Firudin Ağasıoğlu (Cəlilov)



Yüklə 10,29 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix11.09.2018
ölçüsü10,29 Mb.
#67896
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
119
İsaak Teylor olmuşdur. Fransız  şərqşünas Baron Carra de 
Vauks (1911) etrusk dilini Altay dil ailəsilə müqayisə etmiş, 
Jüle Marta isə etrusk-macar dil əlaqəsinin tədqiqinə  təkan 
verən “La langue étrusque” (1913) adlı  əsər yazmışdır. Bu 
yöndə araşdırmaların sayı sonralar daha da artmışdır. Alman 
dilçi Georq Zigvard (1917), Feliks von Pograni-Nagi (1938), 
tarixçi Viktor Padani (1964) kimi bəzi yazarlar etrusk-macar 
müqayisısinə sumer dilini də  cəlb etmişlər. Son vaxtlar isə 
matematik professor Alfred Toth (2007) bu sıraya hunları 
əlavə etmişdir. Lakin bütün bu araşdırmalar tarixi-müqayisəli 
metoda dayanmadığı ücün elmi dairələrdə ciddi qəbul edil-
mir. Ancaq İtaliyanın tanınmış qocaman dilçi alimı profes-
sor Mario Alinei 2003-də nəşr etdirdiyi “Etrusk dili hunqar-
canın qədim formasıdır” adlı kitabı ilə Avropa alimlərini 
əməlli-başlı silkələdi, çünki iki il sonra macar dilində də çap 
olunan bu kitabın müəllifi sıradan biri deyildir.
57
İtaliyaya Karpatlardan keçıb gələn və daha öncə türk dili-
nin güclü təsirinə uğradığı aydın görünən etruskarın protoma-
car (protohunqar) boylarından olduğunu söyləyən M. Alinei 
etrusk dilində vəzifə bildirən bəzi sözləri, titulları türkizmlər 
sayır. Yazar macar-etrusk qohumluğunu hər ikisinin tipoloji 
baxımdan birləşik dil olması, bəzi qramer oxşarlıqları ilə və 
fonetik baxımdan bu dillərin səsuyumu (harmonia) qanunu 
ilə əsaslandırmaq istəmişdir. Hələlik onun irəli sürdüyü kon-
sepsiya akademik dairələrdə sükutla qarşılanır, ilk etirazlarsa 
etruskoloqlardan deyil, hələlik uralşünaslardan gəlmişdir.  
                                                           
57
 YUNESKO-da “Atlas Linquarum Europae” qurumunun  prezidenti olan professor 
Mario Alinei daha çox dialektoloq kimi tanınır. Avropa dilçılik elmində kompüter-
dən istifadə texnologiyasının pioneri sayılan M. Alineyi həm də Avropanın paleolit 
çağı dil durumuna aid “Continuiti teoriyası”nın müəllifi və elmi sambalı ilə seçilən 
“Quaderni di semantica” jurnalının yaradıcısı, həm də baş redaktorudur.  
 
 
119


 
120
Bizcə, M. Alineinin irəli sürdüyü yeni konsepsiya Altay 
teorisinə deyil, Urmu teorisinə uyğun, yəni Troya çağında 
Anadoluda türk varlığı üzərində qurulsaydı, ona irad tutan-
ların arqumentləri azalardı. Çünki əsas iradlar etruskların 
quzeydən gəlmə fikrinə qarşıdır. Etruskların Kiçik Asiya ilə 
bağlılığı az da olsa, hat dili ilə olan bəzi leksik paralellərdə 
də görünür. 
*** 
Göründüyü kimi, etruskları bir çox xalqlarla bağlamışlar, 
bu sıraya etrusklarla sumer və dravid dilləri arasında  əlaqə 
arayan bəzi yazarların fikrini də  əlavə etsək, etruskologiya 
elminin çətin sınaqlardan keçdiyini söyləmək olar. XIX əs-
rin sonlarında yazdığı əsərində D. Brinton etruskların hətta 
Afrika mənşəli bərbər, kabil, tuareq xalqları ilə qohumluğu 
fikrini irəli sürmüşdür. Etruskları dravid xalqlarından sayıb 
tamil boyları ilə bağlamaq istəyənlər də olmuşdur. Əlbəttə, 
belə yanlış yozumlar həm də etruskologiya elminin inkişa-
fını ləngitmişdir. 
Son vaxtlar etruskların soykökü probleminin çözüm yol-
larının çıxmaza girdiyini bilənlər o dalandam çıxma yolunu  
bəlli dil ailələrindən kənarda qalan “izolyat dil” yozumunda 
görürlər. Bunun üçün etrusk, lemni, reti  dillərini əhatə edən 
qurama “Tirren dil qrupu” deyə yeni baxış formalaşdırmaq 
istəyirlər. Lakin bunun bir nəticə verməyəcəyi bu başdan bəl-
lidir, çünki qrameri bəlli olmayan dillərin üzərində qurulan 
bir dil qrupunun elmi yaşamı sabun köpüyü ömrü qədərdir. 
Etrusk dilinə olan maraq bir çox fantastik fikirlərin söylən-
məsinə  nədən olsa da, etruskologiyanın elmi axara düşmə-
sində də A. Y. Pfiffiq, H. Riks, M. Pallottino, A. Trombetti, 
A. İ. Xarsekin, L. Bonfante və başqa etruskologların apardığı 
araşdırmaların böyük qatqısı olmuşdur. Etrusk dilinin bağlı 
qapısını açmaq üçün yola çıxan araşdırmaçı  əlində bir-iki 
dilin açarını tutmalıdır. Bu açar dillərdən biri türk dilidir.  
 
120


 
121
QAFQAZ (AZƏRBAYCAN) - TROYA - ETRURIYA 
BAĞI 
Herodot İtaliyaya etrusk (tirsen) boylarının Lidiyadan köç-
düyünü yazır. Belə bir köçün daha əvvəllər Troyadan olması 
haqqında da bilgi vardır. Olsun ki, Anadolunun batı bölgələri 
sayılan Troya və Lidiyadan olan köçlərdə bir neçə yaxın 
qonşu və qohum boylar iştirak etmişlər. Bunlar eyni və ya 
fərqli dildə danışan boylar ola bilərdi, ancaq bunların içində 
türklərin olması və onların da Anadolunun batı bölgələrinə 
doğudan, Anadolunun doğusundan və Qafqazın güneyindən 
gəlməsi quşqu doğurmur.  
S. Ferri etruskların Qafqazla bağlı olmasını Etruriyanın 
onomastikası ilə yorumlamışdır. Yazar Etruriyada mövcud 
olmuş rutul, kaska etnonimlərinin və Aqill, Sovan toponom-
lərinin qaynağını Qafqaz xalqlarından rutul, aqul, svan, kas-
ka  boyları ilə bağlayır.
58
 
Əslində, qədim kaskaylar (qaşqay 
boyları) Qafqazda deyil, hatların quzey-doğu qonşusu kimi 
m.ö. II minilin başlarından Anadolunun orta bölgəsilə Qara-
dəniz arasında yaşayan türk boyları idi.
59
Qafqaz-Etrusk paralelləri sırasında daha çox etnotoponim 
diqqəti çəkir, çünki boyadı ilə yaranmış toponimlər adını da-
şıdığı boyun həmin yerdə yaşadığını göstərən tarixi tutalqa 
sayılır. Bu baxımdan, Qafqazda olan boyadları  İtaliyada da 
görünürsə, bunların içində alban, araz, ermen, qamər, kaspi, 
qapan, qaradon, ərsaq, subar kimi türk etnonimləri və aqul, 
udi, çeçen, silv, rutul kimi qafqazdilli boyadlar da varsa, de-
məli, miqrasiyada türk və qafqazdilli boylar iştirak etmişlər. 
Əgər Qafqaz-İtaliya paralelləri kimi görünən  silv-silviya 
(soyadı), rutul-rutul etnonimlərini, Çeçen-Çeçina, Udi-Udin 
etnotoponimlərini,  Aqul-Aqill toponimlərini qafqazdilli say-
                                                           
58
 Ferri, 1964, 497-498. 
59
 Qədim kaskay (qaşqay) boyu haqqında geniş bilgi üçün bax: Ağasıoğlu, 2005. 
 
121


Yüklə 10,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə