Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/116
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5628
1   ...   86   87   88   89   90   91   92   93   ...   116

291
 
Cədvəl 4.6 
Idmançıların mineral maddələrə olan gündəlik təlabatı 
İdman növü 
Mineral maddələr, mq 
Ca 

Fe 
Mg 

Gimnastika, 
fiqurlu 
konki 
sürmə 
1000-1400  1250-1750  25-35  400-700  4000-5000 
Yüngül 
atletika, 
yaxın 
məsafəyə qaçış, tullanma 
1200-2100  1500-2600  25-40  500-700  4500-5500 
Orta və uzun məsafəyə qaçış 
1600-2300  2000-2800  30-40  600-800  5000-6500 
Çox  uzaq  məsafəyə  qaçış, 
idman yerişi (20-50km-ə) 
1800-2800  2200-3500  35-45  600-800  5000-6500 
Üzgüçülük və su polosu 
1200-2100  1500-2600  25-40  500-700  4500-5500 
Ağır atletika, daş atma 
2000-2400  2500-3000  20-35  500-700  4000-6500 
Boks və güləş 
2000-2400  2500-3000  20-35  500-700  5000-6000 
Avarçəkmə 
(akademik 
baydarka, kanoy) 
1800-2500  2250-3100  30-45  600-800  5000-6500 
Futbol, xokkey 
1200-1800  1500-2250  25-30  450-650  4500-5500 
Basketbol, voleybol 
1200-1900  1500-2370  25-40  450-650  4000-6000 
Velosiped: 
 
 
 
 
 
dairəvi qonka 
1300-2300  1600-2800  25-30  500-700  4500-6000 
şossedə qonka 
1800-2700  2250-3400  30-40  600-800  5000-7000 
At idmanı 
1000-1400  1250-1750  25-30  400-600  4000-5000 
Atıcılıq idmanı 
1200-2200  1500-2750  20-30  400-700  4500-5500 
Yelkən idmanı 
1000-1400  1250-1750  20-30  400-500  4000-5000 
Xizək idmanı: yaxın məsafəyə  1200-2300  1500-2800  25-40  500-700  4500-5500 
uzaq məsafəyə 
1800-2600  2300-3250  30-45  600-800  5000-7000 
Konki sürmə idmanı 
1200-2300  2500-2800  25-40  500-700  4500-6500 
 
 
4.2.2. İdmançılar üçün əsas qida məhsulları 
İdmançıların qida rasionu üçün bioloji cəhətdən daha qiymətli 
məhsullar məsləhət görülür.  
Süd çox qiymətli  qida məhsuludur. Onun tərkibində müvəf-
fəqiyyətlə  uyğunlaşan  100  müxtəlif  adda  maddələr  vardır.  Bun-
lardan 20 amin və 18 yağ turşusunu, 26 mineral duzu, 12 vitamini, 
10 fermenti, 4 növ süd şəkərini, hormonları və s. göstərmək olar. 
Özünün aminturşuları tərkibinə görə südün zülalı daha qiymətlidir. 
Bütün  qida  məhsulları  süddə  həll  olmuş  və  ya  xırda  dispers 
vəziyyətdə olur ki, bunun da nəticəsində onlar yaxşı mənimsənilir 


292
 
(92-99%).  
Süd turşusu məhsulları  əvvəlcədən pasterizə olunmuş südün 
süd  turşusu  bakteriyaları  ilə  qıcqırdılması  yolu  ilə  alınır.  Bu 
məhsulların da dəyəri təxminən südünkü kimidir. Əgər adi süd 1 
saat  ərzində  ancaq  32%  mənimsənilirsə,  süd  turşusu  məhsulları 
91% mənimsənilir. Süd turşusu məhsulları böyüməni
 
və bağırsaq-
da çürümə bakteriyalarının fəaliyyətini dayandırır.  
Qaymaq yüksək kalorili məhsuldur. Onun tərkibində zülallar, 
karbihidratlar  və  mineral  maddələrin  miqdarı  təxminən  süddəki 
kimidir. Qaymağın xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibində 
fosfotidlər  lisitin-zülal  kompleksi  şəklində  olub,  yüksək  bioloji 
aktivliyə malikdir. Digər məhsullarda buna təsadüf olunmur.  
Xama xüsusi mayalar əlavə etmək yolu ilə alınır. O, yaxşı dad 
keyfiyyətinə və yüksək kaloriliyə malik olub, insanı uzun müddət 
tox saxlayır.  
Şor,  yüksək  bioloji  dəyərə  malik  olan  məhsuldur.  O,  təbii 
zülal-kalsium  konsentratı  sayılır.  Yağsız  şor  18%  zülala  (ətdən, 
balıqdan və s. məhsullardakından çox) malik olur. Şorun zülalla-
rında həyati vacib aminturşularının ən optimal nisbətləri balans-
laşmışdır.  Şorun  tərkibində  kalsium  və  fosfor  ən  optimal  1:1,5 
nisbətində  olur.  Bioloji  aktiv  maddələrə  malik  olmaqla  yağ 
mübadiləsinin və qara ciyər yağ infiltrasiyasının (süzülmə) pozul-
masının qarşısnı alır. Şor bədəndən artıq suyun çıxarılmasına sə-
bəb olur.  
Pendir çox qiymətli süd məhsuludur. O, çoxlu sayda optimal 
aminturşu tərkibli yüksək keyfiyyətli zülallara (25-30%), yüksək 
yağlılıga  və  kaloriliyə  malikdir.  Pendirlərin  tərkibində  yüksək 
miqdarda Ca və P yaxşı mənimsənilmə üçün daha optimal nisbətdə 
olması  onların  əsas  xüsusiyyətidir.  Pendirdə  qiymətli  vitamin-
lərdən A, B
1
, B
2
 və PP olur.  
Ət tam qiymətli zülalların əsas mənbəyidir. Onun tərkibində 
11-19,8%  zülal  vardır.  Ət  məhsullarında  xüsusilə  qara  ciyərdə, 
böyrəkdə B qrupunun bir çox vitaminləri və PP vitamini, dəmir (2-
3mq/100q), kalium (0,3%), fosfor (0,2%) olur. Bitki məhsulları ilə 
müqayisədə ətdən dəmirin mənimsənilməsi 3 dəfə artıq olur. 


293
 
Ət  məhsullarının  tərkibində  ekstraktiv  maddələr  (azotlu  və 
azotsuz) vardır. Azotlu maddələr insana tonuslaşdırıcı təsir göstə-
rir, həzm şirəsinin ayrılmasını stimullaşdırır və iştahanı artırır. 
Ətin əsas dəyərlərindən biri ondan geniş çeşiddə məmulat və 
xörəklərin hazırlanmasıdır. Ət, orqanizm tərəfindən yaxşı mənim-
sənilir (96-98%) və uzun müddətli toxluq hissiyatı yaradır. Ancaq 
ətin artıq miqdarda qəbul edilməsi orqanizmin azot mübadiləsinin 
son məhsulları ilə yüklənməsinə səbəb olur ki, bu da faydalı sayıla 
bilməz.  
Quş  əti  öz  kimyəvi  tərkibinə  görə  2  qrupa  bölünür.  Birinci 
qrupa yüksək miqdarda zülal və ekstraktiv maddələrə malik olan 
toyuq  və  hind  toyuğu  əti,  ikinci  qrupa  suda  üzən  quşların  (qaz, 
ördək) yüksək yağlı və tünd rəngli ətləri aiddir.  
Yüksək miqdarda zülal və ekstraktiv maddələrlə daha zəngin 
olan ağ quş ətidir. Quş ətində çox zülal (17-21%) və yağ (10-22%) 
olur. Quş əti özünün aminturşusu tərkibinə görə yüksək keyfiyyətli 
zülallara aid olub, bütün əvəzolunmayan aminturşularına malikdir 
Mənimsənilməsinə  görə  optimal  balanslaşmiş  olur.  Ağ  ət  xeyli 
miqdarda fosfora (360 mq/100 q), kaliuma (190-300 mq/100 q) və 
dəmirə (orta hesabla 2,1 mq/100 q) malik olur.  
Yumurta-konsentrasiyalı  məhsul  olub,  yüksək  bioloji  dəyərə 
malikdir.  Yumurta  12,5%  zülala  malikdir.  Bu  zülallar  optimal 
aminturşuları tərkibinə və xeyli əvəzolunmayan aminturşularına – 
lizin,  triptofan  və  metioninə  malik  olur.  Yumurtada  11%  yağ, 
doymamış  yağ  turşuları  olan  fosfolipidlər  və  lesitin  vardır. 
Yumurtada  xeyli  miqdarda  A  –  vitamini  (0,35  mq/100  q)  və  D 
vitamini  (4,7  mq/100  q) olur.  Yumurtanın  üstünlüyü  onun  yaxşı 
mənimsənilməsidir.  İlıq  bişirilən  soyutma  və  çiy  yumurta  daha 
yaxşı mənimsənlir.  
Balıq və balıq məhsulları qiymətli zülal (16-20%) və yağ (2-
2,8%), həmçinin müxtəlif mineral elementlərin mənbəyidir. Balıq 
yağı bioloji nöqteyi nəzərdən vacib olan və digər qida məhsulla-
rında kifayət  qədər olmayan araxidon  turşusuna və digər  yarım-
doymamış yağ turşularına malikdir.  
Balıq  əti  xeyli  miqdarda  A  (0,01-0,06  mq/100  q)  və  D 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə