, “lizis” – parçalanma) adlanır:
2H2O → 4e + 4H+ + O2
Su Elektronlar – Hidrogen ionu Oksigen
Parçalanmadan yaranan hidrogen ionu sonrakı mərhələdə istifadə olunur və kimyəvi birləşmə əmələ gətirir. Belə kimyəvi birləşmədə enerji ehtiyat halında saxlanılır və fotosintezin birinci fazası başa çatır. Bu fazada işığın olması vacib şərt hesab edildiyi üçün mərhələni işıq fazası adlandırırlar. İşıq fazasının əsas məhsulu ATF sayılır.
Birinci mərhələdə suyun parçalanmasından yaranan oksigen kənar məhsul kimi xaricə çıxarılır və ya hüceyrənin tənəffüsü zamanı istifadə olunur.
Qaranlıq fazasının getməsi üçün işığın olması vacib deyil. Bu mərhələ işığın iştirakı olmadan gedə bildiyindən onu qaranlıq fazası adlandırırlar. Qaranlıq fazasında havadan udulan karbon qazının mənimsənilməsi və sadə karbohidratların yaranması baş verir. Bu zaman işıq fazasının məhsullarından istifadə edilir. C6H12O6 molekulları yaranır. Qaranlıq mərhələsində yaranan sadə karbohidratlardan (qlükozadan) daha sonra müxtəlif polisaxarıdlər – nişasta, sellüloza və həmçinin digər üzvi birləşmələr yaranır.
Fotosintezin əhəmiyyəti. Fotosintez prosesində az enerjili maddələr olan karbon qazı və sudan yüksək enerjili maddə – qlükoza yaranır. Bu zaman günəş enerjisi (bitki yarpağı üzərinə düşən enerjinin 1%-dən istifadə edir) bu maddədə kimyəvi rabitələr şəklində toplanır. Bundan başqa, fotosintez prosesində atmosferə oksigen xaric olur ki, bu da orqanizmlərin tənəffüsü zamanı istifadə edilir. Fotosintezin ümumi tənliyi belədir:

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə