Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə92/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   88   89   90   91   92   93   94   95   ...   116

297
 
həmçinin 0,4% fosfolipidlər və 0,6-2,5% zülallar olur.  
Heyvani  yağlar  (mal,  qoyun,  donuz)  yüksək  kaloriliyi  (100 
qramda 816-897 kkal) ilə seçilir. Onların tərkibində əsas etibarı ilə 
doymuş yağ turşularına (palmitin, stearin və s.) təsadüf olunmaqla, 
onlar ümumi yağ turşularının 50%-ni təşkil edir. Yağ turşularının 
tərkibinə  görə,  daha  çox  yarımdoymamış  yağ  turşularına  malik 
olan donuz yağına üstünlük verilir.  
Bitki  yağı  bioloji  qiymətli  məhsul  olub,  tərkibində  yüksək 
miqdarda  yarımdoymamış  yağ  turşuları  (YDYT),  fosfatidlər, 
sterinlər, tokoferollar və digər BAM olur. Miqdarına görə YDYT 
məhsulları üç əsas qrupa bölünür: 1) YDYT-nın çox yüksək (80%-
ə  qədər  və  daha  çox)  miqdarı  olan  kətan  və  çətənə  yağları;  2) 
YDYT-nın  yüksək  miqadrı  (40-60%)  olan  günəbaxan,  pambıq, 
soya, qarğıdalı və s. yağlar; 3) YDYT-nın az miqdarı olan, ancaq 
yüksək miqdarda olein turşusuna (80%-ə qədər və daha çox) malik 
olan- zeytun, yerfındığı və badam yağları.  
Bitki yağlarının vacib tərkib hissələri fosfatidlərdir ki, onun ən 
çox miqdarına soya (3000 mq/100 q) və qarğıdalı (1500 mq/100 
q) yağlarında təsadüf olunur. 
Bitki  yağlarında  yüksəkl  bioloji  xüsusiyyətə  malik  olan  E 
vitamini (tokoferollar) və 
??????- karotin olur. Günəbaxan, pambıq və 
digər  yağlarda tokoferollar 60 mq/100 q və  daha  çox olur. Bitki 
yağları  yaxşı mənimsənilir və yüksək enerji dəyərinə malik olur 
(899 kkal/100 q). 
İnsan orqanizminə daxil olan qida məhsulları, tərkibindən və 
quruluşundan asılı olaraq müxtəlif müddətlərdə mənimsənilir. 4.7 
saylı  cədvəldə  bəzi  qida  məhsullarının  mədədə  qalma  müddəti 
verilmişdir. 
Qənnadı  məmulatları  yüksək  enerji  dəyərinə  malikdir.  Çox 
istifadə edilməsi artıq çəki əmələ gəlməsinə səbəb olmaqla mad-
dələr mübadiləsini pozur. 
Karamel konfeti 90% karbohidratlardan ibarətdir. O, praktiki 
olaraq  zülala,  yağa,  vitaminlərə  və  mineral  maddələrə  malik 
olmur. 100 q karamelin enerji dəyəri 350-360 kkal-dır. 
Şokalad  konfetləri  orta  hesabla  50%  saxarozadan  və  5% 


298
 
nişastadan, 20-40% yağdan və 3-5% zülaldan ibarət olur. Onların 
tərkibində kalium nisbətən çox (200-400 mq/100 q) və PP vitamini 
az miqdarda (0,2-0,5 mq/100) olur. Kaloriliyi 400-560 kkal/100 q 
təşkil  edir.  Şokalad-yüksək  kalorili  məhsuldur  (100  q-da  547 
kkal). 
Cədvəl 4.7 
Bəzi qida məhsullarının mədədə qalma müddəti 
Vaxt, saat 
Məhsullar 
1-2 
Su, çay, kofe, kakao, süd, bulyon, soyutma yumurta, düyü həlimi, 
bişmiş çay balığı 
2-3 
Südlü kofe və kakao, bişmiş yumurta, qayqanaq, omlet, bişmiş dəniz 
balığı, bişmiş kartof, dana əti, buğda çörəyi 
3-4 
Bişmiş toyuq, mal əti, çovdar, alma, yerkökü, turp, ispanaq, xiyar, 
qızardılmış kartof, qaxac ət 
4-5 
Qızardılmış ət, quş əti, seld, noxud püresi, pörtlədilmiş paxla 
6-7 
Donuz piyi, göbələklər 
 
Sortundan asılı olaraq peçenyenin tərkibində 40-60% nişasta, 
15-30% saxaroza, 5-10% yağ və 7-10% zülal olur. Onun mineral 
tərkibində  kalium  100-130  mq/100q,  fosfor  70-120  mq/100q; 
dəmir  1,0-1,8  mq/100q;  vitamin  B
1
-0,1;  B
2
-0,1;  PP-0,7-1,4 
mq/100 q olur. Kaloriliyi 400-450 kkal/100 q -dır. 
Pirojna və tortlar müxtəlif tərkibə malik olub, onlarda karbo-
hidratların miqdarı 40-70% və yağlar isə 10-30% təşkil edir. Mine-
ral  maddələrin  və  vitaminlərin  qatılığı  hazırlanma  üçün  götürül-
müş unun miqdarından asılıdır.  
100q pirojnanın və tortun kaloriliyi 350-500 kkal təşkil edir. 
Bal  yüksək  dəyərli  məhsuldur.  Onun  qida  dəyəri  kimyəvi 
tərkibinin  müxtəlifliyi  və  yüksək  enerji  dəyəri  ilə  (315-335 
kkal/100 q) müəyyən olunur.  
Balın  gərgin  məşqlər  və  yarışlar  dövründə  qəbul  edilməsi 
məsləhət görülür. Balda 38% fruktoza və 36% qlükoza olur. Balın 
fruktozası  ürək  əzələlərinin  yaxşı  işləməsini  təmin  edir.  Balda 
vitaminlərdən  (100q-da),  C-3,5mq;  B
1
-4,5  mkq;  B
2
-21-26  mkq; 
B
6
-10 mkq; PP-36-110 mkq miqdarındadır. Balın tərkibində, həm-
çinin qiymətli mineral maddələrdən kalium-10; dəmir-0,8; fosfor-
3; kalsium-5 və flor-0,1 mq/100 q miqdarında olur.  


299
 
4.2.3. Yüksək bioloji və qida dəyərli məhsullar 
Yüksək qida və biolji dəyərli məhsullar maddələr mübadilə-
sinə istiqamətli təsir edir və idmançıların iş qabiliyyətinin artırıl-
masına və sürətlə bərpa olunmasına kömək edir. İdmançıların qi-
dalanmasında onlardan gün ərzində çoxsaylı məşqlərdə, yarışlar-
da, bərpa olunma və hazırlıq dövründə (isti iqlim, müvəqqəti adap-
tasiya) istifadə olunur. 
Məşq  yüklənmələrinin  istiqamətindən,  həmçinin  su-duz  mü-
badiləsinin  və  bədən  kütləsinin  nizamlanmasından  asılı  olaraq 
bioloji dəyərli qida məhsulları, gündəlik rasionunun keyfiyyətinin 
dəyişdirilməsi üçün istifadə oluna bilər.  
İdmançılar üçün xüsusi məhsullar bir neçə qrupa bölünür:  
1. Yüksək zülallı məhsullar. Bunlara quru zülal məhsulları CП-
11 (kofeli, şokaladlı, meyvəli) və 45% zülalli “Sintez”; 30-35% 
zülalli asidofil xüsusi məhsulu (AXM-1); 23-80% zülallı müxtəlif 
xarici  məhsullar:  “Nutropro”,  “Ximprotein”,  “Top-star”  (ABŞ), 
“Proitorar”  (Hollandiya),  “Kernmark”  (Almaniya),  “Kazimin” 
(Böyük Britaniya), “Starkirotein” (İsveç) aiddir. 
Zülalli məhsullar asan mənimsənilən qiymətli zülalların əlavə 
mənbəyi  kimi,  xüsusilə  məşqlər  zamanı  gücün,  əzələ  kütləsinin 
artırılması  üçün  və  böyük  fiziki  yükdən  sonra  bərpaedici  vasitə 
kimi həmçinin məşqlərin səmərəliliyini artırmaq məqsədilə istifa-
də edilir.  
Profilaktiki  stress  vəziyyətlərinin  insan  orqanizminə  mənfi 
təsirinin  azaldılması  üçün  nəzrədə  tutulan  məhsulların  işlənməsi 
məqsədilə  mütləq  tam  qiymətli  zülallardan  istifadə  edilməlidir. 
Belə ki, həyacan orqanizmin bütün sistemlərinin güclü isləməsinə 
səbəb  olduğundan  tam  qiymətli  zülallar  qida  və  mədə-bağırsaq 
sistemini əlavə gərginlikdən qorumalıdır.  
Hal-hazırda  məhsulun  zülalla  zənginləşdirilməsi  üçün  (nat-
rium kazeniat) kazeinin həll olan formasından istifadə olunur. Onu 
zülalın  payını  artırmaq  üçün  şor  əsaslı  məhsullara  əlavə  kimi, 
həmçinin  konservlərin,  konsentratların  soya  zülalları  ilə  yanaşı 
kolbasanın, kotletin və düşbərənin zənginləşdirilməsində istifadə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə