Fizika-1Qacarallnsonjavad layout 1


Amerika Dağı və Seyretmə Təkəri


səhifə30/52
tarix05.02.2018
ölçüsü
#24986
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

Amerika Dağı və Seyretmə Təkəri 
ABŞ-da Amerika dağı.  Pensilvaniya  ştatı.
Amerika Dağı  əyləncə qurğusu. ABŞ.
ABŞ-da   seyretmə təkəri.
110


Seyretmə təkəri 
Ətraf mənzərəni daha yaxşı seyr etməyə və görməyə
imkan verən müasir seyretmə təkərinin ən qədim
nümunələrindən biri XVII əsrdə Türkiyədə yaradıl 
-
mışdır. Bu təkər insanın əzələ qüvvəsi vasitəsilə hərəkətə
gətirilirdi. Bundan sonra ilk seyretmə təkəri 1893-cü ildə
amerikalı mühəndis  Vaşinqton  Farris tərəfindən  Çika -
qo  şə hərindəki Beynəlxalq Kolumbiya sərgisində qu rul -
muşdur. Təkər Parisdəki Eyfel qülləsinə amerikalıların
cavabı kimi qiymətləndirilirdi. Onun diametri 75 metr,
ağırlığı  isə 2000 tona yaxın idi. Gücü 1000 at qüvvəsi
olan iki  buxar  maşını  təkəri  hərəkətə gətirirdi. Təkərin
çənbərinə hər biri avtobus həcmində olan 36 kabinə
bağlanmışdı. Hər kabinədə 20 oturacaq və 40 ayaqüstü
dayanmaq yerinin olduğunu nəzərə alsaq, onun ümumi
sərnişin tutumu 2160 adama bərabər idi. Təkərin bir
tam dövrü 20 dəqiqəyə başa çatırdı. Həmin dövrdə  seyretmə təkərinin  ağırlığı  70 ton olan oxu dünyada
ən ağır polad hissə olmuşdur. Təkər o dövrün ən uca göydələnindən də hündür olma sına baxmayaraq,
Eyfel qülləsindən dörd dəfə geridə qalırdı. Bu gün dünyanın ən hündür seyretmə təkəri Sinqapur şəhərində
fəaliyyət göstərir. O, 2008-ci ildə tikilib istifadəyə verilmişdir. Son dövrdə seyretmə təkərinin tamam yeni
bir növü meydana gəlmişdir. Burada kabinələr təkərin çənbərindən asılmır, ona xarici tərəfdən bağlanır.
Adi seyretmə təkərində kabinə ağırlıq qüvvəsinin təsirindən işçi vəziyyət alırdısa, müşahidə təkərində bu
vəziyyət mürəkkəb mexaniki sistemin köməyi ilə
yaradılır. İlk belə  müşahidə təkəri  (ingiliscə - obser-
vation wheel)  1999-cu ildə işə salınmış  Londonun
gözü təkəridir. Hazırda dünyanın böyük şəhərlərinin
bir çoxunda belə müşahidə  təkərləri  qurulur.
Londonun gözü  seyretmə təkəri.
Ən qədim seyretmə təkəri. Türkiyə.
Londonun gözü seyretmə  təkərinin kabinəsi.
Onun çəkisi 10 ton, sərnişin tutumu isə 25 nəfərdir.
111


Roller koaster (Amerika dağı) -
dünyanın əyləncə park la rında ən ge -
niş yayılmış attraksionlardan biridir.
O, xüsusi layihə üzrə qurulmuş dəmir
yolu sistemidir.
Onun sərnişinlərlə dolu vaqonları
hə rə kət zamanı sürətini və hərəkətinin
istiqamətini qəflətən kəskin şəkildə
dəyişə bilir. Bu vaqonların hərəkəti
zamanı potensial enerjinin kinetik
ener jiyə və əksinə çevrilməsi qanun -
undan geniş istifadə edilir.
XVII əsrdə Rusiyada 25 metr hün -
dürlüyə, 50 dərəcə meyilliliyə ma lik,
taxtadan düzəldilmiş, səthi qarla ör -
tülü təpəcikdə xizək idmanı ilə məş -
ğul olmaq çox geniş yayıl mışdı.
Əsa  sən kübar rus ailə sinə məx sus həyət- 
lərdə qurulan belə qar təpə ciyində in-
sanlar xizəklə sürü şür, əy lənirdilər.
Bu qurğu tezliklə Avropaya da yayıl -
mış və orada Rus Dağı adı ilə tanın -
mışdır. Müasir Amerika Dağı attrak- 
sio nu elə dəmir yolu sistemidir ki,
onun va 
qonlarında oturub hərəkət
edən sərnişinlərin sürəti qiy mət və
isti qamətcə dəyişir. İlk Ame rika  Dağı
olaraq ABŞ-ın Pensilvaniya ştatında


ağırlıq qüvvəsindən kömür
daşın ma sında  istifa də et mək
üçün sa lın mış 14 km-lik dağ
dəmir yolu (qra vitasiya yo lu)
qəbul edil mişdir. 
Ekstremal idman hə vəskar -
ları kömür vaqoncuqlarda otu-
rub üstdən aşağı diyirlənməklə
onun ləzzətini duymuşlar. Tez -
liklə bu da ğın şöhrəti Ame ri -
ka nın  hər  tərəfinə  yayıl mış,
ona oxşar attraksionlar yara -
dıl mışdır. 1887-ci ildə ABŞ-da
yaradılmış belə bir əyləncə
qurğusuna Roller koaster adı
verilmişdir. İndi çox yerdə
Ame rika  Dağı adlanan bu nə -
hə ng attraksion qurğuları dün -
ya nın məşhur parklarının zəruri elementinə çevrilmişdir.
Daimi təkmilləşmə Amerika Dağı əylən cə qurğusunun dünyada daha çox yayılmasına səbəb olmuşdur.
Onun hər bir yeni nəsli böyük ölçüsünə,
baxımlı quruluşuna, sürətli hərəkətinə və
idarəetmə üsuluna görə varislərindən fərq -
lənir. Güclü kom püterlər, qabaqcıl layihə -
ləndirmə üsulları, qeyri-adi tikinti mate- 
rialları və s. əyləncə sənayesinin inkişafı ilə
məşğul olan mühən 
dislərə geniş imkanlar
yaradır.
Kaliforniya parklarının birində quraş dırıl -
mış, hidravlik qurğu ilə hərəkətə gətirilən at-
traksionun vaqon-karetlərinin sürəti saatda
131 km-
ə çat mışdır. Müasir karetlər də əv -
vəl kilərdən kəskin şəkildə fərqlənir. Belə ki,
onlar irəli və geri hərəkət etməkdən əlavə, öz
oxu ətrafında fırlanma hərəkəti də edə bilir ki,
bu zaman sərnişin özünü sınaq məşqində olan
kosmonavt kimi hiss edir. Hər bir karetdə
quraşdırılmış rəqəmsal videokamera olub -
keçənləri fasiləsiz şəkildə lentə alır.
Müasir Amerika Dağı əyləncə qurğu sunda
dağın hündürlüyü 
150 metr,
uzun lu ğu  isə  bir
neçə 
kilometr
olur. Hün 
dürlükdən enən
karetin sürəti saatda 200 km-ə çatır. 
Amerika Dağı əyləncə qurğusu.
113


Yüklə

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə