2
Elmi redaktor: Nail
Vəliyev
Firudin Ağasıoğlu. Etrusk-Türk bağı. Bakı, 2010.
“...” basımı. 180 s.
Dünya tarixində sumerlər və basklar kimi qohumu olmayan,
bəlkə tapılmayan yalqız xalqlardan biri də etrusklardır. Milad-
dan öncə I minil boyu yaşamış bu xalqın xeyli yazı örnəkləri
qalsa da, dili hələ 2000 il öncə ölü dillər sırasına girmişdir. Son
200 ildəsə minlərlə alim, uzman və həvəskar araşdırıcılar et-
ruskların soykökünü tapmaq üçün etrusk dilini “açmaq”
yolunu
axtarır.
Türkoloq F. Ağasıoğlunun yazdığı bu kitabda etruskların
mənşəyi, tarixi, etnoqrafiyası, mifologiyası və dili haqqında
məlumat verilir, etrusk-türk əlaqələrindən geniş, həm də ilk
dəfə sistemli şəkildə bəhs olunur. Elmi-populyar üslubda olan
bu kitab müəllifin son 30 ildə türkologiya
elminə gətirdiyi türk
etnosunun Ön Asiyada yaranması baxışı üzərində qurulmuş
yeni “Urmu nəzəriyəsi” əsasında yazılmışdır. Təkcə etruskların
deyil, türklərin də mənşəyinə aydınlıq gətirən etrusk-türk əla-
qələrinə aid yeni bəlgələr oxucular üçün maraqlı olacaqdır.
© Ağasıoğlu
2
4
ÖNSÖZ
Üç minil öncə İtaliyada ortaya çıxıb
minil boyu tarixdə
dərin iz qoyan etrusk eli artıq iki minildir ki, bizimlə ölmüş
dilində danışmaq istəyir, ancaq danışa bilmir,
daha doğrusu,
onun nə danışdığını biz anlamırıq, sirlərlə dolu bir xalqın
tarixi, bu tarixı içində saxlayan söz dağarcığı açıq olsa da,
oradan əlimizə keçən sözlərin anlamını anlamırıq. Açılmaz
tapmacalarla dolu Dünya tarixində maraqlı olduğu qədər də
aktuallığını saxlayan etruskların kimliyi problemi üzərində
bir sıra uzman olmayan araşdırıcıların başvuruşu boşa çıx-
dığı kimi, uzmanların da səyi hələlik nəticə verməmişdir.
Apennin yarımadasında, indiki İtaliyada
Roma imperiya-
sından əvvəl m.ö. I minil boyu yaşayıb Avropa mədəniyə-
tinə önəmli təsiri olan bu xalq etrusk dilində danışırdı. La-
tınlar onlara
tusk, etrusk, yunanlar isə
tirsen, tirren deyirdi.
Tuskan adı etrusk dönəmində onların məskunlaşdığı tarixi
bölgənin,
Tirren adı isə onların “gəmi oynatdığı” dənizin
adına çevrildi. Anadoludan İtaliyaya
köçən etrusklar burada
öz tarixi rolunu oynayıb səhnədən çıxdılar, daha doğrusu,
çıxarıldılar. Özündən sonra mükəmməl suvarma və drenaj
sistemi,
arxeoloji-etnoqrafik kultur, kurqan basırıqları, şə-
hərlər, özəl arxitekturalı məbədlər, körpülər, bugün dünya
muzeylərinin şedevrləri sayılan
gözəl keramik qablar, meta-
lişləmə, zərgərlik nəsnələri, heykəl-rəsm əsərləri, əlifba-yazı
kulturu,
zəngin mifoloji miras, sikkə kəsmə gələnəyi qoyub
səhnədən gedən etrusklar bizim üçün də cavabını tapmaqda
çətinlik çəkdiyimiz çoxlu tapmaca atıb tarixin qara dumanı-
na bürünüb cıxmaza getmişlər. Bir nömrəli tapmacanın sualı
isə budur: Etrusklar kim idi?
Etrusklardan sonra iki minil gündəmdə qalan bu sualın
cavabı hələ ki yoxdur. Cavab tapılsa, o biri sualların cavabı
sıralama çözüləcək. Etruskların kimliyi isə etrusk dilindəki
4