Fish book son indd


Nərəkimilər – dinozavrların həməsrləri



Yüklə 38,66 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix30.12.2017
ölçüsü38,66 Kb.
#18814
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

Nərəkimilər – dinozavrların həməsrləri
57
Suvarma məqsədilə tikilən su anbarları kürəkburunkimilərin yaşayış 
yerləri məhdudlaşmış, sayları isə kəskin şəkildə azalmışdır. Su bəndlərindən 
suvarma kanallarına keçən çoxlu sayda balıqlar məhv olurlar. Brakonyerlik 
də bu balıqların shtiyatlarına xeyli ziyan vurmuşdur.
Son illər yalançı Amudərya kürəkburunkimilərin süni mühitdə saxlanıl-
ması və onlardan nəsil alınması istiqamətində cəhdlər edilmişdir. Bu balıqlar 
Moskva zooparkında dairəvi su axını ilə təchiz edilmiş xüsusi akvariumlar-
da yaşayır. Onlar ağcaqanad sürfəsini, yağış soxulcanlarını,
 
kalmarları,  ət 
və balıq farşlarını  həvəslə yeyirlər. Hipofi zar inyeksiyalar vasitəsilə balıq-
ların eksperimental şəraitdə yetişmələrinə nail olub, onlardan mayalanmış 
kürü almaq mümkün olmuşdur. 20º C su temperaturunda onların inkişafı 
77 saat davam etmiş, lakin texniki nasazlıqlar səbəbindən kürülərdən çıx-
mış bütün sürfələr məhv olmuşdu. Kürəkburunkimilərin süni şəraitdə 
saxlanılması  təcrübəsi göstərdi ki, bu balıqlar suyun kimyəvi tərkibinin 
dəyişməsinə və çirklənməsinə qarşı həddindən çox həssasdırlar. Onların sa-
yının kəskin azalmasının əsas səbəblərindən biri də yəqin ki, su hövzələrinə 
böyük miqdarda pambıqçılıqda istifadə edilən (gübrələr, herbisidlər və s.) 
kimyəvi maddələrin axıdılması  nəticəsində baş vermiş  zəhərlənmə olmuş-
dur. Kürəkburunkimilərin süni çoxaldılması metodikasının işlənib hazırlan-
ması əslində bu əsrarəngiz balıqların xilas edilməsinin yeganə yolu olduğuna 
görə, çox aktualdır. Suvarma sistemlərinin yuxarı hissələrində və nasos stan-
siyalarında balıq mühafi zə qurğuları yerləşdirməklə, onların su bəndlərinə 
daxil olmalarının qarşısını xeyli dərəcədə almaq olar. Onların çaylarda hələ 
də məskunlaşdıqları sahələr xüsusi mühafi zə edilməlidir. 
Kiçik Amudərya kürəkburunu  (Pseudoscaphihynchus hermanni Kessler, 
1877) – Sırdərya çayında məskunlaşır.
Kiçik Amudərya yalançı kürəkburunu 
Pseudoscaphihynchus hermanni


Q.M.Palatnikov, R.Y.Qasımov
58
Məhv olma təhlükəsi qarşısındadır (I kateqoriya).
İlk dəfə 1876-cı ildə akademik A.N.Severtsov tərəfi ndən təsvir edilmişdir. 
Böyük yalançı kürəkburunu ilə müqayisədə xeyli dərəcədə az tapılan balıqdır. 
Uzunluğu 27 sm-ə qədər çatır. Böyük yalançı kürəkburunundan nisbətən ki-
çik ölçüləri, quyruq sapının, burun hissəsində tikanların olmaması, həmçinin 
daha uzun və ensiz burnu ilə fərqlənir. Döş üzgəclərinin üzərində iti axında 
dayanıqlığı təmin etmək üçün sorucu rolunu oynayan özünəməxsus qatlar 
vardır. 
Termez  şəhərindən Amudərya çayının mənsəbinə  qədər düzəngah 
hissələrində, daha çox Cərcou şəhəri və ondan yuxarı ətrafl arda yayılmışdı. 
Böyük kürəkburundan fərqli olaraq çayın iri daşlar, gil parçaları, çökəkləri 
olan daha dərin hissələrinə üstünlük verir. 
Bu balığın biologiyası demək olar ki, tədqiq edilməmişdir. 5 yaşında ol-
duqda, balığın uzunluğu 20 sm, çəkisi isə 15 q olur. Kürü tökmə yerləri və 
vaxtı müəyyən deyil. Mədələrində həşərat sürfələri və balıq kürüləri aşkar 
edilmişdir. Təbiətdə böyük kürəkburun ilə hibridi olur. 
Bu növün tam məhv olmasının səbəbləri demək olar ki, böyük yalançı 
kürəkburunun məhv olması səbəbləri ilə eynidir. Son illərdə onun ovlanması 
halları bizə məlum deyil. Cərcou şəhərindən yuxarıda Amudəryanın nizama 
salınmamış (bəndlər tikilməmiş) yuxarı hissələrində hələ də qaldığı güman 
edilir. 
Sırdərya kürəkburunu (Pseudoscaphihynchus fedtschenkoi Kessler, 1872) – 
Sırdərya çayında yaşayır.
Sırdərya yalançı kürəkburunu
Pseudoscaphihynchus fedtschenkoi
Çox az təsadüf edilən, ola bilsin ki, artıq məhv olmuş bir növdür. SSRİ-
nin Qırmızı kitablarına daxil edilmişdir. 


Nərəkimilər – dinozavrların həməsrləri
59
Sırdəryada həmin cinsin yeganə nümayəndəsidir. Görkəmli rus coğ-
rafi yaşünası  və  səyyahı A.P.Fedçenko tərəfi ndən 1871-ci ildə tapılmışdır. 
Uzunluğu (quyruq sapı hesablanmadan) 27 sm-ə qədər olur. Amudərya ya-
lançı kürəkburunlarından kürəyində (15-22) və yanlarında (37-46) olan çox-
lu pulcuqları ilə  fərqlənir. Xarici görünüşünə görə kiçik Amudərya yalançı 
kürəkburununa oxşayır. Döş üzgəcləri eyni qatlı formada olurlar. Burnunun 
quruluşu kəskin fərqli olur. Bəzi növlərdə quyruq sapı yaxşı inkişaf etmiş, 
bəzilərində isə yoxdur. 
Tipik çay balığıdır. Sırdəryanın düzlərdən keçən hissəsində Balıqçı 
qəsəbəsindən çayın mənsəbinə qədər məskunlaşırdı. Daha çox Çinaz rayo-
nunda təsadüf edilirdi. Ən sevimli məskənləri – çayın qumlu və sürətlə axan 
yerləridir. Sırdərya hövzəsində Çardərya, Fərhad, Qayraqqum su anbarla-
rı yaradılarkən ilk illər onların faunasının tərkibində görünmüşdü. Aprelin 
ikinci yarısında su axarında daşlı yerlərdə kürü tökürdü. Cinsi yetkinliyə 6 
yaşında çatırdı. 850-1500 kürü tökmək qabiliyyətinə malikdir. Kürüsü kiçik 
və 1,3-1,8 mm diametrdə olur. 
Qidası su dibində olan kiçik onurğasızlardan ibarətdir. Adətən az 
təsadüf edilən növ olmuşdur. Sayının azalmasının səbəbləri Amudərya ya-
lançı kürəkburunların sayının azalması  səbəbləri ilə eynidir və bunlardan 
Sırdəryanın axarında nizamlama işləri, suyun suvarmaya işlədilməsi, törəmə 
şəraitlərinin kəskin  şəkildə pozulmasının adını qeyd etmək olar. Son 2-3 
onillik ərzində Sırdəryada yalançı kürəkburununun tutulması barədə heç bir 
məlumat olmamışdır. Bu balıqlar Sırdəryanın indiyə qədər az öyrənilmiş ni-
zama salınmamış yuxarı hissəsində hələ də qala bilər. Ən yaxın vaxtlarda bu 
növün ixtioloji tədqiqatı  həyata keçirilməli və  əgər hələ orada qalmışdırsa, 
həmin yerlər qoruq elan edilərək xüsusi qorunmalıdır.  


Yüklə 38,66 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə